Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4062/2024 28.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 1094 nömrəli doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Leyli” adının “Leyla” yazılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildə Şirvan şəhərində doğulmuş və doğumu Cavabdeh tərəfindən xx.xx.1990-cı il tarixli 1094 nömrəli aktla dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Eyni zamanda xx.xx.2012-ci ildə X12 ilə nikaha daxil olaraq Qasımova soyadını qəbul etmiş və nikahları Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir.Doğumu haqqında şəhadətnamədə adı digər sənədlərində olduğu kimi Leyla olaraq qeyd edilmiş, lakin adı ilə bağlı həmin qeydin üzərində cüzi qaralama olmuşdur. Lakin bunun kim tərəfindən və nə vaxt edilməsindən məlumatı olmamışdır. Yalnız qısa müddət öncə anasının pensiya təminatı ilə bağlı məsələlərə görə onun övladlarının doğumu haqqında şəhadətnamələri istənilmiş və aparılmış araşdırma zamanı doğumu barədə elektron informasiya sistemindəki məlumatda adının “Leyli” şəxsiyyət vəsiqəsində isə “Leyla” olması müəyyən edilmiş və anasının uşaq sayına görə pensiya hüququ yaransa da bu səbəbə görə ona pensiya təyin olunmasından imtina edilmişdir. Yalnız bundan sonra o, sənədləri ilə bağlı belə bir ziddiyətli halın olmasından məlumatlanmış və göstərdiyi bu hal isə ona gələcəkdə də hüquqlarının həyata keçirilməsinə manelər yaradacağı aşkardır. Şəxsiyyət vəsiqəsində, nikahı və iki övladının doğumu haqqında şəhadətnamələrdə adı Leyla yazılmış və o, bütün hüquq və vəzifələrini bu adla əldə etmişdir. Ona görə də onun hüquq və vəzifələrinin həyata keçirilməsinə maneçilik yaradan bu halın aradan qaldırılması üçün doğumu haqqında kağız və elektron daşıyıcılarda adının Leyla olaraq qeyd edilməsi təmin olunmalıdır. Beləliklə, doğumu haqqında müvafiq sənədə düzəliş edilməsi tələbindən rəsmi qaydada imtina olunmuşdur ki, göstərdiyi bu hal da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X15 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; Əli-Bayramlı VVAQ şöbəsi tərəfindən verilmiş XV-ЖГ seriyalı, 399553 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 1093 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında X7 anası qrafasında isə Nümayəndə qeyd olunmuşdur. iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində doğulub. ünvan 1 ünvanında qeydiyyatdadır. Ümumi Orta Təhsil Haqqında 792144 №-li Attestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Ramzan qızı 1990-2023-cü illərdə Şirvan şəhər T.Bağırov adına 11 №-li tam orta məktəbdə (eksternat qaydasında) təhsil almışdır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 631604 №-li, xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X10 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin 12ci ayının 08-ci günün də 1088 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş: AZ-İİ seriyalı, 564534 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 2755 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə atası qrafasında X16, anası qrafasında isə X10 qeyd olunmuşdur. AZ-İİ seriyalı, 814131 №-li, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X14 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin 02 ayının 15 günündə 295 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə ata qrafasında X12, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. Məhkəmənin müvfiq sorğularına əsasən verilmiş: Cavabdeh 3-16-5/8-13-370 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü Qasımova (Əliyeva) Leyla Ramazan qızının doğumu haqqında akt qeydi Cavabdeh üzrə 1987-1993-cü illərə aid akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadı. Cavabdeh arxivində xx.xx.1990-cı il təvəllüdlü X3 adına doğum haqqında akt qeydi aşkarlanmışdır. Məktuba əlavə olunmuş xx.xx.1990-cı il tarixli 1094 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, uşaq haqqında məlumat qrafasında uşağın adı Leyli, soyadı Əliyeva, ata adı Ramazan, doğum tarixi xx.xx.1990-cı il, atası qrafasında atası- X7, anası qrafasında isə Nümayəndə qeyd olunmuşdur. Şirvan şəhər X9 Hüquqi Şəxsinin 18-1-35/2-1285/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şirvan şəhər ( keçmiş X1 Doğum evində xx.xx.1965-ci il təvəllüdlü Nümayəndə 17 avqust 1990-cı il tarixdə 13:35 radələrində 3700 qr çəkidə, 52 sm boyda diri, yetişmiş bir qız uşağı dünyaya gətirmişdir. Cavabdeh 3-16-5/8-13-336 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş xx.xx.1990-cı il tarixli 1093 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, doğum haqqında akt qeydinin uşaq qrafasında uşağın adı Tural, ata adı İlham, soyadı Mustafayev qeyd olunmuşdur. Ata qrafasında X8, ana qrafasında isə X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-27236/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə verilmiş AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-xx-xx/28549/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş tələbnamədə İddiaçı Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat- Sorğu kartotekasında heç bir sorğu məlumat olmadığı qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-16-5/8-xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1990-cı il tarixli 1094 nömrəli doğum haqqında akt qeydində düzəliş olunaraq “Leyli” adının “Leyla” yazılması barədə müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli 1094 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Leyli” olaraq qeyd edilmiş və həmin aktın üzərində dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Eyni zamanda aparılmış yoxlama zamanı Cavabdeh üzrə 1987-1993-cü illərə aid doğum haqqında akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1990-cı il təvəllüdlü X4 adına doğum haqqında akt qeydi aşkar olunmamışdır.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə oimadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir.Leyli və Leyla adları isə fərqli adlar olduğundan, yəni təcrübədə kifayət qədər hər iki adın ayrı-ayrılıqda verilməsi halı müəyyən edildiyindən Leyli adının Leyla olaraq qeyd edilməsi tələbi artıq düzəliş deyil, adın dəyişdirilməsi proseduruna aid əməliyyatın predmetidir.Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə həmin Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideyinin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi, atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yer məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq .əziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən ed ən digər hallar aid edilmişdir. Bundan başqa ad və soyadın dəyişdirilməsi məsələlərinə baxılma qaydasına dair müəyyən olunmuş normativ tələblərlə bağlı bildirilir ki, bu halda aparılan prosedur şəxsin mövcud ad və (və ya) soyadının fərqli ad və soyada dəyişdirilməsi məsələsini ehtiva etdiyindən bu icraata başlanılması üçün tələb və təqdim olunan sənədlərdəki məlumatlar şəxsin eyniliyini heç bir halda inkar etməməli və belə bir istənilən qeyd olduqda öncə həmin halın aidiyyəti orqanda aradan qaldırılması təmin olunmalıdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli 1094 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adına dəyişiklik edilərək “Leyli” adının “Leyla” yazılması tələbinin icrasından imtina olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.eqanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya aid doğum və nikah haqqında haqqında şəhdatnamədə, ümumi orta təhsil haqqında attestatda və sonuncuya aid şəxsiyyət vəsiqəsində (AZE seriyalı ********) “ad qrafasında” Qasımova (Əliyeva) Leyla Ramazan qızı qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus “Doğum haqqında akt qeydləri kitabı”nda 1990-cı ilin 08-ci ayının 22cü günündə 1094 №-ilə qeyd edilmiş akt qeydində dəyişiklik (düzəliş) edilərək, xx.xx.1990ci il tarixdə doğulmuş şəxsin adının “Leyli”dən “Leyla”ya düzəliş edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4062/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4062/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver