Məhkəmə qərarları › İş №2-1(120)-4095/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4095/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4095/2025 21.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X15, X5, X19,X12 və X13, X9 İmişli şəhəri,N.ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X15, X19,X12, X5 və X13 İmişli şəhəri,N.ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4095/2025 nömrəli qərardadı ilə, X15 , X19,X12 və X16 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilsinlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, bildirir ki, İmişli şəhəri, Nəriman ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda evində qeydiyyatda olan şəxslər haqqında məlumat istədikdə evində 6 nəfər kənar şəxsin X15, X6, X17, X19, X12 və X22 adlı şəxslərin evində qeydiyyatda olduğunu gördü. O, həmin şəxslərin evində qeydiyyatda olmasını istəmir. Onlar evinə səhvən qeydiyyata düşüblər. Ona görə o, Cavabdehnə ərizə verib xahiş etdi ki, həmin şəxsləri ona məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsi ev 105 ünvanından qeydiyyatdan çıxarsınlar. Lakin Cavabdehndən bildirildi ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması mümkün deyildir, bunun üçün məhkəməyə müraciət edilməlidir. Qanuna görə vətəndaş rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsindən imtina cavabını aldıqdan sonra İnzibati-Prosessual Məcəlləyə əsasən müvafiq inzibati məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: İşdə olan iddiaçının AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuş, İmişli şəhəri, N.ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 16 dekabr 2006-cı ildən İmişli şəhər,N.ünvan 3-də qeydiyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X30 6 saylı Beyləqan Ərazi İdarəsinin 10 iyul 2025-ci il tarixli 3-21-3-45/2-4003/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4095/2025 nömrəli sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30nin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd edilən X15, X19, X12 və X13 İmişli şəhəri, N.ünvan 3 saylı evə dair mülkiyyət hüququnun qeydiyyata alınması haqqında məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. İşdə olan İmişli “Asan Xidmət” X4 07 avqust 2025-ci il tarixli 3-16-5/8-13-1201/2025 nömrəli məktubuna əsasən, İmişli “ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, İddiaçı X15, X19, X12, X22 ilə heç bir yaxın qohumluluq əlaqəsinin olmaması müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Dövlət Notariat Arxivinin məhkəməyə ünvanlanmış məktubu ilə xx.xx.2005-ci il tarixli, 4Ə-78 reyestr nömrəli müqaviləyə dair notariat işinin surəti təqdim edilmişdir. Notariat işində olan 249221 saylı, 27 dekabr 2005-ci il tarixli müqavilədən görünür ki, X15, X14, X1 Nuridə Qara qızına İmişli şəhəri, N.ünvan 4 19000 ABŞ dollarına satmışdır. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İmişli şəhəri, N.Nərimanov (Darvin) küçəsi, ev 105 saylı ev İddiaçı adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli, 2268 saylı reyestr kitabında qeydə alınmışdır. İşdə olan İmişli “Asan Xidmət” X4 12 noyabr 2025-ci il tarixli məktubu ilə xx.xx.2015-ci il tarixli, 516 saylı doğum akt qeydinin surəti göndərilmişdir. xx.xx.2015-ci il tarixli doğum akt qeydinin surətinə əsasən, X5 anası X15, atası X11 qeyd edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli 3-1383/21386/25 nömrəli məktubuna əsasən, X15, X19, X12 və X13 İmişli şəhər N.Nərimanov küçəsi ev 105 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşməsinə səbəb olan arxiv sənədlərinin saxlama müddəti (beş il) bitdiyi üçün məhv edildiyindən təqdim olunması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasi İmişli Rayon İcra Hakimiyyəti Başçisinin İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 avqust 2025-ci tarixli 5-53-12-1/2-12/2025 nömrəli məktubuna əsasən, İmişli şəhərinin N.ünvan 1 ünvanda X15, X19, X12 və X22 adlı şəxslər faktiki olaraq həmin ünvanda yaşamırlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X30 6 saylı Beyləqan Ərazi İdarəsinin 28 oktyabr 2025-ci il tarixli 3-21-3-45/2-6797/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4095/2025 nömrəli sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30nin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd edilən İmişli şəhəri, N.ünvan 3 ünvanında yerləşən, 3 otaqlı fərdi yaşayış evinin İddiaçı adına verilməsinə dair xx.xx.2005-ci il tarixli, 3204 inventar nömrəli, qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, İmişli şəhəri, N.Nərimanov (Darvin) küçəsi, ev 105 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdehnə müraciət edərək, İmişli şəhəri, N.Nərimanov (Darvin) küçəsi, ev 105 saylı ev ünvanında qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasi İmişli Rayon İcra Hakimiyyəti Başçisinin İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 avqust 2025-ci tarixli 5-53-12-1/2-12/2025 nömrəli məktubuna əsasən, İmişli şəhərinin N.ünvan 1 ünvanda X15, X19, X12 və X22 adlı şəxslər faktiki olaraq həmin ünvanda yaşamırlar. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X19,X7, X10 və onun övladı X5, X13 və onun övladı X9 İmişli şəhəri, N.Nərimanov (Darvin) küçəsi, ev 105 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Üçüncü şəxslər X19,X7, X10 və onun övladı X5, X13 və onun övladı X9 İmişli şəhəri, N.ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar