Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4016/2024 05.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı onun pensiya hüququ yarandığı 27 iyun 2023-cü il tarixdən, 60 yaşdan, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ali təhsilini bitirdikdən sonra xx.xx.1985-ci ildə Azərbaycan AES-nin Tikinti Quraşdırma İdarəsində Elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq işdən çıxmışdır. xx.xx.1988-ci ildə Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci ildə işdən çıxmışdır. xx.xx.1992-ci ildə Şirvanneft NQÇİ-də Prokat Təmir və X7 elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 08 iyul 1994-cü ildə sosial təminat üzrə mühəndis keçirilmişdir. xx.xx.1996-cı ildə köçürmə yolu ilə X2 X1 mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixində həmin sexdə Nəqliyyat üzrə böyük mühəndis keçirilmişdir. 11 iyun 1997-ci il tarixində işdən çıxmışdır. 20 iyun 1997-ci ildə X5 Firmasında mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü ildə işdən çıxmışdır. xx.xx.2003-cü il tarixində Qarasu Əməliyyat Şirkətində Quyuların əsaslı Təmiri sexində qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci ildə qazmaçı keçirilmişdir. xx.xx.2006-cı ildə Quyuların Əsaslı və Yeraltı Təmir Şöbəsində buruq ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixində Quyuların əsaslı və yeraltı Təmiri Sexində quyuların yeraltı və əsaslı təmiri üzrə növbə rəisi keçirilmişdir. xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixində Şirvan Drillinq Limited Şirkətinə Quyuların Əsaslı və Yeraltı Təmir Sexində quyuların yeraltı və əsaslı təmiri üzrə növbə rəisi vəzifəsinə qəbul edilmişdir. 18 may 2020ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. 19 may 2020-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. 19 may 2020-ci il tarixindən Qarasu Əməliyyat Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində Böyük usta vəzifəsinə işə qəbul edilmişdir. Və hazırda da orada əmək fəaliyyətini davam etdirir. Hazırkı iddia tələbi ilə, cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-180713/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 27 gün (xx.xx.2003-xx.xx.2011-ci il, xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) olduğundan müraciətin müsbət həlli mümkün olmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı,qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur.İddiaçının cavabdeh orqana təqdim etdiyi 01 mart 2024-cü il tarixli 08 nömrəli “X8”nin arayışına əsasən xx.xx.2011-xx.xx.2019-cu illər arasındakı dövr ərzində İddiaçı quyuların əsaslı və yeraltı təmir sexində işlədiyi növbə rəisi vəzifəsi qeyd olunmuşdur. Lakin sözügedən vəzifə yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.1987-cı ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1985-ci ildə beşinci dərəcəli elektrik montyor qəbul edilmişdir (Əmr № 79/k, 02.09.85-ci il), xx.xx.1988-ci ildə işdən azad edilmişdir ( Əmr № 124/k, 28.12.87-ci il ( 2 il 3 ay 29 gün), xx.xx.1988-ci ildə (Əli-Bayramlı TTİ) Azərbaycan SSR TTİ-dən Nəvahi sahəsinə köçürmə yolu ilə 5-ci (beşinci) dərəcəli elektrik montyor qəbul edilmişdir (Əmr № 1a, 11.01.88-ci il), xx.xx.1990-cı ildə 6-cı dərəcə elektrik montyoru vəzifəsinə təyin edilmişdir (Əmr № 49, xx.xx.1990-cı il) xx.xx.1992-ci ildə Əli-bayramlı şəhəri Şirvanneft NQÇİ-ə köçürmə yolu ilə işdən azad edilmişdir ( Əmr “ 79k, xx.xx.1992-ci il) ( 4 il, 7 ay, 2 gün), xx.xx.1992-ci il tarixdə “Şirvanneft” NQÇİ PRS Energetika xidmətini prokat təmir sexinə 5-ci dərəcəli elektrik montyor vəzifəsinə qəbul edilmişdir ( Əmr № 136\k, xx.xx.1992-ci il), xx.xx.1994-cü ildə “Şirvanneft” NQÇİ aparatına sosial təminat mühəndisi keçirilmişdir (Əmr № 121/k, xx.xx.1994-cü il), xx.xx.1995-ci ildə İstehsalatın Avtomatlaşdırma sexinə usta vəzifəsinə keçirilmişdir ( Əmr № 88/k, xx.xx.1995-ci il), xx.xx.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmişdir ( Əmr “ 20kA, xx.xx.1996-cı il) ( 3 il 5 ay 25 gün), xx.xx.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə İMR-nə usta vəzifəsinə qəbul edilmişdir (Əmr “ 01/r, xx.xx.1996-cı il), xx.xx.1996-cı ildə həmin sexdə mühəndis vəzifəsinə keçirilmişdir ( Əmr № 07/r, xx.xx.1996-cı il), xx.xx.1996-cı ildə həmin sexdə Nəqliyyat üzrəböyük mühəndis keçirilmişdir (Əmr № 66/p, 28.06.96-cı il), xx.xx.1997-ci ildə işdən azad edilmişdir ( Əmr № 56/p, xx.xx.1997-ci il) ( 1 il 4 ay 10 gün), xx.xx.1997-ci ildə X5 Firmasında mühəndis vəzifəsinə qəbul edilmişdir (Əmr № 71, xx.xx.1997-ci il), xx.xx.2003-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir ( Əmr № 59, xx.xx.2003-cü il) ( 6 il 2 ay 11 gün), xx.xx.2003-cü ildə Qarasu Əməliyyat Şirkətinə Quyuların əsaslı təmiri sahəsində Qazmaçı köməkçisi vəzifəsinə təyin edilmişdir ( ə/m əlavə, İD-N1127, xx.xx.2003), xx.xx.2005-ci ildə Qazmaçı vəzifəsinə keçirilmişdir ( əmək müqa əlavə İD №1127, xx.xx.2005), xx.xx.2006-cı il tarixdə Quyuların əsaslı və Yeraltı Təmiri Şöbəsində Buruq ustası vəzifəsinə keçirilmişdir ( əmək müqa əl, İD № 1127, xx.xx.2006-cı il), xx.xx.2009-cu ildə Quyuların əsaslı və Yeraltı Təmiri sexində Quyuların əsaslı təmiri üzrə sahə ustası vəzifəsinə təyin edilmişdir ( əmək müqaviləsinə əlavə xx.xx.2008-ci il), xx.xx.2011-ci ildə Quyuların əsaslı və Yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri sexi üzrə növbə rəisi vəzifəsinə təyin edilmişdir ( Əmr №08-OK, xx.xx.2011-ci il), xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr № 174X-OK, xx.xx.2019-cu il) (15 il 7 ay 15 gün), xx.xx.2019-cu ildə "xxxx" Şirkətinə Quyuların əsaslı və yeraltı təmiri sexində növbə rəisi vəzifəsinə qəbul edilmişdir ( Əmr № 333 K/İQ, xx.xx.2019-cu il), xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr №, xx.xx.2020-ci il), (9 ay 17 gün), xx.xx.2020-ci il tarixdə “X8” Şirkətinin Filialının Quyuların əsaslı yeraltı təmiri sexində böyük usta vəzifəsinə qəbul edilmişdir ( Əmək müqaviləsi xx.xx.2020-ci il). SOCAR tərəfindən verilmiş 14-2/2-M-785-1/2023-2967 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1992-ci ildə (əmr N° 136/k, xx.xx.1992-ci il) Tikinti-təmir idarəsindən köçürülmə yolu ilə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının təmiri və elektrik təchizatı sexinin az gərginlikli sahəsinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr N° 121/k, xx.xx.1994-cü il) Aparatın Sosial inkişaf şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə (əmr Ns 88/k, xx.xx.1995-ci il) İstehsalatın avtomatlaşdırılması sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr N° 20/k A, xx.xx.1996-cı il) "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur. "xxxx" Müştərək Müəssisəsinin haqq-hesab cədvəllərinə əsasən İstehsalatın avtomatlaşdırılması sexində 1996-cı ilin fevral ayından mühəndis, 1997-ci ilin yanvar ayından iyun ayına kimi nəqliyyat üzrə mühəndis vəzifəsində çalışması və əmək haqqı aldığı göstərilmişdir.xx.xx.1997-ci ildə (əmr N° 56/p) işdən azad olunmuşdur.ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildə "xxxx" Müştərək Müəssisəsi ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. X8 tərəfindən verilmiş: 44 №-li, xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışda qeyd olunmuşdur ki, İddiaçı X9 Əməliyyatı Şirkətində Quyuların əsaslı və yeraltı təmiri sexində, böyük usta vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyatı Şirkətində iş stajı haqqında qeydlər aşağıdakı kimi göstərilmişdir: Karasu Əmliyyat Şirkəti: 1) Quyuların Əsaslı təmir sahəsi Qazmaçı köməkçisi-xx.xx.2003-xx.xx.2005 2) Qazmaçı keçirilib- xx.xx.2005-xx.xx.2006 3) Quyuların əsaslı və Yeraltı təmir şöbəsi Buruq ustası-xx.xx.2006-xx.xx.2009 4) Quyuların Əsaslı və yeraltı təmir şöbəsi Quyuların əsaslı təmiri üzrə sahə ustası xx.xx.2009-xx.xx.2011 5) Quyuların Əsaslı və yeraltı təmir sexi Əsaslı və Yeraltı təmiri sexi üzrə növbə rəisi xx.xx.2011-xx.xx.2019 6) Quyuların Əsaslı və Yeraltı təmiri sexi Böyük usta xx.xx.2020-xx.xx.2023 ( Cəmi 18 il, 8 ay, 18 gün). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən (10.2. Neft, qaz və qaz kondensantının hasilatı- a) fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları) b) rəhbər və mütəxəssislər: neft, qaz və qaz kondensantı hasilatı işlərində ( neft-qaz mədənlərdə) quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanılması üzrə neft, qaz və qaz kondensantının təkrar üsulla hasilatı, layların neft vermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində, məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, Neft, qaz və qaz kondensantı hasilatı üzrə (neft-qaz mədənlərdə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) İddiaçı 18 il 8 ay 18 gün imtiyazlı iş stajına malikdir. 44 №-li, xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışını təkrarlayan 08 №-li, xx.xx.2024-cü il tarixli arayışda İddiaçı X9 Əməliyyatı Şirkətində Quyuların əsaslı və yeraltı təmiri sexində, böyük usta vəzifəsində işlədiyi (xx.xx.2020-xx.xx.2024-cü il) sonuncunun 19 il 4 ay 26 gün imtiyazlı iş stajının olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.2 Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kümer və şistin emalı. X8 tərəfindən verilmiş 54 №-li, xx.xx.2024-cü il tarixli arayışıda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Kayman adalarının “X8” Şirkətinin filialında çalışır. Halhazırda Quyuların əsaslı və yeraltı təmiri sexində böyük usta vəzifəsində işləyir. Məhkəmənin müvafiq sorğularına əsasən: X8 tərəfindən verilmiş: 04-2/262 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Şirkətin ərazisində neft-qaz çıxarma sahəsində quyuların əsaslı və yeraltı təmiri üzrə növbə rəisi vəzifəsində işləyərkən vəzifələri-işlərin istehsal prosesinin təyin edilmiş texnologiyasına müvafiq yerinə yetirilməsini təmin etmək, əsas istehsalatın ahəngdar işinin və quyuların təmirinin plan-qrafikinin yerinə yetirilməsi üzrə istehsalat briqadalarının fəaliyyətinə rəhbərlik etmək, köməkçi bölmə və xidmətlərin əlaqəli fəaliyyətini təşkil etməklə neft və qazçıxarma, quyularm mənimsənilməsi (sınanması), qazmada istehsal prosesləri gedişinin pozulmasının qarşısını almaq üçün tədbirlər görmək, təmir briqadalarının işçi heyətinin davamiyyətinə, istehsalat obyektlərinin avadanlıq, material, alət, ehtiyat hissələri və nəqliyyatın bütün növləri ilə təmin olunmasına nəzarət etmək, quyunun sınaqdan keçirilməsi üzrə işləri təşkil etmək, nəqliyyatın və xüsusi texnikanın birinci növbədə hara ayrılmasını operativ qaydada təyin etmək, müəssisənin sexlərində xüsusi texnikadan və nəqliyyatdan səmərəli istifadə edilməsinə və istehsal briqadalarının vaxtında obyektlərə göndərilməsinə nəzarət etmək, quyularm təmirinin plan-qrafikinin yerinə yetirilmə nəticələri haqqında gündəlik məlumatların tərtib edilməsini təşkil etmək, qəza və maneələrin ləğv edilməsi üzrə operativ tədbirlər görmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirmək, pozuntular aşkara çıxarıldıqda, işi dayandıraraq bu nöqsanların aradan qaldırılması üzrə tədbirlər görməkdən ibarət olmuşdur.Qeyd olunanları nəzərə alaraq, quyuların əsaslı və yeraltı təmiri üzrə növbə rəisi vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.2-ci bəndində göstərilən b)rəhbərlər və mütəxəssislər - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə oxşarlığı müəyyən edilmişdir. 04-2-/368 №-li, xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş əmək 2011, 2012,2013, 2014, 2015, 2016-cı illər üzrə əmək haqqı cədvəlindən çıxarışdan müəyyən olunur ki, İddiaçı qeyd olunan illər üzrə hər ay əmək haqqına zərərli işə görə 44,32 manat əlavə ödənilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-M-121668/2024 saylı, 23 may 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur.Mərkəzi Filiala təqdim etdiyi “X8”-nin ona dair 1 mart 2024- cü il tarixli 08 nömrəli arayışında qeyd olunan xx.xx.2011-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində quyuların əsaslı və yeraltı təmir sexində işlədiyi növbə rəisi vəzifəsi sözü gedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 27 gün (xx.xx.2003-xx.xx.2011-ci il, xx.xx.2020xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar, Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arxiv arayışına əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2011-xx.xx.2019-cu il tarixlərdə “X8” şirkətində quyuların əsaslı təmiri və yeraltı təmir sexində işlədiyi növbə rəisis vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşəsinə aid olmadığını hesab etmiş və bu səbəbdən iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az, 10 il 11 ay 27 gün təşkil etdiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Güzəştli iş stajı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışdan və məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatından (04-2/262 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubu) müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən neft-qaz çıxarma sahəsində quyuların əsaslı və yeraltı təmiri üzrə növbə rəisi vəzifəsi neft qaz və qaz kondensantı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinlərinin icra etdiyi funksiyalarla uyğunluq təşkil edir. “Karasu” Operating Company tərəfindən verilən 12 iyul 2024-cü il tarixli 04-2/262 saylı arayışdan mübahəsləndirilən peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) 10-cu bölməsi, Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsinin 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşələrinə aid olması konkret olaraq göstərilmişdir. Odur ki, iddiaçının xx.xx.2011-xx.xx.2019-cu il tarixlərdə “X8” şirkətində quyuların əsaslı təmiri və yeraltı təmir sexində işlədiyi növbə rəisi vəzifəsi vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir Həmin peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) 10-cu bölməsi, Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsinin 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşələrinə aiddir. Məhkəmə qeyd edir ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı mövcuddur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4016/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4016/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver