Məhkəmə qərarları › İş №2-1(120)-4106/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4106/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4106/2024 06.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.1974-cü il tarixli, 312 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1974-cü il tarixli, 312 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1968-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olmuşdur. Bununla bağlı xx.xx.1968-ci il tarixdə Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 83 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Daha sonra bizə məlum olmuşdur ki, xx xxxxx 1968-ci il tarixdə doğulması ilə bağlı xx.xx.1974-ci il tarixli Cavabdehndə 312 saylı doğum bərpa haqqında yeni akt qeydi tərtib olunmuşdur. Bununla bağlı rəsmi olaraq Ağcabədi qeydiyyat şöbəsinə müraciət etmişdir. Ağcabədi qeydiyyat şöbəsi ərizəyə cavab olaraq 24 iyun 2024-cü il tarixli məktubla bildirmişdir ki, barəsində xx.xx.1968-ci il tarixdə Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 83 saylı doğum haqqında akt qeydi tərtib olunduğu halda, yenidən xx.xx.1974-ci il tarixli Ağcabədi qeydiyyat şöbəsində 312 saylı doğum haqqında bərpa akt qeydi tərtib edilmişdir. İddia ərizəyə əlavə etdilmiş doğum haqqında şəhadətnamədən də görünür ki, o həqiqətən də xx xxxxx 1968-ci il tarixdə anadan olmuşdur. xx.xx.1974-cü il tarixdə Cavabdehndə 312 saylı doğum bərpa haqqında yeni aktın ləğv edilməsini istəyir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olmuş, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayır. -İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı hər hansı xarici dövlətin ərazisinə girişinə qadağa olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamış, şəxsin ölkədən çıxışına tərəfimizdən hər hansı məhdudiyyət tətbiq olunmamışdır. -İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-C- 640/2024 nömrəli məktubuna əsasən, X2 barəsində xx.xx.1968-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 83 saylı doğum haqqında akt qeydi tərtib olunduğu halda, yenidən xx.xx.1974-cü il tarixdə Cavabdehndə 312 saylı doğum haqqında bərpa akt qeydi tərtib edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınının 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının bərpa və təkrar tərtib edilmiş qeydləri məhkəmə və qeydiyyat şöbələri tərəfindən ləğv edilə bilər.İzah edirik ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1974-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 312 saylı doğum haqqında bərpa akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunur. -İşdə olan Cavabdeh verdiyi 3-16-5/8-15-C-640/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli arayışda göstərilmişdir ki, X5 xx.xx.1968-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Cavabdehndə 312 №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. İşdə olan AZ-T №278832 nömrəli, 21 may 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1968-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuşdur. Ana qrafasında X1 qeyd edilmişdir. -İşdə olan Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 60/2-22586/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, adı qeyd olunan vətəndaş: xx.xx.1968-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş və Ağcabədi rayonu Hacıbədəlli kəndində qeydiyyatda olan İddiaçı qızma məxsus hazırki AZE ******** (aktiv statuslu) seriya nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2018-ci il tarixdə Ağcabədi RPŞ-nin QvŞV bölməsi tərəfindən təmin olunmuşdur. Lakin qeydiyyata alınmasına səbəb olan və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, arxivsənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.Həmin şəxsiyyət vəsiqəsinə aid fərdi uçot kaıtoçkasının təsdiq olunmuş kserosurəti Sizə göndərilir.Məlumat üçün bildiririk ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı barəsində heç bir təqsirləndirici material (sadələşdirilmiş material, cinayət işi və s) Ağcabədi RPŞ-də aşkar olunmamışdır. -İşdə olan Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış xx.xx.1968-ci il tarixli, 83 nömrəli doğum akt qeydinin surətinə əsasən, X2 xx.xx.1968-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuşdur. Ana qrafasında isə Əbilova (İsmayılova) Xanımzər İsgəndər qızı qeyd edilmişdir. -İşdə olan Cavabdehndə qeydə alınmış xx.xx.1974-cü il tarixli, 312 nömrəli doğum haqqında bərpa akt qeydinin surətinə əsasən, X5 xx.xx.1968-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında isə X1 qeyd edilmişdir. -İşdə olan ünvan 3 ünvanladığı 01 avqust 2024-cü il tarixli, 16 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx xxxxx 1968-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, orta ixtisas təhsillidir, ailəli olub 3 övladı var. Nigaha daxil olmamışdan qabaq X5 və Nigaha daxil olduqdan sonra İddiaçı kimi kənd ərazisində tanınıb qeydiyyatdadır və yaşayır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cəfərova (Əbilova) X3 rayonu, Hacıbədəlli kəndində anadan olmuşdur, onun barəsində Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış xx.xx.1968-ci il tarixli, 83 nömrəli doğum akt qeydinin surətinə əsasən, X2 xx.xx.1968-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuşdur. Ana qrafasında isə Əbilova (İsmayılova) Xanımzər İsgəndər qızı qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü Cəfərova (Əbilova) X3 rayonu Hacıbədəlli kəndində yaşayır, barəsində doğulduğu ildə, yəni 1968-ci il tarixdə doğum haqqında akt qeydi tərtib edilmiş və doğum haqqında şəhadətnamə verilmişdir, lakin bir müddət sonra onun barəsində ikinci doğum akt qeydinin mövcud olması aşkar edilmişdir. İddiaçı xx.xx.1974-cü il tarixli, 312 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cəfərova (Əbilova) Sədayə Göyüş qızı barəsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə xx.xx.1974-cü il tarixli, 312 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar