Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-405/2023 13.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə ona Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəhbərliyi ilə razılaşdırılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin mütəxəssisi tərəfindən Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin ərazisindən Bələdiyyənin ehtiyat fondunun əkinə yararsız torpaq sahəsindən alqı-satqı qaydasında onun mülkiyyətinə satılması nəzərdə rutulmuş 9,0 ha torpaq sahəsinin Yerquruluşu Planı tərtib edilmiş və Gödəklər Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bundan sonra ona Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Rəyi verilmişdir. Bundan sonra Gödəklər Bələdiyyəsinin və onun iştirakı ilə onun mülkiyyətinə satılması nəzərdə rutulmuş 9,0 ha torpaq sahəsinin ərazisi naturada ölçülərək, qonşuları müəyyən edilərək, torpaq sahəsi ona təhvil verilmiş, bu barədə xx.xx.2006-cı il tarixli Akt tərtib və təsdiq edilmişdir. Eyni zamanda həmin mülkiyyətə verilmiş torpaq sahəsinin Planı (cizgisi) tərtib edilmişdir. Həmçinin Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış torpaq sahəsinin qaiməsi (sertifikatı) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmişdir. Nəhayət həmin sənədlər əsasında ona Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. X5 xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə müəyyən edildiyi kimi, həmin vaxt həmin torpaq sahəsini heç kim normal qiymətə icarəyə götürmədiyindən gündən-günə şoranlaşmışdır. Həmin torpaq sahəsi tərəfindən alındıqdan sonra isə həmin sahəyə, banklardan kredit götürülərək külli miqdarda (yarım milyon manata yaxın) vəsait qoyulmuş, bununla da sahə əkinə yararlı vəziyyətə gətirilmiş, sahədə 12.500 (on iki min beş yüz) ədəd müxtəlif növ meyvə tingləri alınaraq əkilmiş, həmçinin 5.000 (beş min) ədəd nar kolu alınaraq əkilmiş, yəni meyvə bağları salınmış, həmin meyvə ağacları artıq bar verməyə başlamışdır (fotoşəkillər əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin 1997-cı il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərim (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən torpaq sahəsinə dair həmin sahənin koordinatlarını müəyyən edən yerləşmə sxemi mövcuddur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyi ilə həmin torpaq sahəsinin Gödəklər Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi və bələdiyyələrin ehtiyat fondunun alqı-satqı predmeti olması, satılmasının mövcud qanunvericiliyin tələblərinə uyğun olması müəyyən olunur, həmçinin tərəflər arasında olan alqı-satqı müqaviləsinə və Gödəklər Bələdiyyəsinin təqdim etdiyi xəritəyə əsasən həmin torpaq sahəsi Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsinə aiddir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 695-İQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzıbati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıİmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il tarixli qərarında göstərtilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona da cəlb etməyi vacib hesab edir ki, Şəhadətnaməyə əsasən torpaq sahəsi A.Mustafayevə 99 illik müddətə icarəyə verilmişdir Belə olan halda X.Mustafayeva iddia ilə məhkəməyə müraciət edərkən torpağa dair mülkiyyət hüququnun deyil, istifadə (icarə) hüququnun qeydə alınması barədə tələb irəli sürməli idi. İnzibatı Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə, məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Eyni müddəa Mülki Məcəllənin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” adlı 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd edilənlərdən görünür ki, hazırkı iş üzrə iddiaçıya satılan torpaq sahəsinin ayrılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin sənədlərinin əsli təqdim edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilərək, həmin torpaq sahəsinə dair qeydiyyata alınmış mülkiyyət hüququna dair çıxarışın verilməsi xahiş edilmiş, lakin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar zamanı Beyləqan rayonu Gödəklər kəndində aid islahatın kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi Bələdiyyənin ehtiyat fondu torpaqları kimi, X6 Uşotu informasiya Sistemində isə Bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, urodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Əvvəla ona görə ki, həmin imtinada hər iki halda həmin torpaq sahəsinin yerləşdiyi ərazinin Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsi olduğu göstərilir. İkincisi, Torpaq Məcəlləsinin 56-ci maddəsinə (Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları) əsasən:
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları—özəlləşdirilə bilər. 3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Sözügedən torpaq sahəsinin torpaqayırma sənədlərindən də göründüyü kimi, həmin torpaq sahələri Bələdiyyənin ehtiyat fonduna aid olmaqla, alqısatqı predmeti olan satılan zaman əkinə yararsız torpaq sahəsi, yəni kənd təsərrüfatına yararsız vəziyyətdə olmuşdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin mənasından göründüyü kimi, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına azyararlı və yararsız torpaqları-özəlləşdirilə bilər. Cavabdehin imtinasında istinad etdiyi norma isə TM-nin 56-cı maddəsinin 3-cü bəndinin dispozisiyasıdır və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına şamil olunur, yəni hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209 kod 60700001 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilşədə, dövlət aktının qaiməsi/sertifikatı hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmişdir. Bundan başqa aparılmış araşdırmalar zamanı Beyləqan rayon Gödəklər kəndinə aid islahatın kompleks yerqurluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi “X8 Uçotu informasiya Sistemi”ndə isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Belə ki, “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanununun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Odur ki, yuxarıda şərh olunanları, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 9 və 15-ci maddələrinə əsasən İddiaçı 9,0 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin üzərində qoyuirnası barədə iddiasına etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X10 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Beyləqan rayon Gödəklər bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə X3 ayrılmış 9.0 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətinizə (daxil olma nömrələri **********) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, müraciətinizə əlavə etdiyiniz ləğv edilmiş DT və XKnin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209, KOD 60700001 “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilsə də, dövlət aktının qaiməsi/sertifikatı/ hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmişdir. Bundan əlavə bildirirlər ki, aparılmış araşdırmalar zamanı Beyləqan rayon Gödəklər kəndinə aid islahatın kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi, X8 X9 isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Beyləqan rayon Gödəklər bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə X3 ayrılmış 9.0 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətinizin icrası mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu kimi mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Beyləqan rayon Gödəklər bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Beyləqan rayonu, Bünyadlı kənd sakini İddiaçı mülkiyyətinə Gödəklər bələdiyyəsinin 9 ha torpaq sahəsi satılması barədə 17 mart 2006-cı il tarixli ərizəsi nəzərə alınaraq İddiaçı mülkiyyətinə Gödəklər bələdiyyəsinin mülkiyyətində olan əkinə yararsız torpaqlardan 9 hektar torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan JN-0209, KOD 60700001 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayon Gödəklər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə 9,00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Beyləqan rayonu Bünyadlı kənd sakini İddiaçı tərəfindən Gödəklər Bələdiyyəsinə 17 mart 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Gödəklər bələdiyyəsi ərazisində 9 ha torpaq sahəsinin satılması barədə 23 mart 2006-cı il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Beylıqan rayon “Kapital Bankı”nın ********** saylı hesabına əvvəlcədən 1897,02 manat haqq ödənilmişdir (Qəbz № xx.xx.2006). İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyindən görünür ki, Beyləqan rayon Bünyadlı kənd sakini İddiaçı Gödəklər bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına əkinə yararsız torpaq sahəsindən 9 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. Satılması nəzərdə tutulan torpaq sahəsi 9 ha olmaqla Gödəklər bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olduğu üçün satılması mövcud torpaq qanunvericiliyinə uyğundur. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, Beyləqan rayon Bünyadlı kənd sakini İddiaçı tərəfindən Gödəklər Bələdiyyəsinə 17 mart 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Gödəklər bələdiyyəsi Bünyadlı kənd sakini İddiaçı ərizəsini nəzərə alaraq ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 9 hektar torpaq sahəsini onun mülkiyyətinə ayırmış, torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir. Eləcə də İddiaçı tərəfindən həmin torpaq sahəsinə görə 1897,02 manat məbləğində pul vəsaiti Gödəklər bələdiyyəsinin hesabına ödənilmiş, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Rəyindən görünür ki, satılması nəzərdə tutulan 9 hektar torpaq sahəsi Gödəklər bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi bələdiyyənin alqı-satqı predmeti olduğu üçün satılması mövcud torpaq qanunvericiliyinə uyğundur. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209, KOD 60700001 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilsə də, dövlət aktının qaiməsi/sertifikatı/ hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmişdir. Bundan əlavə bildirirlər ki, aparılmış araşdırmalar zamanı Beyləqan rayon Gödəklər kəndinə aid islahatın kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi, X8 X9 isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-0209 saylı, Kod 60700001 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 9,00 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı məhsulları istehsalı və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/8421 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir:- Qərardadın birinci sualı üzrə - JN-0209 saylı, kod 60700001 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 9.0 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - Mübahisəli torpaq sahəsinin koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın ücüncü sualı üzrə - Mübahisəli torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətinə aid (şoran əkin) torpaq sahəsi olmaqla ehtiyat fondu torpaqlar kateqoriyasına aid olunmuşdur. Hazırda isə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan torpaq sahəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya ayrılmış (alqı-satqı yolu ilə) 9,0 ha torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Digər tərəfdən də məhkəmə qeyd edir ki, Beyləqan rayon Gödəklər bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı mübahisələndirilmədiyindən (və ləğv edilmədiyindən), eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209, KOD 60700001 “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilsə də, dövlət aktının qaiməsi/sertifikatı/ hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilməsi, eləcə də aparılmış araşdırmalar zamanı Beyləqan rayon Gödəklər kəndinə aid islahatın kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi, X8 X9 isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyasının isə çoxillik əkmələr kimi göstərildiyi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları isə yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilməsini nəzərdə tutduğunu qeyd etsə də, hazırki iş üzrə keçirilmiş ekspertiza rəyi ilə mübahisəli torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətinə aid (şoran əkin) torpaq sahəsi olmaqla ehtiyat fondu torpaqlar kateqoriyasına aid olunduğu, hazırda isə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan torpaq sahəsi olduğu müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin səlahiyyətli orqanlar tərəfindən rəy verilməklə vətəndaşlara satılması və bununla əlaqədar iddiaçı tərəfindən 1897,02 manat məbləğində torpağın satışına görə pulun Beyləqan rayon Gödəklər Bələdiyyəsinin hesabına ödənilməsi özü-özlüyündə torpaq sahəsinin alqı-satqısına dair aktın mövcudluğunu (torpaq sahəsinin alqı-satqısının lazımi qaydada rəsmiləşdirilməsini) ehtiva edir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov