Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4027/2023 05.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qala Həyat sığorta şirkəti ASC-yə qarşı “X5 Təsərrüfatı Mərkəzi ilə Qala Həyat sığorta şirkəti ASC arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi barədə icbari sığorta müqaviləsinə əsasən ona yəni İddiaçı ödənilməli olan sığorta ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə 05 oktyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Qala Həyat sığorta şirkəti ASC-yə qarşı “X5 Təsərrüfatı Mərkəzi ilə Qala Həyat sığorta şirkəti ASC arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi barədə icbari sığorta müqaviləsinə əsasən ona yəni İddiaçı ödənilməli olan sığorta ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin 22 avqust 2023-cü il tarixli məktubu ilə İddiaçın hüquqi yardım göstərilərək ona izah olunmuşdur ki, iddia ərizəsində cavabdeh Qala Həyat sığorta şirkəti ASC-yə qarşı “X5 Təsərrüfatı Mərkəzi ilə Qala Həyat sığorta şirkəti ASC arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi barədə icbari sığorta müqaviləsinə əsasən ona ödənilməli olan sığorta ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” qeyd etmişdir. Lakin iddia tələbi mülki xarakterlidir və bu səbəbdən də inzibati məhkəməyə aidiyyatı olmaması və qeyd olunanlara əsasən müraciətinə mahiyyəti üzrə baxılması mümkün olmamış, iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsi və onun dinlənilməsi zərurəti yaranmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1959-cu il tarixdə Lerik rayonu. Ləkər kəndində anadan olmuşdur. O, X5 Təsərrüfatı Mərkəzi ilə 29 iyun 2020-ci ildə əmək müqaviləsi bağlayaraq Lerik rayonu, Razvandoband meşəbəyliyinin 20 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. 15 noyabr 2020-ci il tarixdə işdə olarkən və xidməti vəzifəsini icra edərkən həmin vaxt X5 X1 meşəbəyliyinin meşəbəyi köməkçisi işləyən X2 17 sentyabr 2020-ci il tarixli əmrlə həmin meşəbəyliyinin meşəbəyi əvəzi vəzifəsində işlədiyi müddətdə üzərinə texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət etməsi vəzifəsi həvalə olunmasına baxmayaraq onun tərəfindən “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşklili, ümumi tələblər, 12.0.004-79 DST"-nın 1.1 (işçilər ilə əməyin mühafizəsinə dair təlimi, bütün təşkilat və müəssisələrdə, istehsalatın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq keçirilir). 1.3 (bütün müəssisə üzrə təlimin ümumi təşkili və rəhbərliyi müəssisənin rəhbərinin, bölmələrdə isə/yəni sexlərdə, sahələrdə və s/bölmə rəhbərlərinin üzərinə düşür). 3.8 (İş yerində ilkin təlimatlandırma, iş növləri və ya ayrı-ayrı ixtisaslar üçün işlənib- hazırlanmış əməyin mühafizəsinə dair təlimatlar üzrə keçirilir), 3.10 (bütün fəhlələr iş yerində ilkin təlimatlandırmadan və biliyinin yoxlanılmasından sonra 2-5 növbə ərzində /iş təcrübəsindən, şəristəsindən və işin xarakterindən asılı olaraq/işi usta və ya briqadirin nəzarəti altında görməli və bundan sonra onun müstəqil işə buraxılması rəsmiləşdirilir) bəndlərinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarf’nın 12 a (fəhlə və qulluqçuların işini elə təşkil etməlidirlər ki. hər kəs təyin olunmuş ixtisas və dərəcəsi üzrə, öz iş yerində işləsin) və k (işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməlidirlər) bəndlərinin tələblərini pozaraq səhiyyə qızıntı sahəsində ağacların motorist tərəfindən kəsilməsi və oduncağın fəhlələr tərəfindən tədarük olunması nəzərdə tutulduğu halda bütün bunlaıa əhəmiyyət verməyib ona səhiyyə qırıntı sahəsində nömrələnmiş ağacın kəsilib doğraması və odunun hərbi hissəyə verməsi ilə bağlı qanunsuz göstəriş vermiş, o da onun verdiyi göstərişi icra etmək məqsədi ilə 15 noyabr 2020-ci il tarixdə, günün biıinci yaıısında özünə məxsus motorlu mişarla mühafizəsində olan meşə dolayısının ərazisində ayrılmış kəsilməsinə icazə verilmiş nömrələnib damğalanmış bir ədəd fısdıq cinsli ağacı kəsib doğradığı zaman həmin ağacın yerə batmış budağının buraxılıb dizdən aşağı hər iki nahiyyəsinə dəyməsi səbəbindən sağ baldır sümüklərinin yerini dəyişən sınıqları, sol baldır sümüklərinin yerini dəyişən açıq sınıqları, sol baldır nahiyyəsində əzilmiş-cırılmış yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığımın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır. X3 və X4 Azərbaycan Respublikasının CM-nin 162.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək Lerik rayon Məhkəməsinin hökmü ilə barələrində ittihamedici hökm çıxarılmışdır. Həmin işdə mən zərərçəkmiş qismində tanınmışdır. Beləliklə də o, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarətlər nəticəsində əmək qabiliyyətini itirdiyinə görə və əmək fəaliyyətini davam etdirə bilmədiyinə görə 01 mart 2022-ci il tarixdə işdən azad olunmağı barədə ərizə yazaraq işlədiyi idarənin 01 mart 2022-ci il tarixli 044/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövrdə X5 Təsərrüfatı Mərkəzi ilə “Qala Həyat Sığorta Şirkəti" ASC' arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Onun sığorta olunmağına baxmayaraq dəfələrlə sığorta şirkətinə müraciət etsə də, ona sığorta ödənişi ödəməkdən imtina edirlər. “Qala Həyat Sığorta Şirkəti'’ ASC mənə söğorta ödənişini imtina etdiyi üçün o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən 15 noyabr 2020-ci il tarixdə, günün biıinci yaıısında özünə məxsus motorlu mişarla mühafizəsində olan meşə dolayısının ərazisində ayrılmış kəsilməsinə icazə verilmiş nömrələnib damğalanmış bir ədəd fısdıq cinsli ağacı kəsib doğradığı zaman həmin ağacın yerə batmış budağının buraxılıb dizdən aşağı hər iki nahiyyəsinə dəyməsi səbəbindən sağ baldır sümüklərinin yerini dəyişən sınıqları, sol baldır sümüklərinin yerini dəyişən açıq sınıqları, sol baldır nahiyyəsində əzilmiş-cırılmış yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığımın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır.. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsindən törənən bir iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın bir hissədə mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb həmin hissədə mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı yaşadığı yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Qala Həyat sığorta şirkəti ASC-yə qarşı “X5 Təsərrüfatı Mərkəzi ilə Qala Həyat sığorta şirkəti ASC arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi barədə icbari sığorta müqaviləsinə əsasən ona yəni İddiaçı ödənilməli olan sığorta ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4027/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4027/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver