Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4084/2024 14.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinə qarşı «əlilliyin yenidən qiymətləndirilməsinə dair iddiaçıya qoyulmuş bütün diaqnozların əks olunduğu göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TSEK tərəfindən əlilliyin yenidən qiymətləndirilməsinə dair iddiaçıya qoyulmuş bütün diaqnozların əks olunduğu göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati məhkəməsinin 03.102024-cü il tarixli qərardadı ilə idida tələbi dəqiqləşdirilərək, iddia tələbinə “əlilliyi müəyyən edən həkim komissiyasına və əlilliyini yenidən qiymətləndirilməsinə dair ona qoyulmuş bütün diaqnozlarda əks olunduğu göndərişin verilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixində evinin yaxınlığında nəqliyyat vasitəsinin onu vurması nəticəsində səhhətində çox ciddi problemlər yaranmışdır. Hadisədən sonra “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicə almışdır. Nevroloji statusda: aşağı paraparez qeyd olunur. Diaqnoz: keçirilmiş onurğa beyin travmasından sonrakı vəziyyət. L1 fəqərəsinin spondilolistezi. Th6, Th8 fəqərələri səviyyəsində sirinqomieliya C3, C4 fəqərələri səviyyəsində diskin yırtığı. Onurğa beynin mieloişemiyası. Aşağı paraparez. 2019-cu ildən bu vaxta qədər müxtəlif tibb müəssisələrində müayinə olunmuşdur. 2020-ci ildə X9 müayinə olunarkən MRT ilə müəyyən olunmuşdur: C3-C4, L1-L2, L2-L3, L3-L4 intervertebral disklərdə minimal degenerativ siqnal azalması qeyd edilir. C3-C4 fəqərəarası diskdə, öndən subaraxnoidal sahəni sıxan va onurğa beyninə minimal təmas edən 3 mm ölçüdə geniş əsaslı mərkəzi sol paramedian disk yırtığı izlənilir. C4-C5 fəqərəarası diskdə, öndən subaraxnoidal sahəni sıxan, 2 mm ölçüdə mərkəzi disk protruziyası qeyd olunur. L5-S1 səviyyəsində bilateral spondilolizis və buna bağlı 1-ci dərəcəli listez qeyd edilir. Həmin ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi Kliniki Tibbi X2rğamın boyun, döş və bel-oma sahələrinin MRT müayinəsi aparılmış və müəyyən etmişdir: Fəqərə limblərində qeyri-kobud osteoxondroza xas dəyişikliklər mövcuddur.L5 fəqərənin birinci dərəcəli ön listezi qeyd olunur. Sakral hissədə arxa spina bifida əlamətləri var. C3-C4 fəqərəarası diskin arxa sol paramedian yırtığı aşkar edilir ,ön-arxa ölçüsü 3,5 mm-ə yaxındır. Onurğa beynin ventral səthi kompressiya olunur. Onurğa beyində TH6-TH8 səviyəsində mərkəzi kanalın minimal genişlənməsi izlənir. Tibb müəssisələrində aparılan müayinələr nəticəsində ona qoyulmuş diaqnozlar əlilliyin müəyyən edilməsinə əsas verdiyi üçün 2021-ci ildə göndəriş (Forma 88) əsasında əlillik vəziyyəti qiymətləndirilmiş. Diaqnoz:S 32.0 Bel fəqərəsinin sınığı, Onurğa sütunun qapalı travması.L5-Sl fəqərələrin intraarikulyar sınıqları. Ağırlaşma G83 Digər paralitik sindromlar, Hər iki aşağı ətrafların paraparezi. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Onurğanın hərəkətinin məhdudlaşması. Hər iki aşağı ətraflarda hissiyyatın xeyli azalması. Xəstənin yerişinin çətinləşməsi. Ağırlaşma R52.0 Kəskin ağrı, Daimi ağrı sindromu. Ağırlaşma M51 Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L1 fəqərədə spondilolistez.C3-C4,Ll-L2,L3- L4, Lf intervertebral disklərdə degenerativ dəyişikliklər. C3- C4 fəqərəarası diskdə subxondral kişəni sıxan (4mm ölçüdə) disk yırtığı. Th6-Th8 seqmentlərdə (2-2 mm) sirenqomieliya sahələri.Yanaşı xəstəliklər F98.0 Qeyri-üzvi mənşəli enurez, Enurez cinsi zəiflik.Yanaşı xəstəliklər N30 Sistit, Xroniki sistit.Xroniki sidik ləngiməsi,psixogen mənşəli distunksiya. Qeyd olunan diaqnoza əsasən ona xx.xx.2021-ci il tarixindən 5 illik müddətə 3-cü dərəcə əlillik təyin olundu. 2022-ci ildə X6 İnstitutunun poliklinik şöbəsinin müayinə nəticəsində verdiyi arayışda diaqnoz olaraq T91.3, G83, R26.8, R32, F98.0, M.51.1 XBT-10 kodlu xəstəliklərin olması diaqnozu qoyulmuşdur. Həmin ildə “BONA DEA” klinikasında müayinə olunarkən “Bel fəqərələrinin T1 və T2 rejimli sagital və T2 rejimli aksiyal tomoqramlarında:Bel fəqərələrində fizioloji lordoz trayektoriyası təbiidir. L4 vertebrada minimal anterolistezis ve L5-S1 səviyyəsində pars interartikularis deffekti qeydə alınır. L5-S1 intervertebral diskdə grade 1 anterolistezis səbəbiylə hər iki nevral foramendə hər iki L5 sinir kökünə təmas edən, psevdoprotruziya qeydə almır” müəyyən olunmuşdur.X1 2020, 2021, 2022-ci müayinə olunmuşdur, müayinə nəticəsində onurğa beyinin mioeşilemiyasi diaqnozunu qoyulub. Bu ciddi bir xəstəlikdir. Belində şiş var bildirdilər. Əlində üç arayış olmasına baxmayaraq əlilik təyinatinda həmin diaqnozu qeyd edilməyib. Qan dövranı işləmir ona bildirilib. Müayinələrdən sonra yenidən əlilliyinin qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. “Boyun va gövdə travmalarının nəticələri, Onurğanın L5-S1 səviyyədə hər iki tərəfdə interartikulyar sınıqlarının və onurğa beyin travma nəticələri. (YNH nəticəsində )Müalicəyə tabe olmayan daimi ağrı, Müalicəyə tabe olmayan daimi ağrı sindromu. Ağırlaşma R26 Hərəkətin va yerişin pozulmaları, Hərəkətin və yerişin pozğunluğu, Paretik yeriş. Siringomieliya və sirinqobulbiya, Sirinqomieliya (Onurğanın Th6-Th8 seqmentində) Ağırlaşma G95.8 Onurğa beyninin digər dəqiqləşdirilmiş xəstəlikləri, Kiçik çanaq orqanlarının funksiya pozğunluğu, enurez və cinsi zəiflik ilə. Ağırlaşma G83 Digər paralitik sindromlar, Hər iki aşağı ətrafın paraparezi” diaqnozu ilə ona müddətsiz olaraq 3-cü dərəcə əlillik müəyyən edildi. Ona müxtəlif tibb müəssisələrində qoyulmuş diaqnozlar 1-ci dərəcə əlilliyin təyini üçün əsas verdiyi halda Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə müddətsiz 3-cü dərəcə əlillik təyin olunmuşdur. 15 saylı TSEK-in göndərişi ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər “X3" publik hüquqi şəxsində stasionar müalicə olunmuşdur. Diaqnoz: Boyun və gövdə travmalarının nəticələri, onurğanın L5-S1 səviyyədə hər iki tərəfdə interartikulyar sınıqlarının və onurğa beyin travma nəticələri (YNH nəticəsində ), müalicəyə tabe olmayan daimi ağrı, müalicəyə tabe olmayan daimi ağrı sindromu. Ağırlaşma R26, hərəkətin və yerişin pozulmaları, hərəkətin və yerişin pozğunluğu, paretik yeriş, siringomieliya və sirinqobulbiya, sirinqomieliya (onurğanın Th 6-Th 8 seqmentində). Ağırlaşma G95.8 Onurğa beyninin digər dəqiqləşdirilmiş xəstəlikləri, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, enurez və cinsi zəiflik ilə. Ağırlaşma G83 Digər paralitik sindromlar, hər iki aşağı ətrafın paraparezi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyaıiarı”nın 6.6.3.3-cü yarımbəndinə əsasən əhəmiyyətli təzahür edən tetraparez, paraplegiya və ya aşağ: ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri orqanizmin funksiyalarının 90 faiz pozulması kimi qiymətləndirilərək müddətsiz əlillik təyin edilir. Meyarın 13.5.1.3-cu yarımbəndinə görə aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal orqanizmin funksiyalarının 70-90 faiz pozulması kimi qiymətləndirilərək müddətsiz əlillik təyin edilir.Qeyd olunan yarımbəndlərə əsasən əlilliyinin növbəti dəfə qiymətləndirilərək dərəcəsinin dəyişdirilməsi üçün əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən yenidən göndəriş (Forma 88) verilməsi üçün “Masallı Rayon Mərkəzi Xəstəxanası’' publik hüquqi şəxsinə müraciət etmişdir. Xəstəxananın həkim-məsləhət komissiyasının xx.xx.2024-cü il tarixli iclası zamanı “T91, M.51.1, G82.0, R26, R32-diaqnozlarda ağırlaşma yoxdur” əsası ilə Tibbi-Sosial Ekspert Komissiyasına göndərişin verilməsindən imtina aktı tərtib olunmuşdur.. İş materiallarında olan iddiaçının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuş, Masallı rayonu, Dadıva küçəsi, ev 20 yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı Həkim-məsləhət komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli “əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina” aktından görünür ki, İddiaçı “T91, M.51.1, G82.0, R26, R32-diaqnozlarda ağırlaşma yoxdur” əsası ilə Tibbi- Sosial Ekspert Komissiyasına göndərişin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-20791/2024 nömrəli məktubu ilə məhkəməyə ünvanladığı ekspertiza sənədlərində göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən tibbi nəzarətə götürülərək “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicə almışdır. xx.xx.2021-ci il tarixindən 5 illik müddətə 3-cü dərəcə əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə xx.xx.2022-ci il tarixdən müddətsiz 3-cü dərəcə əlillik təyin olunmuşdur.xx.xx.2022-ci il tarixli müayinə zamanı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. İş materiallarında olan «Masallı rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 18-1-60/2-1287/2024 nömrəli məktubunda göstərilmişdir ki, Masallı şəhər sakini İddiaçı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilməsinə əsas olan tibbi sənədlər göndərilmişdir. Amıd Salayevin digər tibbi sənədləri "Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşkar olunmadı. İşdə olan "Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli Həkim-Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilmsəi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina aktından görünür ki, İddiaçı əlilliyin müəyyən olunması məqsədilə tibb müəssisəsinin həkim-məsləhət komissiyasına müraciət etmişdir və xx.xx.2024-cü il tarixdə keçirilən həkim-məsləhət komissiyasının iclası zamanı onun diaqnozunun T91, M51.1, G82.0,R26,R32diaqnozlarda ağırlaşma yoxdur. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında qeyd olunmuş tibbi göstərişlər siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymətləndiirlməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Respublika Dəri-Zöhrəvi Mərkəzi publik hüquqi şəxsinin ambulator stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, 1986-cı ildə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixli stasionar göndəriş ilə “Follikullit L73, pəncə mikozu B35,3” əsas xəstəliyi üzrə tam diaqnoz qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışına əsasən, İddiaçı onurğanın L5-S1 səviyyəsində hər iki tərəfdə interaktulyar sınıq sütunun və onurğa beyin travma sindromu. Sirinqomeliya və Sirinqobulbiya sindromu. Kiçik çanaq orqanlarının funksiya pozğunluğu L1 fəqərəsinin sparlolistezi Th 6-Th 8 səviyyəsində sirinqamieliya C3C4 fəqərələri səviyyəsində “diskin yırtığı. Onurğa beyin mielişemiyası. Digər paralitik sindromlar. Hər iki aşağı ətrafın paraperizi müalicəyə tabe olmayan daimi ağrılar. L3 L4 intervertebral diskdə geniş əsaslı posteriomidial qabarma qeyd edilir. Smarl düyünləri və fəqərə cismi künclərində osteofitik sivrişmələr izlənilir. Fəqərələrin deformasiyaedici osteoxondrozu, spondilyozu. L5 hərəkətin və yerişin pozulmaları patik yeriş. Onurğa beynin mielaişemiyası. XBT: M54.1, M42, S54.1, M43.1, B26, R268, M51. Məsləhət: M50.1, G95.0, G95.1, G82. Azərbaycan Respublikası İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyi “Tibbi əraziX4” publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası” publik hüquqi şəxsin 6309 nömərəli ambulator xəstənin tibbi vərəqəsindən görünür ki, İddiaçı barəsində T-9. Keçirilmiş onurğa sütunun qapalı travması, L5S1 fəqərəsinin sınğında vəziyyət və s. M51.1, G82.0, R26, R32, M54.2. Xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə RMX-dsa müayinələrdə olmuşdur. Əsaslandırma hissəsi: İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır və mahiyyət baxımından əsaslıdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyi üçün hazırkı mübahisə yaranmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tələbini “əlilliyin yenidən qiymətləndirilməsinə dair iddiaçıya qoyulmuş bütün diaqnozların əks olunduğu göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etsə də, onun tələbi əslində göndərişin (forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş və onun tələbi təmin olunmamışdır. İPM-nin 52ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçının arzuladığı nəticə göndərişin verilməsi olduğu üçün onun tələbi müraciətin cavablandırılması olsa da, onun cavabdehə müraciətində yazdığı kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı xəstəxanada müayinələrdən keçmiş və xx.xx.2024-cü il tarixdə keçirilən həkim-məsləhət komissiyasının iclası zamanı onun diaqnozunun T91, M51.1, G82.0,R26,R32-diaqnozlarda ağırlaşma yoxdur. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında qeyd olunmuş tibbi göstərişlər siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymətləndiirlməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən iş materialları tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X4” publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası” publik hüquqi şəxsin 6309 nömərəli ambulator xəstənin tibbi vərəqəsinə əsasən, İddiaçı barəsində Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri XBT-10 (kod) M51.1, G82.0, R26, R32, M54.2 müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.1.7-ci bəndində dəqiqləşdirilməmiş sidik saxlamama-R32 öz əksini tapmışdır və Orqanizmin funksiyalarının pozulması 80 faiz göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1.2ci bəndinə əsasən, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz göstəricisinin müəyyən olunmuşdur. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş diaqnozun T91, M51.1, G82.0,R26,R32-diaqnozlarda ağırlaşmaların olmaması ilə bağlı məhkəməyə sübut və ya digər dəlillər təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı əlilliyin yenidən qiymətləndirilməsinə dair ona qoyulmuş bütün diaqnozlarda əks olunduğu göndərişin verilməsi (forma 88) öhdəliyi cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova