Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-411/2020 19.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5, İddiaçı (Lənkəran şəhəri, M.Mustafaxan küçəsi, ev 43-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsininnümayəndəsiRzayev Şahmirzə Alqulu oğlunun (Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,03 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 17,9 kv.m yaşıyış, 50,1 kv.m köməkçi, 68 kv.m ümumi sahədən ibarət, 43 nömrəli fərdi yaşayış evinin 0,0179 hektar tikintialtı sahəsinə dair X4 verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,03 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 17,9 kv.m yaşıyış, 50,1 kv.m köməkçi, 68 kv.m ümumi sahədən ibarət, 43 nömrəli fərdi yaşayış evinin 0,0179 hektar tikintialtı sahəsinə dair X4 verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,03 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 17,9 kv.m yaşıyış, 50,1 kv.m köməkçi, 68 kv.m ümumi sahədən ibarət, 43 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən verilmiş çıxarış əsasında hüquqi sahiblik onunla yanaşı qaynı, X2 da hissəsi müəyyən edilməklə, daşınmaz əmlakın texniki pasportunda göstərildiyi kimi hissələrə bölünmüşdür. Bütün bunlara baxmayaraq, o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayarkən, cavabdeh, eləcə də qaynı X6 tərəfindən ona məxsus fərdi yaşayış evinin aşağı ərazisini qanunvericiliyə bəlli olmayan vasitələrdən istifadə etməklə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən saxta mülkiyyətçi hüququnu təsdiqlədən çıxarış əldə etməklə, hazırda yaşadığı mənzilin altını mağaza kimi uzun müddətdir istifadə etməkdədir. Qeyd olunanlara əsasən Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,03 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 17,9 kv.m yaşıyış, 50,1 kv.m köməkçi, 68 kv.m ümumi sahədən ibarət, 43 nömrəli fərdi yaşayış evinin 0,0179 hektar tikintialtı sahəsinə dair X4 verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsininnümayəndəsiRzayev Şahmirzə Alqulu oğlu iddianı qəbul etməyərək bildirdi ki, mübahisələndirilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair qeydiyyat aparılarkən faktiki yerində müayinə edilmiş, texniki inventarlaşdırma işləri aparılmışdır. İddia ərizəsində ləğvi qoyulmuş iddiaçıya məxsus 43 saylı fərdi yaşayış evinin 0,01179 hektar tikintialtı hissəsinə tərəflərindən hər hansı bir çıxarış verilməmişdir. Belə ki, X2 istifadəsində olan 0,0039 hektar torpaq sahəsində onun adına ümumi sahəsi 29,3 kv.m-dən ibarət qeyri-yaşayış binası vardır ki, həmin qeyri-yaşayış binası (mağaza) Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 06.01.1999-cu il tarixli, 1863 saylı sərəncamı ilə X2 adına qeydə alınmış və onun əsasında da həmin dövrdə Lənkəran rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29.05.2004-cü il tarixli, 650 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan isə həmin qeydiyyat vəsiqəsi əsasında istifadədə olan 0,0039 hektar torpaq sahəsində yerləşən sözügedən qeyri-yaşayış binasına vahid daşınmaz əmlak obyekti olaraq tərəflərindən 14.07.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir ki, həmin hüquqmüəyyənedici sənəd üzrə qeydiyyata alınmış əmlak hər-hansı bir şəxsin hüquqlarını pozmur və heç kimin mənafeyinə toxunmur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasına etiraz edir və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,03 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 17,9 kv.m yaşıyış, 50,1 kv.m köməkçi, 68 kv.m ümumi sahədən ibarət, 43 nömrəli fərdi yaşayış evinin 0,0179 hektar tikintialtı sahəsinə (mağaza) çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 06.01.1999-cu il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsindəki 43 saylı evdə yaşayan X2 atası X3 məxsus yaşayış evinin kürsü mərtəbəsində təşkil etdiyi 57 kv.m sahəsi olan mağazanın onun adına qeydə alınması qərara alınmışdır. İşdə olan 29.10.2004-cü il tarixli, 650 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən mağaza Lənkəran rayon texniki inventarlaşdırma bürosu tərəfindən X2 adına qeydə alınmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.07.2006-cı il tarixli, seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində istifadədə olan 0,0039 hektar torpaq sahəsində yerləşən 1 girişli, 29.3 kv.m ümumi, 29.3 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinin tələbinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Məhkəmə torpağın mülkiyyətə verilməsinə şəhadətnamələr əsasında torpaq sahəsinin bölünməsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi mülki xarakterli olduğundan ona inzibati icraat qaydasında baxıla bilməz. Bununla yanaşı, iddia ərizəsindən aydın olur ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsindəki 43 saylı evdə yaşayan X2 adına qeydə alınmış 57 kv.m sahəsi olan mağazaya dair mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 06.01.1999-cu il tarixli sərəncamı əsasında tərtib edilmişdir. Başqa sözlə, qeyri yaşayış binasının (mağazanın) üçüncü şəxsin mülkiyyətinə verilməsinə əsas Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 06.01.1999-cu il tarixli sərəncamı olmuşdur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 06.01.1999-cu il tarixli sərəncamını mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.12.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28.12.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüy kimi iddiaçı hazırki mübahisəyə tətbiq edilməli olan 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 06.01.1999-cu il tarixli sərəncamının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 22 yanvar 2020-ci il tarixli 2-1(120)-411/2020 saylı məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilsə də, iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,03 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 17,9 kv.m yaşıyış, 50,1 kv.m köməkçi, 68 kv.m ümumi sahədən ibarət, 43 nömrəli fərdi yaşayış evinin 0,0179 hektar tikintialtı sahəsinə qeyri yaşayış binası (mağaza) dair X4 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-411/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-411/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver