Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4/2025 22.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı (zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində X6 və Sadıqov Zaur Qubad oğlu cəlb edilməklə) “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı1 və onun nümayəndəsi-vəkili İddiaçı2 iştirakları ilə, İddiaçı1 Cavabdehnə qarşı “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı1 Cavabdehnə qarşı “Kürdəmir rayon bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 nömrəli qərarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim iddia tələbinə “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1471/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən X7 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-24/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə idia tələbinə “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X4 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 nömrəli qərarı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində iddiaçıya obyekt tikintisi üçün 459 kv/m torpaq sahəsi satılmışdır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2008-ci il tarixli, 118 nömrəli sərəncamına əsasən ona Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir. Həmin torpaq sahəsi 16 may 2008-ci il tarixdə X10 kitabında 193 nömrə ilə uçota alınmış və bu barədə ona A №041136 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il il tarixli, 118 nömrəli sərəncamı ilə Kürdəmir Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 64 nömrəli qərarı ilə verilmiş 459 kv.m torpaq sahəsində sahibkar obyektinin tikintisinə icazə verilmiş və tikinti işləri iddiaçı tərəfindən tikilərək başa çatdırılmışdır. Həmin obyekt 2008-ci ildən hal-hazırkı günə kimi iddiaçının qanuni istifadəsində olmaqdadır. O, 2019-cu ilin dekabr ayının 10-da bilmişdir ki, Kürdəmir Bələdiyyəsinin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarı ilə Bələdiyyə tərəfindən ona 459 kv.m torpaq sahəsinin satılması barədə Bələdiyyənin 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı ləğv edilmiş və həmin qərarın ləğv edilməsi üçün xx.xx.2019-cu ildə Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Daha sonra iddiaçı bununla bağlı Ölkə başçısına ərizə ilə müraciət etmiş və Kürdəmir Rayon İcra Hakimiyyətinin 21 iyul 2020-ci il tarixli, 2/887-2 nömrəli məktubla ona bildirilmişdir ki, Kürdəmir Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 64 nömrəli qərarı ilə iddiaçıya verilmiş 459 kv.m torpaq sahəsi barədə bələdiyyə qərarı ləğv olunduqdan sonra həmin torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin 29 iyul 2016cı il tarixli 10 nömrəli qərarı ilə adı çəkilən torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılması üçün elan verilmiş, xx.xx.2017-ci il tarixdə hərrac keçirilərək həmin torpaq sahəsi hərracda qalib gəlmiş ünvan 1 ünvanda yaşayan X2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarış verilmişir. Həmin məktubu iddiaçı 22 iyul 2020-ci il tarixdə aldıqdan sonra bilmişdir ki, onun 2008-ci ildən hal-hazırkı günə kimi qanuni istifadəsində olan 459 kv.m torpaq sahəsinin üzərində tikdiyi həmin ölçüdə olan obyektin altında yerləşən torpaq sahəsi ona ilk növbədə təklif edilmədən başqa şəxsə satılmışdır. Necə ola bilər ki, tikili onun, torpaq sahəsi isə başqa şəxsə aid olsun. Göründüyü kimi Bələdiyyə hərracdan keçirilən zaman qeyd edilən torpaq sahəsinin alınmasını torpağın istifadəçisi kimi məhz iddiaçıya təklif etməli idi. Lakin Bələdiyyə gizlin şəkildə ondan və ailə üzvlərindən xəbərsiz torpaq sahəsini X1. Qeyd edir ki, Kürdəmir Bələdiyyəsiin 29 iyul 2016-cı il tarixli, 10 saylı iclas qərarı və xx.xx.2017-ci il tarixli hərracın keçirilməsi tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Məlumat üçün bildirilir ki, iddiaçının rəsmi müraciəti əsasında ona, Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 nömrəli qərarı ilə 459 kv.m torpaq sahəsi satılmışdır. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən tikintiyə icazə verilmişdir. X5 10 aprel 2008-ci il tarixli, 64 nömrəli qərarı qanunvericiliyə uyğun olmadığına görə Bələdiyyə tərəfindən öz qərarı ləğv edilmiş, bu barədə 30 iyun 2008-ci il tarixdə 46 nömrəli məktubla İddiaçı1 məlumat verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi-vəkili İddiaçı2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Kürdəmir Rayon Bələdiyyəsinin (nümayəndəsi) və üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş, xx.xx.2008-ci il tarixli qərarı İddiaçı1 mübahisələndirmiş, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, həmin qərardan apellyasiya və kassasiya şikayətləri verilmiş qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən qəbul edilmiş hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsi qanunvericilikdə nəzrədə tutulmuş müddətlərə riayət edilməklə təqdim edilmiş, 30 (otuz) günlük müddət ötürülməmişdir. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İş materiallarında olan Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli 64 saylı iclas protokoluna əsasən bələdiyyə tərəfindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kürdəmir rayon şöbələrinin müdirlərindən, Kürdəmir bələdiyyəsi sədirinin tikinti-abadlıq işləri üzrə müavinindən, Aran Regional DYNİ-nin böyük inspektorundan, Kürdəmir rayon GEM-nin baş həkimindən və Kürdəmir rayon Telekommunikasiya Qovşağının və Kürdəmir rayon Elektrik Şəbəkəsinin rəislərindən ibarət mütəxəssis komissiyasının 09 aprel 2008-ci il tarixli aktı nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı1 Kürdəmir rayon, S.Şıxaliyev küçəsində 459 kv/m torpaq sahəsi onun xüsusi mülkiyyətinə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17 aprel 2008-ci il tarixli, 175 saylı rəyinə əsasən İddiaçı1 satılan 459 kv/m torpaq sahəsi Kürdəmir bələdiyyəsinin mülkiyyəti, alqı-satqı predmeti və kənd təsrrüfatına yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A nömrəli 041136 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində yerləşən sahibkarlıq məqsədilə İddiaçı1 ayrılan 459 kv/m torpaq sahəsi 16 may 2008-ci il tarixdə X10 kitabında 193 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilən 15 may 2018-ci il tarixli, 152 saylı arxiv arayışına əsasən İddiaçı1 Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2008-ci il tarixli, 118 nömrəli sərəncamına əsasən iddiaçıya şəhərin S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir və sərəncamın surəti arayışa əlavə edilmişdir. İş materiallarında olan Kürdəmir Bələdiyyəsinin 24 iyun 2008-ci il tarixli, 68 saylı iclas protokoluna əsasən Azərbaycan Respublikasınının 28 oktyabr 2007-ci il tarixli 709- İİİQD Qanunun tələbləri əsas gətirilərək İddiaçı1 satılan torpaq sahəsi ilə bağlı əmir bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli 64 saylı iclas qərarı ləğv edilmişdir. İş materiallarında olan AN-1 ******* saylı, 02 mart 2017-ci il tarixli "Daşınmaz amlakın alqı- satqı müqaviləsi"nə əsasən 0,0641 ha torpaq sahəsi Kürdəmir Bələdiyyəsi tərəfindən X2 və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/3-35 saylı və xx.xx.2022-ci il tarixli, 09/3-139 saylı məktublarına əsasən qeyd edilən xx.xx.2008-ci il tarixli, 64 saylı və xx.xx.2008-ci il tarixli, 68 saylı qərarlar və iclas protokolları Bələdiyyələrlə iş mərkəzinə təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2019-cu il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 01, 02, 03, 04, 05, 06, 07 nömrəli icarə müqavilələrinə əsasən Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində yerləşən obyekt İddiaçı1 tərəfindən müxtəlif vətəndaşlara icarəyə verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyul 2021-ci il tarixli, 100 nömrəli məktubuna əsasən Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsində sahibkarlıq məqsədilə tikilən obyektin kimə məxsus olması barədə məlumatın olmadığı və şəhər sakinləri arasında bələdiyyə bazarı kimi tanındığı müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 05 avqust 2021-ci il tarixli, 92 nömrəli məktubuna əsasən İddiaçı1 barəsində Kürdəmir Bələdiyyəsinin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarının arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 2/201 nömrəli, 08 aprel 2008-ci il tarixli məktubunun surətindən görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivinin 15 may 2018-ci il tarixli, 152 nömrəli Arxiv Arayışının surətindən görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 2/887-2 nömrəli, 21 iyul 2020-ci il tarixli məktubunun surətindən görünür ki, qeyd edilən torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin 2008-ci il 10 aprel tarixli 68 saylı iclasının qərarı ilə iddiaçının xüsusi mülkiyyətinə satılması barədə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya satılması barədə DT və XK-nin Kürdəmir rayon şöbəsinin, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyləri alınmış, torpaq sahəssinin alqı-satqısına dair akt tərtib edilmiş, Respublika DT və XK tərəfindən torpaq sahəsinin plan və ölçüsü işlənərək təsdiq edilmiş və X10 kitabında xx.xx.2008-ci il tarixli 193 nömrə ilə uçota alınmışdır. İlkin sənədlərə əsasən Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 118 nömrəli sərəncamı ilə iddiaçıya Kürdəmir bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş 459 m2 torpaq sahəsində sahibkar obyektinin tikintisinə icazə verilmiş və tikinti işləri aparılmışdır. Lakin sonradan Kürdəmir bələdiyyəsi xx.xx.2008-ci il tarixli 68 saylı bələdiyyə iclasında iddiaçıya sahibkar obyekti tikintisi üçün 459 kv.m torpaq sahəsinin satılması ilə əlaqədar Kürdəmir bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 64 saylı ümumi iclasının qərarının ləğv edilməsi barədə məsələ müzakirə etmiş və bildirilmişdir ki, adıçəkilən torpaqların torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 28 oktyabr tarixli 709-İİİQD qanunun tələblərinə zidd olduğuna görə torpaq sahəsi ilə bağlı bələdiyyənin müvafiq qərarı ləğv olunmalıdır. Kürdəmir bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 64 nömrəli qərarı ilə iddiaçıya verilmiş 459 kv.m torpaq sahəsi barədə bəldiyyə qərarı ləğv olunduqdan sonra həmin torpaq sahəsi Kürdəmir bələdiyyəsinin 29 iyul 2016-cı il tarixli 10 nömrəli qərarı ilə adı çəkilən torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılması üçün elan verilmiş xx.xx.2017-ci il tarixindən hərrac keçirilərək həmin torpaq sahəsi hərracda qalıb gəlmiş ünvan 3 ünvanda yaşayan X2 və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı verilmişdir. İddiaçı Kürdəmir bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 68 saylı qərarının ləğv edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci ilı tarixli qərarı ilə Kürdəmir bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 68 saylı qərarın ın ləğv edilməsi mümkün sayılmamışdır. Kürdəmir bələdiyyəsi isə Kürdəmir rayon İcra Hkimiyyətinin iddiaçıya sahibkar obyektinin tikintisinə icazə verilməsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli 118 nömrəli sərəncamının ləğv edilməsi tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qərarı ilə Kürdəmir bələdiyyəsinin tələbi təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2008-ci il tarixli, 68 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinin və üçüncü şəxs X11 oölunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(120)-15/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-915/2023 nömrəli Qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(106)-256/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli, 161 saylı Rəyinin surətindən görünür ki, Kürdəmir şəhərinin S.Şıxəliyev küçəsində yerləşən (13,6m x 42m)+(7,0m x 10,0m)=641m2 ölçüdə torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Kürdəmir Bələdiyyəsinin 29 avqust 2014-cü il tarixli ümumi iclasının 13 nömrəli protokolundan çıxarışdan görünür ki, Kürdəmir şəhərinin S.Şıxəliyev küçəsində yerləşən Kürdəmir Bələdiyyəsinin alqı-satqı predmeti olan 641 kv.m torpaq sahəsinin məqsədli Təyinatı ərazinin yer-quruluşu təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkar obyektinin tikintisi məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsi üzəində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması,; Mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutlan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon (şəhər) şöbsindən xahiş edilməsi; Bələdiyyənin satış məqsədilə hərraca çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi idarəsindən xahiş edilməsi; Bu qərarın icrasına nəarət Kürdəmir Bələdiyyəsinin tikintiabadlıq işləri üzrə müavininə həvalə edilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 0.0641 kv/m torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində Kürdəmir şəhər Bələdiyyəsinin adına qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 0.641 kv/m torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində X7 adına qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 0.641 kv/m torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə inzibati iş üzrə məhkəmə-tikinti və yerquruluşu ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/2661/2025 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir rayon Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 nömrəli qərarı ilə ayrılmış 641 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi 1.2000 miqyasda tərtib edilən, “Kürdəmir rayonu Kürdəmir bələdiyyəsi, Kürdəmir rayon İcra Hakimiyyətinin Baş memarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq edilən “Kürdəmir rayonu Kürdəmir bələdiyyəsi torpaqlarının yerquruluşu planı”na əsasən mütəxəssis tərəfindən müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Kürdəmir rayon Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 nömrəli qərarı ilə ayrılmış 641 kv.m torpaq sahəsinin əsasında **********07 reyestr nömrəli çıxarışın tərtib edildiyi və sözügedən torpaq sahələrinin eyni torpaq sahəsi olmaqla üst-üstə düşdüyü mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X4 adına hüquqların dövlət Reyestrində dövlət qeydiyyatına alınmış 0.0641 ha torpaq sahəsi elektron baza məlumatlarında **********0136 kadastr nömrəli plan və ölçü sənədi ilə və 36 kv.m hissədə dəmir yolunun mühafizə zolağı ilə üst-üstə düşür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: - bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
MƏHKƏMƏNİN MÖVQEYİ
Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasında, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə hesab edir ki, Kürdəmir rayon bələdiyyəsi tərəfindən İddiaçı1 xx.xx.2008-ci il tarixli, 64 saylı qərarı ilə verilən torpaq sahəsinə hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı qəbul etməsi qanunsuz olmuşdur. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2008-ci il tarixli, 68 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Kürdəmir rayon bələdiyyəsinin hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı məhs xx.xx.2008-ci il tarixli, 64 saylı qərarı əsasın qəbul edilmişdir. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Məhkəmə, belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin, məhkəmə praktikasının tələbləri və yuxarıda qeyd edilənlər əsasında iddiaçı barəsində qəbul edilmiş qərar əsassız sayılır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Kürdəmir Rayonu Kürdəmir bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertizaların xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Şahəli Musayev