Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-410/2024 19.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(1N0)-3070/N0NN nömrəli qərardadı ilə məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Təhsil almışdır. 1998-ci ildən N saylı hərbi hissədə leytenant rütbəsində tağım komandiri vəzifəsində hərbi xidmətə başlamışdır. Daha sonra 703, N və Cavabdehlərdə müxtəlif vəzifələrdə işləmişdir. N aprel N018-ci ildə öz arzusu ilə tərxis edilmişdir. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Ona qulluq etdiyi dövrdə məharət dərəcəsi verilib verilib və N016-cı il üçün məharət dərəcəsinə pul təminatı ödənilib. Lakin, N017- N018-ci illər üçün eləcə də tərxis edildikdən sonra da məharət dərəcəsinə görə pul təminatı ödənilməmişdir. Halbuki ona verilmiş məharət dərəcəsi geri alınmamışdır və bu səbəbdən də məharət dərəcəsinə görə pul təminatı ödənilməlidir. Bununla bağlı Cavabdeh müraciət etsə də, ona ünvanlanmış ilkin məktubda məharət dərəcəsi verilmədiyi üçün pul təminatının ödənilmədiyi qeyd edilmişdir. Məharət dərəcəsi ona verilmişdir və geri alınmamışdır. Məharət dərəcəsi alınmadığı təqdirdə hər il üçün nəzərdə tutulmuş pul təminatı ödənilməlidir. Bununla bağlı hərbi hissəyə yenidən müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N- 1(1N0)NN5/N0NN saylı qərarına əsasən iddia tələbim qismən təmin edilərək məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli məktubda N017-ci ilə dair aidiyyatı sənədlərin məhv edilməsi səbəbindən iddia tələbinə cavab verilməsinin mümkün olmaması qeyd edilmişdir. Halbuki ona ünvanlanmış ilkin məktubda məharət dərəcəsi verilmədiyi üçün pul təminatının ödənilmədiyi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddəti 30 gün müəyyən etmişdir. Şirvan İnzibati Məhkəməsinin N-1(1N0)-3070/N0NN nömrəli, 17 noyabr N0NN-ci tarixli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, İddiaçı ərizəsində xidmət etdiyi dövrdə ona məharət dərəcəsinin verildiyini, N016-cı il ərzində həmin dərəcəyə görə pul təminatının ödəndiyini, lakin N017-N018-ci illər üçün eləcə də tərxis edildikdən sonra pul təminatının ödənilmədiyni bildirmişdir. İddiaçı Müdafiə nazirinin 1N yanvar N018-ci il tarixli 0N0 nömrəli əmri ilə “Hərbi xidmətkəçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel ıi tarixli 117 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Bundan əlavə N nömrəli hərbi hissə tərəfindən Hüquq şöbəsinə təqdim edilən arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən N016-cı il üçün ona məharət dərəcəsinə görə pul təminatı ödənilmiş, lakin N017-ci ilin yanvar ayından etibarən məharət dərəcəsinə görə pul təminatı ödənilməmişdir. Yuxarıda qeyd olunanlarda görünür ki, İddiaçı məharət dərəcəsinə görə pul təminatının ödənilməməsi (dayandırılması) N017-ci ildən ona məlum olsa da o, bu barədə yalnız N0NN-ci ilin noyabr ayında bərpa edilməsi barədə iddia ilə müraciət etmişdir. Məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N016-ci il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən məharət dərəcələri 3-cü, N-ci, 1 -ci və usta məharət dərəcləri olmaqla 4 qrupa bölünür, lakin İddiaçı ərizəsində neçənci məharət dərəcəsinə malik olması ilə bağlı heç bir qeydiyyat aparmamışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N014-cü il tarixli, 347 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, həmin hərbi hissədə 4-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olmuş, Müdafiə nazirinin 1N yanvar N018-ci il tarixli 0N0 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel N018-ci il tarixli 117 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Cavabdeh komandirinin N aprel N018-ci il tarixli 117 nömrəli əmrində iddiaçi İddiaçı hər hansısa məharət dərəcəsinə malik olması barədə heç bir qeyd yoxdur. Yenidən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli müvafiq əmri ilə ehtiyatdan həqiqi hərbi xidmətə daxil olmuş və xx.xx.N0NN-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan əlavə N nömrəli hərbi hissə tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli NN70 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissədə N017-ci il üçün məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə aidiyyəti sənədlərin saxlama müddəti keçdiyi üçün həmin sənədlər məhv edildiyindən İddiaçı həmin dövrdə məharət dərəcəsinin hansı səbəbdən dayandırılmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildan bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə etiraz təqdim edilərək, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən N015-ci ilin dekabr ayında N016-cı il üçün nəzərdə tutulmuş məharət dərəcəsinin verilməsi üzrə sınaqlarda iştirak etmiş, sınaqların nəticələrinə əsasən İddiaçı N1N nömrəli hərbi hissə komandirinin N5 dekabr N015-ci il tarixli əmri ilə N016-cı il üçün nəzərdə tutulan məharət dərəcəsi verilmiş, buna görə də N016-cı il ərzində N nömrəli hərbi hissədə iddiaçı Əhmədova N-ci məharət dərəcəsinə görə pul təminatı ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N016-ci il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən hərbi qulluqçulara N-ci məharət dərəcəsi 1 il müddətinə verilir və hər bir hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzə sınaqlara cəlb olunmalıdır. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən hərbi qulluqçu məharət dərəcəsini təsdiq etdimək (artırmaq) üçün, bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla (1 nömrəli əlavə) müraciət etməlidir. Bundan sonra məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəssisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar (N nömrəli əlavə) tərtib edilərək müvafiq komissiyalara təqdim olunur. Lakin, İddiaçı N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsi üçün hərbi hissə komandirinə raportla müraciət etməmiş, buna görə də İddiaçı adı N nömrəli hərbi hissə tərəfindən N016-cı ilin dekabr ayında N017-ci n nəzərdə tutulan məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) görə sınaqlar keçirən komissiyaya təqdim edilməmişdir. İddiaçı adı komissiyaya təqdim edilmədiyinə görə N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsi üzrə sınaqlarda iştirak etməmiş, sınaqların nəticələri barədə komissiya tərəfindən olunan aktda sonuncunun adı qeydə alınmamış və nəticədə N017-ci il üçün nəzərdə tutulan məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) görə N1N nömrəli hərbi hissə komandirinin N016-cı ilin dekabr ayındakı əmrində iddiaçi İddiaçı adı qeydə alınmışdır. Buna görə də İddiaçı N-ci məharət dərəcəsinə görə pul təminatının ödənilməsi N017-ci ilin yanvar ayından etibarən N nömrəli hərbi hissədə dayandırılmışdır. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) təqdim edilən hərbi qulluqçuların peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün Əsasnamənin 3-cü bəndinə uyğun olaraq müvafiq məharət dərəcəsini vermək hüququ olan r şəxslərin əmri ilə hər tədris ilində komissiyalar yaradılır. Həmin Əsasnamənin N3-cü bəndinə əsasən məharət dərəcəsinin verilməsi (təsdiq əsi) üzrə sınaqların nəticələri müvafiq aktda göstərilir və akt komissiyanı təyin edən müvafiq vəzifəli şəxsə təsdiq üçün təqdim edilir. Həmin Əsasnamənin N3.1-ci və N3.N-ci yarımbəndlərinə əsasən təsdiq edilmiş akt əsasında, hazırlıq dövrünün başa çatmasına 5 gündən gec olmayaraq, hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında əmr verilir. Əmrdən çıxarışlar hərbi hisslərə (müəssisə və təşkilatlara) göndərilir. Hərbi qulluqçuya məharət dərəcəsinin verilmə (təsdiq edilmə) tarixi, məharət dərəcəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesab olunur. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Müdafiə nazirliyinin N nömrəli hərbi nə qarşı “məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi” onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut niməmişdir. İddiaçı Müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildan bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi” tələbinə dair ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 6N-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 64-də qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin xx.xx.N0N3-cü il tarixli, N saylı arayışa əsasən, Cavabdeh xidmət etdiyi xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək N-ci məharət dərəcəsinə görə pul təminatı ödənilmişdir. Lakin xx.xx.N017-ci il tarixdən xx.xx.N018-ci il tarixədək olan dövrdə məharət dərəcəsinə görə pul təminatı ilə təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli, 4/N-871 saylı məktubuna əsasən, Cavabdeh N017-N0NN-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə təhvil verilmədiyindən İddiaçı hərbi qulluğuna və məharət dərəcəsinə görə pul təminatının ödənilməsi barədə araşdırma apara bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli məktubuna əsasən, hərbi qulluqçulara X1 (təsdiq edilməsi) Azəraycan Respublikası Müdafiə nazirinin xx.xx.N016-cı il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin 14-cü maddəsinə uyğun olaraq hərbi qulluqçular, onlara verilmiş N-ci məharət dərəcəsini hər il müvafiq qaydada təsdiq etdirməlidirlər. İddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan şəxsi (pensiya) işi araşdırılarkən məlum olmuşdur ki, N nömrəli hərbi hissənin tabe olduğu N1N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli müvafiq əmri ilə İddiaçı N-ci məharət dərəcəsi verilmişdir. N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15% həcmində əlavə İddiaçı N016-cı il ərzində (1 il) ödənilmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə zidd olaraq İddiaçı malik olduğu N-ci məharət dərəcəsini N017-N018-ci illərdə müvafiq qaydada təsdiq etdirməmişdir və bu səbəbdən də ona qeyd edilən dövr üçün məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 117 saylı əmri ilə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin xx.xx.N018ci il tarixli, 1591 saylı məktubuna əsasən, İddiaçı N016-cı il üçün məharət dərəcəsinə görə pul təminatı ödənilmiş, lakin N017-N018-ci illər ərzində müvafiq əmrlərə əsasən məharət dərəcəsi verilmədiyi üçün məharət dərəcəsinə görə pul təminatı ödənilməyib. İşdə olan EZ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.N018-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılmış, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmiş, barotravma: hər iki təbil pərdəsinin quru perforasiyası, xx.xx.N0N0-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır, xx.xx.N0N0-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin xx.xx.N0N1-ci il tarixli, 1144 nömrəli məktubu ilə ünvanlanmış xx.xx.N0N1-ci il tarixli arayışa əsasən, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı, xx.xx.1998ci il tarixdən xx.xx.N004-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N004-cü il tarixdən N1,04.N007-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N007-ci il tarixdən xx.xx.N011-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N011-ci il tarixdən xx.xx.N014-cü il tarixədək 70N saylı hərbi hissədə, xx.xx.N014-cü il tarixdən xx.xx.N018-ci il tarixədək Cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N018-ci il tarixli əmri ilə "Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qismən səfərbərliklə əlaqədar xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 704 saylı nərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak edib. xx.xx.N0N0-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli əmrinə əsasən, 31.1N N0N0-ci il tarixdə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis olunmuşdur. xx.xx.N0N1-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı saylı Hərbi Hissənin xx.xx.N018ci il tarixli, 4N saylı təyinat vərəqəsinə əsasən, kapitan hərbi rütbəli İddiaçı xx.xx.N018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan rayon şöbəsinə qeydiyyata durmaq üçün getməsi əmr edilmişdir. N saylı saylı Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, 85N saylı məktubuna əsasən, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı N017-ci və N018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. Cavabdeh xx.xx.N0NN-ci il tarixli məktubuna əsasən, N017-ci il üçün məharət dərəcəsinin verilməsi üzrə aidiyyatı sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmiş, bu səbəbdən İddiaçı iddia tələbinə cavab verməyin mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli məktubuna əsasən, hərbi qulluqçulara X1 (təsdiq edilməsi) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N016-cı il tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında" Əsasnamə ilə tənzmlənir. Qeyd edilən Əsasnamənin 14-cü maddəsinə uyğun olaraq hərbi qulluqçular, onlara verilmiş N-ci məharət dərəcəsini hər il müvafiq qaydada təsdiq etdirməlidirlər. İddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan şəxsi (pensiya) işi araşdırılarkən məlum olmuşdur ki, N nömrəli hərbi hissənin tabe olduğu N1N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli müvafiq əmri ilə İddiaçı N-ci məharət dərəcəsi verilmişdir. N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə gerə vəzifə maaşının 15% həcmində əlavə, İddiaçı N016-cı il ərzində 1 (bir) il ödənilmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə zidd olaraq İddiaçı malik olduğu N-ci məharət dərəcəsini 1 ildən sonra, yəni N016-cı ilin dekabr ayında, sonra isə N017-ci ilin dekabr ayında müvafiq qaydada təsdiq etdirməmişdir və bu səbəbdən də ona N017 və N018-ci illərdə məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 117 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Həmçinin İddiaçı şəxsi işindən çıxarış göndərilmiş, şəxsi işindən çıxarışa əsasən, xx.xx.N015-ci il tarixli əmrlə N-ci məharət dərəcəsi verilməsi barədə qeyd olduğu müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin 3-43-57/N-36/N0N4 nömrəli məktubu ilə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli məktubuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyatda olan 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xidməti arayışı, nizami hissə üzrə əmrdən çıxarışı və təqdimatların təsdiq olunmuş kserosurətləri ünvana göndərilir. Ehtiyatda olan mayor İddiaçı Xidmətin Şirvan şəhər şöbəsində olan 861 nömrəli N-ci nüsxə şəxsi işində məharət dərəcələri ilə bağlı hər hansı bir məlumat qeyd edilməmişdir. Təqdim edilmiş sənədlər arasında “Qüsursuz xidmətə görə” 3-cü dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N015-ci il tarixli və “Qüsursuz xidmətə görə” N-ci dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N016-cı il tarixli və xx.xx.N017-ci il tarixli Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılması barədə Cavabdeh tərəfindən verilmiş təqdimatlar mövcuddur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli qərarına əsasən, hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına əlavələr müəyyən edilmiş, bu qərarın N-ci bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq edilməsi qərara alınmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 37-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin başlanğıcı və sonu hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissəkomandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdənburaxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlətidarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün. Hərbi xidmətlə bağlı qanunvericiliyin tələbinə görə hərbi qulluqçunun həqiqihərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İş materiallarına əlavə edilmiş EZ seriyalı ******* saylı hərbi biletin surətində göstərilmişdir ki, xx.xx.N018-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılmış, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmiş, xx.xx.N0N0-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis edilmişdir. Hərbi xidmətlə bağlı qanunvericiliyin tələbinə görə hərbi qulluqçunun həqiqihərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin məzmunundan aydın olur ki, məharət dərəcələri şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına verilir. Yəni, X1 və sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və buna uyğun hərbi xidmət vəzifələrinin yerinə yetirilməsinə cəlb olunmasından ibarətdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 14-cü bəndinə əsasən, hərbi qulluqçulara 1-ci məharət dərəcəsi N il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. N saylı saylı Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, 85N saylı məktubuna əsasən müəyyən edilmişdir ki, hissənin sabiq hərbi qulluqçusu İddiaçı N017-ci və N018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. Əsasnamənin N9-cu bəndində əsasən, aşağıdakı hallar hərbi qulluqçunun məharət dərəcəsinin verilməsi (təsdiqedilməsi) üzrə keçirilən sınaqlarda iştirak etməməsi üçün üzrlü səbəb hesab edilir: N9.3. Xəstəliyə, ailə vəziyyətinə, tədris və yaradıcılıq, hamiləliyə, doğuşa və eləcədə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətlərdə olduqda (uşağa bilavasitə qulluq edən valideynlərin biri, yaxud ailənin digər üzvü). Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı, xx.xx.1998ci il tarixdən xx.xx.N004-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N004-cü il tarixdən N1,04.N007-ci il tarixədək N saylı hərbi hissədə, N1,04.N007-ci il tarixdən xx.xx.N011-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N011-ci il tarixdən xx.xx.N014-cü il tarixədək 70N saylı hərbi hissədə, xx.xx.N014-cü il tarixdən xx.xx.N018-ci il tarixədək Cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. “Qüsursuz xidmətə görə” 3-cü dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N015-ci il tarixli və “Qüsursuz xidmətə görə” N-ci dərəcə medalı ilə təltif edilməsi barədə xx.xx.N016-cı il tarixli təqdimatlar verilməsi müəyyən edilmiş və N015-ci ildə verilmiş N-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15% həcmində əlavə İddiaçı N016-cı il ərzində (1 il) ödənilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 117 saylı əmri ilə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə prosesində N016-cı ilin dekabr ayında növbəti il üçün, yəni N017-ci il üçün məharət dərəcəsini almaq və təsdiq etdirmək üçün müraciətlər etdiyini, N017-ci ilin yanvar ayında sınaq imtahanlarının keçirildiyini, onun həmin imtahanlara çağırılmadığını, digər hərbi qulluqçuların isə iştirak etdiyini, sonradan imtahanda iştirak etmək üçün hərbi hissəyə müraciət etdiyini, hərbi hissədən isə onu növbəti dəfə çağıracaqlarını və verəcəklərini bildirdiklərini, yaddaşı itdiyi hərbi hissənin komandirinin kim olduğunu artıq unutduğunu, sonralar həmin proseslər barədə unutduğunu, ona qarşı digər haqsızlıqlar olduğu üçün N017-ci ilin avqust-sentyabr aylarında tərxis olunması barədə müraciət etdiyini, müayinələrdən keçdiyini, Hərbi Hissə tərəfindən dekabr ayında onun adını məharət dərəcəsi üçün siyahıya alacaqları barədə söz verdiklərini, lakin heç bir tədbir görmədiklərini, sonradan isə N018-ci il tarixdə tərxis olunduğunu bildirmişdir. Ona N1N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli müvafiq əmri ilə 1 il müddətinə N-ci məharət dərəcəsi verilmiş, N017-ci il tarixdə isə məharət dərəcəsi üçün nəzərdə tutulan pul məbləği kəsilmişdir, lakin qanunsuz olaraq kəsilmişdir, pul məbləğinin hansı əmr əsasında kəsilməsi barədə cavabdeh orqan məhkəməyə məlumat vermir. Bununla bağlı məhkəmə tərəfindən diqqətə çatdırılır ki, hazırki halda N017-ci il tarixli məharət dərəcəsini artırmaq üçün sınaq imtahanlarının keçirildiyi, lakin iddiaçının sınaq imtahanlarında iştirak etməməsi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.N). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.N). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı məharət dərəcəsinə görə pul təminatının verilməsi və N017ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-410/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-410/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver