Məhkəmə qərarları › İş №2-1(120)-406/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-406/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-406/2025 16.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ailə başçısı İddiaçı1 Söhüb oğlu olmaqla ailə üzvlərinin adına verilmiş JN-0756, KOD 80108018 olan Dövlət aktına əsasən yeni elektron uçot xəritəsində əks olunan torpaq sahəsinin ölçüsü faktiki olaraq azalmaqla göstərilmiş uyğunsuzluğunun 0756, KOD 80108018 olan dövlət aktına uyğun yeni uçot xəritəsində göstərilməklə torpaq sahəsinin yerini naturada göstərilməsinə, 0,55 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ailə başçısı İddiaçı1 Söhüb oğlu olmaqla ailə üzvlərinin adına verilmiş JN-0756, KOD 80108018 olan Dövlət aktına əsasən yeni elektron uçot xəritəsində əks olunan torpaq sahəsinin ölçüsü faktiki olaraq azalmaqla göstərilmiş uyğunsuzluğunun 0756, KOD 80108018 olan dövlət aktına uyğun yeni uçot xəritəsində göstərilməklə torpaq sahəsinin yerini naturada göstərilməsinə, 0,55 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7u iştirakı olmadan baxılmasını mümkün saydı. İşin hallarının araşdırılması məqsədilə iş üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildirişlər göndərilməklə iştirakının zəruri olduğu nəzərinə çatdırılmışdır, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçıya bildirilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdırlar. İddiaçı1 teleqram ilə məhkəməyə müraciət edərək, Ona və ailə üzvlərinə ayrılmış pay torpaqlarının çıxarışının Daşınmaz Əmlakın Dövlət X3 şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin qarşı olan iddiasının dayandırılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli telefonoqramına əsasən İddiaçı1 məxsus (050) ***-**-** mobil nömrəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Nurəlizadə Fuad Vidadi oğluna məxsus (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılan zaman İddiaçı1 iddia tələbinə dair hüquqi marağının olmadığını, iş üzrə icraata xitam verilməsini və zərurət olduğu halda əlavə sənədlər toplayaraq yenidən məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfin iş üzrə hal-hazırda hüquqi marağının olmadığı müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ailə başçısı İddiaçı1 Söhüb oğlu olmaqla ailə üzvlərinin adına verilmiş JN-0756, KOD 80108018 olan Dövlət aktına əsasən yeni elektron uçot xəritəsində əks olunan torpaq sahəsinin ölçüsü faktiki olaraq azalmaqla göstərilmiş uyğunsuzluğunun 0756, KOD 80108018 olan dövlət aktına uyğun yeni uçot xəritəsində göstərilməklə torpaq sahəsinin yerini naturada göstərilməsinə, 0,55 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı1 şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının tələbi üzrə hüquqi marağı olmadığı üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ailə başçısı İddiaçı1 Söhüb oğlu olmaqla ailə üzvlərinin adına verilmiş JN-0756, KOD 80108018 olan Dövlət aktına əsasən yeni elektron uçot xəritəsində əks olunan torpaq sahəsinin ölçüsü faktiki olaraq azalmaqla göstərilmiş uyğunsuzluğunun 0756, KOD 80108018 olan dövlət aktına uyğun yeni uçot xəritəsində göstərilməklə torpaq sahəsinin yerini naturada göstərilməsinə, 0,55 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar