Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4073/2024 12.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı cavabdeh Lənkəran İcra və Probasiya şöbəsinə qarşı icra sənədinin məcburi qaydada icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-870/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin məcburi qaydada icra edilməsi öhdəliyinin Lənkran rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qərar və qeyd edilən icra sənədi ilə bağlı qanunun tələblərini pozmuş icra məmuru Elvin Babayev barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yəni İddiaçı cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia qaldıraraq cavabdeh X4 tərəfindən zəbt edilmiş Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ona məxsus torpaq sahəsinin zəbtdən azad edilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsində işə baxaraq iddia tələbi təmin olunaraq cavabdeh X1 onun mülkiyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0.14586 ha torpaq sahəsinin qanunsuz zəbt edilmiş 0.014 ha hissəsindən (0.0092 ha yol kimi) çıxarılması və həmin torpaq sahəsindən istifadə ilə əlaqədar ona cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilmişdir.Cavabdeh X4 tərəfindən apellyasiya şikayəti verilsə də, onun apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Cavabdehnə göndərmiş və icra sənədinin icrası Lənkəran İcra və Probasiya şöbəsinin icra məmuru Elvin Babayevə həvalə edilmişdir.İcra məmuru Elvin Babayev icra sənədini icra etmədən 29 aprel 2022-ci il tarixdə icra sənədi üzrə icraata xilam verilməsi barədə qərar qəbul qəbul etmişdir.Həmin qərarda qeyd olunmuşdur ki, icra sənədinin tələbinə əsasən cavabdeh X4 onun mülkiyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0.14586 ha torpaq sahəsinin qanunsuz zəbt edilmiş 0.014 ha hissəsindən (0.0092 ha yol kimi) çıxarılmalıdır. Tələb tam olaraq təmin olunmuşdur.Baxmayaraq ki, Lənkəran Rayon Məhkəməsinin qətnaməsinin nəticə hissəsində qeyd olunmuşdur ki, cavabdeh X4 onun mülkiyətimdə olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0.14586 ha torpaq sahəsinin qanunsuz zəbt edilmiş 0.014 ha hissəsindən (0.0092 ha yol kimi) çıxarılması və həmin torpaq sahəsindən istifadə ilə əlaqədar ona cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul elmişdir. İcra məmuru Elvin Babayev məhkəmənin qətnaməsini icra elmədən icra sənədi üzrə icraata xilam vermiş və tərtib eldiyi sənədlərə də onun əvəzindən özü imza etmişdir. Onun həmin xitam qərarından və həmin xitam qərarına əsas olmuş icra məmuru Elvin Babayevin tərtib eldiyi sənədlərdən heç bir məlumatı olmamışdır. İcra məmuru Elvin Babayev həmçinin tərtib etdiyi sənədləri və həmin sənədlər əsasında qəbul eldiyi xitam qərarının sürətində rəsmi və ya qeyri-rəsmi olaraq ona təqdim elməmişdir. Bütün bunlardan sonradan xəbəri olmuşdur. Artıq icra məmuru Elvin Babayevin xitam qərarından 1 ildən çox bir müddət keçmişdir. Ona bildirilmişdir, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir, çünki birinci iddia tələbində qaz xəttini qeyd etməmişdir, hansı ki, ona məxsus torpaq sahəsinin daxilindən cavabdehin evinə gedir. Bu tələblə bağlı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etsə də, iddia tələbi təmin olunmamışdır ki, artıq eyni tələb üzrə məhkəmənin qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.Ona görə də o, Cavabdeh 29 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və şikayət etmə müddətinin üzürlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 yanvar 2024cü il tarixli qərardadı ilə onun şikayəti təmin edilmişdir. Cavabdeh 29 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xilam verilməsi barədə qərarının ləğv edilməsi barədə qərardad qəbul edərək icra sənədini icra etmək üçün təkrarən Cavabdehnə göndərmiş və icra sənədinin icrası təkrarən icra məmuru Elvin Babayevə həvalə edilsə də, bu günki günədək icra sənədi icra olunmamış qalır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili ayrı-ayrılıqda iddia ərizəsini müdafiə edərək, ərizənin mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. İşin halları: Lənkəran İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında Qərarının surətindən müəyyən olunur ki, Cavabdeh icra məmuru babayev Elvin Elşən oğlu xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Lənkəran Rayon Məhkəməsinin 2(049)-870/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini nəzərdən keçirərək icra sənədi üzrə icraata başlanmasını qərara almışdır. Lənkəran İcra və Probasiya şöbəsi tərəfindən Lənkəran şəhər-rayon Polis Şöbəsinə, surətləri Lənkəran ŞİBH-nın Şağlaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə, Lənkəran rayon Şağlaküçə Bələdiyyəsinə, X3 Yardım Stansiyasına, FHN-nin Dövlət Yanğına nəzarət xidmətinin Lənkəran mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə, borclu X2 və tələbkar İddiaçı ünvanlanmış 69603/10 №-li, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-870/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin tələbinə əsasən, cavabdeh X4 İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0,14586 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0,014 ha hissəsindən 0,0092 ha yol çıxarılmalıdır.Həmin torpaq sahəsindən istifadə ilə əlaqədar iddiaçıya cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələbinə əsasən icra sənədinin icrası 11 iyun 2024-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin gedişində çıxarılmış məhkəmə qətnaməsinin əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Hazırkı iş üzrə iddiaçının tələbi məhkəmə qətnaməsi əsasında verilən icra sənədinin icrası ilə bağlıdır. Ona görə də, icra sənədi üzrə icraatla bağlı icra qurumunun qərarının, həmçinin həmin hərəkət və ya hərəkətsizliyinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı həmin qərarın, habelə hərəkətin (hərəkətsizliyin) qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Homsbi” Yunanıstana qarşı” işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.” Məhkəmə qeyd edir ki, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarəti həmin icra sənədini icra edən icra qurumunun rəhbəri və bir də həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Yəni, “icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn istənilən məsələni icra sənədini vermiş məhkəmədə mübahisələndirmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunur ki, icra məmurunun icra sənədi üzrə hərəkətlərindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, icra sənədini vermiş (icra hərəkətlərinə nəzarət edən) məhkəməyə şikayətlə müraciət etmək hüququ vardır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Lənkəran İcra və Probasiya şöbəsinə qarşı icra sənədinin məcburi qaydada icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4073/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4073/2024
12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver