Məhkəmə qərarları › İş №2-1(120)-4105/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4105/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4105/2025 13.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı X33 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X26 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə atası X11, ailə üzvləri anası X20, ona yəni İddiaçı, arvadı X3, qızı X6, oğlu X12, qızı X7 fərdi yaşayış evinin tikintisi üçün 038 ha torpaq sahəsi verilmişdir. Məhkəmə prosesində ona məlum olmuşdur ki, üçüncü şəxs ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış almışdır. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,2313 ha qeyd olunmuşdur.Cəlilabad rayon Dövlət Arxivindən verilmiş arayışdan məlum olmuşdur ki, X26 fərdi yaşayış evinin tikintisi üçün 0,2 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cəlilabad rayon Qarazəncir kənd İnzibati ərazi nümayəndəliyinin Ocaqlı kəndi üzrə “Təsərrüatbaşına uçot kitabından” çıxarışda X26 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsi verildiyi halda DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən **********44-10401 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışda torpaq sahəsinin ölçüsünün 0,2313 ha göstərilməsi tamamilə qanunsuz və əsassızdır.Üçüncü şəxs Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə atasına. Anasına, ona və onun ailə üzvlərinə ayrılmış 0,38 ha torpaq sahəsindən 0,1181 ha torpaq sahəsinə dair qanunsuz və əsassız sənəd tərtib etdirmiş və qanuni istifadəsində olan həmin torpaq sahəsini saxta sənədlər əsasında əlindən almaq istəyir. Bu isə qanunla qorunan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-4105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X33 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəmətə məlumat verəməmişdir, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbi əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 3-48-12RA/2-A-154-2024 saylı, xx.xx.2024-cü il tarixli arxiv surətində qeyd olunmuşdur ki, Cəlilabad rayon Qarazəncir kənd İnzibati Ərazi nümayəndəliyinin Ocaqlı kəndi üzrə arxiv sənədlərindən, o cümlədən 1996-2000-ci illərə aid təsərrüfat başına kitabının 1302№-li təsərrüfatından mərhum atası X21 torpağı cəmi 0,38 ha qeyd edilmişdir. DƏDKR X42n 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi S.Abdullayev, R.Əzizov, M.Mahmudov tərəfindən verilmiş mütəxəsis rəyində qeyd olunmuşdur ki, Torpaqıarın elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən **********44-10301 reyestr nömrəli X1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,2313 ha həyətyanı torpaq sahəsindən 1181 kv.m (eni-19,53m və 18,25m, uzunu-67,08m və 59.36m) hissəsinin cavabdeh İddiaçı faktiki istifadəsində olduğu və mübahisələndirilən həyətyanı torpaq sahəsi hissəsində hər hansı tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-86/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X33 cavabdeh İddiaçı qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, torpağın qaytarılması və 10 000 manat əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42n 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********44-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən 0,2313 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış faydanın əvəzi olaraq 10 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-86/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X42 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********44-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X19 və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsinin zəbt etdiyi 0,1181 ha ( eni 19,53 m və 18.25 m, uzunuu 67.08 m və 59.38 m) hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: DƏDKR X42n 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-5681/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-459A, KOD 80605038 seriyalı Şəhadətnamədən müəyyən olunur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə X26, X2, X29, X27, X8 mülkiyyətinə 0,23 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu, Ocaqlı kəndində xüsusi mülkiyyətdə olan 0,2313 ha torpaq sahəsinin üzərində yerləşən 117,9 kv.m ibarət fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X19 adına qeydə alınmışdır. Ədliyyə Nazirliyinin 3-16-5/2-82594/2025 saylı, xx.xx.2025-ci tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri X22 ilə X13 olan xx.xx.1968-cı il təvəllüdlü İddiaçı, xx.xx.1960-cı il təvəllüdlü X23, xx.xx.1961-ci il təvəllüdlü X14, xx.xx.1963-cü il təvəllüdlü X17, xx.xx.1965-ci il təvəllüdlü X24, xx.xx.1967-ci il təvəllüdlü X18, xx.xx.1970-ci il təvəllüdlü X15, xx.xx.1973-cü il təvəllüdlü X16 doğumu haqqında məlumat aşkar edilmişdir. İddiaçı ilə xx.xx.1975-ci il təvəllüdlü Ağayeva (Xəlilova) Nəzakət Allahyar qızının nikahı xx.xx.2000-ci ildə Cəlilabad rayonunun Qarazəncir icra nümayəndəliyində qeydə alınmışdır və xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.1994-cü il təvəllüdlü X5 və xx.xx.1996-cı il təvəllüdlü X9 bu nikahdan əvvəl doğulmasına baxmayaraq onların doğumu nikah dövründə doğulmuş kimi rəsmiləşdirilmişdir. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X10 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42 Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-3425 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə X19 adına verilmiş JN-459A (KOD********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin tərtib edilməsinə əsas olmuş Cəlilabad rayonunun Ocaqlı kəndində vətəndaşın xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə X19 ailə tərkibi 5 nəfər, qanuni istifadəsində olan torpaq sahəsi 0,12 ha, siyahıya əlavədə isə həyətyanı torpaq sahəsi 0,1200 kv.m, zəbt torpaq sahəsi 0,1200 kv.m, ümumi torpaq sahəsi 0,2313 ha göstərilmişdir. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Subyektiv hüququn olmaması ilə bağlı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Belə ki, DƏDKR X42n 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi S.Abdullayev, R.Əzizov, M.Mahmudov tərəfindən verilmiş mütəxəsis rəyi ilə, Torpaqıarın elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən **********44-10301 reyestr nömrəli X1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,2313 ha həyətyanı torpaq sahəsindən 1181 kv.m (eni-19,53m və 18,25m, uzunu-67,08m və 59.36m) hissəsinin cavabdeh İddiaçı faktiki istifadəsində olduğu və mübahisələndirilən həyətyanı torpaq sahəsi hissəsində hər hansı tikilinin mövcud olmadığı müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsinə dair DƏDKR X42 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ ilə bağlı məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar