Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4031/2024 08.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar X4 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “sərəncamın qanunsuz hesab edilməsi və pensiyadan tutmaların dayandırılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, iddiaçılar X4 və İddiaçı2 iştirakı ilə, iddiaçılar X4 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sərəncamın qanunsuz hesab edilməsi və pensiyadan tutulmanın dayandırılması” tələbinə dair iddiası üzrə inzibati işə 08 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar X8 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara təyin olunmuş şəhid statusuna görə pensiyalarından tutulmaların dayandırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqanın sərəncamlarının ( tarixsiz və nömrəsiz) qanunsuz hesab edilməsi və onların yəni, X4 və İddiaçı2 əmək pensiyasından tutulmaların aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Ramin Abdullayevin “şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaları təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-212344/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçılar ərizə ilə Mərkəzi Filiala müraciət edərək əmək pensiyalarından aparılan tutuımaların dayandırılmasını xahiş etmişdirlər. Mərkəzi filial tərəfindən iddiaçılara bildirilmişdir ki, oların pensiya işlərinin tərkibində mərhum övladının vəfat etməsi ilə bağlı şəhid və ya şəhid ailəsi statusu barədə müvafiq icra hakimiyyəti tərəfindən verilən arayış olmadığı halda onların əmək pensiyalarına şəhid ailə üzvü kimi əlavə hesablanaraq ödənildiyi üçün artıqödəmə aşkar edilmişdir. Bu səbəbdən də İddiaçı2 əmək pensiyasından 01,12.2019-cu il tarixdən hazıradək 20.00 manat və İddiaçı1 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20.00 manat məbləğində hər ay tutulmalar aparılır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən İddiaçı1 xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilir və hazırda pensiyasının məbləği 363,87 manat təşkil edir. İddiaçı2 Qanunun 7-ci maddəsinin xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda pensiyasının məbləği 363,87 manat təşkil edir. Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi İddiaçı1 və İddiaçı2 pensiyasının sığorta hissəsinə əlavə ödənilmişdir. Xidməti araşdırma ilə əlaqədar iddiaçıların pensiya sənədlərinə baxış keçirilərkən onların mərhum övladları X2 vəfat etməsi ilə bağlı şəhid və ya şəhid ailəsi statusu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış aşkar olunmamışdır. Bu səbəbdən də onların əmək pensiyalarının sığorta hissəsinin üzərinə şəhid ailə üzvü kimi hesablanan əlavənin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Fondun keçmiş Biləsuvar rayon şöbəsinin müvafiq sərəncamlarında İddiaçı2 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 6817.00 manat məbləği, İddiaçı1 01.01,2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 11683.50 manat məbləği pensiyalarından tutularaq büdcəyə bərpa ediləcəyi barədə qeyd edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara görə İddiaçı2 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20.00 manat, İddiaçı1 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20.00 manat məbləğində hər ay tutulmalar davam edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ‘‘pensiyalardan tutulmaların dayandırılması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia tələblərinin təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: iddiaçılara məxsus AZE seriyalı 0******* və 0******* №-li şəxsiyyət vəsiqələrinin surətindən müyyən olunur ki, 1950-ci ildə Biləsuvar rayonu Xırmandlı kəndində doğulmuş İddiaçı2 və xx.xx.1952-ci ildə Biləsuvar rayonu, Xırmandlı kəndində doğlumuş X1 rayonu, Xırmandlı kəndində qeydiyyatdadır. İddiaçı2 və X5 xx.xx.1997-ci il tarixdə verilmiş ******* və ******* №-li vəsiqələrin surətindən müəyyən olunur ki, sonunculara Biləsuvar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi üzvü olduqlarını təsdiq edən vəsiqələr təqdim olunmuşdur. İddiaçı2 aid 042332 №-li pensiya işindən çıxarışdan müəyyən olunur ki, sonuncuya xx.xx.2013-cü il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. X5 məxsus 041471 №-li pensiya işindən çıxarışdan müəyyən olunur ki, X5 xx.xx.2006-cı il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, X2 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 381/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarının ləğv olunması, iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2011/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-31/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının: 3-17-1/2-168462/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin sərəncamlarının ( tarixsiz və nömrəsiz) surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 6817,00 manat məbləğ pensiyadan tutularaq bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləği 200,00 manat müəyyən edilməklə həmin məbləğdən ayda 20,00 manatla tutulma aparılması ( artıq ödənilmiş şəhid əlavəsi) barədə sərəncam qəbul edilmişdir. X6 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 11 683,50 manat məbləğində pensiyadan tutularaq bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləği 200,00 manat müəyyən edilməklə həmin məbləğdən ayda 20,00 manat tutulma aparılması ( artıq alınmış şəhid əlavəsi tutulur) barədə sərəncam qəbul edilmişdir. 3-17-1/2-206501/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X4 və İddiaçı2 əmək pensiyalarından tutulma Fondun keçmiş Biləsuvar rayon şöbəsinin sərəncamlarına əsasən aparılmışdır. İddiaçılara məxsus pensiya işinə dair sənədlərdə onların razılıq ərizəsi aşkar edilməmişdir. 3-17-1/2-232061/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Fondun keçmiş Biləsuvar rayon şöbəsinin X4 və İddiaçı2 əmək pensiyalarından artıq ödənilmiş məbləğin tutulması barədə sərəncamlarında qəbul olunma tarix və nömrəsi qeyd olunmamışdır. Bununla bağlı adıçəkilən şəxslərin pensiya işinə dair sənədlərdə hər hansı məlumat aşkar edilməmişdir. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən onlara xx.xx.2001-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilir və hazırda pensiyalarının məbləği 363,87 manat təşkil edir. İddiaçı2 Qanunun 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda pensiyasının məbləği 363,87 manat təşkil edir. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi onların və İddiaçı2 pensiyasının sığorta hissəsinə əlavə ödənilmişdir. Fondun keçmiş Biləsuvar rayon şöbəsinin müvafiq sərəncamlarına əsasən şəhid ailə üzvü statusunun olması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış olmadığından əlavənin ödənişi dayandırılmış və onun əmək pensiyasının məbləğində xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, İddiaçı2 əmək pensiyasının məbləğində xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə müəyyən edilmişdir.Hazırda həmin məbləğ pensiyanızın məbləğindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüquqları vardır. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçılarının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qeyd edilməlidir ki, iddiaçılardan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçılardan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçıların öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçılardan gözlənilməsi məntiqsiz olar. Belə ki, cavabdeh tərəfindən iddiaçılardan mərhum X3 şəhidlik statusunun verilməsi ilə əlaqədar şəhid ailəsi üzvü kimi ödənilmiş əlavələr hissə-hissə sonuncuların əmək pensiyasından tutulmuşdur. Lakin əmək pensiyalarına ödənilmiş əlavələrin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Cavabdeh inzibati orqan artıq ödənildiyi iddia edilən məbləğinin geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh müvafiq qanunvericilik normasının müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçılardan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçıların razılığını almamışdır. İşdən iddiaçıların belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçılar hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, səhv nəticəsində şəhid statusunun verilməsi və bunun nəticəsində şəhid ailəsi üzvü kimi pensiya məbləğinə əlavələrin hesablanması ilə bağlı cavabdehin hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar ( tarixsiz və nömrəsiz) qanunsuz hesab hesab edilməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həmin sərəncamlar əsasında X4 və İddiaçı2 əmək pensiyasından tutulmaların aparılması cavabdeh inzibati qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4031/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4031/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver