Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-410/2021 01.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 9 saylı regional ərazi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 9 saylı regional ərazi filialına qarşı “xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 Biləsuvar rayon filialına qarşı “xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-410/2021 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 Biləsuvar rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 9 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 9 saylı regional ərazi filialının nümayəndəsi X4 izahat verərək xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V 059763 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq veteran vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 1/Ə-16317 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın baxılmış və ona xx.xx.2017-ci il tarixli 480 nömrəli protokol ilə “Müharibə Veteranı” adı verilmişdir. İşdə olan “X1 Sistemi”nin “Pensiya Təyinatı AS (Pensiyaçılar)” alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2006-cı İİ tarixdən 2-ci qrup əlilliyə görə pensiya almışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 Biləsuvar rayon filialınin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir: “Sizin xx xxxxxxxx 2020-ci il tarixdə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon filialına daxil olmuş müraciətiniz şöbədə araşdırdırılmışdır. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 7.06. bəndində göstərilən müavinətlərin təyin olunması şərtlərinə əsasən İcra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq huququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin olunur. Bundan əlavə sosial müavinət haqqında yuxarıda qeyd olunan qanunun 11.1.5-ci maddəsində göstərilən bəzi kateqoriyalı şəxslərə kommunal nəqliyyat və digər xidmətlərə görə müavinəti almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin ödənişi həmin tarixdən dayandırılır. Odur ki, aparılmış araşdırma nəticəsində Sizin Nazirlik tabeliyində DSMF Biləsuvar rayon filialından 2 qrup ümumi xəstəlik növü üzrə əmək pensiyası aldığınız məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq Sizə müharibə veteranlarına və bəzi kateqoriyalı şəxslərə kommunal nəqliyyat və digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü xx xxxxx 2019-cu il tarixdən aylıq məbləği 80,0 (səksən) manat olmaqla müddətsız təyin edilərək ödənişi təmin olunmuşdur”. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional ərazi filialına qarşı “müharibə veteranı aldığı vaxtdan üç il əvvəlki müddətə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatınızda olan 2-1(120)-410/2021 saylı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı 9 saylı Regional ərazi filialına (Biləsuvar) müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək sosial müavinətin hesablanaraq ödənilməsini tələb etmişdir. Fondun 9 saylı Regional ərazi filialına vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən təqaüd təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Belə ki, “X1 Sistemi”nin “Pensiya Təyinatı AS (Pensiyaçılar)” alt sistemində İddiaçı xx.xx.2006-cı İİ tarixdən 2-ci qrup əlilliyə görə pensiya aldığı göstərilmişdir. Şəxsə xx xxxxxx 2017-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Veteran vəsiqəsi aldığı dövrdə pensiya təyinatı aparıldığı üçün müharibə veteranlar üçün nəzərdə tutulmuş müavinət təyin edilməsi mümkün olmamışdır. Şəxsə bununla yanaşı hüququ yarandığı tarixdən yəni xx.xx.2019-cu il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təqaüd təyin edilmişdir. Azərbaycan Respublikasının “Sosial Müavinətlər haqqında” Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının xx xxxxx 2019-cu il tarixli Fərmanı xx xxxxx 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” xx xxxxxxx 2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç ii üçün sosial müavinət almaq hüququnu istisna edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri və AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq, sizdən məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alasınız və 2-1(120)-410/2021 saylı 9 saylı regional ərazi filialına qarşı “müharibə veteranı aldığı vaxtdan üç il əvvəlki müddətə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiasının rədd olunrnasl barədə qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq veteran vəsiqəsi verilmişdir. Həmçinin müəyyən edildi ki, İddiaçı xx.xx.2006-cı İİ tarixdən 2-ci qrup əlilliyə görə pensiya almışdır. Veteran vəsiqəsi aldığı dövrdə İddiaçı pensiya təyinatı aparıldığı üçün ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinat təyin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edildiyindən, həmin Fərmandan irəli gələrək cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müavinətın əvəzinə təqaüdün ödənilməsi həyata keçirilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinatın ödənişi dayandırılır. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi şəxsin pensiya hüququ qazanması (pensiya təyin edilməsi) müavinətin təyin edilməsini istisna edən hal kimi qəbul olunur və hətta əvvəllər ona təyin edilmiş müavinətin verilməsinin dayandırılması ilə nəticələnir. Yəni qeyd edilən hüquq normasının mənasına görə pensiya ilə müavinat eyni vaxtda ödənilə bilməz. Qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiqi baxımdan məhkəmə hesab edir ki, şəxsin müavinətın ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilə bilməsini tələb etməsi o zaman əsaslı sayıla bilərdi ki, həmin şəxsin həmin dövrlərdə pensiya hüququ olmasın. Lakin İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 Biləsuvar rayon filialı tərəfindən xx.xx.2006-cı il tarixdən 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Yəni daha dəqiq desək, iddiaçı müavinətın ödənilməsini tələb etdiyi müddətlərdə - müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün pensiya almışdır. Belə olduğu halda məhkəmə iddiaçının iddia tələbini əsassız, cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 9 saylı regional ərazi filialına qarşı “xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 9 saylı regional ərazi filialına qarşı “xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-410/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-410/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver