Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4072/2024 20.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “pensiyanın təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-4072/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iş üzrə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhərində yaşayır. İddiaçı xx.xx.1968- xx.xx.2000-ci il tarixə (29 il 05 ay 14 gün) kimi ümumi əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1972-xx.xx.1988-ci il tarixə (15 il 07 ay 05 gün) kimi "xxxx"-nin "xxxx" Xüsusiləşdirilmiş Təmir X3 sahəsində “rəngsaz” peşəsində işləmişdir. Həmin peşə üzrə zərərli və ağır iş stajı olduğuna görə hesab edir ki, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2009-cu il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmişdir. İddiaçının xx.xx.2009-cu il tarixə kimi ümumi 29 il 05 ay 14 gün əmək sığorta stajı vardır. Həmin əmək stajının 15 il 03 ay 03 günü zərərli və ağır iş stajı olduğuna görə hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi tələb olunan ümumi iş stajı 25 ildən artıq 29 il 05 ay 14 gün və onun 15 il 07 ay 05 gün güzəştli iş stajı vardır. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətin, əmək kitabçasının əslin, arxiv arayışların, hərbi biletin notarial təsdiq edilmiş surətini və güzəştli arayışı əlavə edərək ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunuun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F-l30394/2024 №-li məktubla cavab verərək onun güzəştli iş stajını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən cavabdehin imtinasından narazı qaldığı üçün sosial təminat hüququnun bərpa edilməsi üçün məhkəmə müdafiəsinə söykənərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı oğiu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərinin əsasları kimi İddiaçı onun kifayət qədər ümumi və güzəştli iş stajının olduğunu iddia edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd edir. 2-1(120)-4072/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İşin faktiki hallarına əsasən iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-F- 130394/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında“ Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı İşlərdə, İncəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3- cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşələri nəzərdə tutulmuşdur. K.X4 təqdim etdiyi "xxxx" ASC-nin ona dair 13.11,2023-cü il tarixli 01-PH/493 nömrəli arayışında xx.xx.1972-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsində rəngsaz peşəsində işlədiyi qeyd edilmişdr. Lakin sözügedən arayışda iddiaçının rəngsaz peşəsində işlədiyi müddətdə onun tətbiq etdiyi maddələr, onların təhlükəsizlik sinifi və həmin sinifin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməyib. Bununla əlaqədar, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, həmin müddətdə tətbiq etdiyi zərərli maddələr və onların təhlükəlik sinfi barədə heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 27 mart 2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Oxşar iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alman, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Belə ki, iş materiallarında olan arayışda da qeyd olunur ki, iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyini təsdiq edən sənədlər mövcud deyil və iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiyinə dair məlumat işdə yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi edilməsi" tələbinə dair 2- 1(120)-4072/2024 nömrəli iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı etiraza dair münasibət bildirmişdir ki, xx.xx.2006-cı il tarixə kimi tələb olunan 25 il ümumi iş stajını qəbul edir. Ona ümumi iş stajı ilə bağlı münasibət bildirmirəm. Lakin cavabdeh o, iddiaçının işlədiyim xx.xx.1972-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji”-nin "xxxx" X3 Təmir-Tikinti sahəsində “rəngsaz” peşəsinin güzəştli iş stajı kimi müəyyən etmək mümkün olmadığını əsas gətirmişdir. Bu səbəb kimi o, iddiaçının cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli, 01- PH/493 nömrəli arayışında işlədiyi peşəyə dair işlədiyi müddətdə tətbiq etdiyim maddələr, onların təhlükəsizlik sinfi və sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilmədiyini əsas gətirməklə və hətta bu barədə birdə "xxxx" ASC ilə akt tərtib etdiylərini bildirməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh məktubunun təsviri hissəsində mən iddiaçının zərərli əmək şəraitində işlədiyim dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilmədiyini əsas gətirmişdir. Ona görə də ilk olaraq həmin hallara münasibət bildirməklə qeyd edilən halların cavabdeh tərəfindən əsassız olaraq bildirməsinə münasibət bildiməyə çalışacaq. Belə ki, cavabdehə göndərilərək ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli, 01-PH/493 nömrəli güzəştli arayışı işlədiyi müəssisənin adları və həmin müəssisənin adının dəyişdirilərk digər müəssisə ilə əvəzlə və ən əsası işlədiyi müəssisənin sonradan ləğv edilərək, onun yerində hüquqi varisi olan müəssisə və işlədiyi peşənin gördüyü işlərin nədən ibarət olması və ən əsası işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda və həmçinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarla təsdiq edilmiş Siyahıda bölmələrin adı və kodları qeyd edilmişdir. Belə olan halda cavabdeh hansı əsaslarla xx.xx.2024-cü il tarixli, 3-17-130394/2024 №-li məktubunda təqdim edilmiş güzəştli arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş "pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçir:və ödənilməsi Qaydası”-nın 4.1.20-ci yarımbəndinə əsas gətirməklə AZENCO” ASC-nin xx.xx.2023-cü il tarixli, 01-PH/493 nömrəli güzəştli arayışda, qaydanın tələbləri əsasında həmin normalar göstərilmədiyini bildirmişdir. Ona görə də hesab edirəm ki, cavabdehin imtinası qanunsuzdur və tamamilə əsassızdır. Cavabdeh ona imtina məktubunda qeyd edilənlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından imtina üçün əsas olmamalıdır. Belə ki, cavabdeh mən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinaya səbəb kimi həmçinin mən iddiaçının işlədiyim xx.xx.1972xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji”-nin "xxxx" X3 Təmir-Tikinti sahəsində “rəngsaz” peşəsinin güzəştli iş stajı kimi müəyyən etmək mümkün olmadığını, işlədiyim müddətdə hansı zərərli maddələr və onların təhlükəlik sinfi barədə heç bir sənədin mövcud olmadığına istinad etmişdir. Və bunun sübutu əsası kimi "xxxx" ASC ilə birgə akt tərtib etdiylərini də əsas gətirmişdir. Həmin hallara dair münasibət bildirərək onunla əsaslandırıram ki, mən iddiaçının işlədiyi dövrlər üzrə sənədlərin müəssisədə saxlanılmadığına görə mən məsuliyyət daşımıram və ən əsası işlədiyim müəssisələr ləğv edildiyindən, onun yerində hüquqi varisi olaraq müəssisələr yarandığından, yəni "xxxx" ASC fəaliyyət göstərdiyindən, bu barədə həmin müəssisə tərəfindən güzəştli arayışda mən iddiaçının işlədiyim müəssislərin adları göstərilməklə, onların sonradan ləğv edilərk digəri ilə əvəzlənməsi və sonda hüquqi varisi olaraq "xxxx" ASC olduğundan, mən iddiaçının işlədiyi peşənin zərərliyi barədə məhz AZENCO” ASC –nin ona dair xx.xx.2023cü il tarixli, 01-PH/493 nömrəli güzəştli arayışın da vaxtı ilə fəaliyyət göstərmiş müəssisələrin fəaliyyətinin zərərli iş rejimi ilə əlaqəli olduğunu, həmin müəssisələrin halhazırkı hüquqi varisi olan "xxxx" ASC tərəfindən müəyyən edilməklə, həmin müəssisədə işləyən “rəngsazlar” peşələri üzrə işləyən işçilərin istifadə etdiyi maddələrin zərərliyini təsdiq edəcək QOST 18188-72 və tSO/TC-35, İSO/TC-35/WG4, İSO/TC-35/SC14 beynalxalq standartlara görə 3-cü təhlükəlilik sinifinə aid olduğunu müəssisədə saxlanılan müvafiq sənədlərlə müəyyən edilir. Lakin məhz cavabdehin imtina məktubunda qeyd etdiyi kimi o, iddiaçının və mənim kimi digər işçilərin adı çəkilən maddələrlə kontaktda olmağı təsdiq edəcək müəssisədə hər hansı bir sənədin saxlanılmadığı bildirməsi, cavabdehin həmin hallara dair əsaslı sübutetmə növü kimi götürməsinə əsas vermir. Çünki, hər hansı bir ləğv edilmiş müəssisədə sənədlər saxlanılmaya bilər və bu hal həmin müəssisədə işləyən şəxsin günahı deyil ki, həmçinin cavabdehə əsas verməməlidir ki, həmin müəssisənin hüquqi varisi olan müəssisə əvvəlki müəssisədə işləyən şəxslərin əmək fəaliyyətin kölgə alıtına almağa əsas versin. Buna misal kimi Əli Bayramlı (indiki Şirvan) şəhərində əvvəllər fəaliyyət göstərmiş Əli Bayramlı DRES 15 ildir ki, fəaliyyətini dayandırmış və ondan sonra onun hüquqi varisi olmuş Şirvan İES fəaliyyət göstərmiş, lakin 2018-ci il tarixdə fəaliyyətini dayandırmış və sonradan həmin müəssisənin hüquqi varisi olmayan və hal-hazırda fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət edilən zaman yuxarıda qeyd etdiyim və misal gətirdiyim müəssisələrdə işləmiş işçilərin işləməsini məhz onların əmək fəaliyyətini təsdiq edən əmək kitabçası əsasında müəyyən etməklə müvafiq məktub və arayışlar verirlər. Yuxarıda misal kimi gətirdiyim müəssisələrin əksər dövrlərinin arxivdə saxlanılmadığı X11 sorğu əsasında müəyyən etmək mümkündür. Eləcə də digər misal olaraq vaxtı ilə Əli Bayramlı (indiki Şirvan) şəhərində fəaliyyət göstərmiş “X12 Şəbəkəsi”-i fəaliyyətini dayandırdıqdan sonra onun hüquqi varisi olan "xxxx" MMC-yə müraciət edildikdə, “X12 Şəbəkəsi”-də işləmiş işçilərin hər hansı bir sənədləri 2003-cü il tarixə kimi saxlanılmadığı və həmçinin 2007-2009-cu illər üzrə hər hansı bir sənədin saxlanılmadığı və həmçinin X6 saxlanılmadığım müəyyən etmək olar. Lakin adı çəkilən müəssisədə vaxtı ilə işləmiş işçilər müraciət etdikləri halda onların əmək stajını təsdiq edən əmək fəaliyyətləri barədə əmək kitabçaları əsasında müəyyən etməklə cavablandırırlar. Adı çəkilən və misal çəkdiyi hər iki müəssisələrdə çalışmış şəxslərin əksəriyyəti və demək olar ki, hamısı zərərli və ağır iş stajı üzrə çalışmış şəxslərdir. Belə olan halda cavabdeh onun işlədiyi dövrlərə hər hansı bir şübhə ilə yanaşırsa, həmin hallara dair əsaslı dəlillər təqdim etməklə sübut etsin. Yaxud bu barədə məhkəmədə vəsatət qaldırmaqla o, iddiaçının işlədiyi dövrlərin həqiqəti əks etdirib-etdirmədiyini müəyyən etmək üçün məhkəmə ekspertizası təşkil edilməsini tələb etsin. Ona görə də cavabdehin imtina məktubunda formal xarakter hallara əsasən yanaşması, ona əsas vermir ki, o, sözü gedən müəssisələrdə işləməmişdir, işlədiyim peşə üzrə işlədiyi müddətdə zərərli maddələrlə kontaktda olmamışdır. Fəaliyyətini dayandırmış və yaxud ləğv edilmiş, lakin hüquqi varisi olan müəssisələr də hər hansı sənədin saxlamaması, işçinin işlədiyi peşə və vəzifənin zərərli iş üzrə işləmədiyini müəyyən etdiyi üçün əsas deyildir. Ali Məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli icmal məktublarında da açıq-aşkar göstərilir ki, işçinin işlədiyi peşə və Nazirlər Kabinetinin siyahısında qeyd edilən peşə və vəzifələrə ad baxımından uyğun olmayan, lakin həmin peşə və vəzifələri müəyyən etmək üçün mütləq işçinin işlədiyi müəssisə və idarəyə və idarə və müəssisə fəaliyyətin dayandırmışdırsa, ona oxşar idarə və müəssisəyə sorğu verməklə işç: peşə və vəzifə təlimatına əsasən iş funksiyasın müəyyən etməklə, onun işlədiyi peşə və vəzifə zərərli və ağır olması müəyyən edilə bilər. Çünki, elə peşə və vəzifələr vardır ki, ad baxımından Nazirlər Kabinetinin siyahısında uyğun olmasa da, lakin işlədiyi iş yerindən zərərli və ağır iş şəraitə görə əmək haqqısına və məzuniyyət gününə əlavə haqq alması müəyyən olunur. Bu səbəbdən də icmal məktubda xüsusi olaraq qeyd edir ki, məhkəmələr işçinin güzəştli arayışı ilə kifayətlənməməli, işləv idarə və müəssisəyə və yaxud idarə və müəssisə fəaliyyətin dayandırmışdırsa, həmin idarə və müəss oxşar fəaliyyət növü ilə məşğul olan idarə və müəssisəyə sorğu verməklə yuxarıda qeyd edilən hal müəyyən etdikdən sonra hüquqi qiymət verməlidir. Göründüyü kimi əvvəllər işlədiyi müəssisə fəaliyyətini dayandırmış, lakin həmin müəssilərin hüquqi varisi olan "xxxx" ASC tərəfindən iddiaçının işlədiyi peşə dair güzəştli arayış verilmiş və həmin arayışda qeyd edilən hallar öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 ildən çox ümumi və 12 il aydan artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur, hal-hazırda yaşa görə əmək pensiyası alır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajnın və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə ünvan 1 ünvanında yaşayır. - İşdə olan iddiaçının xx.xx.1968-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif idarələrdə işləmişdir. - İşdə olan iddiaçının НЗ №1865028 nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04 may 1970-ci ildən 27 may 1972-ci ilə kimi SSRİ-nin Silahlı Qüvvələrində xidmət etmişdir. -İşdə olan Azərbaycan Respublikası X8 filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-58/2024 nömrəli məktubunda göstərilmişdir ki, 07.061972xx.xx.1988-ci illər "Azərenerji Təmir Tikinti İdarəsinin sənədləri X7 filialına təhvil verilməyib. Filiala təhvil verilən “DRES-in Təmir Tikinti İdarəsi”nin xx.xx.1988-xx.xx.1988-ci il əmrlər kitabında araşdırma aparıldı, lakin adına rast gəlinmədi. xx.xx.1988-xx.xx.1992-ci illər 3 №-li Təmir Tikinti İdarəsinin, xx.xx.1992- xx.xx.1993-cü illər X14 İstehsalat Müəssisəsinin sənədləri X8 filialına təhvil verilməyib. Bu səbəbdən, əmək fəaliyyəti barədə məlumat vermək mümkün olmadı. Həmçinin, xx.xx.1994-xx.xx.1994-cü illər 24 №-li PM "xxxx" İdarəsində işləməyiniz barədə "xxxx" X1 Müəssisəsinin 1993-1998-ci illər əmrlər kitabında araşdırma aparıldı, lakin adına rast gəlinmədi. -İşdə olan Azərbaycan Respublikası "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli, 01- PH/493 nömrəli güzəştli arxiv arayışında göstərilmişdir ki, Verilir. 1952-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki. o. həqiqətən xx.xx.1972-ci ildə (əmr № 69-ok. xx.xx.1972-ci il) "A/başenerjrnin "xxxx" Xüsusiləşdirilmiş təmir müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsinə rəngsaz peşəsinə qəbul edilib. xx.xx.1981-ci ildə (Əmr №6l/ok. xx.xx.1981-ci il) “Azərenerjixüsusitəmir" Xüsusiləşdirilmiş təmir müəssisəsi "xxxx" Müəssisəsinə çevrilir və xx.xx.1988-ci ildə (Əmr № 02-.n. xx.xx.1988-ci i!) \/.ər bay can Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ("Azsəhiyvələmirtikinti" trestinin 3 Saylı ləmir 1 ikınti İdarəsinə keçirilməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. İddiaçı "xxxx"AS(-də işlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiva və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı ). etilsellüloza, 645 və 646 markalı həllediciiər. nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziya örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188-72 və İSO/TC35. İSO/TC 35/ WG4. İSO/TC 35/ SC14, beynəlxalq standartlara görə. 3-cü təhlükəlilik sinifinə aiddir Bəzi istehsal zərurətləri səbəbilə daha təhlükəli 2 ci sinfə aid Kimyəvi maddələrdən istifadə edilməli olurlar. Onun vəzifə öhdəliklərinin icrası Elektrik Stansiyasında xüsusi təmir işləri ilə bağlı olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı: 15 il, 07 ay, 05 gün təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2.3.01.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri Fəslinə əsasən rəngsazlar bəndinə və 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarı ilə təsdiq edilmiş. "Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında XXXİİİ. Ümumi peşələr bölməsində 25200000-13450 şıfrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə tam uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün istifadə edilə bilər. "xxxx"ASC-nin 23.01,2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Azərenerjixüsusitəmir" müəssisəsi ləğv olunmuş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "Azərenerji” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "Azərenerjixüsusitəmirtikinti” MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə " Azərenerjitikinti” MMC adlandırılıb Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci ii 323.Nv-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. - İşdə olan Azərbaycan Respublikası "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/344 nömrəli məktubunda göstərilmişdir ki, 1952-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1972-ci ildə (əmr № 69-ok, xx.xx.1972-ci il) “Azbaşenerji”nin "xxxx" Xüsusiləşdirilmiş təmir müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsinə rəngsaz peşəsinə qəbul edilib, xx.xx.1981-ci ildə (Əmr №61/ok, xx.xx.1981-ci il) "xxxx" Xüsusiləşdirilmiş təmir müəssisəsi "xxxx" Müəssisəsinə çevrilir və xx.xx.1988-ci ildə (Əmr № 02-ci, xx.xx.1988-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (“Azsəhiyyətəmirtikinti” trestinin 3 Saylı Təmir Tikinti İdarəsinə keçirilməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. İddiaçı "xxxx"ASC-də işlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı), etilsellüloza, 645 və 646 markalı həlledicilər, nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziya örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/ WG4, İSO/TC 35/ SC14, beynəlxalq standartlara görə, 3-cü təhlükəlilik sinfinə aiddir. Bəzi istehsal zərurətləri səbəbilə, daha təhlükəli 2-ci sinfə aid kimyəvi maddələrdən istifadə edilməli olurlar. Onun vəzifə öhdəliklərinin icrası Elektrik Stansiyasında xüsusi təmir işləri ilə bağlı olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı: 15 il, 07 ay, 05 gün təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən rəngsazlar bəndinə və 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısın”da XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə tam uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün istifadə edilə bilər. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2024-ci il tarixli, 3-17-1/2-F-130394/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3- cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin dair xx.xx.2023-cü il tarixli 01-PH/493 nömrəli arayışında xx.xx.1972xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsində rəngsaz peşəsində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda rəngsaz peşəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəsizlik sinifi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməyib. Bununla əlaqədar, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, həmin müddətdə tətbiq etdiyi zərərli maddələr və onların təhlükəlik sinifi barədə heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt "Azenco” ASC tərəfindən 27 mart 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Bu səbəbdən də güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı hal-hazırki tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı –xx.xx.2009-cu ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək "xxxx" müəssisəsinin Əli- Bayramlı təmir tikinti sahəsində rəngsaz peşəsi kimi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək "xxxx" müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsində rəngsaz peşəsində işləməsi "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli, 01-PH/493 nömrəli güzəştli arxiv arayışa və Azərbaycan Respublikası "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/491 nömrəli məktuba, Azərbaycan Respublikası "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/344 nömrəli məktubunda öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, K.X4 təqdim etdiyi "xxxx" ASC-nin ona dair 13.11,2023-cü il tarixli 01-PH/493 nömrəli arayışında xx.xx.1972xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsində rəngsaz peşəsində işlədiyi qeyd edilmişdr. Lakin sözügedən arayışda iddiaçının rəngsaz peşəsində işlədiyi müddətdə onun tətbiq etdiyi maddələr, onların təhlükəsizlik sinfi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməyib. Bununla əlaqədar, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, həmin müddətdə tətbiq etdiyi zərərli maddələr və onların təhlükəlik sinfi barədə heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 27 mart 2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/491 nömrəli məktubunda göstərilmişdir ki, üzvi həlledicilər əsasında hazırlanmış bütün lak-boya məhsulları (sonradan-LBM) insan orqanizminə zərərli təsiri baxımından 3-cü sinif təhlükəlilik sinfinə aid edilirlər. Buraya məişətdə təmir işləri həyata keçirmək üçün pərakəndə satışda rast gəlinən bütün LBM aiddir. Göstəricinin adı Təhlükəlilik sinfi üçün normalar 1-ci 2-ci 3-cü 4-cü İşçi zonanın havasında icazə verilən ən 0,1-dən az 0,1-1,0 1,1-10,0 10,0-dan çox yüksək konsentrasiya (İYK), mq/nf Mədəyə daxil edildikdə orta ölümcül doza, 15-dən az 15-150 151-5000 5000-dən az mq/kq Dəriyə sürtdükdə, orta ölümcül doza 100-dən çox 100-500 501-2500 2500-dən çox mq/kq Havada orta ölümcül doza, mq/kq 500-dən az 500-5000 5001-50000 50000-dən çox İnhalyasiya yolu ilə zəhərlənmə 300-dən çox 300-30 29-3 3-dən az mümkünlüyü əmsalı Ciddi təsir zonası, mq/m3 6,0-dan az 6,0-18,0 18,1-54,0 54,0-dən çox Xroniki təsir zonası, metr 10,0-dan çox 10,0-5,0 4,9-2,5 2,5-dən az DÜST 12.1.007-76 standartına görə DÜST 12.1.007-76 görə zərərli maddə dedikdə, o maddələr nəzərdə tutulur ki, onunla insan orqanizmi təmasda olarkən, iş prosesi zamanı və həmçinin həyatının müxtəlif dövrlərində, indiki və gələcək nəsillərdə təhlükəsizlik tələblərinin pozulması hallarında müasir metodlarla-istehsalat travması, peşə xəstəlikləri və yaxud sağlamlıq vəziyyətində hər hansı kənaraçıxmalar aşkar edilsin. Müəssisədə boyama işlərində istifadə edilən üzvi həlledicilərə toluol, 645,646, P4 və P5-A marka həlledicilər, laklar və emallar aiddir. Toluol istisna edilməklə, sadalanan LBM-ı eyni zamanda məişətdə də təmir, boyama işləri üçün sərbəst pərakəndə satışda olduqları üçün müəssisədə boyama işləri ilə məşğul olmuş rəngsazların iş zamanı istifadə etdikləri LBM-na hansısa xüsusi tələb irəli sürülmür, belə ki, onlardan istifadə zamanı istər məişətdə, istərsə də istehsalatda eyni təhlükəsizlik tələbləri irəli sürülür. Odur ki, rəngsaz işləmiş işçilərə verilmiş güzəştli arayışlar o səbəblə əsaslıdır ki, müəssisələrdə işlədilən LBM-ı ən azı 3-cü təhlükəlilik sinfinə aiddir və məişətdə işlədilən bu cür materiallarla eynilik təşkil edirlər. Müəssisədə vaxtilə mövcud olmuş rəngsaz ştatında işləmiş rəngsazlara aid vəzifə təlimatları hazırda saxlanılmır, çünki saxlanılma müddətləri ötmüşdür. Hazırki dövrdə müəssisədə LBM-ı ilə bağlı işləri ya podratçı təşkilatlar və yaxud xidməti müqavilə ilə fiziki şəxslər yerinə yetirdikləri və onların işçiləri olmadıqları üçün onlar üçün uyğun vəzifə təlimatının tərtib edilməsinə lüzum qalmamışdır. Həmçinin İddiaçı işlədiyi peşə zərərli sahə olduğu üçün, ona əlavə olaraq məzuniyyət günləri və 8 faiz əmək haqqına əlavə ödəniş edilməsi barədə Azenco” ASC tərəfindən məhkəməyə məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən rəngsazlar bəndinə və 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısın”da “XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmək istəmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun güzəştli şərtlərlə yaşa görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, iddiaçıya 57 yaşından pensiya hüququ yarandığından xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarında olan görünür ki, İddiaçı xx.xx.1952-c iil təvəllüdlüdür, ona xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-273504/2024 saylı məktubundan görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti (ərizəsi) xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və müraciət etdiyi tarixdən əvvəlki 3 il yəni, xx.xx.2021ci il tarixdən aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşdan (xx.xx.2009-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət etdiyi tarixdən əvvəlki 3 il yəni, xx.xx.2021-ci il tarixdən aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-4072/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4072/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver