Məhkəmə qərarları › İş №2-1(120)-40/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-40/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-40/2020 21.01.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı X3, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa edilmiş 39,3 kv/m, bir mərtəbəli qeyri-yaşayış obyektinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində olan obyektin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2-1(086)-1870/2019 saylı qərardadı ilə iddiaçı X3 Cavabdehnə qarşı «torpaq sahəsində olan obyektin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbinə dair inzibati mübahisə üzrə iddiaçı olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 16 saylı Ucar Ərazi İbarəsi cavabdeh kimi tanınması, Cavabdeh siyahısından çıxarılması, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, iddia tələbinə xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən X3 xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa edilmiş 39,3 kv/metr, bir mərtəbəli qeyri-yaşayış obyektinə “Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması kimi qoyulması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 0, 0048 ha torpaq sahəsi var və həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 aprel 2019-cu il tarixli ********** nömrəli çıxarış almışdır. Həmin ünvanda olan torpaq sahəsində memarlıq planlaşdırma layihəsi əsasında İ mərtəbəli qeyri-yaşayış obyekti inşa etdirmişdir. Bununla əlaqədar göstərilən obyektin memarlıq və planlaşdırma layihəsini təsdiq etdirmək həmçinin tikintinin inşa edilməsinə icazə barədə də qərarın, istismara qəbul aktının verilməsinə köməklik göstərilməsi məqsədi ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh təşkilat obyektin istismarına dair zəruri sənədləri verməsi əvəzinə, 06 may 2019-cu tarixli 2/591-1 nömrəli məktubu ilə həlli mürəkkəbləşdirilən, anlaşılmayan, əslində hüquqlarına qanunun aliliyinə hörmətsizliklə ifadə olunmuş şəkildə müraciətindən imtina etmiş, ona məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa edilmiş 39,3 kv/m, bir mərtəbəli qeyri-yaşayış obyektinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı X8 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Cavabdeh Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 iyun 2019-cu il tarixli, 529 nömrəli arayışından görünür ki, X1 rayonu, Xırdapay kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0048 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (qeydiyyat nömrəsi **********) görünür ki, , ünvan 3 ünvanında yerləşən 0.0048 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin iddiaçıya ünvanladığı 24 may 2019-cu il tarixli, **********28 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Kürdəmir şəhəri, Vaqif küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Qeyri yaşayış binası üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı üçün əsaslar tam şəkildə təqdim edilməmişdir. Bununla əlaqədar bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək 2313-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - müvafiq İcra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bildiririk ki, qeyri yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən Kürdəmir RİHB-nin tikilinin inşa edilməsinə icazə barədə qərarını, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nin tikinti obyektinin istismarına icazəsini və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni təqdim etməmisiniz. Nəzərinizə çatdırırıq ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldığı təqdirdə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində hüquqlarınızın dövlət qeydiyyatına alınması məsələsinə qanuna müvafiq qaydada baxılacaqdır. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı 24 iyun 2019cu il tarixli, 2/830-7 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun 2007-ci ildə Kürdəmir şəhəri Vaqif küçəsi-15A ünvanında inşa etdirdiyi sahibkar obyektinin memarlıq-planlaşdırma layihəsinin təsdiq edilməklə, tikintisinə və istismarına icazə sənədlərinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir.Bildiririk ki, İddiaçı iddia tələbi əsassızdır və həmin sənədlərin rayon İcra Hakimiyyəti tərəfindən verilməsi mümkünsüzdür.Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1 maddəsində göstərilir ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə yerli icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir.Məcəllənin 75.2 maddəsində göstərilir ki, sifarişçi tikintiyə icazə almaq üçün yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir.Məcəllənin 75.2.1 maddəsində göstərilir ki, ərizəyə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; və Məcəllənin 75.2.2 maddəsində göstərilir ki, ərizəyə olunmalıdır.Məcəllənin 75.4 maddəsində göstərilir ki, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra yerli icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və yerli icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilir.Məcəllənin 75.6 maddəsində göstərilir ki, yerli icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla bir ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.Məcəllənin 75.10 maddəsində göstərilir ki, tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim ecir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinn internet səhifəsində yerləşdirilir.Məcəllənin 75.10 maddəsində göstərilir ki, tikintiyə icazə verən yerli icra hakiniyyəti orqanı sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verir və onlar tərəfindən tikintinin layihəyə uyğun aparılmasına Dövlət nəzarəti həyata keçirilir.Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2019cu il tarixli 274 nömrəli Fərmanının 1.1-ci bəndində göstərilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqdan sonra tikintiyə icazə verə bilər.İddiaçı 2007-ci ildə ünvan 3 ünvanında yerləşən sahibkar obyektim heç bir icazə sənədi olmadan inşa etdirdiyindən həmin tikintinin özbaşına tikinti olduğu izah edilmiş və ona rayon İcra Hakimiyyəti tərəfindən 2007-ci ildə tikintisi başa çatmış tikintiyə icazə verilməsinin mümkünsüzlüyü bildirilmişdir.Odur ki, İddiaçı iddiasının əsassız olduğu üçün təmin edilməməsi və rədd edilməsi barədə qətnamə çıxarmağınızı Sizdən xahiş edirik. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı 01 avqust 2019-cu il tarixli, 2/978-7 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdeh bildirir ki, Kürdəmir rayonunun Xırdapay kənd sakini İddiaçı ünvan 7 ünvanında mülkiyyətində olan 48 kv.m. torpaq sahəsində inşa etdirdiyi, tikinti sahəsi 39,3 kv.m. olan sahibkar obyekti təyinatı üzrə uşaq oyunları mərkəzidir (kompyuter mərkəzidir). Kürdəmir rayonunun Xırdapay kənd sakini İddiaçı məxsus sahibkar obyekti tikinti norma və qaydalarına uyğun olaraq inşa edilmişdir. Obyekt qırmızı tənzimləmə xətlərini pozmur, ərazinin memarlıq görünüşünə xələl gətirmir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh Kürdəmir rayonunun Xırdapay kənd sakini İddiaçı ünvan 7 ünvanında mülkiyyətində olan 48 kv.m. torpaq sahəsində inşa etdirdiyi, tikinti sahəsi 39,3 kv.m. olan sahibkar obyektinin qeydiyyata alınmasına etiraz etmir. İş materiallarına əlavə olunmuş 12 dekabr 2019-cu il tarixli, 21295 saylı ekspert rəyindən görünür ki, Kürdəmir şəhəri yerləşən X8 tərəfindən X8 tərəfindən tikkinti inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi 47,5 kv.m., daxili sahəsi 39,3 kv.m. olmaqla, həmin tikilinin Ağsu layihəsiçi tərəfindən tərtib olunmuş memarlıq planlaşdırma layihəsindən göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Aqentliyinin mütəxəssis rəyləri təqdim olunmadığından inşa olunmuş tikilinin ünvan 8 ünvanında X3 xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində yerləşibyerləşməməsini və həmin inşa olunmuş tikilinin insanların həyatı üçün təhlükə törədibtörətməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir şəhəri yerləşən X8 tərəfindən X8 tərəfindən tikkinti inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi 47,5 kv.m., daxili sahəsi 39,3 kv.m. olmaqla, həmin tikilinin Ağsu layihəsiçi tərəfindən tərtib olunmuş memarlıq planlaşdırma layihəsindən göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Aqentliyinin mütəxəssis rəyləri təqdim olunmadığından inşa olunmuş tikilinin ünvan 8 ünvanında X3 xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində yerləşib-yerləşməməsini və həmin inşa olunmuş tikilinin insanların həyatı üçün təhlükə törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0048 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (qeydiyyat nömrəsi **********) görünür ki, , ünvan 8 ünvanında yerləşən 0.0048 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə işin faktiki və hüquqi hallarını, o cümlədən iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən X3 xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa edilmiş 39,3 kv/metr, bir mərtəbəli qeyri-yaşayış obyektinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin üzərinə qoyulması üçün hər hansı qanuni əsas müəyyən edilmir. Məhkəmə fikrini daha dəqiq ifadə edərək bildirir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi iddiaçının müraiətindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasənAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanınıntikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyatı üçün tikilinin inşa edilməsinə icazə barədə qərarın, istismara qəbul aktının olması vacib şərtdir. Lakin iddiaçı tərəfindən tikiliyə dair qanunla tələb olunan həmin sənədlər (Kürdəmir RİHBnın tikilinin inşa edilməsinə icazə barədə qərarı və tikilinin istismara qəbul aktı) məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı qeyd olunan sənədlərin mövcud olması müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa edilmiş 39,3 kv/m, bir mərtəbəli qeyriyaşayış obyektinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. İşdə olan xx.xx.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən X3 xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa edilmiş 39,3 kv.m, bir mərtəbəli qeyri-yaşayış obyektinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı X2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar