Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-401/2022 15.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 qarşı «iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 15 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edib, ona 21.12.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının 21.05.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “1970-1972-ci illərdə Sabirabad rayonu Qələbə kolxozunda işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü ildə Əli Bayramlı rayonu, Güdəcühür kəndində anadan olmuşdur. Hazırda Sabirabad rayonu, Güdəcühür kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işləmişdir. Ümumilikdə 25 il 1 ay 10 gün iş stajı var. Lakin 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işlədiyi müddət əmək kitabçasında qeyd olunmamışdır. Ona görə o, Sabirabad rayon Dövlət Arxivinə müraciət etmişdir. Sabirabad rayon Dövlət Arxivi tərəfindən ona 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işləməyi barədə 28.02.2021-ci il tarixli, 57 nömrəli arxiv arayışı verilmişdir. Ona 01.12.2019-cu il tarixdən, 65 yaşdan 25 il 1 ay 10 gün sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün 21.05.2021-ci il tarixdən əmək pensiyası dayandırılmışdır. O, yaşa görə əmək pensiyasının bərpa olunmasından ötrü DSMF 4 saylı regional ərazi filialına rəsmi olaraq müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 18.08.2021-ci il tarixli, **********3 saylı imtina məktubu verilərək ona bildirilmişdir ki, 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işləməyi barədə əmək kitabçası olmadığı üçün onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. O, 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işləmişdir. Göstərilən əmək stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi filialı tərəfindən qəbul edilməmiş və ona imtina məktubu verilmişdir. İddiaçı göstərilənlərə əsaslanaraq, 1970-1972-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X3 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. İddiaçı 1970-1972-ci il tarixlərdə “Qələbə” kolxozunda işlədiyini iddia etdiyi dövrlərin arxiv arayışı əsasında sosial sığorta stajına daxil edilməsini tələb edir. Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. 1970-1972ci illərdə “Qələbə” kolxozunda işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. Bu səbəbdən sözügedən kolxozda işlədiyini iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 25 il 1 ay 10 gün sosial stajı mövcuddur. Mübahisələndirilən dövrləri çıxdıqda 22 il 1 ay 10 gün staj mövcud olur. Bundan əlavə, “X2 haqqında” Qanunun 67-ci maddəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 1970-ci il (069 gün); 1971-ci il (196 gün); 1972-ci il (091 gün) üzrə yerinə yetirilmiş minimum adam günü müvafiq olaraq 069, 196, 091 gün təşkil edir. Tələb olunan minimum adam günü 160 gün təşkil edir. Göründüyü kimi, yalnız 1971-ci il (196) üzrə norma tamamlanmışdır. Yuxarıda qeyd edilən normaya müvafiq olaraq 1970-1972-ci il üzrə 069+091= 160: 160:160=1 il təşkil edir. Mübahisələndirilən dövrlər üzrə iddiaçının sosial sığorta stajı 2 il təşkil edir. Beləliklə, mübahisələndirilən dövrlər arxiv arayışı əsasında qəbul edilsə belə, iddiaçının sosial sığorta stajı 24 il 1 ay 10 gün təşkil edəcəkdir. Beləliklə, qanunvericiliklə tələb olunan minimum sosial sığorta stajı olmadığı üçün İddiaçı ərizəsi Dövlət Sosial Müdafiə Fondunun X8 tərəfindən təmin edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının İddiaçı ünvanlanmış 18.08.2021-ci il tarixli, **********3 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Sizə 22.11.2019-cu il tarixli qərarla 01.12.2019-cu il tarixdən 65 yaşınızdan 25 il 1 ay 10 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Sizə 01.12.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyiniz sənədlərə əsasən (əmək kitabçası və hərbi xidmət dövrü) Sizin 25 il 1 ay 10 gün sığorta stajınız hesablanmışdır ki, bu da sizə yaşa görə əmək pensiyası təyin olunmasına kifayət etmişdir. Lakin, audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, 1970-1972-ci illərdə “Qələbə” adına kolxozda işləməyinizə dair sığorta stajınız əmək kitabçasında qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Belə olduğu halda Sizin 23 il 1 ay 10 gün stajınız müəyyən edilir. Ona görə də yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajınız və pensiya kapitalınız çatmadığından əmək pensiyanız 21.05.2021ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Əli Bayramlı rayonu, Güdəcühür kəndində doğulmuş, hal-hazırda da Sabirabad rayonu, Güdəcühür kəndində qeydiyyatdadır. İddiaçı 22 may 1974-cü il tarixdən 02 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (2 il 10 gün); Sabirabad rayonu sabiq “Qələbə” adına kolxozda 1970-ci ildə 069 adam günü, 1971-ci ildə 196 adam günü, 1972-ci ildə 091 adam günü işləmişdir. Bundan əlavə, işdə olan iddiaçıya məxsus ИТ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.10.1973-cü il tarixdən 05.05.1974-cü il tarixədək “Muğan Meliorasiya SuTikinti” Tresti 8 saylı SMD-də İ dərəcəli fəhlə (07 ay 05 gün); 15.06.1977-ci il tarixdən 15.04.1980-ci il tarixədək “Muğan Meliorasiya SuTikinti” Tresti 8 saylı SMD-də İİİ, İV, V dərəcəli skreperçi-qazıyıcı (2 il 10 ay); 22.07.1980-ci il tarixdən 18.07.1997-ci il tarixədək “Muğan Meliorasiya SuTikinti” Tresti 8 saylı SMD-də İİİ, İV, V dərəcəli skreperçiqazıyıcı (16 il 11 ay 26 gün) işləməklə, ümumilikdə 20 il 05 ay 01 gün sığorta stajı əldə etmişdir. Bundan əlavə, işdə olan iddiaçıya məxsus ИТ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.04.2019-cu il tarixdən Sabirabad rayonu, Güdəcühür bələdiyyəsində fəhlə vəzifəsinə işə qəbul edilmiş, o, yaşa görə əmək pensiyasına çıxdığı tarixədək, yəni 01.12.2019-cu il tarixədək 08 ay sığorta stajı əldə etmişdir. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin 22.12.2021-ci il tarixli, 143 saylı Arayışından görünür ki, Sabirabad rayon sabiq “Qələbə” adına kolxozda kişilər üçün 1970-1972-ci illərdə adam günləri minimum 160 gün, müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1970, 1972-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçıya 01.12.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, lakin sonradan aparılmış audit yoxlaması zamanı iddiaçının 1970-1972-ci illərdə “Qələbə” adına kolxozda işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamış və ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı və pensiya kapitalı çatmadığından əmək pensiyası 21.05.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1970-1972-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Sabirabad rayon sabiq “Qələbə” adına kolxozda işlədiyi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 28.02.2021-ci il tarixli, 57 nömrəli Arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh formal əsaslara istinad etməklə iddiaçının kolxozda işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etməklə, ona yaşa görə təyin edilmiş əmək pensiyasını dayandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının Sabirabad rayon sabiq “Qələbə” adına kolxozda işlədiyi 1971-ci il onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1970, 1972-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin X3 üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1970, 1972-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X2» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 22.12.2021-ci il tarixli, 143 nömrəli arayışından müəyyən edilir ki, Sabirabad rayon sabiq “Qələbə” adına kolxozda kişilər üçün 1970, 1972-ci illərdə adam günü minimum 160 gün müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1970, 1972-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (069 +091) × 12 = 1920/160= 12 ay (≈ 1 il). Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə cavabdeh inzibati orqanın “mübahisələndirilən dövrlər üzrə iddiaçının sosial sığorta stajının 2 il təşkil etdiyini, mübahisələndirilən dövrlər arxiv arayışı əsasında qəbul edilsə belə, iddiaçının sosial sığorta stajının 24 il 1 ay 10 gün təşkil edəcəyi” barədə etiraz dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtina məktubundan görünür ki, iddiaçının 1970-1972-ci illərdə “Qələbə” adına kolxozda işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Belə olduğu halda iddiaçının 23 il 1 ay 10 gün sığorta stajının müəyyən edildiyi bildirilmişdir. Bundan əlavə məhkəmə araşadırması zamanı da iddiaçının hərbi xidmət müddəti nəzərə alındıqda 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X1 Sabirabad rayon Dövlət Arxivinin 28.02.2021-ci il tarixli, 57 nömrəli Arxiv arayışında göstərilən Sabirabad rayon sabiq “Qələbə” adına kolxozda 1971ci ilə dair iş stajı, eləcə də 1970, 1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla, ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı X1 Sabirabad rayon Dövlət Arxivinin 28.02.2021-ci il tarixli, 57 nömrəli Arxiv arayışında göstərilən Sabirabad rayon sabiq “Qələbə” adına kolxozda 1971-ci ilə dair iş stajı, eləcə də 1970, 1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla, ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-401/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-401/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver