Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4044/2025 03.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 X15 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, iddiaçının nümayəndəsi X9 iştrakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 X15 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə inzibati işə 02 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 X18 ( bundan sonra mətndə Agentlik) cavabdeh X14rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 690,00 manat dövlət vəsaitinin X4 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Əsədov X8 müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X2 və Təyinat filialı tərəfindən cavabdeh H.İbrahimovaya “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-ci tarixindən 6 ay müddətində işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 25 iyun 2023-cü il tarixli 3-17-2/3-2-10366/2023 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. İşsizlikdən sığorta ödənişinin təyinatı 1 mart 2023-cü il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunveicilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sona MEİS-in müvafiq altsistemində cavabdeh H.İbrahimovun mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır: Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Sığorta ödənişinin alınması üçün Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin məzmununda qeyd olunmuşdur ki, Qanunvericiliyə uyğun olaraq ona işsizlikdən sığorta ödənişinin təyin edilməsini xahiş edir. Təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır və sığorta ödənişinin təyin edilməsinə və təyin edilməsindən imtinaya, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə, bu barədə 10 ( on iş günü) müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumlarına və ya “Dost” mərkəzində məlumat verməyi üzərinə götürür. Həmçinin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı hər ay fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etməli olduğu barədə məlumatlandırıldı. Sonuncu xx.xx.2013-cü il tarixdə iltizamı imzalamışdır. X2 və Təyinat filialının xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-1183/2023 nömrəli əmri ilə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, Cavabdeh 345,00 manat məbləğində xx.xx.2023-cü il tarixdə sığorta ödənişi təyin edilmiş, xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. X2 və Təyinat filialının xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-10366/2023 nömrəli əmri ilə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, X10 xx.xx.2023-cü il tarixdə təyin olunmuş sığorta ödənişi xx.xx.2023-cü il tarixdə (18.0.1 əsasən) dayandırılmışdır. X2 və Təyinat Filialı tərəfindən: Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən ona xx.xx.2023-cü il tarixdən 3 ay müddətinə şsizlikdən sığorta ödənişi təyin edilmiş və 690,0 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabına köçürülmüşdür. Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətlərində kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 690,00 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X3ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.Məktub ona təqdim olunduğu tarixdən 30 gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığı təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Məhkəmənin müvafiq sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-9217/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh adına Masallı rayonu, Xırmandlı kəndində yerləşən paylı ( 1/6 hissə) mülkiyyətində olan 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və Masallı rayonu, Xırmandlı kəndində yerləşən ümumibirgə ( 6 nəfər) mülkiyyətində olan 0,23 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-cı il tarixli , JN-587A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Məşğulluq Haqqında” Qanun: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; “İşsizlikdən sığorta haqqında” Qanun 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Maddə 5. Sığortaolunanın hüquq və vəzifələri 5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 5.1.1. işsizlikdən sığorta etməyi sığortaedəndən tələb etmək; 5.1.2. sığortaedəndən və sığortaçıdan işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat, habelə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət almaq; 5.1.3. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 5.1.4. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişi almaq; 5.1.5. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərdə iştirak etmək; 5.1.6. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiyasını almaq; 5.1.7. sığortaedəndən və sığortaçıdan onun xeyrinə ödənilmiş sığorta haqqının məbləği və ödənilib-ödənilməməsi barədə məlumat almaq; 5.1.8. öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək; 5.1.9. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. 5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; 5.2.1-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiq etmək, yerinə yetirmək və icrası barədə hesabat vermək;[10] 5.2.2. qanunla müəyyən olunmuş qaydada işə bərpa olunduqda məcburi işburaxma dövrü üçün ödənilmiş əməkhaqqından sığorta ödənişini qaytarmaq; 5.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Maddə 6. Sığortaedənin hüquq və vəzifələri 6.1. Sığortaedənin aşağıdakı hüquqları vardır: 6.1.1. özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək; 6.1.2. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 6.1.3. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək; 6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək; 6.2.4. kollektiv müqavilələrdə, sazişlərdə və əmək müqavilələrində işsizlikdən sığorta ilə bağlı nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək; 6.2.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək; 6.2.6. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək; 6.2.8. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişinin verilməsini tələb etmək; 6.2.9. sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək; 6.2.10. əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək; 6.2.11. sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək; 6.2.12. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Maddə 18. Sığorta ödənişinin verilməsinin dayandırılması 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; 18.0.2. sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan icra etmədikdə; 18.0.3. sığorta ödənişini alan şəxs bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda; 18.0.4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə; İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı halda iddiaçının hüquqi marağı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 690,00 manat dövlət vəsaitinin cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından,Cavabdeh adına Masallı rayonu, Xırmandlı kəndində yerləşən paylı ( 1/6 hissə) mülkiyyətində olan 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və Masallı rayonu, Xırmandlı kəndində yerləşən ümumibirgə ( 6 nəfər) mülkiyyətində olan 0,23 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-cı il tarixli , JN-587A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdehə işsizlikdən sığorta ödənişi ödənilərkən onun mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.1-ci maddəsinin tələbinə görə, şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə işsizlikdən sığorta ödənişi dayandırılır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Bundan başqa, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3cü maddəsində qeyd olunmuşdur ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Eyni zamanda X5 tərəfindən yazılan sığorta ödənişinin alınması üçün xx.xx.2023cü il tarixli ərizədən görünür ki, Xəqani əsəsdov ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı ərizə verməklə yanaşı, “təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıması, sığorta ödənişinin təyin edilməsinə və təyin edilməsindən imtinaya, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə, bu barədə 10 ( on ) iş günü müddətində Agentliyin yerli qurumlarına və ya DOST mərkəzlərinə məlumat verməyi üzərinə götürməsi” barədə iltizama imza etmişdir. X1 xx.xx.2022-ci il tarixdə ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı ərizə verərəkən mülkiyyətində (ümumi birgə mülkiyyətdə) Beyləqan rayonu, Kəbrli kəndində torpaq sahəsi olmuş, lakin iltizama imza etməsinə, həmçinin qanunvericlikdən irəli gələrək bu barədə məlumat verməli olmasına baxmayaraq bunu etməmişdir. İş materiallarından müəyyən olunur ki, X2 və Təyinat Filialı tərəfindən xx.xx.2023cü il tarixdən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 690,00 manat dövlət vəsaitinin cavabdeh tərəfindən onun bank hesabına ödənilməsini tələb etməkdə haqlıdır. NƏTİCƏVİ HİSSƏ İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 690,00 manat dövlət vəsaitinin iddiaçının müəyyən etdiyi bank hesabına ödənilməsi öhdəliyi cavabdeh X7 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4044/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4044/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver