Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4076/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayon Sarcalı kənd inzibati ərazi dairəsində xx.xx.1960-cı il tarixdə tərtib olunmuş 54 nömrəli doğum akt qeydinin ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayon Sarcalı kənd inzibati ərazi dairəsində xx.xx.1960-cı il tarixdə tərtib olunmuş 54 nömrəli doğum akt qeydinin ləğv olunması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə Ağcabədi rayon Gələbədin kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1960-ci ildə Ağcabədi rayon Sarcalı kənd Sovetliyində 54 nömrəli doğum haqqında akt qeyd tərtib edilmişdir. Həmin doğum aktı qeydində onun adı X4 qeyd edilmişdir. Sonralar xx.xx.1961-ci ildə Cavabdehndə 436 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və onun adı X7 qeyd edilmişdir. İddiaçıya və onun ailə üzvlərinə aid mühüm əhəmiyyət kəsb edən sənədlərində onun adı X9r. İddiaçıya və onun ailə üzvlərinə mühüm sənədləşmə işini apararkən xüsusəndə notariat xidmətlərində onun adı, Vətəndaşların Vəziyyəti akt informasiya bazasında X4 qeyd olunduğu məlum olmuşdur. Bununla əlaqədar Cavabdehnə rəsmi müraciət etmişdir. Cavabdeh ona izah etmişdir ki, xx.xx.1960-cı il tarixdə Ağcabədi rayon Sarcalı kənd nümayəndəliyində tərtib edilmiş 54 nömrəli doğum akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ağcabədi rayon Sarcalı kənd inzibati ərazi dairəsində xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 54 nömrəli doğum akt qeydinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilkməsini xahiş etmişdilər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn çəhkəmə iclasının keçirilməsini mümkün hеsаb еdir. İddia tələbinin məzmununa uyğun olaraq aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. - Ağcabədi rayon Gələbədin kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, 51 nömrəli arayışdan görünür ki, İddiaçı Ağcabədi rayon Gələbədin kəndində qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Sadıqova (Hüseynova) Naidə Cəmil qızı barəsində xx.xx.1960-cı il tarixdə Ağcabədi rayon Sarıcalı kənd inzibatı ərazi dairəsi üzrə icra nümayəndəliyində tərtib edilmiş 54 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı, adı və ata adı “X11” yazıldığı halda xx.xx.1961-ci il tarixdə Cavabdehnədə tərtib edilmiş 436 saylı doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və uşaq qrafasında soyadı, adı və ata adı “X14” yazılmışdır. Həmçinin vətəndaşın təqdim etdiyi sənədlərdə adı, soyadı və ata adı “X14” kimi qeyd edilmişdir. İzah edirik ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyət olduğundan həmçinin ilkin akt qeydinin ləğv edilməsi məhkəməyə aid olduğu üçün xx.xx.1960-cı il tarixdə Ağcabədi rayon Sarıcalı kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində tərtib edilmiş 54 saylı doğum haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir .Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. -Cavabdeh tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx xxxxxx 1960-cı ildə Ağcabədi rayonu, Gələbədin kəndində anadan olmuşdur. xx.xx.1961-ci il tarixdə Cavabdehndə 436 №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Atası- X16 Milliyyəti-azərbaycanlı, X2 qızı milliyyəti-azərbaycanlı. -xx.xx.1961-ci il tarixli, AЗ-023294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X12, ana qrafasında X1 adı qeyd edilmişdir. İş materiallarında olan 23 aprel 1987-ci il tarixli, İV-ЖГ 305614 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X3 ilə X14 ilə nikahları bağlanmışdır. Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Sarıclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 03 sentyabr 2025-ci il tarixli, 5-30-32/3- 222/2025 nömrəli məktunubda qeyd edilmişdir ki, Ağcabədi rayon İHB-nın Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi sizin yazılı sorğunuza cavab olaraq bildirir ki, İddiaçı adlı şəxs nümayəndəlik ərazisində yaşamamış, qeydiyyatda olmayıb və onun haqqında bizdə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 60/2-22455/2025-ci il tarixli məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon sakini İddiaçı barəsində Ağcabədi RPŞ-də hazıradək hər-hansı təqsirləndirici material (sadələşmiş icraat materialı və cinayət işi) olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən xx.xx.2025-ci il 3- 16-5/8-13-1102/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Hüseynova (Sadıqova) Naidə Cəmil qızının doğum haqqında akt qeydinin kserosurəti sizə göndərilir. Ağcabədi rayon İcra Hakimiyyyəti Başçısının Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-30-9/2-13/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi RİHB-nın Gələbədin kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixdə 2-1(120)-4076/2025 nömrəli sənədə cavab olaraq, bildiririk ki, sənəddə adı göstərilən İddiaçı doğum aktı nümayəndəlikdə yoxdur. Göndərilməsinİ istədiyiniz sənədlərlə bağlı Cavabdehnə müraciət etməyiniz tövsiyyə olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, Sadıqova (Hüseynova) Naidə Cəmil qızı barəsində xx.xx.1960-cı il tarixdə Ağcabədi rayon Sarıcalı kənd inzibatı ərazi dairəsi üzrə icra nümayəndəliyində tərtib edilmiş 54 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı, adı və ata adı “X11” yazıldığı halda xx.xx.1961-ci il tarixdə Cavabdehnədə tərtib edilmiş 436 saylı doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və uşaq qrafasında soyadı, adı və ata adı “X14” yazılmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı X6 adına şəxsiyyət vəsiqəsi və ya başqa sənəd mövcud olmamışdır. Ağcabədi rayon Gələbədin kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, 51 nömrəli arayışdan görünür ki, İddiaçı Ağcabədi rayon Gələbədin kəndində qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. İddiaçı Cavabdeh tərəfindən Ağcabədi rayon Sarcalı kənd inzibati ərazi dairəsində xx.xx.1960-cı il tarixdə tərtib olunmuş 54 nömrəli doğum akt qeydinin ləğv olunması” üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq xx.xx.1960-cı il tarixdə Ağcabədi rayon Sarıcalı kənd inzibatı ərazi dairəsi üzrə icra nümayəndəliyində tərtib edilmiş 54 saylı doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən “Ağcabədi rayon Sarcalı kənd inzibati ərazi dairəsində xx.xx.1960-cı il tarixdə tərtib olunmuş 54 nömrəli doğum akt qeydi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-4076/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4076/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver