Məhkəmə qərarları › İş №2-1(120)-410/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-410/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-410/2025 22.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “11 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilməsi şərti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndi (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyətinin 325 nömrəli sərəncamı ilə İddiaçı X5 daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair istifadə hüquqlarının İddiaçı kəndli fermer təsərrüfatı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Kürdəmir rayon İcra Hakimiyyəti və xx.xx.2024-cü il tarixli qərardadı ilə Kürdəmir rayonu Qarabucaq bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin tələbinin “11 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilməsi şərti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndi (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 1996-cı il 15 noyabr tarixli 325 nömrəli Sərəncamı ilə İddiaçı X6 kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 00076 saylı “X9 hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində tərəfindən xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar qazılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda torpağın münbitliyinin artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alır. Lakin, sonuncu dəfə subsidiya üçün müvafiq dövlət orqanına müraciət etdikdə artıq dövlət aktı əsasında subsidiya verilmədiyini, istifadə hüquqlarına dair çıxarışın təqdim olunduqdan sonra subsidiya verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 325 nömrəli Sərəncamı ilə Qarabucaq kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair istifadə hüquqlarının Qarabucaq kəndli (fermer) təsərrüfatı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin dövlət aktında qeyd olunduğu kimi əkin sahəsi kimi qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Ərizələri Xidmət tərəfindən noyabr ayında təhvil alınmasına baxmayaraq bugünə kimi müraciətə cavab verilməmişdir. Ərizələrinin aqibəti ilə maraqlanmaq üçün məlumat bürosuna zəng etdikdə isə ərizənin aidiyyəti üzrə Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərildiyi məlum olmuşdur. Lakin yenə də onlara hər hansı rəsmi məlumat verilmədiyindən 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Qərib Həsənovun qəbulunda olmuş, köhnə xəritədə onların torpağının örüş sahəsi kimi qeydə alınmışdır. Dövlət Aktında torpağın onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıldığını və torpağın əkin sahəsi kimi nəzərdə tutulduğu barədə qeydlərin olduğunu bildirmiş, Daha sonra X14 Aktına baxış keçirdikdən sonra Bakıdan (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri) bu məsələ ilə bağlı razılıq almalı olduğunu, 1 həftə sonra dəqiq cavab verəcəyini bildirmişdir. Daha sonra onunla əlaqə saxladıqda isə çıxarış verilməsinə icazə verilmədiyini bildirmişdir. Daha sonra cavabdeh orqana yenidən rəsmi qaydada müraciət olunsada yenədə cavabdeh tərəfindən müraciətlərinə qarşı hərəkətsizlik göstərilərək tələbləri təmin olunmamışdır. Dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ayrıldığı və torpaq sahəsinin əkin sahəsi olduğu qeyd olunmuşdur. Torpağın onlara ayrılmasına dair inzibati akt qüvvədə olmasına baxmayaraq cavabdeh tərəfindən heç bir əsas göstərilmədən müraciətləri təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən İddiaçı KFT-yə məxsus kənd təssərüfatı təyinatlı topaq sahələrinə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma 1) verilmişdir. Məlumat üçün bildiririk ki, JN-0076 nömrəli X15 rayon İH-nın sərəncamı ilə ayrılsada, təqdim edilmiş xəritələrdə kəndə aid olmaqla orüş kımı lakın Kürdəmir rayonu Qarabucaq qəsəbəsi üzrə aparılmış ucot nəticələrində isə sözügedən topaq sahəsinin əkin kimi işlənilməsi məlum olmuşdur. Əlavə olaraq bildiririk ki, JN-076 nömrəli dövlət aktının kadastr göstəriciləri qrafasında torpaq sahəsi əkin olaraq qeyd edilmişdir. Sözügedən torpaq sahəsi faktiki olaraq əkin kimi ıstıfdə olunsada Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi, “Bolşevik” qoyunçuluq sovxozuna daimi istifadə etmək üçün təhkim olunmuş torpaqlarda dövlət torpaq uçotunun ayrılmasına aid yerquruluşu planında şoran örüş, Qarabucaq kəndi, “Qarabucaq” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və Kürdəmir rayonu, Qurd Bayram bələdiyyəsində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında həmin ərazi öruş sahəsi kimi göstərilmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər üçüncü şəxslər Kürdəmir rayon İcra Hakimiyyətinin və Kürdəmir rayonu Qarabucaq bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Kürdəmir rayonu ərazisində yerləşdiyindən və Kürdəmir şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X5 daimi istifadəsinə 110 hektar torpaq sahəsi verilmiş və ona torpaqdan istifadə hüququna dair dövlət aktı işlənməsi qərara alınmışdır. İşdə olan X9 hüququna dair xx.xx.1997-ci il tarixli, JN-0076, KOD 90610058 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli, 325 snömrəli sərəncamı ilə təsərrüfata kənd təsərrüfatı məhsullarının istehsalı üçün 110,66 hektar torpaq sahəsi İddiaçı X6 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında (VÖEN) ********** nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı kəndli fermer təsərrüfatı xx.xx.2004-cü il tarixdən 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayon Qurdbayram bələdiyyəsi 100 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixdə 99 il müddətinə "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin adına yüklü edilmişdir və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayon Qurdbayram bələdiyyəsi 100 ha torpaq sahəsini xx.xx.2011-ci il tarixdə 95 il müddətinə "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin adına yüklü edilmişdir və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Kürdəmir rayonu Qarabucaq qəsəbə bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 104 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Qarabucaq kənd sakini Nümayəndə 110,66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün (əkin təyinatlı) daimi istifadəsinə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi hər il təyinatı üzrə Qarabucaq kənd sakini Nümayəndə tərəfindən istifadə olunur (əkilir). Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3448 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: JN-76 (kod ********) nömrəli "X9 Hüququna dair Dövlət Aktı" ilə "Qarabucaq"-1 X6 ayrılmış 110.66 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: JN-76 (kod ********) nömrəli “X9 Hüququna dair Dövlət Aktı” ilə "Qarabucaq" -1 X6 ayrılmış 110.66 ha torpaq sahəsi yerləşən ərazi idarənin elektron baza məlumatlarında təqdim olunan "Kürdəmir rayonu Qarabucaq kəndi Qarabucaq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi"ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) 110.66 ha torpaq sahəsi yerləşən ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası örüş faktiki istifadə vəziyyətinə uyğun olaraq uqodiyası əkin olmaqla bələdiyyə mülkiyyətinə aid torpaqlar kımı göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Baxış zamanı iddiaçının naturada göstərdiyi torpaq sahəsi 149.97 ha ərazini əhatə edir və sənəd üzrə yerləşmə vəziyyəti ilə uyğunsuzluq mövcuddur. (sxemdə göstərilmişdir) Qərardadın dördüncü sualı üzrə: JN-76 (kod ********) nömrəli “X9 Hüququna dair Dövlət Aktı” ilə "Qarabucaq" -1 X6 ayrılmış 110.66 ha torpaq sahəsinin 20.6 ha hissəsi iddaiçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsindən kənarda yerləşir və islahat uqodiyasına uyğun istifadə edilmir. Qərardadın beşinci sualı üzrə: JN-76 (kod ********) nömrəli “X9 Hüququna dair Dövlət Aktı” ilə İddiaçı X6 ayrılmış 110.66 ha torpaq sahəsinin 11.0 ha hissəsi **********09 reyestr nömrəli çıxarışla X1 icarəsinə verilmiş 100.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən 11 ha torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarına uyğun olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilə bilər. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İşdə olan Kürdəmir rayonu Qarabucaq qəsəbə bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli 325 nömrəli Sərəncamı ilə rayonun Qarabucaq kəndində İddiaçı X6 110.66 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi İddiaçı KFT-nın istifadəsində olmaqla təyinatı üzrə (əkin təyinatlı) istifadə edilir. İddiaçı KFT-nın istifadəsində olan torpaq sahəsinə baxış zamanı digər şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsi ilə bağlı bugünədək hər hansı ərazi mübahisəsi mövcud olmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-36/2-604/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı X6 ayrılmış 110.66 ha torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında və Kürdəmir rayonu “Qarabucaq kəndi, Qarabucaq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihə”sində (DVJ) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı “11 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilməsi şərti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndi (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mübahisə sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəf hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə inzibati orqana müraciət etsə də, inzibati orqan tərəfindən torpaq sahəsinin kateqoriya və uqodiyasının örüş olması, təyinatı üzrə istifadə edilməməsi, əsası ilə imtina edilmiş və iddiaçı məhkəməyə müraciət etmək zərurətində qalmışdır. İlk öncə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilən norma üzrə iddiaçı iş üzrə hüquq müəyyənedici sənədləri məhkəməyə və inzibati orqana təqdim etmişdir. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 325 nömrəli Sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli, 325 nömrəli sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 15 noyabr 1996-cı il tarixli, 325 nömrəli sərəncam iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə təsərrüfata kənd təsərrüfatı məhsullarının istehsalı üçün 110.66 hektar torpaq sahəsi verilib və bu barədə J№ 0076, kod 90610058 nömrəli “X9 hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı 110.66 ha torpaq sahəsi təsərrüfatın daimi istifadəsinə verilən vaxtdan bu günə qədər təsərrüfatın istifadəsində olmuşdur. Eyni zamanda həmin sərəncama dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda torpağın ayrılmasına dair sərəncam ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3448 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən JN-76 (kod ********) nömrəli “X9 Hüququna dair Dövlət Aktı” ilə İddiaçı X6 ayrılmış 110.66 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildiyi, JN-76 (kod ********) nömrəli “X9 Hüququna dair Dövlət Aktı” ilə İddiaçı X6 ayrılmış 110.66 ha torpaq sahəsi yerləşən ərazi idarənin elektron baza məlumatlarında təqdim olunan “Kürdəmir rayonu Qarabucaq kəndi Qarabucaq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərildiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) 110.66 ha torpaq sahəsi yerləşən ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, uqodiyası əkin olmaqla bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərildiyini, baxış zamanı iddiaçının naturada göstərdiyi torpaq sahəsi 149.97 ha ərazini əhatə etdiyini və sənəd üzrə yerləşmə vəziyyəti ilə uyğunsuzluq mövcud olduğunu, 110.66 ha torpaq sahəsinin 11.0 ha hissəsi **********09 reyestr nömrəli çıxarışla X1 icarəsinə verilmiş 100.0 ha torpaq sahəsi ilə üstüstə düşdüyünü, üst-üstə düşən 11 ha torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarına uyğun olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilə biləcəyi müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Eləcə də, yuxarıda qeyd edilən istiqamətdə torpaq sahələrinin faktiki istifadəyə uyğunlaşdırılaşdırılması halı da zəruri hesab olunur. Məhkəmə qeyd edir ki, imtina üçün əsas torpaq sahəsinin uqodiya və kateqoriyasının örüş sahəsi kimi qeyd edilmə əsasının mövcud olmadığı, torpaq sahəsinin ayrıldığı vaxtdan bugünə kimi İddiaçı X5 istifadəsində olduğu və təyinatı üzrə istifadə etdiyi müəyyən edilir. İmtina üçün digər bir əsas torpaq sahəsinin 11.0 ha hissəsinin **********09 reyestr nömrəli çıxarışla X1 icarəsinə verilmiş 100.0 ha torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlıdır. Qeyd edilən istiqamətdə araşdırılma aparılan zaman, eləcə də iş materiallarına mütəxəsis tərəfindən əlavə edilən sxemə əsasən iddiaçının hal-hazırda istifadəsində olan torpaq sahəsi ilə ona ayrılan torpaq sahəsi arasında fərqlilik olduğu müəyyən edilir. Belə ki, mübahisəli üst-üstə düşmə kimi qeyd edilən 11.0 ha hissənin İddiaçı X5 istifadəsində olmadığı müəyyən edilir. Eləcə də, iddiaçının istifadəsində olan torpaq sahəsinin 149.97 ha ərazini əhatə etdiyi müəyyən edilir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3448 nömrəli ekspert rəyindən də göründüyü kimi üst-üstə düşən 11 ha torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarına uyğun olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilə biləcəyi müəyyən edilir. Kompensasiya edilə biləcək 11 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) bələdiyyə mülkiyyəti kimi qeyd edildiyindən Kürdəmir rayonu Qarabucaq bələdiyyə üçüncü şəxs qismində cəlb edilmiş və bələdiyyənin məhkəməyə ünvanladığı məktublara əsasən uyğunsuzluğun aradan qaldırılması barədə etirazlarının olmadığı müəyyən edilir. Eləcə də, torpaq sahəsinin istifadəsi üzrə üçüncü şəxslər və digər şəxslər tərəfindən mübahisənin olmadığı müəyyən edilir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Məhkəmə hesab edir ki, 11 ha torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilməsi hissəsində də iddiaçı haqlı olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, 11 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilməsi şərti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndi (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X5 iddiası təmin edilsin. 11 ha torpaq sahəsinin İddiaçı X5 faktiki istifadəsində olan torpaq sahəsi ilə kompensasiya edilməsi şərti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndi (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 110,66 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı kəndli fermer təsərrüfatından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar