Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-41/2021 19.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, nümayəndələri Nümayəndə və X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair işə 19 may 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) 5 saylı Ərazi Vergilər İdarəsinin 27.12.2018-ci il tarixli **********173112 nömrəli qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Avqust 2016 - Oktyabr 2018 ilə əhatə olunan vergi dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması (SVY) təyin edilmişdir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilsin. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Göründüyü kimi vergi orqanı 30 günü 30 iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. SVY keçirilməsi barədə qərarda yoxlama müddətinin 30 (otuz) iş günü göstərilməsinə baxmayaraq, 05.11.2019-cu il tarixli, **********173425 saylı SVY barədə aktda qeyd olunur ki, yoxlama 28.12.2018-ci il tarixində başlamış və 05.11.2019-cu il tarixində başa çatmışdır. Bir ilə yaxın davam edən yoxlama əsassız səbəblərdən müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin SVY barədə 05.11.2019-cu il tarixli, **********173425 saylı akt 5 gün müddətində vergi ödəyicisinə göndərilməli olduğu halda, akt 18.11.2019-cu il tarixində vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. SVY 28.12.2018-ci il tarixində başlamış və 05.11.2019-cu il tarixində başa çatmışdır. SVY 30 gündən artıq davam edə bilməz, yəni, 28.12.2018-ci il tarixində yoxlama başlamış, 28.01.2019-cu tarixində başa çatmalı idi. Lakin, SVY başa çatmamış, müddət düzgün olmadan 06.02.2019-cu il tarixədək davam etmiş və sonra 30 gün uzadılmışdır. SVY əsassız olaraq 225 gün müddətinə dayandırılmışdır. SVY-nın davam etmə müddəti ümumilikdə 313 gün olmuşdur. SVY 06.02.2019-cu il tarixində **********175781 nömrəli qərarla 30 gün müddətinə uzadılsa da 52 gün davam etmişdir. SVY müddəti 313 gün davam etmiş, lakin aktın aktın 1-ci vərəqində göstərilən müddət dayandırılma, müddət artırılma, əlavə vergi yoxlaması tədbirləri nəzərə alınmaqla 225 günlük müddət əlavə müəyyən edilmişdir. Vergi Məcəlləsinə əsasən SVY müddəti iş günləri ilə deyil, təqvim günlərinin sayı ilə müəyyən edilmişdir. Lakin SVY aktında müddətlər iş günləri ilə hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən həmin 29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərarın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi, eyni zamanda SVY-nın həyata keçirilməsi zamanı kobud pozuntulara (müddət pozuntuları) yol verildiyi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə sübut olunur. SVY zamanı ƏDV üzrə hesabatlar yoxlanılarkən gömrük bəyannamələri ilə əvəzləşdirilməyə əsas verən ƏDV məbləğləri tam nəzərə alınmamışdır. Həmçinin 2016-cı il və 2017-ci il üzrə müəssisə tərəfindən mal-material hesabatları aparılmış, satış tamamilə vergi bəyannamələrində öz əksini tapmışdır. Xərclər isə müvafiq olaraq Vergi Məcəlləsinin 134, 135 və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq gəlir və xərclərin uçotu qaydalarına əsasən aparılmışdır. Vergi məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına istinad edərək şərti rentabellik tətbiq edilə bilər. Lakin yoxlama materiallarından da görünür ki, müəssisə mal-material uçotunu qanun çərçivəsində aparmışdır. Hətta mal-materialın hərəkəti yoxlanılarkən malların anbarda olub-olmaması, uçotdan yayındırılıb yayındırılmaması Vergi Orqanının əməkdaşları tərəfindən inventarizasiya edilmiş və 02.03.2019 tarixində mülkiyyətdə və ya istifadədə olan əmlakın inventarizasiya aktı tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi heç bir kənarlaşma aşkar edilməmişdir. SVY barədə aktın 4-cü, 5-ci, 6-cı səhifələrində mənfəət vergisi ilə bağlı şərti rentabellik tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Səbəb isə mal material hesabatlarının düzgün tərtib olunmaması göstərilmişdir. X8 əməkdaşları tərəfindən tərtib edilmiş akt onu göstərir ki, müəssisədə mal-material uçotu, hərəkəti qanuna müvafiq aparılmışdır. Bu səbəbdən də SVY aktına əsasən, hesablanmış mənfəət vergisi də aktdan çıxarılmalıdır. ÖMV ilə əlaqədar bildirilir ki, ÖMV hesablanması aparılarkən qeyri-rezident şəxsə malların alqı-satqısı ilə əlaqədar tərtib edilmiş müqavilələrə və ona əlavələrə əsasən ödəmələrin Vergi orqanı tərəfindən vergiyə cəlb edilməsində səhvə yol verilmişdir. Belə ki, həmin malların dəyəri xaricə köçürülmüşdür və ÖMV cəlb oluna bilməz. Həmin əməliyyatlar vergi orqanı tərəfindən səhvən ÖMV cəlb edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq 29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, SVY aktının 1.8-ci bəndində də SVY vergi ödəyicisinin rəhbəri tərəfindən təqdim edilmiş sənədlər əsasında aparıldığı göstərilmişdir. Həmin sənədlər isə SVY aktının 1.9.1-ci bəndində göstərildiyi kimi 31.10.2018-ci il tarixədək olan dövr üzrə bank sənədləri, kassa sənədləri, bütün ciddi uçot blankları, əməkhaqqı hesablama cədvəlləri, mal-materialların alışını və satışını təsdiq edən sənədlər, NKA-nın fiskal yaddaşının “Z” hesabatları, icarə obyektlərinə və görülmüş işlərə dair aktlar (Forma-2), material hesabatları, görülmüş işlərə və alınmış mal-materiala dair bağlanmış müqavilələr, əmək müqavilələri, gömrük bəyannamələrinin eləcə də malların idxal olunması ilə bağlı digər sənədlər (CMR, İnvoys, packinq list və s.) və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllardan ibarətdir. Xərclər iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Xərclər gömrük bəyannamələri, invoyslar, malların gətirilməsi, malların idxalı, onların yük gömrük bəyannamələri və ona əlavələrdə öz əksini tapır. Bundan əlavə də müəssisədə mal-material hesabatları da aparılıb və bu barədə sənədlər də həm ekspertizaya, həm də iş materiallarına əlavə edilib. Həmçinin SVY aktının 1.9.2-ci bəndində göstərilmişdir ki, inventarizasiya aparılmış, bu barədə akt tərtib olunmuş və SVY aktına əlavə olunmuşdur. SVY zamanı ekspertiza təyin olunmaması da vergi orqanının qərəzli mövqe nümayiş etdirməsini bir daha sübut edir. SVY-nin 1.11-ci bəndində göstərilmişdir ki, muhasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından, elektron qaimə fakturalar və vergi hesab fakturalarından istifadə edilməklə aparılmışdır. Lakin SVY aktının 2.1-ci bəndində (səhifə 5-də) səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatlarının düzgün tərtib olunmaması göstərilmişdir. Yəni SVY aktının bəndləri biri digərinə ziddiyət təşkil edir. Xərclərlə bağlı suallara da aydınlıq gətirilib. Xərcləri təsdiq edən sübutlar gömrük sənədləridir və onlara əsasən aparılmış mal material hesabatlarıdır. Sonra vergi orqanı tərəfindən düzgün hesablanmayan vergi məbləği ÖMV ilə bağlı idi. Həmin verginin hesablanmasında da vergi orqanı nəqliyyat və beynəlxalq daşıma üzrə 6 faizlə vergi hesablamışdır ki, bu da bütün müqavilələrə nəzər yetirmədiklərinə görə, müqavilələr, müqavilə şərtləri və müqavilələrə əlavələr vergi yoxlamasında tam və hərtərəfli araşdırılmadığından, təhlil edilmədiyindən vergi orqanı ÖMV düzgün hesablamamışdır. Həmin müqavilələrdən aydın şəkildə görünür ki, satıcı alıcıya malı DAF Samur – ixrac şərti ilə dəmiryolu nəqliyyatı ilə tədarük edir. Müqavilələrin ayrılmaz hissəsi olan 1 №-li əlavə razılaşmada göstərilənlərə əsasən malların tədarük olunması üçün çəkilmiş nəqliyyat xərcləri malların ümumi qiymətinə daxildir. Yəni malın qiymətinin satıcıya ödənilməsi zamanı bütün xərclər əlavə edildikdən sonra qiymət müəyyən edilir və satıcıya ödənilir. Bu da onu deməyə əsas verir ki, malların tədarük olunması üçün nəqliyyat xərcləri Cəmiyyət tərəfindən ödənilməmişdir. Eyni zamanda həmin sənədlər ekspertizaya təqdim edilmişdir. Ekspertiza da bununla bağlı ekspert rəyində öz fikrini göstərmişdir ki, müqavilə və ona əlavələr nəzərə alındığı təqdirdə ÖMV öhdəliyi yaranmır. Həmçinin mülki qanunvericilkdə də nəzərdə tutulmuşdur ki, müqavilə tərəflərin iradə ifadəsidir və onların iradə sərbəstliyinə əsaslanır. Buna isə heç kim təzyiq və təsir edə bilməz. Mülki Məcəllənin prinsiplərinə uyğun olaraq tərəflər müqavilənin imzalanmasında, onun şərtlərinin müəyyən edilməsində azaddır. Yəni burada müqavilələr azadlığı prinsipi əsas götürülür. Bu səbəblərdən də ÖMV öhdəliyi də yaranmır. Mənfəət vergisinin hesablanmasında da vergi orqanı tərəfindən xərclər nəzərə alınmadan şərti rentabellik tətbiq edilmişdir. Bu da düzgün deyil, şərti rentabelliyin tətbiq edilməsinə ehtiyac yoxdur. Çünki həm satış sənədləri, həm də xərc sənədləri mövcuddur. Xərc sənədləri üzrə hesablamalar SVY aktının xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları bölməsində də öz əksini tapmışdır. Əlavə olaraq da vahid pəncərə sistemi üzrə bütün elektron baza da mövcuddur. Göstərilənlərin nəzərə alınaraq, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-1(120)-516/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndələrinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 27.12.2018-ci il tarixli **********173112 saylı qərardan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanıması məqsədi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin avqust 2016 - oktyabr 2018 il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İşdə olan 05.11.2019-cu il tarixli **********173425 saylı SVY aktından görünür ki, yoxlama 28.12.2018-ci il tarixdə başlamış və 05.11.2019-cu il tarixdə başa çatdırılmışdır. Həmin aktdan həmçinin görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində mühasibat uçotu memorial-order forması tətbiq etməklə vergi uçotu hesablama metodu ilə aparılmışdır. Muhasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından, elektron qaimə fakturalar və vergi hesab fakturalarından istifadə edilməklə aparılmışdır. İşdə olan vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərarından görünür ki, 2016-cı il üzrə mənfəət vergisi: azaldılma 17416.51 manat, əlavə hesablanma 17416.51 manat, maliyyə sanksiyası 8708.26 manat, 2017-ci il üzrə azaldılma 148971.32 manat, əlavə hesablanma 148971.32 manat, maliyyə sanksiyası 74485.66 manat, 2016-cı il üzrə ödəmə: azaldılma 6493.61 manat, əlavə hesablanma 6493.61 manat, maliyyə sanksiyası 3246.81 manat, 2017-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi: azaldılma 49269.89 manat, əlavə hesablanma 49269.89 manat, maliyyə sanksiyası 24634.95 manat, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi: azaldılma 51057.90 manat, əlavə hesablanma 51057.90 manat, maliyyə sanksiyası 25528.95 manat, 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası 679.08 manat, cəmi: azaldılma 273 209.23 manat, əlavə hesablanma 273 209.23 manat, maliyyə sanksiyası 137 283.71 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi 13 mart 2020-ci il tarixli, **********001000 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı “xxxx” MMC (VÖEN **********) 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 29.12.2019-cu il tarixli **********195672 nömrəli Qərar”ın ləğv edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İdarəyə daxil olan iddia ərizəsində qeyd olunanları aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edirik. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.12.2018-ci il tarixli **********173112 nömrəli qərarında yoxlamanın keçirilməsi müddətinin 30 iş günü kimi qeyd olunması qərarın birbaşa sistemdən çıxması və ona işçi qaydasında kənar müdaxilənin oluna bilinməməsi səbəbindən yaranmışdır. Göstərilən bu hal vergi ödəyicisində yoxlamanın keçirilməsi və hesablamanın aparılmasının mahiyyətinə təsir etməyib. VM-nin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.12.2018-ci il tarixli **********173112 nömrəli qərarına əsasən avqust 2016 - oktyabr 2018 dövr əhatə edilməklə vergi ödəyicisində növbədənkənar SVY təyin edilmiş, SVY aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına baxaraq, vergi məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən 29.03.2019-cu il tarixli, 03.05.2019-cu il tarixli, 03.06.2019-cu il tarixli, 03.07.2019-cu il tarixli, 02.08.2019-cu il tarixli, 02.09.2019-cu il tarixli və 02.10.2019-cu il tarixli səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarlarla yoxlamanı dayandırmışdır. Yoxlama 05.11.2019-cu il tarixində başa çatdırılaraq, 12.11.2019-cu il tarixli **********173425 saylı SVY aktı ilə rəsmiləşdirilmiş, 29.12.2019-cu il tarixli **********195672 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. VM-nin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. VM-nin 39.6-cı maddəsinə əsasən Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. VM-nin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində müvafiq qərarlardan birini çıxarır. Cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə vergilərin ümumilikdə 273209.23 manat (o cümlədən ÖMV üzrə 106821.40 manat, mənfəət vergisi üzrə 166387.83 manat) məbləğində azaldılması müəyyən edilmişdir. Cəmiyyətdə aparılmış növbədənkənar SVY zamanı əlavə vergi məbləğləri və tətbiq edilmiş maliyyə sanksiyaları aşağıdakı əsaslara görə hesablanmışdır. Cəmiyyətdə aparılmış SVY nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə Vergi Məcəlləsinin 125.1.4 maddəsinin tələbləri pozulmuş, beynəlxalq daşımaları həyata keçirən qeyrirezidentlərə ümumilikdə ödənilmiş 1769377.10 manat, o cümlədən 2016-cı ilin 4-cü rübündə 107440.00 manat, 2017-ci ilin 1-ci rübündə 190750.00 manat, 2017-ci ilin 2-ci rübündə 57000.00 manat, 2017-ci ilin 3-cü rübündə 459921.64 manat, 2017-ci ilin 4-cü rübündə 107668.5 manat, 2018-ci ilin 1-ci rübündə 295430.00 manat, 2018-ci ilin 2-ci rübündə 181903.00 manat, 2018-ci ilin 3-cü rübündə 369264.00 manat məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunmamış, nəticədə yoxlamanın əhatə etdiyi dövrdə ümumilikdə 106162.67 manat (1769377.10x6%), o cümlədən 2016-cı ilin 1-ci rübündə 6446.40 (107440.00x6%), 2017-ci ilin 1-ci rübündə 11445.00 manat (190750.00x6%), 2017-ci ilin 2-ci rübündə 3420.00 manat (57000.00x6%), 2017-ci ilin 3-cü rübündə 27595.34 manat (459921.64 x6%), 2017-ci ilin 4-cü rübündə 6460.11 manat (107668.5 x6%), 2018-ci ilin 1ci rübündə 17725.80 manat (295430.00 x6%), 2018-ci ilin 2-ci rübündə 10914.18 manat (181903.00 x6%), 2018-ci ilin 3-cü rübündə 22155.84 manat (369264.00 x6%) ÖMV məbləği büdcədən yayındırılmışdır. Yoxlama zamanı beynəlxalq daşımaları həyata keçirmiş qeyri-rezidentlərin siyahısı və əlavə hesablanmış ÖMV məbləğ barədə cədvəl Akta əlavə olunur. Bundan başqa Vergi Məcəlləsinin 13.2.7.2 halının olmasını Cəmiyyətin təsisçisi Şükürlü Fərid Vəkil oğlunun obyekt icarəyə verən Şükürov Vəkil Sədrəddin oğlunun ailə üzvü (oğlu) olmasını nəzərə alaraq Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən Cəmiyyət tərəfindən icarəyə götürülmüş obyektin bazar icarə haqqı məbləğinin müəyyən edilməsi üçün 03.05.2019-cu il tarixli, **********182298 saylı Qərara əsasən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən Cəmiyyət tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqı 258.00 (iki yüz əlli səkkiz) manat müəyyən edilmişdir. Nəticədə yoxlamanın əhatə etdiyi 01.08.2016-cı il tarixdən 31.10.2018-ci il tarixədək olan dövrdə icarə müqaviləsinin 11.11.2018-ci il tarixdə bağlanmasını nəzərə alaraq, 2016-cı ilin noyabr ayı üçün 169.18 manat ((366 gün:12 ay=30,5 gün) (258.00 manat:30,5 gün =8.46 manat x20 gün=169.18 manat)), yoxlamanın əhatə etdiyi qalan dövrlər üzrə aylıq icarə haqqı məbləğinin 258.00 manat olmasını nəzərə alaraq ödənilmiş 5845.18 manat (169.18+258.00 manat x22 ay) icarə haqqına görə büdcəyə 818.33 manat ÖMV məbləği hesablanmalı olduğu halda 159.60 manat ÖMV məbləği hesablandığı, beləliklə icarə haqqından büdcəyə çatası ÖMV-nin ümumilikdə 658.73 manat (818.33- 159.60) azaldıldığı müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ÖMV-nin bəyannamədə göstərilmiş məbləğinin göstərilməli olan məbləğinə görə ümumilikdə 106821.40 (106162.67+658.73) manat azaldılmasına görə 53410.70 manat (106821.40 x50%) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsində ümumi gəlirləri 647435.31 manat, xərclər 626611.96 manat, vergiyə cəlb ediləsi mənfəət 20823.35 manat göstərilməklə, büdcəyə 4164.67 manat mənfəət vergisi hesablanmışdır. SVY zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatlarının düzgün tərtib olunmaması səbəbindən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən Cəmiyyətin mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına müvafiq olaraq, “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının tətbiq edilməsi barədə”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarının 6.1.3-cü maddəsinə əsasən şərti rentabellik norması 20 % səviyyəsində götürülərək müəyyən edildi. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1=G1:(100+R)xR. Burada M1-vergi ödəyicisinin mənfəəti (gəliri); G1-vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R= şərti rentabellik normasıdır. M1=647435.31:(100+20)x20=107905.88 manat. Beləliklə yoxlama zamanı şərti rentabellik norması 20 % səviyyəsində götürülərək müəyyən edildi ki, vergi ödəyicisinin 2016-cı il üçün ümumi gəlirləri faktiki olaraq 647435.31manat, xərclər 539529.43 manat, vergiyə cəlb ediləsi mənfəəti 107905.88 (647435.31-539529.43) manat olmaqla büdcəyə 21581.18 manat mənfəət vergisi hesablanmalıdır. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2016-cı ildə vergiyə cəlb ediləsi mənfəəti 87082.53 (107905.88- 20823.35) manat, mənfəət vergisi 17416.51 (21584.18-4164.67) manat azaldılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsində ümumi gəlirləri 4893511.06 manat, xərclər 4822782.46 manat, vergiyə cəlb ediləsi mənfəət 70728.60 manat göstərilməklə büdcəyə 14145.72 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı şərti rentabellik norması 20 % səviyyəsində götürülərək müəyyən edildi ki, vergi ödəyicisinin 2017-ci il üçün ümumi gəlirləri faktiki olaraq 4893511.06 manat, xərclər 4077925.88 (4893511.06-4893511.06:120x20) manat, vergiyə cəlb ediləsi mənfəəti 815585.18 (4893511.06-4077925.88) manat olmaqla büdcəyə 163117.04 (815585.18x20%) manat mənfəət vergisi hesablanmalıdır. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2017-ci ildə vergiyə cəlb ediləsi mənfəəti 744856.58 (815585.18- 70728.60) manat, mənfəət vergisi 148971.32 (163117.04-14145.72) manat azaldılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2016-2017-ci illər üzrə ümumilikdə azaldılmış 166387.83 (17416.51+148971.32) manat vergi məbləğinin 50 % miqdarında, yəni 83193.91 (166387.83x50%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən 01.05.2017-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun tələbləri pozulmuşdur. Belə ki vergi ödəyicisi tərəfindən 01.05.2017-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə işçilərin əmək haqqı nağd qaydada ödənilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 01.05.2017-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə işçilərə ümumilikdə ödənilmiş 6790.80 manat, o cümlədən 2017-ci ilin may ayında 533.10 manat, 2017-ci ilin iyun ayında 533.10 manat, 2017-ci ilin iyul ayında 671.68 manat, 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında hər ay 720.80 manat, 2018-ci ilin yanvar, ferval aylarında 724.41 manat əmək haqqı məbləğlərinin nağd qaydada ödənilməsinə görə 2087.56 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərindən bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı “xxxx” MMC-nin (VÖEN **********) 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 29.12.2019cu il tarixli **********195672 nömrəli Qərar”ın ləğv edilməsinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi 19 oktyabr 2020-ci il tarixli, **********553300 nömrəli ekspert rəyinə münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçı “xxxx” MMC (VÖEN **********) 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 29.12.2019-cu il tarixli **********195672 nömrəli Qərar”ın ləğv edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2-1(120)-516/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd edilən məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatının nəticəsi olaraq 5 avqust 2020-ci il tarixli 9/1000 nömrəli məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert rəyi tərtib edilmişdir. Cavabdeh məhkəmə ekspertizasının 05 avqust 2020-ci il tarixli 9/1000 nömrəli rəyi ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır: belə ki, ekspertiza qarşısında qoyulmuş suallara ekspert tərəfindən tam, ətraflı və əsaslandırılmış cavablar verilməmişdir. Həmçinin ekspert tərəfindən rəyin təsviri hissəsində Vergi Məcəlləsinin 67 və 83-cü maddələrinin müdəaları qeyd edilmiş, lakin iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, hesablanmış vergi məbləğlərinin yanlış olması barədə əsaslı bir dəlil göstərilməmişdir. Bildirmək istəyirik ki, müəssisənin satdığı bütün malların idxal olunduğunu, müəssisənin satış obyektinin qarşılıqlı surətdə asılı olan şəxsdən, yəni müəssisənin təsisçisi və rəhbərinin atasından icarəyə götürdüyünü, müəssisənin satış obyektinin həmin növ malların satışını həyata keçirən fiziki şəxs müəssisənin təsisçisi və rəhbərinin atası Şükürov Vəkil Sədrəddin oğluna məxsus obyektdə həyata keçirilməsini nəzərə alaraq Vergi Məcəlləsinin 67.6-cı maddəsini tətbiq etmək mümkün olmamışdır. Bundan başqa ekspert tərəfindən qeyd edilir ki, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı iddiaçı tərəfindən mərkəzə bir qism əlavə sənədlər təqdim edilmiş, həmin sənədlərlə tanışlıq zamanı müəssisənin apardığı əməliyyatlarla bağlı xərc sənədləri də tədqiqata təqdim edilmişdir. Həmin sənədlərə əsasən də ödəyicinin təqdim etdiyi mənfəət vergi bəyannamələrinin göstəricilərindən kənar fərqlilik müəyyən edilməmişdir. Bununla əlaqədar bildiririk ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsində ümumi gəlirləri 647435.31 manat, xərclər 626611.96 manat, vergiyə cəlb ediləsi mənfəət 20823.35 manat göstərilməklə, büdcəyə 4164.67 manat mənfəət vergisi hesablanmışdır. SVY zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatlarının düzgün tərtib olunmaması səbəbindən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən Cəmiyyətin mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına müvafiq olaraq, “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının tətbiq edilməsi barədə”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarının 6.1.3-cü maddəsinə əsasən şərti rentabellik norması 20 % səviyyəsində götürülərək müəyyən edildi. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1=G1:(100+R)xR. Burada M1-vergi ödəyicisinin mənfəəti (gəliri); G1-vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R= şərti rentabellik normasıdır. M1=647435.31:(100+20)x20=107905.88 manat. Beləliklə yoxlama zamanı şərti rentabellik norması əsas götürülərək müəyyən edildi ki, vergi ödəyicisinin 2016-cı il üçün ümumi gəlirləri faktiki olaraq 647435.31manat, xərclər 539529.43 manat, vergiyə cəlb ediləsi mənfəəti 107905.88 (647435.31-539529.43) manat olmaqla büdcəyə 21581.18 manat mənfəət vergisi hesablanmalıdır. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2016-cı ildə vergiyə cəlb ediləsi mənfəəti 87082.53 (107905.88-20823.35) manat, mənfəət vergisi 17416.51 (21584.18-4164.67) manat azaldılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsində ümumi gəlirləri 4893511.06 manat, xərclər 4822782.46 manat, vergiyə cəlb ediləsi mənfəət 70728.60 manat göstərilməklə büdcəyə 14145.72 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı şərti rentabellik norması 20 % səviyyəsində götürülərək müəyyən edildi ki, vergi ödəyicisinin 2017-ci il üçün ümumi gəlirləri faktiki olaraq 4893511.06 manat, xərclər 4077925.88 (4893511.06-4893511.06:120x20) manat, vergiyə cəlb ediləsi mənfəəti 815585.18 (4893511.06-4077925.88) manat olmaqla büdcəyə 163117.04 (815585.18x20%) manat mənfəət vergisi hesablanmalıdır. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2017-ci ildə vergiyə cəlb ediləsi mənfəəti 744856.58 (815585.18-70728.60) manat, mənfəət vergisi 148971.32 (163117.04-14145.72) manat azaldılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2016-2017-ci illər üzrə ümumilikdə azaldılmış 166387.83 (17416.51+148971.32) manat vergi məbləğinin 50 % miqdarında, yəni 83193.91 (166387.83x50%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Beləliklə müəssisənin fəaliyyəti üzrə hesablanmış vergi borcu məbləğinin düzgünlüyünün müəyyən edilməsi üçün yuxarıda da göstərildiyi kimi SVY zamanı mühasibat sənədləri (gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərc sənədləri, kassa mədaxilməxaric orderləri və s.) müəssisənin fəaliyyətində öz əksini tapmamış və yoxlamaya təqdim edilməmişdir. Belə ki, satış üçün malların uçotunun maya dəyəri ilə deyil satış qiyməti ilə aparılması səbəbindən müəssisə tərəfindən satılmış mallardan əldə edilən gəlirin müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vergi orqanı tərəfindən 2016-2017-ci illər üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 nömrəli qərarı əsas götürülərək hesablama aparılmışdır. Ekspert rəyinin ÖMV hissəsi üzrə bildiririk ki, vergi ödəyicisi tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə Vergi Məcəlləsinin 125.1.4 maddəsinin tələbləri pozulmuş, beynəlxalq daşımaları həyata keçirən qeyri-rezidentlərə ümumilikdə ödənilmiş 1769377.10 manat, o cümlədən 2016-cı ilin 4-cü rübündə 107440.00 manat, 2017-ci ilin 1-ci rübündə 190750.00 manat, 2017-ci ilin 2-ci rübündə 57000.00 manat, 2017-ci ilin 3-cü rübündə 459921.64 manat, 2017-ci ilin 4-cü rübündə 107668.5 manat, 2018-ci ilin 1-ci rübündə 295430.00 manat, 2018-ci ilin 2-ci rübündə 181903.00 manat, 2018-ci ilin 3-cü rübündə 369264.00 manat məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunmamış, nəticədə yoxlamanın əhatə etdiyi dövrdə ümumilikdə 106162.67 manat (1769377.10x6%), o cümlədən 2016-cı ilin 1-ci rübündə 6446.40 (107440.00x6%), 2017-ci ilin 1-ci rübündə 11445.00 manat (190750.00x6%), 2017-ci ilin 2-ci rübündə 3420.00 manat (57000.00x6%), 2017-ci ilin 3cü rübündə 27595.34 manat (459921.64 x6%), 2017-ci ilin 4-cü rübündə 6460.11 manat (107668.5 x6%), 2018-ci ilin 1-ci rübündə 17725.80 manat (295430.00 x6%), 2018-ci ilin 2-ci rübündə 10914.18 manat (181903.00 x6%), 2018-ci ilin 3-cü rübündə 22155.84 manat (369264.00 x6%) ÖMV məbləği büdcədən yayındırılmışdır. Göründüyü kimi ekspert tərəfindən qeyd edilən iş üzrə materiallar tam, hərtərəfli araşdırılmamış və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verilməmiş, yalnız qanunvericiliyin müddəaları sadalanmaqla və şəxsi hesab vərəqəsinə əsasən əsassız rəy verilmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq 5 avqust 2020-ci il tarixli 9/1000 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 avqust 2020-ci il tarixli 9/1000 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqi hissəsində göstərilənlərə (yəni 012-AZ-BR-E 16 №-li, 02 sentyabr 2016-cı il tarixli müqaviləyə Əlavə № 1-də göstərilənlər nəzərə alındığı təqdirdə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələblərinin pozulmaması (ÖMV üzrə) və xərc sənədlərinin tədqiqata təqdim edilməsi (mənfəət vergisi üzrə)) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan yalnız 658,73 manat məbləğində ödəmə mənbəyində tutlan verginin az hesablanması müəyyən olunur. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.12.2018-ci il tarixli **********173112 nömrəli qərarına əsasən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Avqust 2016 - Oktyabr 2018 ilə əhatə olunan vergi dövrü üzrə növbədənkənar SVY aparılmışdır. Aparılmış yoxlamanın nəticələrinə dair 05.11.2019-cu il tarixli, **********173425 saylı SVY AKT-ı tərtib edilmişdir. Həmin aktdan görünür ki, yoxlama 28.12.2018-ci il tarixində başlamış və 05.11.2019-cu il tarixində başa çatdırılmışdır.Həmin aktdan həmçinin görünür ki, SVY zamanı ekspertiza təyin olunmamış, lakin Cəmiyyət tərəfindən icarəyə götürülmüş obyektin bazar icarə haqqı məbləğinin müəyyən edilməsi üçün mütəxəssis dəvət edilmiş və müvafiq mütəxəssis rəyi alınmışdır. Cabvabdeh 5 saylı Ərazi Vergilər İdarəsi həmin aktı və aktda göstərilənləri rəhbər tutub, 12.08.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli, **********195672 nömrəli Qərar qəbul etmişdir. İddiaçı verginin bu qaydada hesablanmasına etiraz edir və qəbul edilmiş həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Həmin Məcəllənin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Həmin Məcəllənin 67.7-ci maddəsinə əsasən əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Həmin Məcəllənin 67.8-ci maddəsinə əsasən bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Həmin Məcəllənin 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Həmin Məcəllənin 67.10-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 67.11-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. Həmin Məcəllənin 67.12-ci maddəsinə əsasən şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. Həmin Məcəllənin 67.13-cü maddəsinə əsasən verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 83.5-ci maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən vergilər bu Məcəllənin 5.0.1-ci və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tutulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 83.8-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllənin 83.7ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İş materiallarından görünür ki, SVY ilə müəssisəyə hesablanmış vergilər əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən hesablanmışdır. Həmçinin iş materiallarında analoji müəssisənin mövcud olubolmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır. Yəni mənfəət vergisinin hesablanması ilə bağlı qanunvericiliyin tələbləri tam şəkildə nəzərə alınmamışdır. Mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən hesablanmamışdan əvvəl əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. İş materiallarına əlavə edilmiş SVY aktından (1.11-ci bəndi) görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muhasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından, elektron qaimə fakturalar və vergi hesab fakturalarından istifadə edilməklə aparılmışdır. Eyni zamanda SVY aktının 1.9.1-ci bəndində göstərildiyi kimi 31.10.2018-ci il tarixədək olan dövr üzrə bank sənədləri, kassa sənədləri, bütün ciddi uçot blankları, əməkhaqqı hesablama cədvəlləri, mal-materialların alışını və satışını təsdiq edən sənədlər, NKA-nın fiskal yaddaşının Z hesabatları, icarə obyektlərinə və görülmüş işlərə dair aktlar (Forma-2), material hesabatları, görülmüş işlərə və alınmış mal-materiala dair bağlanmış müqavilələr, əmək müqavilələri, gömrük bəyannamələrinin eləcə də malların idxal olunması ilə bağlı digər sənədlər (CMR, İnvoys, packinq list və s.) və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllar vergi ödəyicisindən tələb edilmişdir. Həmçinin SVY aktının 1.9.2-ci bəndində göstərilmişdir ki, Cəmiyyətdə inventarizasiya aparılmış, bu barədə akt tərtib olunmuş və SVY aktına əlavə olunmuşdur. Lakin SVY aktının 2.1-ci bəndində SVY zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatlarının düzgün tərtib olunmaması göstərilmişdir. Yəni SVY aktının bəndləri biri digərinə ziddiyət təşkil edir. Həmçinin SVY aktında muhasibat sənədlərinin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından, elektron qaimə fakturalar və vergi hesab fakturalarından istifadə edilməklə aparılması qeyd olunsa da, digər tərəfdən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən Cəmiyyətin mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına müvafiq olaraq, “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarının 6.1.3-cü maddəsinə əsasən müəyyən edilmişdir. Yəni Cəmiyyətin mənfəətini müəyyən etmək üçün təqdim edilmiş sənədlər kifayət qədər olduğundan vergi orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarının 6.1.3-cü maddəsini tətbiq edə bilməzdi. Qeyd olunan hal iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2020-ci il tarixli, 9/1000 saylı ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, müəssisənin apardığı əməliyyatlarla bağlı ekspertiza tədqiqatına təqdim edilmiş xərc sənədləri (bank çıxarışları, ödəniş tapşırıqları, yük gömrük bəyannamələri, müqavilələr və s.) nəzərə alınaraq, hazırki tədqiqatla vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin göstəricilərindən kənar fərqlilik müəyyən edilməmişdir. Yəni müəssisə tərəfindən 2016-2017-ci illər üzrə aparılmış əməliyyatlara görə mənfəət vergisinin az hesablanması müəyyən olunmamışdır. Bununla da vergi orqanı mənfəət vergisini hesablayarkən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız mənfəət vergisi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən qeyrirezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən 6 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İş materiallarına əlavə edilmiş 012-AZ-BR-E 16 №-li, 05 sentyabr 2016-cı il tarixli müqaviləyə Əlavə № 1-də göstərilmişdir ki, “xxxx” LLC, bundan sonra “ALİCİ” adlandırılacaqdır (Azərbaycan Respublikası), Nizamnamə əsasında fəaliyyət göstərən baş direktoru Şükürlü Fərid Vəkil oğlunun şəxsində bir tərəfdən və ASTERCO LİMİTED (UK), bundan sonra “SATİCİ” adlandırılacaqdır (Böyük Britaniya), Nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində digər tərəfdən, aşağıdakılar haqqında bu razılaşmanı bağladılar:
1. Bu Müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: Satıcı Alıcıya malı DAF Samur – ixrac (Rusiya – Azərbaycan sərhəddi) şərti ilə dəmiryolu nəqliyyatı ilə (İnkoterms-2010) tədarük edir, Alıcı isə bundan sonra “Mal” adlandırılacaq məhsulu sonradan satış üçün qəbul edir və bu Müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə, qiymətdə və tədarük şərtləri ilə ödəyir.
2. Bu Müqavilənin ayrılmaz hissəsi olan 1 №-li Əlavə razılaşmada göstərilən bütün bəndlər (1-ci bənd, 2-ci bənd, 3-cü bənd və 4-cü bənd) DAF Samur – ixrac şərti ilə malın ümumi qiymətinin müəyyən edilməsi üçün əsas amil hesab olunur.
3. Həm 1 №-li Əlavə razılaşmaya və həm də gələcəkdə imzalanan Müqaviləyə əsasən Tapşırıq (“xxxx” LLC və ASTERCO LİMİTED (UK) arasında imzalanan) üzrə bütün ödənilən məbləğlər, o cümlədən bu sənədlərə aid olan daşıma aktı Beynəlxalq Daşımalara görə nəzərə alınmayırlar, bu Müqavilənin əsas şərti hesab olunan DAF Samur – ixrac şərti ilə malın qiymətinin təşəkkül tapması üçün əlavə kimi hesab edilirlər.
4. 1 №-li Əlavə eyni hüquqi qüvvəyə malik olan 2 nüsxədə rus dilində tərtib edilmişdir.
5. Tərəflər 1 №-li Əlavənin faksimil surətlərinin hüquqi qüvvəsini qəbul edirlər. Müqavilənin tələblərindən də göründüyü kimi “xxxx” MMC malların ASTERCO LİMİTED (UK) tərəfindən tədarük olunması üçün beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün hər hansı ödəmə həyata keçirmək öhdəliyi götürməmiş və bununla da heç bir ödəmə həyata keçirməmişdir. Ona görə də vergi orqanının qeyd etdiyi Vergi Məcəlləsinin 125.1.4 maddəsinin tələblərinin pozulması halı müəyyən edilmir. Belə ki, vergi orqanı “xxxx” MMC tərəfindən ASTERCO LİMİTED (UK)-ya malların dəyəri kimi ödənilmiş məbləğləri əsassız olaraq beynəlxalq daşımaları həyata keçirən qeyri-rezidentlərə ödənilmiş məbləğ kimi qəbul etmiş və əsassız olaraq 6 faiz dərəcə ilə vergi hesablamışdır. 012-AZ-BR-E 16 №-li, 02 sentyabr 2016-cı il tarixli müqaviləyə Əlavə № 1-də göstərilənlər nəzərə alındığı təqdirdə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələblərinin pozulmaması (ÖMV üzrə) eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 avqust 2020-ci il tarixli 9/1000 saylı ekspert rəyinin nəticə hissəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2012-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən bu halların heç biri üzrə araşdırma aparılmamış, müqaviləyə əlavələrə diqqət yetirməmiş, əksinə hüquq normalarının tələbinə zidd şəkildə əsassız vergi hesablanmışdır. Ümumiyyətlə, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin predmetini təşkil edən 29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərar bu hissədə ləğv edilməlidir. İş materiallarından görünür ki, Şükürov Vəkil Sədrəddin oğlu ilə “xxxx” MMC arasında 07.11.2016-cı il tarixli, 01 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti 5 (beş) il, icarə haqqının aylıq məbləği isə 50 (əlli) manat müəyyən edilmişdir. Cəmiyyətin təsisçisi və direktoru Şükürlü Fərid Vəkil oğlunun obyekti icarəyə verən Şükürov Vəkil Sədrəddin oğlunun ailə üzvü (oğlu) olmasını nəzərə alaraq Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən Cəmiyyət tərəfindən icarəyə götürülmüş obyektin bazar icarə haqqı məbləğinin müəyyən edilməsi üçün 03.05.2019-cu il tarixli, **********182298 saylı Qərara əsasən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən Cəmiyyət tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqı 258.00 (iki yüz əlli səkkiz) manat müəyyən edilmişdir. Nəticədə yoxlamanın əhatə etdiyi 01.08.2016-cı il tarixdən 31.10.2018-ci il tarixədək olan dövrdə icarə müqaviləsinin 11.11.2018-ci il tarixdə bağlanmasını nəzərə alaraq, 2016-cı ilin noyabr ayı üçün 169.18 manat ((366 gün:12 ay=30,5 gün) (258.00 manat:30,5 gün =8.46 manat x20 gün=169.18 manat)), yoxlamanın əhatə etdiyi qalan dövrlər üzrə aylıq icarə haqqı məbləğinin 258.00 manat olmasını nəzərə alaraq ödənilmiş 5845.18 manat (169.18+258.00 manat x22 ay) icarə haqqına görə büdcəyə 818.33 manat ÖMV məbləği hesablanmalı olduğu halda 159.60 manat ÖMV məbləği hesablandığı, beləliklə icarə haqqından büdcəyə çatası ÖMV-nin ümumilikdə 658.73 manat (818.33-159.60) azaldıldığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 avqust 2020-ci il tarixli 9/1000 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan yalnız 658,73 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.7.2-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr vergi ödəyicisinin ailə üzvləridir. Həmin Məcəllənin 14.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Beləliklə də məhkəmə qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mütəxəssis rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı olmuşdur. Ona görə də iddia tələbinin predmetini təşkil edən 29.12.2019-cu il tarixli, **********195672 nömrəli qərar bu hissədə ləğv edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz (maddə 3.5). Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır (maddə 54.0.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin(bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. AzərbaycanRespublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-cimaddəsinəgörəinzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli, **********195672 saylı qərarı 658 (altı yüz əlli səkkiz) manat 73 (yetmiş üç) qəpik ödəmə mənbəyində tutulan vergi məbləği istisna olmaqla, digər hissələrdə ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən prosessual xərc kimi 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərindən 20 (iyirmi) manat hissəsi iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə, 180 (yüz səksən) manat hissəsi isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsində aid edilməlidir. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli, **********195672 saylı qərarı 658 (altı yüz əlli səkkiz) manat 73 (yetmiş üç) qəpik ödəmə mənbəyində tutulan vergi məbləği istisna olmaqla, digər hissələrdə ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyərindən 20 (iyirmi) manat hissəsi iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən, 180 (yüz səksən) manat hissəsi isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Sədrlik edən Samir Həsənov