Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-399/2024 28.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə (X28 və X31 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Torpağın mülkiyyətinə verilməsinə dair JN-151F, kod 90610028 nömrəli şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş digər sənədlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə (X28 və X31 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X21 0.61ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(120)-462/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə (X28 və X31 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X21 0,61 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(106)-212/2022 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2- 1(120)-462/2022 nömrəli qərardadı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X28 və X31 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim etdi və iş üzrə cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə (X28 və X31 üçüncü şəxs qismində cəlb edilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz olunmasını, iddia tələbinin isə dəyişdirilərək “Torpağın mülkiyyətinə verilməsinə dair JN-151F, kod 90610028 nömrəli şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş digər sənədlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “iş üzrə iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə” ərizəsi təmin edilmiş, iddia “Torpağın mülkiyyətinə verilməsinə dair JN-151F, kod 90610028 nömrəli şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş digər sənədlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmiş, iş üzrə cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə (X28 və X31 üçüncü şəxs qismində cəlb edilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı Kürdəmir rayonunun Dəyirmanlı kəndinin ərazisində atası mərhum X7 ona 0,61 ha torpaq sahəsi miras olaraq qalmışdır. Bu torpaq sahəsindən faktiki olaraq uzun illərdir ki, istifadə edirdi. Atasından ona miras qalmış torpaq sahəsi 0,61 ha 2014-cü ildə başqa bir kənd sakini tanımadığı, Yenikənd kənd sakini X19 adına saxta sənəd tərtib edilərək qeyri-qanuni olaraq onun əlindən alınmışdır. Onun faktiki olaraq uzun illərdir ki, istifadə etdiyi Dəyirmanlı kəndinin ərazisində yerləşən 0,61 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnaməyə” əsasən X21 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə həyətyanı sahə kimi mülkiyyətinə verilmişdir. Bu saxta sənəd 2014cü il tarixinə deyil, 2014-cü il tarixindən 16 il əvvəlki tarixə 1998-ci il tarixinə verilmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnaməyə” DTXK-nin Kürdəmir rayon şöbəsinin və X47 Qurluşu Layihə İnsututu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayon Notariat kontorunda 22.012.2014-cü il tarixdə X28 və onun həyat yoldaşı X31 arasında “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” təsdiq edilmişdir. Müqaviləyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi 2714 006971 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” verilmişdir. 0,61 ha torpaq sahəsi Dəyirmanlı kəndi ərazisində yerləşdiyi və faktiki olaraq onun istifadəsində olduğu halda Yenikənd kəndində qeydiyyatda olan X21 öz kəndində mülkiyyətinə 0,72 ha torpaq sahəsi verildiyi halda, hansı əsaslarla və necə Dəyirmanlı kəndi ərazisində atasından ona miras qalmış torpaq sahəsinə saxta sənədlə sahibləndiyini qeyd edir. Bu işlə əlaqədar bir neçə aidiyyəti üzrə təşkilatlara müraciət etmiş, nəticəsi olmamışdır. Kürdəmir rayon prokurorluğunda da Yenikənd kənd sakinni X28 və onun həyat yoldaşı X25 verilmiş sənədlərin saxta və qanunsuz olması haqqında ona sənəd təqdim edilmişdir. Apardığı araşdırmalar əsasında, topladığı sübutlarla Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəldim. 2021-ci ilin iyun ayında Şirvan İnzibati Məhkəməsinə İddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində Şirvan İnzibati Məhkəməsində açıq məhkəmə iclası keçirildi. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışın etibarsız edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lakin həmin tələblə bağlı ilkin olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edib ona məxsus olan torpağın başqa bir kənd sakininə necə verilməsi haqqında sənəd alıb məhkəməyə təqdim etməli idi. Bu sənədi vaxtında ala bilmədiyi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız edilməsinə tələbi olan iddiası mümkün sayılmamışdır. Sonra xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə bu saxta sənədin Yenikənd kənd sakini X28 və onun həyat yoldaşı X25 necə verilməsi haqqında məlumat istədi. Həmin idarədə onun sorğusuna xx.xx.2021-ci il tarixində İmtina cavabı verildi. Şirvan İnzibati Məhkəməsindən ona göndərilən qərardad da göstərilmişdir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, X3 rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsinə dair verilmiş JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında məhdudiyyət və yüklülüklər haqqında dovlət reyestrindən arayış (Forma 1) verilməsi ilə bağlı ərizəylə Xidmətin 16 saylı Ucar ərazı idarəsinə müraciət etmişdir. Xidmətin 16 saylı Ucar Ərazi idarəsinin Kürdəmir rayon şöbəsi tərəfindən JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilmişdir. Sözügedən bağışlama müqaviləsi əsasında Kürdəmir rayonu Dəyırmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********23 reyestr nömrəli çıxarış və planölçüsü sənədi verilmişdir. Əlavə olaraq bildiririk ki, X9 Kürdəmir rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Dəyirmanlı kənd i ərazisində 0.35 ha torpaq sahəsi (həyətyanı) ayrılaraq, adına JN-166A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publık hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsim, başqasına keçməsim, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxanda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, mümkün sayılmamasını, mümkün sayılacağı halda isə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxslər Kürdəmir rayon İcra Hakimiyyətinə, X21 və X25 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndəsinin, X19 və X22 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X26 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına rmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən ayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onarın yazılı və ya elektron müraciətləri əsasında verilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-1 -ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq, sorğuda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin surətinə əsasən, X4 İlahə Əhməd qızına Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində 0,61 ha həyətyanı torpaq sahəsini hədiyyə etmişdir. İş materiallarında olan JN 151F, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən, Kürdəmir Rayon Aqrar İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir və plan, sərhədlərinin ölçüsü təqdim edilmişdir. İş materiallarında olan JN 166A, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən, Kürdəmir Rayon Aqrar İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Aqrar X15 rayonunun Dəyirmanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, İddiaçı adına 0.35 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən, Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi X22 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10/87-1-21 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən rayon prokurorluğuna xx.xx.2020-ci il tarixli B-437 nömrəli məktub göndərilərək sizin Kürdəmir rayonunun Dəyirmanlı kəndi ərazisində olan 0,61 ha torpaq sahəsinin qanunsuz olaraq saxta sənəd əsasında Kürdəmir rayon Yenikənd kənd sakininə verildiyini bildirmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə”yə əsasən X21 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə 0,61 ha torpaq sahəsi həyətyanı sahə kimi mülkiyyətinə verilmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə” DTXK- nın Kürdəmir rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayon notariat konturunda xx.xx.2014-cü il tarixdə X28 və onun həyat yoldaşı X31 arasında “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” təsdiq edilmişdir. (Reyestr N 4Ə-121) Müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən 0,61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”verilmişdir.“Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə”də bir sıra uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Belə ki, həmin şəhadətnamədə Kürdəmir rayonu Yenikənd kənd sakini olan X3 rayonu Dəyirmanlı kənd sakini kimi göstərilmişdir. Bundan başqa Mübariz Bəkirov rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində 0,61 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə Dövlət Torpaq və X6 rayon şöbəsi tərəfindən 2012-ci ildə verilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi “Torpağın mülkiyyətə verilməsinə dair JN- 151F KOD 90610028 Şəhadətnamə” DTXK-nın Kürdəmir rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsi zamanı əsas götürülmüş sənədlərin qanuni olub-olmamasının yoxlanılması məqsədilə rayon prokurorluğuna daxil olmuş sənədlər xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********50 saylı məktuba əsasən, ünvan 5ində X21 torpaq sahəsinin ayrılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində “Torpağın mülkiyyətə veriməsi barədə şəhadətnamə” və ya qərar aşkar edilməmişdir. Lakin, X3 rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilməsi ilə bağlı ərizəylə 16 saylı Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsi tərəfindən JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilmişdir. X3 rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-121 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini X25 bağışlamışdır. Sözügedən bağışlama müqaviləsi əsasında Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********23 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış və plan-ölçüsü sənədi verilmişdir. Sorğuda adı qeyd olunan X10 adına ünvan 5ində torpaq sahəsinin ayrılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində “Torpağın mülkiyyətə veriməsi barədə şəhadətnamə” və ya qərar aşkar edilməmişdir. Lakin, X17 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə ünvan 5i ərazisində 0.30 ha torpaq sahəsi (həyətyanı) ayrılaraq, adına JN- 226F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 97 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış araşdırılma zamanı Kürdəmir rayon X20 xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X21 0,61 ha. torpaq sahəsi ayrilmasına dair qərarının və həmin illərə İcra Hakimiyyəti Başçısının sərəncamı və digər sənədlər aşkar edilməmişdir.X1 adına Kürdəmir rayon Yenikənd kənd İƏD-nin Dəyirmanlı kənd üzrə 1996- 2000-ci illərə aid olan 02 saylı təsərrüfatbaşına kitabın 168 nömrəli şəxsi hesabında adı qeyd edildiyi üçün sənədlərin təsdiq olunmuş sürəti tanış olmaq üçün göndərmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2/1502-2 nömrəli məktubunda qeyd edilmişdir ki, X21 və X18 Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının yuxarıda qeyd edilən tarixli qərarı ilə torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyətində heç bir məlumat aşkar edilmədi. İcra hakimiyyətində sorğuda göstərilən sənədlər aşkar edilmədiyi üçün tərəfimizdən iddiaya qarşı rəsmi münasibət bildirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 630 nömrəli məktubundan görünür ki, Baxışova X14 regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş X11 ünvan 5i ünvanında miras qalmış əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum X13 adına həmin miras əmlaka dair hüquq müəyyənedici sənədin olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Notariat ofisinə təqdim edilən sənədlərdən görünür ki, İddiaçı, X13 qanun üzrə vərəsəsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq həmin əmlakların mərhuma məxsus olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarını təsdiq edən sənədin və yüklülük arayışının verilməsinin mümkünlüyü məsələsinə baxılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 02/2-7502/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin arxivində saxlanılan ünvan 5i üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X19 adı aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş sənədlərin təsdiq olunmuş surətləri təqdim edilir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-56-31/2-31/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 79 nömrəli rəsmi arayışına əsasən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsindən: 1. JN-166A (********) 0.35 ha torpaq sahəsi İddiaçı qızma məxsus olan torpaq sahəsi halhazırda İddiaçı istifadəsindədir. 2. JN-226F, (********) 0,30 ha torpaq sahəsi mərhumə X27ma məxsus olan torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. 3. RX №0552836 (Reyestr nömrəsi **********23) 0,61 ha torpaq sahəsi X35ma məxsus olan torpaq sahəsi X19 hal-hazırda istifadəsindədir. 4. 0,21 ha torpaq sahəsi zəbt olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5/1487-xid-23 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Yenikənd kənd sakini İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regionai Ədliyyə İdarəsinə müraciət edərək Kürdəmir rayonunun Dəyirmanlı kəndinin ərazisində olan 0,61 ha torpaq sahəsinin qanunsuz olaraq saxta sənəd əsasında Kürdəmir rayon Yenikənd kənd sakininə verildiyini bildirmiş, Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən müraciət baxılması üçün Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə”yə əsasən X36iuna Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə 0,61 ha torpaq sahəsi həyətyanı sahə kimi mülkiyyətinə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair JN-151F KOD 90610028 Şəhadətnamə” DTXK- nın Kürdəmir rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutu nümayəndələri tərəfindən xx.xx.2004-cü il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Kürdəmir rayon notariat konturunda xx.xx.2014-cü il tarixdə X28 və onun həyat yoldaşı X31 arasmda “Daşınmaz əmlakın bağışlanmas! müqaviləsi” təsdiq edilmişdir. (Reyestr N 4Ə-121) Müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən 0,61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair JN- 151F KOD 90610028 Şəhadətnamə”də bir sıra uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Belə ki, həmin şəhadətnamədə Kürdəmir rayonu Yenikənd kənd sakini olan X3 rayonu Dəyirmanlı kənd sakini kimi göstərilmişdir. Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verildiyini nəzərə alaraq, həmin çıxarışın verilməsi zamanı əsas götürülmüş sənədlərin qanuni olub-olmamasının yoxlanılması məqsədilə rayon prokurorluğuna daxil olmuş sənədlər xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 60/2-589/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində saxlanılan Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı Qərarından çıxarışa əlavə edilmiş Yenikənd kəndi (keçmiş “Nizami” təsərrüfatı) üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X19 adı qeyd edilmişdir. X5 adına verilmiş JN-151F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.61 ha həyətyanı torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin təqdim etdiyi məlumatlara əsasən X3 rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-121 reyestr nömrəli Bağışlama Müqaviləsi əsasında ünvan 5i ərazisində yerləşən ona məxsus 0.61 ha torpaq sahəsini X25 bağışlamışdır. Sözügedən 0.61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********23 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mərkəzin arxivində saxlanılan pay torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti, eləcə də “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsi tərəfindən verilən JN- 151F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nüsxəsi təqdim edilir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-56-31/2-05/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Yenikənd kənd sakini X28 həqiqətən Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 9i üzrə nümayəndəliyinin təsərrüfatbaşma kitabına əsasən X21 məxsus 0.72 ha torpaq sahəsi vardır. Baxmayaraq ki, həyat yoldaşı X22 Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində reyestr nömrəsi **********23 olan sahəsi 0.61 ha olan xüsusi torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 36/2-1501/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Prokurorluğundan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 5/102-xid-20 nömrəli məktubun nəticəsi ilə bağlı bildiririk ki, X3 rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsinə dair verilmiş JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Müraciət əsasında 16 saylı Ucar Ərazi idarəsinin Kürdəmir rayon şöbəsi tərəfindən JN-151F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış (Forma 1) verilmişdir. X3 rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-121 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini X25 bağışlamışdır. Sözügedən bağışlama müqaviləsi əsasında ünvan 5i ərazisində yerləşən 0.61 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********23 reyestr nömrəli çıxarış və plan-ölçüsü sənədi verilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsində qeyd olunur ki, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verildiyi müəyyən edilmişdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun ərazisində yaşayan şəxslər; 4) sovxoz və kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə minənədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 21-ci maddəsində deyilir ki, Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Məhkəmə tərəfindən iş üzrə müvafiq araşdırmalar aparılan zaman ziddiyətli məqamlar aşkar edilmişdir. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********50 saylı məktuba əsasən, ünvan 5ində X21 torpaq sahəsinin ayrılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində “Torpağın mülkiyyətə veriməsi barədə şəhadətnamə” və ya qərar aşkar edilməmişdir. İş materiallarında olan JN 151F, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən Kürdəmir Rayon Aqrar İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir və plan, sərhədlərinin ölçüsü təqdim edildiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 60/2-589/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində saxlanılan Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı Qərarından çıxarışa əlavə edilmiş Yenikənd kəndi (keçmiş “Nizami” təsərrüfatı) üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X19 adı qeyd edilmişdir. X5 adına verilmiş JN-151F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.61 ha həyətyanı torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Təqdim edilən sənədlərə baxış keçirilən zaman X21 Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində deyil Kürdəmir rayonu Yenikənd kəndi ərazisində torpaq sahəsi ayrıldığı, ölçülərinin isə 0,61 ha deyil, 0,72 ha olduğu müəyyən edilir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-56-31/2-05/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Yenikənd kənd sakini X28 həqiqətən Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 10si üzrə nümayəndəliyinin təsərrüfatbaşma kitabına əsasən X21 məxsus 0.72 ha torpaq sahəsi vardır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 97 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış araşdırılma zamanı Kürdəmir rayon X20 xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X21 0,61 ha. torpaq sahəsi ayrilmasına dair qərarının və həmin illərə İcra Hakimiyyəti Başçısının sərəncamı və digər sənədlər aşkar edilməmişdir.X2 adına Kürdəmir rayon Yenikənd kənd İƏD-nin Dəyirmanlı kənd üzrə 1996- 2000-ci illərə aid olan 02 saylı təsərrüfatbaşına kitabın 168 nömrəli şəxsi hesabında adı qeyd edildiyi üçün sənədlərin təsdiq olunmuş sürəti tanış olmaq üçün göndərmişdir. Həmin sənədlərə, eləcə də 02 saylı təsərrüfatbaşına kitabın 168 nömrəli şəxsi hesabına nəzər yetirilən zaman iddiaçının vərəsəsi olduğu anası X12 adına 1,47 ha torpaq sahəsinin olduğu müəyyən edilir. Məhkəməyə təqdim edilən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-56-31/2-31/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 79 nömrəli rəsmi arayışına əsasən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsindən:
1. JN-166A (********) 0.35 ha torpaq sahəsi İddiaçı qızma məxsus olan torpaq sahəsi halhazırda İddiaçı istifadəsindədir.
2. JN-226F, (********) 0,30 ha torpaq sahəsi mərhumə X27ma məxsus olan torpaq sahəsi halhazırda İddiaçı istifadəsindədir.
3. RX №0552836 (Reyestr nömrəsi **********23) 0,61 ha torpaq sahəsi X35ma məxsus olan torpaq sahəsi X19 hal-hazırda istifadəsindədir.
4. 0,21 ha torpaq sahəsi zəbt olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yerləşən 0.61 ha torpaq sahəsinin JN 151F, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X19 adına tərtib edilməsi qanunsuz olmuşdur. Belə ki, X19 Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində yaşadığı müəyyən olunmur və islahat zamanı Kürdəmir rayonu Yenikənd kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Qeyd edilən şəhadətnamənin verilməsinə əsas olan sənəddə müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, JN 151F, KOD 90610028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin tərtib edilməsi ilə iddiaçı tərəfin subyektiv hüquqları pozulmuşdur. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Torpağın mülkiyyətinə verilməsinə dair” JN-151F, kod 90610028 nömrəli şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş digər sənədlərin ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə (X28 və X31 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Torpağın mülkiyyətinə verilməsinə dair JN-151F, kod 90610028 nömrəli şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş digər sənədlərin ləğv olunması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov