Məhkəmə qərarları › İş №2-1(120)-408/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-408/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-408/2025 11.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 210-s saylı qərarı və qərar əsasında tərtib edilmiş A № 313032 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 5800 kv.m torpaq sahəsinin koordinatlarının Salyan rayon İHB-ın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən koordinatlar üzrə “X4 X10”ndə faktiki istifadəyə uyğunlaşdırılaraq düzəliş edilməsi, İddiaçı 5800 kv.m torpaq sahəsinə dair faktiki istifadə üzrə istifadə hüququnun və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binalarına dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “Salyan rayonu, Qarabağlı kəndində yerləşən Salyan rayon icra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 210- S saylı sərəncamı ilə inşaat materialları satışı mağazası və şadlıq evi tikintisi altına ayrılmış 0,58 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş əmlak kompleksi üzərində daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Salyan rayon İcra Hakimiyyəti və xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 210-s saylı qərarı və qərar əsasında tərtib edilmiş A № 313032 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 5800 kv.m torpaq sahəsinin koordinatlarının Salyan rayon İHB-ın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən koordinatlar üzrə “X4 X10”ndə faktiki istifadəyə uyğunlaşdırılaraq düzəliş edilməsi, İddiaçı 5800 kv.m torpaq sahəsinə dair faktiki istifadə üzrə istifadə hüququnun və torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış binalarına dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmlak kompleksi kimi ona məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən Salyan rayon icra Hakimiyyəti Başçısının 16 09.2010-cu il tarixli 210-S saylı Sərəncamı ilə 0.58 ha torpaq səhəsı inşaat materiallar, satış, mağazası və şadlıq evi tikintisi altına ayrılmışdır. Müvafiq olaraq sənədlər əldə edildkdən sonra həmin torpaq sahəsi uzənndə olan əmlak kompleksini ayrılarkən müvafiq olaraq akt tərtib edilmiş, aidiyyəti bütün dövlət qurumları təsdiq etmişlər. İstismara qəbul aktı əsasında uzun illərdir ki, həmin obyekt fəaliyyət göstərir. Elektrik, qaz və su xəttləri baradə muvafiq rəylər alınmışdır. AR DTXK tərəfindən plan ölçü tərtib edilərək tədıq edilmişdir. İnşaat pasportu, tikintiyə icazə vərəqəsi, ekologiya və gigiyena epidemıologiya aid rəylər alınmışdır. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı Mqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması uçun müraciətə DƏDRX 13 saylı Ərazi İdarəsindən də çıxarış alınması üçün müraciətinə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, icarə müqaviləsi təqdim edilməmiş, təqdim edilmiş layihəyə uyğun inşa edilməmiş, istismara qəbul aktı tərtib edilərkən FHN və Salyan RİHB tərəfindən möhürlə təsdiq edilməmiş, əmlak kompleksi yüksək gərginlikli elektrik xəttinin sanitariya zolağında yerləşir. Halbuki qeyd olunanlar yalnız adi sözlərlə yazılmış şəkildə əsaslandırılmışdırki, bu da hüquqların dövlət qeydiyyatınndan imtinaya əsas ola bilməz. Buna görədə müraciəti əsaslı hesab edilməklə Salyan rayon icra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı Sərəncamı ilə inşaat materialları satışı mağazası və şadlıq evi tikintisi altına ayrılmış 0.58 ha torpaq səhəsi üzərində inşa edilmiş əmlak kompleksinə daşınmaz əmlaka reyestr çıxarışının verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Salyan rayonu İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 210 saylı sərəncamından çıxarışın təqdim edilməsinə baxmayaraq torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Odur ki, torpaq sahəsinin icarə müqaviləsinin rağlanılması üçün aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Əmlak kompleksi kimi müəssisə iddiaçı tərəfindən təqdim edilmiş müvafiq icra -akimiyyəti orqanı ilə razılaşdırılmış layihəyə uyğun olaraq inşa edilməmişdir. Belə ki, faktiki mövcud olan qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə sənədi təqdim edilməmişdir. Təqdim edilmiş “Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı” tərtib edilərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, X6 nümayəndələrinin iştirakı təmin edilməmiş və Salyan rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən möhür və imza ilə təsdiq edilməmişdir. Torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə yüksək gərginlikli elektrik xəttinin mühafizə sanitariya zolağında (dövlət mülkiyyətində) yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimi mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, dövlət obyektlərinin «--nafizə zonalarının torpaqları dövlətin müstəsna mülkiyyətinə aiddir. Əlavə olaraq qeyd edirik ki, xx.xx.2023-cü il tarixli, 2181 nömrəli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2023-cü il iyunun 1-dək tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi prosesi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata seçirildiyindən aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüfaviqdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxs Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X13 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Salyan rayonu ərazisində yerləşdiyindən və Salyan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 210-s nömrəli sərəncamının surətindən görünür ki, Qarabağlı kənd sakini İddiaçı Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də, yolun sağ tərəfində, yolun mühafizə zolağından kənar olmaqlda Qarabağlı kəndi ərazisində, radio-televizor təmiri emalatxanasının yanındakı boş və istifadəsiz yararsız dövlət fondu torpaq sahəsindən iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi altına 0,58 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kənd sakini İddiaçı Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 210-s saylı sərəncamı ilə 5800 kv.m iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi altına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında xx.xx.2010-cu il tarixli, 598 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2011-ci il tarixli, 32 nömrəli Salyan rayonu Qarabağlı kənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsində tikinti materialları satışı mağazasının tikintisinə ekoloji rəyin surətindən görünür ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-s saylı səncamı ilə rayonun Qarabağlı kəndi ərazisindən Salyan rayonu Qarabağlı kənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti üzrə tikinti materialları satışı mağazasının tikintisi üçün ayrılmış 0,58 hektar torpaq sahəsinə yerində baxış keçirilmiş aşağıda göstərilən tələblərə əməl etməklə obyektin inşa edilməsinə etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayon Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2011-ci il tarixli, 932 nömrəli İaşə xidməti, tikinti materialları mağazası və şadlıq evi kompleksinə Sanitar-gigiyenik rəyinin surətindən görünür ki, tikintisi başa çatmış iaşə xidməti, tikinti materialları mağazası və şadlıq evi kompleksi sanitar gigiyenik normalara cavab verir. Su-kanalizasiya, işıqlanma sistemləri, mətbəxlər və xidmət sahələrində sanitar qaydalara cavab verən şərait yaradılmışdışdır. Salyan rayon Gigiyena və Epidemiolojiya Mərkəzi sanitar gigiyenik norma və tələblərə əməl etməKşərti ilə iaşə xidməti,tikinti materialları mağazası və şadlıq evi kompleksinin fəaliyyət göstərməsinə etiraz etmirlər. İş materiallarında olan Yanğından Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 60 nömrəli məktubundan görünür ki, Yanğından Mühafizə Cəmiyyəti tərəfindən 01 fevral 2012-ci il tarixində Salyan rayonu Qarabağlı kəndində yerləşən sahəsi 240 kv.m olan iaşə xidməti obyektində quraşdırılmış yanından mühafizə sisteminə texniki baxış keçirilmiş və işlək vəziyyətdə X5 təhvil verilmişdir. Hər 3 aydan gec olmayaraq obyektə baxış keçirilməli olduğu halda sahibkar tərəfindən on bir il ərzində YMC-nə bu xidmətin göstərilməsi barədə müraciət olmamışdır. Bu baxmıdan hal-hazırda adı çəkilən obyektdə yanğından mühafizə sistemlərinin işlək vəziyyətdə olması barədə hər hansı bir rəy vermək mümkünsüzdür. İş materiallarında olan “X11 Şəbəkəsi” MMC-nin xx.xx.2023-cü il tarixli, 13-9/119/01-02-175 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Samir” ticarət mərkəzinin və “Samir” şadlıq sarayının üzərindən vaxtilə 35 kV-luq elektrik verilişi hava xətti keçirdi. 2016-cı ildə həmin xəttin trassası (yeri) dəyişdirilərək obyektlərdən kənarlaşdırılmışdır. Hal-hazırda həmin obyektlərin üzərindən heç bir yüksək gərginlikli elektrik verilişi xətti keçmir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9734 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəyə ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsi və torpaq sahəsinin hüdudları daxilində faktiki şadlıq evi tikintisi altında olan 0.2427 ha olan torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları GPS aləti vəstəsilə müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin hal-hazırda X4 uçotu məlumat bazasında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid Dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəyə ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazasında qeyd olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. uyğunsuzluq faktiki istifadə olunan şadlıq evi tikintisi altında olan 0.2427 ha torpaq sahəsinin 0.026 ha hissəsi, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin koordinatlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Faktiki istifadə olunan şadlıq evi tikintisi altında olan 0.2427 ha torpaq sahəsinin uyğunsuzluq olan 0.026 ha hissəsinin İddiaçı istifadəsində olan torpaq sahəsi olduğu müəyyən edilir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış, Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olduğu və 0.2427 ha olan hissəsinin şadlıq evi tikintisi altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəyə ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210 -S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin koordinatları daxilində şadlıq evinə məxsus tikililər mövcuddur. Tikililərin 0.026 ha hissəsinin icarəyə ayrılan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin üzərində inşa edilən qeyri-yaşayış obyekti, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən mübahisəli Şadlıq evinin şimal hissəsindən 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyinin alınması ilə əlaqədar xx.xx.2025-ci il tarixli qərardad qəbul etmiş və qərardada əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi tərtib edilərək xx.xx.2025-ci il tarixli, 3-21-3- 38/2-4481/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş və rəyində mübahisəli 0,026 ha hissədə inşa edilən tikilinin 180 kv.m-ri əsaslı tikililərə və qalan 80 kvadrat metri isə köməkçi tiklilərə aiddir. Hüquqların qeydə alınan zaman İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin faktiki vəziyyətinə uyğun (mübahisəli 0.026 ha torpaq sahəsi daxil olmaqla) Salyan rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən mübahisəli 0.026 ha hissədə yerləşən tikililərin qeydə alınması mümkündür. Mübahisəli 0,026 ha torpaq sahəsəsi hal- hazırda X4 uçotu məlumat bazasında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən, mübahisəli ərazidə İddiaçı məxsus inşa edilən əsaslı tikililər şadlıq evi, bir dam altında olan şadlıq evinə aid mətbəx, kabinetlər, banket zalı, avtotəmir və avtoyuma sexləri (daş hörgü ilə tikilmiş tiklilər) mövcuddur. Həmçinin Şadlıq evinin həyətində taxta tikililərdən ibarət yemək kabinetləri və dəmir konstruksiyası kölgənəcəklər mövcuddur. İddiaçı ayrılmış Salyan - Şirvan avtomobil yolunun 27-ci km -də yerləşən 0,58 ha torpaq sahəsinin üzərində yerləşən əsaslı və köməkçi tikililərin sahələri Şadlıq evi tikilisi altında olan torpaq sahəsi-728.6 kv.m, (əsas tikili), Restoran və avtomobil sexləri - 639.0 kv.m (əsas tikili), Taxta konstruksiyalı kabinetlər-72.0 kv.m (köməkçi tikililər), Kölgənəcəklər dəmir konstruksiyalı- 72.0 kv.m (köməkçi tikililər), Talvar - 514.7 kv.m (köməkçi tikililər), ümumi tikintialtı sahə 2026.36 kv.m təşkil edir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı ilə İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-nin sağ tərəfində yerləşən 0,58 ha torpaq sahəsinin üzbəüz hissəsində, Salyan-Şirvan avtomobil yolunun 27-ci km-nin sol tərəfində, 0.58 ha torpaq sahəsindən 90.0 metr məsafədə fəaliyyətdə olan neft quyusu mövcuddur. Şadlıq evinin şimal hissəsindən keçən yüksək gərginlikli 10 kvt-luq elektrik xətti iddiaçıya məxsus tikililərdən 0.5 m-1.0 m məsafədə yerləşir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 210-s saylı qərarı və qərar əsasında tərtib edilmiş A № 313032 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 5800 kv.m torpaq sahəsinin koordinatlarının Salyan rayon İHB-ın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən koordinatlar üzrə “X4 X10”ndə faktiki istifadəyə uyğunlaşdırılaraq düzəliş edilməsi, İddiaçı 5800 kv.m torpaq sahəsinə dair faktiki istifadə üzrə istifadə hüququnun və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binalarına dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 210-S saylı sərəncamı) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması, torpaq sahəsi ilə bağlı mövcud uyğunsuzluq iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun istifadə hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9734 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəyə ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsi və torpaq sahəsinin hüdudları daxilində faktiki şadlıq evi tikintisi altında olan 0.2427 ha olan torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları GPS aləti vəstəsilə müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin hal-hazırda X4 uçotu məlumat bazasında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid Dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəyə ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazasında qeyd olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. uyğunsuzluq faktiki istifadə olunan şadlıq evi tikintisi altında olan 0.2427 ha torpaq sahəsinin 0.026 ha hissəsi, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin koordinatlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Faktiki istifadə olunan şadlıq evi tikintisi altında olan 0.2427 ha torpaq sahəsinin uyğunsuzluq olan 0.026 ha hissəsinin İddiaçı istifadəsində olan torpaq sahəsi olduğu müəyyən edilir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış, Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olduğu və 0.2427 ha olan hissəsinin şadlıq evi tikintisi altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210-S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəyə ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 210 -S saylı sərəncamı və sərəncama əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin koordinatları daxilində şadlıq evinə məxsus tikililər mövcuddur. Tikililərin 0.026 ha hissəsinin icarəyə ayrılan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin üzərində inşa edilən qeyri-yaşayış obyekti, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən mübahisəli Şadlıq evinin şimal hissəsindən 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Belə ki, rəy üzrə torpaq sahəsinin tərəfin istifadəsində olduğu, üzərində tikililərinin olduğu müəyyən edilmişdir. Lakin rəyə nəzər yetirilən zaman kənarlaşma olduğu müəyyən edilmişdir. İş materiallarının tədqiq zamanı isə qeyd edilən kənarlaşmalar üzrə Salyan rayon İHB-ın Memarlıq və Tikinti şöbəsitərəfindən dürüstləşmə aparıldığı, icraatın nəticəsi olaraq torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem təqdim edilmişdir ki, həmin sxemə əsasən dürüstləşdirilmiş olan kənarlaşma kimi qeyd edilən hissədə əlavə araşdırmanın aparılmasına zərurət olduğu müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-4481/2025 nömrəli mütəxəssis rəyini mötəbər subut kimi qəbul edir. Belə ki, mütəxəssis rəyinə əsasən Hüquqların qeydə alınan zaman İddiaçı ayrılmış Salyan-Şirvan avtomobil yolunun 27-ci km-də yerləşən 0,58 ha torpaq sahəsinin faktiki vəziyyətinə uyğun (mübahisəli 0.026 ha torpaq sahəsi daxil olmaqla) Salyan rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən mübahisəli 0.026 ha hissədə yerləşən tikililərin qeydə alınması mümkün olduğu müəyyən edilmişdir. Mübahisəli hissələrdən digəri 90.0 metr məsafədə fəaliyyətdə olan neft quyusu mövcud olması olmuşdur. Həmin hissədə məhkəmə qeyd edir ki, qeyd edilən neft quyulsu ilə iddiaçıya məxsus daşınmaz əmlak arasında olan ərazidə digər şəxslərə məxsus fərdi yaşayış evlərinin olduğu müəyyən edilmişdir. Eləcə də, bugünə kimi iddiaçıya məxsus qeyd edilən daşınmaz əmlakın mühafizə zonası üzrə maneələr yaratması, inzibati orqanlar tərəfindən hər hansı bir icraat aparılması halı müəyyən edilməmiş və məhkəməyə belə bir sübut təqdim edilməmişdir. şəxsə hüquqmüəyyənedici sənədlərə təqdim edilən zaman sonuncu həmin sənədələrə etimad göstərmişdir ki, qeyd edilən halla bağlı imtina verilməsi və həmin şəxsin hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Mübahisəli torpaq sahəsi ilə bağlı olan hüquq müəyyənedici sənədlər hal-hazırda qüvvədədir və iş üzrə məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Digər mübahisə predmeti isə Şadlıq evinin şimal hissəsindən keçən yüksək gərginlikli 10 kvtluq elektrik xəttinin iddiaçıya məxsus tikililərdən 0.5 m-1.0 m məsafədə yerləşməsi olmuşdur. Həmin hissədə məhkəmə qeyd edir ki, məhkəməyə daxil olan “X11 Şəbəkəsi” MMC-nin xx.xx.2023-cü il tarixli, 13-9/119/01-02-175 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Samir” ticarət mərkəzinin və “Samir” şadlıq sarayının üzərindən vaxtilə 35 kV-luq elektrik verilişi hava xətti keçirdi. 2016-cı ildə həmin xəttin trassası (yeri) dəyişdirilərək obyektlərdən kənarlaşdırılmışdır. Hal-hazırda həmin obyektlərin üzərindən heç bir yüksək gərginlikli elektrik verilişi xətti keçmir. Həmçinin qanunvericilikdə edilən son dəyişikliklər üzrə 10 kvt-luq elektrik xəttinin yüksək gərginlik kimi deyil orta gərginlik kimi nəzərdə tutulduğu və həmin hissədə mühafizə zonasının imtina üçün əsas hesab edilmədiyidə qeyd edilməlidir. Həmin hissədə cavabdeh orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İş üzrə üçüncü şəxs kimi cəlb edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmadığını, müraciətinin olmadığını bildirərək iddia tələbinə etiraz etmişdirlər. Məhkəmə həmin hissədə münasibət bildirərək qeyd edir ki, iddiaçı barədə tərtib edilən hüquqmüəyyən edici sənəd Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 210-S saylı sərəncamıdır ki,q eyd edilən sənədin qüvvədə oldsuğu, inzibati orqanlar tərəfindən bu günə kimi mübahisələndirmədiyi müəyyən edilmişdir. Qeyd edilən əsas inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Bir sözlə, iddiaçının həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X14rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 210-S saylı sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 210-S saylı sərəncamı ilə 5800 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Həmçinin torpaq sahəsinin koordinatlarının uyğunsuzluqlar olmuşdur ki, qeyd edilən hal iddiaçının səhvi kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, inzibati orqan müvafiq dürüstləşmə işlərini həyata keçirməli və koordinatlarda olan yanlışlığı aradan qaldırılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 210-s saylı qərarı və qərar əsasında tərtib edilmiş A № 313032 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 5800 kv.m torpaq sahəsinin koordinatlarının Salyan rayon İHB-ın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən koordinatlar üzrə “X4 X10”ndə faktiki istifadəyə uyğunlaşdırılaraq düzəliş edilməsi, İddiaçı 5800 kv.m torpaq sahəsinə dair faktiki istifadə üzrə istifadə hüququnun və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binalarına dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspet rəyi ilə bağlı prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 210-s saylı qərarı və qərar əsasında tərtib edilmiş A № 313032 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 5800 kv.m torpaq sahəsinin koordinatlarının Salyan rayon İHB-ın Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi torpaq sahəsinin döngə nöqtələrini göstərən təsdiq olunmuş sxem əsasında qeyd edilən koordinatlar üzrə “X4 X10”ndə faktiki istifadəyə uyğunlaşdırılaraq düzəliş edilsin. İddiaçı 5800 kv.m torpaq sahəsinə dair faktiki istifadə üzrə istifadə hüququnun və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binalarına dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar