Məhkəmə qərarları › İş №2-1(120)-405/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-405/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-405/2022 03.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində “Ağayeva” soyadının “Ağayev” soyadına, cinsi qrafasında “qadın”dan “kişi”yə, “qızı” sözünün “oğlu” sözünə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində “Ağayeva” soyadının “Ağayev” soyadına, cinsi qrafasında “qadın”dan “kişi”yə, “qızı” sözünün “oğlu” kimi qeyd olunması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, doğum haqqında akt qeydində “X3” olaraq, qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə “İddiaçı” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, doğum haqqında akt qeydində “Ağayeva” soyadından “Ağayev” soyadına, cinsi qrafasında “qadın”dan “kişi”yə, “qızı” sözünün “oğlu” sözünə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Saatlı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.1962-ci il tarixli, 15 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X1 xx.xx.1962-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ana qrafasında X2 qeyd edilmişdir. - Saatlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 315 nömrəli arayışından və xx.xx.2021-ci il tarixli 325 nömrəli arayışından görünür ki, Ağayev X4 rayonu Əliabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - AZE № ******* nömrəli əmək kitabçasından görünür ki, təvəllüdü 1962-ci il göstərilməklə İddiaçı barəsində qeydlər aparılmışdır. - xx.xx.1985-ci il tarixli, İİİ-JQ № 448917 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 20 yanvar 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuşdur. - Saatlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışından görünür ki, xx.xx.1962-ci il tarixdə Saatlı rayon Əliabad kəndində X3 yox, həqiqətən İddiaçı adlı şəxs doğulmuş və hal-hazırda da Saatlı rayonu Əliabad kəndində qeydiyyatdadır və yaşayır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində “X3” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə “İddiaçı” olaraq qeyd edilmişdir. İddiaçının AZE № ******* nömrəli əmək kitabçasında, xx.xx.1985-ci il tarixli, İİİ-JQ № 448917 nömrəli nikah haqqında şəhadətnaməsindəki məlumatlarında soyadının, adının və ata adının “İddiaçı” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, həmin sənədlərin verilməsi üçün təqdim edilən pasportunda və pasportun verilməsinə əsas olan doğum haqqında şəhadətnamədə də iddiaçının soyadı “Ağayev”, cinsi isə “kişi” kimi qeyd olunmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə soyadının “Ağayev” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında 20 nömrəli xx.xx.1985ci il tarixli akt qeydindən görünür ki, İddiaçı adı evlənənlər haqqında məlumatın “kişi” bölməsində əks olunmuş və təvəllüdünün xx.xx.1962-cil olması barədə qeydlər aparılmış və şəxsiyyətini təsdiq edən sənəd kimi pasport qeyd edilmişdir. Həmçinin nikahın bağlanması haqqında 20 nömrəli xx.xx.1985-ci il tarixli akt qeydində iddiaçının iş yeri kimi M.Füzuli adına kolxoz göstərilmişdir ki, həmin məlumatlar iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən məlumatlar (təvəllüd və iş yeri baxımdan) ilə eynilik təşkil edir. Bundan başqa Saatlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışından görünür ki, ümumiyyətlə xx.xx.1962-ci il tarixdə Saatlı rayon Əliabad kəndində X3 adlı şəxs yox, İddiaçı adlı şəxs doğulmuş və hazırda da yaşayır. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində soyadının “Ağayev” olaraq, cinsi qrafasında “qadın”dan “kişi”yə və “qızı” sözünün “oğlu” sözünə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum haqqında akt qeydində iddiaçının (İddiaçı ilə bağlı) “Ağayeva” soyadından “Ağayev” soyadına, cinsi qrafasında “qadın”dan “kişi”yə, “qızı” sözünün “oğlu” sözünə düzəliş edilməsi öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar