Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-4/2021 14.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, İddiaçı və vəkili X19 iştirakları ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qаrşı “X7 mülkiyyətində olan 3.0057 hektar torpaq sahəsinə dair **********47 reyestr nömrəli Çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 nömrəli dövlət aktında göstərilən 4,99 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qаrşı “X7 adına verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2-1(086)- 1908/2018 saylı qərardadı ilə X7 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2-1(086)-517/2019 saylı qərardadı ilə iddia tələbinə “X7 adına olan ******* saylı çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsünün həmin torpağın ilkin sənədi olan JN - 226 saylı Dövlət aktına uyğun tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(086)-517/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2021-cu il tarixli, 2-1(120)-4/2021 saylı qərardadı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qаrşı “X7 adına olan ******* saylı çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsünün həmin torpağın ilkin sənədi olan JN - 226 saylı Dövlət aktına uyğun tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğugu kimi saxlanılması, iddiа tələbinə “X7 mülkiyyətində olan 3.0057 hektar torpaq sahəsinə dair **********47 reyestr nömrəli Çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 nömrəli dövlət aktında göstərilən 4,99 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 29 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi mülkiyyətinə 4,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı adlarına JN- 227 saylı Dövlət Aktı da verilmişdir, həmin torpaq sahəsini 21 ildir ki, sərhəd mərzlərinə uyğun istifadə edir. X2 bir neçə il əvvəl onun torpaq sahəsinin yaxınlığında olan qardaşı X16 məxsus JN-226 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 3,0057 hektar pay torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Fərqan Nəsirov adı çəkilən torpaq sahəsi ilə bağlı adına çıxarış aldıqdan sonra iddia edir ki, çıxarışdakı kordinatlarla uyğun onun torpaq sahəsini guya o əkmişdir. Halbuki 21 ildir ki, mülkiyyətində olan torpaq sahəsini əkir və Dövlət Aktına əsasən kordinatlardan kənara çıxmamışdır. Bundan başqa onun mülkiyyətində olan torpaq sahəsi ilə Fərqan Nəsirovun mülkiyyətində olan torpaq sahəsinin arasında başqa bir mülkiyyətçinin 1 hektardan yuxarı pay torpaq sahəsi vardır. Müxtəlif mütəxəssisələrə müraciət edərək Dövlət Aktımı və F.Nəsirovun çıxarışını göstərdikdə X18 saxta tərtib olduğu, yəni naturaya və ilkin Dövlət Aktına uyğun tərtib olunmadığı müəyyən olunmuşdur. Bununla bağlı DƏDRX-nin 8 saylı ərazisinə müraciət etsə də tələbindən imtina edilmişdir. DƏDRX-nin 8 saylı ərazi idarəsinin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdeh təşkilat adı çəkilən məktubla onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili X29 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxslər X20 və X24 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin, üçüncü şəxslər X7 və X11 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı 21 iyun 2018-ci il tarixli, **********23 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Fəqan Nəsirovun adına verilmiş çıxarışın dəyişdirilməsini xahiş etmişsiniz. Ərizənizə cavab olaraq bildiririk ki, Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun aparır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi torpaq mübahisəsini həll edən və çıxarışı dəyişdiriən deyil, daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işiərinin aparılmasını və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mübahisələrin həlli ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. İşdə olan 21.06.2018-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 21.06.2018-ci il tarixli, 756 nömrəli arayışından görünür ki, Əhmədov X26 rayonu Ağalıkənd kəndində yaşayır. İşdə olan JN 227, kod 80802018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından və torpaq sahəsinin plan çizgisindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə 4.99 ha torpaq sahəsi Biləsuvar rayonu Ağalıkənd kənd sakini İddiaçı və onun ailə üzvləri X4, X28, X8, X12, X21 və X22 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin 16 avqust 2018-ci il tarixli, **********65 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(086)-1908/2018 saylı sərəncamına cavab olaraq bildiririk ki, torpağa mülkiyyət hüququna dair JN-226 nömrəli dövlət aktına əsasən verilmiş Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən 3.0057 ha pay torpaq sahəsinin 16 may 2011-ci il tarixli Biləsuvar rayon Notariat Kontorunun alqı-satqı müqaviləsi əsasında X7 adına Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən 3.0057 ha pay torpaq sahəsinə Xidmətin Cəlilabad Ərazi İdarəsi tərəfindən 09 iyun 2011-ci il tarixdə, **********47 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və öçüsü verilmişdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqlaıın mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-ci maddəsini və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, Məhkəmədən İddiaçı Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən 3.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 16 may 2011-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayan İddiaçı, X23, X25, X3 rayonu, Ağalıkənd kəndində yerləşən 3.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 (üç min) manata X1. İşdə olan JN 226, kod 80802018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından və torpaq sahəsinin plan çizgisindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə 3.01 ha torpaq sahəsi Biləsuvar rayonu Ağalıkənd kənd sakini X11 və onun ailə üzvləri X5, X14 və X6 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçının vəkilinə ünvanladığı 29 iyun 2018-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 20 iyun 2018-ci il tarixli 1-8 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron bazada olmayan JN-226 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktındakı torpaq sahəsinin koordinatları ilə 09 iyun 2011-ci il tarixli, **********47 reyestr nömrəli çıxarışla verilmiş 3.0057 ha pay torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Cəlilabad Layihə Dədqiqat İdarəsinin eyni məzmunlu 29.12.2019-cu il tarixli, C-243 nömrəli, 24.04.2020-ci il tarixli, C-079 nömrəli, 20.10.2020-ci il tarixli, C-168 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Mütəxəssis qarşısında qoyulmuş suallar tərəflərin iştirakı ilə mütəxəssislər tərəfindən yerində araşdırıldı. Mübahisətəndİritən ərazilərin koordinatları GPS aləti vastəsi ilə naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. 1 Biləsuvar rayonu Ağalıkənd kəndi keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-227 və JN- 226 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına müvafiq olaraq İddiaçı və onun ailə üzvlərinə 4,99 ha, X24 və onun ailə üzvlərinə 3,01 ha mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüləri rəyə əlavə olunmuş 2 saylı planda göstərilmişdir. 2 Biləsuvar rayon Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə JN-227 nömrəli X33 rayonu Ağalıkənd kəndində keçmiş "Azərbaycan" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşmə vəziyyətinə görə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 4,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının faktiki istifadəsində deyildir. 3 Biləsuvar rayonu Ağalıkənd kəndi ‘'Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-227 nömrəli Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 4,99 ha torpaq sahəsi ilə faktiki istifadələrində olan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. 4 **********47 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsündəki döngə nöqtələrinin koordinatları əsasən X7 mülkiyyətində olan 3.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş “Azerbaycan" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-227 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə İddiaçı və onun ailə üzvlərinə mülkiyyətə verilmiş 4,99 hektar olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmin torpaq sahələrinin yerləşmə və istifadə vəziyyəti, ölçüləri tərtib edilmiş planlarda və Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan" kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. 5 **********47 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü”ndəki döngə nöqtələrinin koordinatları əsasən X7 mülkiyyətində olan 3,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən edilmiş sərhədləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan Biləsuvar rayon Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə JN-226 nömrəli Torpağa mülkiyyət hüququna dair X33 rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu iayihəsindəki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə JN-226 nömrəli Torpağa mülkiyyət hüququna dair X33 rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi üzrə yerləşmə vəziyyətinə görə X11 və onun ailə üzvlərinin mülkiyətə verilmiş 3,01 hektar torpaq sahəsi ilə sənəd üzrə qonşu mülkiyyətçilərin qanuni istifadəsinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri, qonşu mülkiyyətçilərin yerləşmə mövqeləri tərtib edilmiş planlarda və Biləsuvar rayonu Ağalıkənö kəndində keçmiş “Azərbaycan* kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2020-ci il tarixli, 10/1889 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - Biləsuvar rayonu Ağalıkənd kəndi keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-227 və JN-226 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına müvafiq olaraq İddiaçı və onun ailə üzvlərinə 4.99 ha, X24 və onun ailə üzvlərinə 3.01 ha mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş 2 saylı planda göstərilmişdir. - Biləsuvar rayon Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə JN-227 nömrəli X33 rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşmə vəziyyətinə görə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 4.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının faktiki istifadəsində deyildir. - Biləsuvar rayonu Ağalıkənd kəndi keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-227 nömrəli Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 4.99 ha torpaq sahəsi ilə faktiki istifadələrində olan torpaq sahəsi arasında uyğunsuzluqlar mövcuddur. - **********47 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü’ndəki döngə nöqtələrinin koordinatları əsasən X7 mülkiyyətində olan 3.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-227 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə İddiaçı və onun ailə üzvlərinə mülkiyyəti» verilmiş 4.99 ha hektar olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmin torpaq sahələrinin yerləşmə və istifadə vəziyyəti, ölçüləri tərtib edilmiş planlarda və Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. - **********47 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü”ndəki döngə nöqtərlərinin koordinatları əsasən X7 mülkiyyətində olan 3.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən edilmiş sərhədləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə JN-226 nömrəli Torpağa mülkiyyət hüququna dair X33 rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindəki yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar mövcuddur. - Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə JN-226 nömrəli Torpağa mülkiyyət hüququna dair X33 rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi üzrə yerləşmə vəziyyətinə görə X24 və onun ailə üzvləri və onun ailə üzvlərinin mülkiyyətə verilmiş 3.01 hektar torpaq sahəsi ilə sənəd üzrə qonşu mülkiyyətçilərin qanuni istifadəsinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri, qonşu mülkiyyətçilərin yerləşmə mövqeləri tərtib edilmiş planlarda və Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş “Azərbaycan” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə Biləsuvar rayonu Ağalıkənd kənd sakini İddiaçı və onun ailə üzvləri X4, X28, X8, X12, X21 və X22 mülkiyyətinə 4.99 ha torpaq sahəsi verilmiş və onların adına JN 227, kod 80802018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı və torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə 3.01 ha torpaq sahəsi Biləsuvar rayonu Ağalıkənd kənd sakini X11 və onun ailə üzvləri X5, X14 və X6 mülkiyyətinə verilmiş və onların adına JN 226, kod 80802018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı və torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. Sonradan yəni 16 may 2011-ci il tarixdə İddiaçı, X23, X25, X17 torpaq alqı-satqı müqaviləsi əsasında Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən 3.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 (üç min) manata X1. Həmin torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları qeydiyyata alınaraq adına seriya MA ******* nömrəli, **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı, X7 mülkiyyətində olan 3.0057 hektar torpaq sahəsinə dair **********47 reyestr nömrəli Çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, özünün (İddiaçı) və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 nömrəli dövlət aktında göstərilən 4,99 hektar torpaq sahəsi ilə üstüstə düşdüyünü göstərməklə həmin hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iş materiallarında olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, X7 mülkiyyətində olan 3.0057 hektar torpaq sahəsinə dair **********47 reyestr nömrəli Çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 nömrəli dövlət aktında göstərilən 4,99 hektar torpaq sahəsi ilə üstüstə düşmür. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmədiyindən iddiaçının hazırkı iddia tələbinin hüquqi əsası yoxdur. İddiaçı tələbinin əsaslı olduğunu sübut edə bilməmiş, məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində də tələbin əsaslılığına dəlalət edən sübut əldə edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 16.09.2020-ci il tarixli 2-1(102)-1007/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qаrşı “X7 mülkiyyətində olan 3.0057 hektar torpaq sahəsinə dair **********47 reyestr nömrəli Çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 nömrəli dövlət aktında göstərilən 4,99 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün otuz manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan smetadan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri 474,23 manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər (ekspertiza və mütəxəssis rəyinə görə xərc) İddiaçı tutulmalıdır və həmçinin ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qаrşı “X7 mülkiyyətində olan 3.0057 hektar torpaq sahəsinə dair **********47 reyestr nömrəli Çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 nömrəli dövlət aktında göstərilən 4,99 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərclərinə görə 474,23 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X37 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, xxxx MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-4/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver