Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-401/2023 26.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-551A saylı şəhadətnamənin koordinatlarında düzəliş edilərək X3 məxsus torpaq sahəsinə uyğun koordinatların verilməsi və iddiaçının ərazisinə düşən koordinatların dəyişdirilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 26 sentyabr 2023-cü il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-551A saylı şəhadətnamənin koordinatlarında düzəliş edilərək X3 məxsus torpaq sahəsinə uyğun koordinatların verilməsi və iddiaçının ərazisinə düşən koordinatlarının dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(120)-27/2020 nömrəli qərardadı ilə X4, X6 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 29 may 2019-cu il tarixli, 2-1(086)-1292/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 03 sentyabr 2019-cu il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş suallarda göstərilən məsələlərin həlli məqsədilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin və tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2019-cu il tarixli, 17639 saylı vəsatət göndərildiyi, məhkəmənin məktubuna əsasən tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2019-cu il tarixə təyin edildiyi, lakin qeyd olunan tarixdə tərəflərin iştirak etməməsi səbəbindən tədqiqat obyekti ekspertə təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin 21 oktyabr 2019-cu il tarixli, 2-1(086)-1292/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 17 mart 2020-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə dair mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə bu barədə məhkəməyə xx.xx.2019-cu il tarixli, 29719 saylı vəsatət göndərildiyi, lakin bu günə qədər mütəxəssis rəyi Mərkəzə daxil olmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsi üçün 17 mart 2020-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 21 sentyabr 2020-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, 2-1(120)-27/2020 nömrəli inzibati iş üzrə tərəfinizdən xx.xx.2019-cu il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün zəruri olan əlavə materialların Mərkəzə təqdim olunması barədə xx.xx.2020-ci il tarixdə ekspert vəsatəti verildiyi, lakin ekspertin vəsatəti təmin edilmədiyinə görə qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin 20 oktyabr 2020-ci il tarixli, 2-1(120)-27/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 20 aprel 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə, bu barədə məhkəməyə xx.xx.2020-ci il tarixli vəsatət göndərildiyi, lakin bu günə qədər mütəxəssis rəyi Mərkəzə daxil olmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2021-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin təyinat əsasında verdikləri 27 may 2021-ci il tarixli, 10/1894 saylı rəydə ekspert qərardadın birinci-ikinci sualı üzrə: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: JN-551A saylı şəhadətnaməyə əsasən X3 və onun ailə üzvlərinə məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və sərhədləri müəyyən edildi. JN-551A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi faktiki olaraq iddia edilən yerdən 200 metr şimalqərb istiqamətində yerləşir. Bu səbəbdən JN-551A saylı şəhadətnamədə göstərilən ərazi baza xəritəsinə düzgün işlənməyib. JN-551A saylı şəhadətnamədə göstərilən torpaq sahəsində hal-hazırda X1 qardaşı ev tikərək yaşayır. JN-550A saylı şəhadətnaməyə əsasən X7 və onun ailə üzvlərinə məxsus torpaq sahəsi hal-hazırda natura və sənəd üzrə üst-üstə düşür. Onun cənub qonşusu 223 saylı əmr ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsidir. Mübahisəli torpaq sahəsindən cənuba tərəf olan hissə - İddiaçı Cəlilabad rayonu, Üçtəpə bələdiyyəsi tərəfindən 0.70 ha olmaqla icarəyə verilib. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadığını” vurğulamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 29 oktyabr 2021-ci il tarixli, 2- 1(120)-15/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-551A saylı şəhadətnamənin koordinatlarında düzəliş edilərək X3 məxsus torpaq sahəsinə uyğun koordinatların verilməsi və iddiaçının ərazisinə düşən koordinatların dəyişdirilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(120)-15/2021 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Z.A.Zeynalov, hakimlər M.K.Həsənov və Z.M.Allahyarovdan ibarət tərkibdə) 10 fevral 2022-ci il tarixli, 2- 1(106)-51/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(120)- 15/2021 nömrəli qərardadının ləğv edilməsi, iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Təkrar məhkəmə baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 04 avqust 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxs X4 gəlmiş, İddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün saydı. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iş üzrə iddia ərizəsinin geri qaytarılması və icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə üçüncü şəxsi dinləyib, iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-551A saylı şəhadətnamənin koordinatlarında düzəliş edilərək X3 məxsus torpaq sahəsinə uyğun koordinatların verilməsi və iddiaçının ərazisinə düşən koordinatların dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-401/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-401/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver