Məhkəmə qərarları › İş №2-1(120)-411/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-411/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-411/2022 02.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “02.06.2021-ci il tarixli, **********386000 saylı qərarın, 11.01.2021-ci il tarixli, **********707300 saylı, 16.04.2021-ci il tarixli, **********808000 saylı, 03.06.2021-ci il tarixli, **********0 saylı bildirişlərin ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 12731,98 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 02 mart 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1nda baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, **********386000 saylı qərarın, 11.01.2021-ci il tarixli, **********707300 saylı, 16.04.2021-ci il tarixli, **********808000 saylı, 03.06.2021-ci il tarixli, **********0 saylı bildirişlərin ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 12731,98 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məhkəmə sənədi 23.12.2021-ci il tarixdə rəsmi olaraq sonuncuya təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən edilmiş yardıma münasibət bildirməmiş, habelə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmamışdır. Məhkəmənin 14.10.2021-ci il tarixli və 20.12.2021-ci il tarixli sərəncamları ilə iddia ərizəsinin imzalanmaması iddiaçının diqqətinə çatdırılmış və imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim olunması tələb edilmiş, habelə imzalanmış iddia ərizəsi məhkəməyə təqdim edilməyəcəyi təqdirdə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə iddiaçıya xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı imzalanmış iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələbləri imperativ xarakter daşıyır və verilmiş ərizələrdə mütləq göstərilməlidir. Buna görə də iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarı - bənd 16). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə əməl etmədiyindən və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “02.06.2021-ci il tarixli, **********386000 saylı qərarın, 11.01.2021-ci il tarixli, **********707300 saylı, 16.04.2021-ci il tarixli, **********808000 saylı, 03.06.2021-ci il tarixli, **********0 saylı bildirişlərin ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 12731,98 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar