Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4102/2024 31.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı X25 və X26 üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X25 və X26 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı Bağırova (Məmmədova) Xanım Xudayar qızı, X25, X26 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək,onun mülkiyyətində olan Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanından X10, X15 və X16 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanı onun xüsusi mülkiyyətindədir, həmin ev əvvəllər anasına məxsus olsa da, 2005ci il tarixdən ev onun xüsusi mülkiyyətindədir. Hal-hazırda Salyan şəhəri, F.Məlikov küçəsi,ev 53 ünvanında pasport qeydiyyatındadır və övladları ilə birlikdə yaşayır. Fərdi yaşayış evinə dair texniki pasportu var. Mübahisəli mənzildə doğulmuşdur, hazırda da həmin evdə mülkiyyətçi olaraq yaşayır. Böyük qardaşı Rahil 1989-cu ildə nikaha daxil olmuşdur. 3-4 il onlarla birlikdə yaşadıqdan sonra Bakı şəhərinə köçüb getmişdir. Onun ailə üzvləri 30 ildən artıqdır ki, Bakı şəhərində yaşayırlar. Hansı ünvanda yaşadıqları barədə onun məlumatı yoxdur. MAPS arayışı alarkən ona məlum olmuşdur ki, qardaşının ailə üzvləri onun evində qeydiyyatdadır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də müraciətini təmin etməkdən imtina etmişdirlər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bağırva (Məmmədova) Xanım Xudayar qızı, X25 və X26 oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3473/202 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, üçüncü şəxslər X10, X15 və X16 iddiaçıya məxsus Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxslər X18, X26 və X25 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxslər X25, X18 və X26 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2-1(120)-3473/2023 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında ünvan 3 ünvanın eyni olub-olmaması, X21 və X19 münasibətdə iddiaçının cavabdeh inzibati orqana müraciətinin olub-olmaması, və üçüncü şəxs qismində göstərilmiş X1 dəqiqləşdirilməsi tələbi qoyulmuşdur. İPM-nin tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq ünvan 4 mülkiyyət hüququnu təsdiq edən sənədin, X25, və X12 ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciətini və müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunu və iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş X1 dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, iddia ərizəsində olan iki nəfər üçüncü şəxslər, yəni X20 və X16 iddiaçının mülkiyyətində olan Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(120)-4102-2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraara qəbul edilmişdir. Eyni zamanda məhkəmənin 2-1(120)-4102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndəiddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; Salyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 03 ayının 25 günündə qeyd edilmişdir. Salyan RPŞ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 509 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Salyan şəhərində, F.Məlikov küçəsində yerləşən 53 saylı ev (üç otaqdan ibarət olmaqla, ümumi sahəsi 99,2 kv.m, yaşayış sahəsi 56,7 kv.m) İddiaçı adına mülkiyyət hüququ əsasında 25 mart 2005-ci il tarixdə qeydə alınmışdır. “Asan-Salyan” tərəfindən verilmiş ******* №-li , xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü X25 və xx.xx.1990-cı il təvəllüdlü X6 şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında qeydiyyatdadırlar. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X4 rayonu, Salyan şəhəri, Fərman Məlikov küçəsi, ev 46 ünvanında qeydiyyatdadır. Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 191 №-li, 24 avqust 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvanda İddiaçı (xx.xx.1973-cü il), X13 (xx.xx.2010), X22 ( xx.xx.2012) yaşayırlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmların dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən: Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 195 №-li, 28 avqust 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X17, X26 və X7 şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yaşmırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2671/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda adı çəkilən şəxslərin mübahisəli daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar idarədə aşkar edilməmişdir. Məktuba əlavə olunmuş xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X5 ona Salyan RİK-nin 24.12.87-ci il 26 saylı qərarı, DTİ və MHQİ-nin xx.xx.2001-ci il 509 saylı qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il 230 saylı arayışına əsasn ona məxsus olan ünvan 10 ünvanında 765,7 kv.m torpaq sahəsində yerləşən, 1993-cü ildə tikilmiş ümumi sahəsi 99,2 kv.m, yaşayış sahəsi 56,7 kv.m olan, üç otaqdan ibarət yaşayış evini İddiaçı bağışlamışdır. Müqavilə Salyan rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunan halların aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Cavabdeh 3-13104/2-23466/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Salyan sakini X11 Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında xx.xx.2011-ci il tarixdən bu günədək ünvan 11 ünvanında pasport qeydiyyatında olması müəyyən edilmişdir. X2 Salyaqn şəhəri, F.Məlikov küçəsi, ev 46 ünvanına pasport qeydiyyatına alınması ilə əlaqədar əsas olmuş bütün sənədlər Azərbaycan Respublikası DİN-nin 335 nömrəli əmrinin tələblərinə əsasən 3 il müddət keçdiyindən məhv edildiyi üçün onların surətinin təqdim olunması mümkün olmamışdır. Məktuba İddiaçı onun mülkiyyətində olan Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında pasport qeydiyyatında olan X10 və uşaqlarının onun evində yaşamadıqları üçün pasport qeydiyyatından çıxarılması məzmununda olan xx.xx.2023-cü il tarixli ərizəsi əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-21627/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X18 xx.xx.2011-ci il tarixdən ünvan 12 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. X.Bağırovanın qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3/38/2-2632/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğu ilə əlaqədar tərəflərindən Ərazi İdarəsinin arxivi və elektron kadastr baza məlumatları əsasında araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Salyan şəhəri, Fərman Məlikov küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən X8 məxsus olmuş, Salyan rayon 2 saylı dövlət notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4-Ə-55 nömrəli alqı-satqı müqaviləsi əsasında X3. X34 əldə etdiyi daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış almamışdır. Salyan şəhəri, Fərman Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi isə xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsusdur.Ərazi İdarəsinin arxivi və elektron kadastr baza məlumatlarına istinadən bildiririk ki, Salyan şəhəri, Fərman Məlikov küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evi ilə ünvan 13 ünvan və ya eyni ev deyildir. Həmin evlər ayr-ayrı koordinatlarda yerləşməklə müxtəlif sahələrə və ölçülərə malikdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş: 3-13-104/2-B-11838/11/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53-də qeydiyyatda olan X10 pasport qeydiyyatından çıxarılması barədə müraciətinə baxılmışdır və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müraciətinin təmin olunmasının mümkün olmadığı bildirilmşdir. 3-13-104/2-B-29209/11/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Salyan şəhər, F.Məlikov küçəsi ev 53-də qeydiyyatda olan X26 və X15 pasport qeydiyyatından çıxarılması barədə müraciətinə cavab olaraq bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır:Yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən; Başqa ölkədə yaşayış yerini seçdikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən; Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə; Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisə iddiaçının xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində pasport qeydiyyatında olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Mübahisə ilə bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X5 ona Salyan RİK-nin 24.12.87-ci il 26 saylı qərarı, DTİ və MHQİ-nin xx.xx.2001-ci il 509 saylı qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il 230 saylı arayışına əsasn ona məxsus olan ünvan 10 ünvanında 765,7 kv.m torpaq sahəsində yerləşən, 1993-cü ildə tikilmiş ümumi sahəsi 99,2 kv.m, yaşayış sahəsi 56,7 kv.m olan, üç otaqdan ibarət yaşayış evini İddiaçı bağışlamışdır. Müqavilə Salyan rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmların dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Həmçinin, üçüncü şəxslər iddiaçıya məxsus evdə faktiki olaraq yaşamır, onların həmin evə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Belə olan halda, həmin şəxs sözügedən mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər-hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X15 (xx.xx.1991-cı il təvəllüdlü) və X16 (xx.xx.1990-cı il təvəllüdlü) Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4102/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4102/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver