Məhkəmə qərarları › İş №2-1(120)-411/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-411/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-411/2024 25.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın çıxarılmasının qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, **********151595 saylı qərara əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfındən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə səyyar vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama gedişində və nəticəsində tərtib edilən Akt onu aldadaraq imza etdirilmiş və bu latın qrafıkası ilə oxumağı və yazmağı bilmədiyi üçün vəkilə müraciət edib bu barədə məlumat almışdır. O, ümumiyyətlə kiril hərflərini tanıyır, yoxlayıcı onu aldadıb daha sonra sənədləri imzaladıb. O yalnızca kiril əlifbası ilə oxumağı və yazmağı bacara bilir. Belə ki, vergi yoxlayıcısı Əhədli Nizami tərəfindən ona təqdim edilmiş SVY aktı müəssisə rəhbərinə tanış edilmədən, hər hansı məlumat verilmədən imzalatdırılmışdır. Daha sonra müəssisə rəhbəri tərəfındən vəkilə müraciət edilmiş, işin faktiki halları barədə məlumat almışdır. Həmin yoxlamanın nəticəsində 83970,62 manatadək vergi və 42305,33 maliyyə sanksiyası hesablanmışdır. Bildirmək istəyir ki, o, toxumluq kartof idxal etmişdir. Həmin toxumluq kartof kənd əhalisi üçün nəzərdə tutulmuş, onların əkinlərinin daha yaxşı olması üçün gətirilmişdir. Həmin sözügedən yoxlamanın qanunsuz hesab edilməsinin hüquqi əsaları kimi aşağıdakıları qeyd etmək istəyirlər. Belə ki, qeyd etdikləri kimi səyyar vergi yoxalaması vergi orqanı tərəfındən 30 gün müddətinə keçirilə bilər. Yəni yoxlama müddəti xx.xx.2022-ci ildə bitməli olduğu halda həmin müddətdən 12 gün keçdikdən sonra vergi orqanı tərəfındən yoxlamanın müvəqqəti dayandırlması barədə xx.xx.2022-ci il tarixində **********153558 saylı qərar qəbul edilmişdir. Lakin bildirmək istəyirlər ki, səyyar vergi yoxlaması bitdikdən sonra həmin qərarın qəbul edilməsi Azərbaycan Respublikası Vergi Məcələsinin aşağıda göstərilən müddəaları ilə ziddiyyət təşkil edir. Yəni vergi orqanı tərəfındən həmin dayandırma qərarı səyyar vergi yoxlaması bitməzdən öncə qəbul edilərək müəssisəyə təqdim edilməli idi. Bu isə vergi orqanı tərəfındən prosessual pozuntu edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən: 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafıq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazmı yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanın rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfındən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafıq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Yuxarıda göstərilən müddət dayandırma haqqında qərarlar müəssisə rəhbərinə təqdim edilməmişdir və müəssisənin məsul şəxsləri ilə tanış etdirilməmişdir. Bir digər hal isə ondan ibarətdir ki, SVY aktında qeyd edimis xx.xx.2022-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən “Azərekspertiza” Birliyindən ekspert kimi X10 oglu istirak etmişdir. Lakin bildirmək istəyirlər ki, onlarda olan məlumatlara əsasən X10 oglu vergi orqanının əməkdaşı olan Əliyev Sakirin qardaşı oğludur. Bu isə həmin ekspertin neytrallıgı olmayan səxs olmasına dəlalət edir. Halbuki, ekpert tərəfsiz və iş üzrə maraqlı olmayan bir səxs olmalıdır. X8 burada hər hansı maraqlarının olub-olmaması ilə bağlı sübhələrin olması belə ekpert rəyinin həqiqiliyini sorgulamalarına əsas verir. Həmçinin bildirmək istəyirlər ki, vergi orqanı tərəfındən təqdim edilmiş SVY aktının 10-cu səhifəsində qeyd edilmişdir ki, yoxlamanın əhatə etdiyi dövr ərzində (2018-2020-ci illər) mənfəət vergisinin ümumilikdə 67939,98 manat azaldıldığının müəyyən edilməsi göstərilmişdir. Bu barədə bildirmək istəyirlər ki, tərəflərindən sənədlər təqdim edilmiş və həmin hesablamanın hansı əsaslarla aparıldığı onlara məlum olmamışdır. Yəni qeyd etmək istəyirlər ki, tərəflərindən təqdim edilmiş sənədlərə nəzər yetirdikdə həmin azalmanın hansı əsaslarla hesablanması onlara məlum olmamışdır. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfındən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin tələblərinə görə səyyar vergi yoxlaması təyin edilməsi qaydaları pozulmuşdur. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfındən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafıə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanm nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-

1. Bu Məcəllənin 49.1.4-cü - 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. 49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafıq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafıəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasınm nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfındən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfındən ləğv edilməsi üçün əsasdır. SVY xx.xx.2021-ci il tarixində yoxlama başlamış və xx.xx.2022 tarixdə başa çatmışdır. Yoxlama aktı xx.xx.2022-ci il tarixində rəsmiləşdirilmişdir. Yoxlama müddəti VM-nin 38.2 maddəsinə əsasən 30 gün müəyyən edilmişdirsədə müəssisədə yoxlama müddəti xx.xx.2022-ci il tarixində qüvvəsini almış VM tələbləri nəzərə alınmaqla vergi yoxlaması aparılmışdır. SVY müddəti xx.xx.2022-ci il tarixində başa çatmasına baxmayaraq akt tərtib edilməmiş, imtina müddətləri hesablanmamış və qərar çıxarılmamışdır. Yoxlama müddəti 119 gün sonra yekunlaşdırılmış və xx.xx.2022-ci il tarixində qərar çıxarılmışdır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması; 67.1. İnzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarımn pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfındən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafıq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübaiıisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasmı və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarı əsasında aparılmışdır. Yoxlama zamanı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqında” **********844200 nömrəli Bildiriş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211695403 nömrəli çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********151609 nömrəli tələbnamə xx.xx.2021-ci il tarixdə müəssisənin rəhbəri X3 təqdim edilməklə səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlanmışdır. Yoxlama cəmiyyətin direktoru X2 iştirakı ilə və onun yoxlamaya təqdim etdiyi ilkin mühasibat sənədləri, cəmiyyətin bank hesabı və əməliyyatları haqqında alınmış məlumatlar, idxalixrac əməliyyatarı haqqında məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları və yoxlamaya cəlb olunmuş ekspert tərəfindən təqdim olunmuş rəy əsasında aparılmışdır. Belə ki, cəmiyyət yoxlamanın əhatə etdiyi dövr ərzində ərzaqlıq və toxumluq kartofun, yapışdırılmış kağız kisələrin, “Taba tape” adlı eni 4.5 sm olan, rulonlarda, polipropilendən hazırlanmış, özüyapışan, yapışqan hissəsi sintetik kauçuk əsaslı lentin, motosikl üçün rezin şin və motosikl üçün rezin kamerin idxalı və satışı, həmçinin təzə kartofun ixracı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Müəssisə rəhbərinin yoxlamaya təqdim etdiyi izahat və məlumata əsasən malların idxal olunduğu ayda pərakəndə qaydada satıldığı, növbəti aylara və illərə qalıq qalmadığı bildirilmişdir. İxrac olunan mallar əhalidən tədarük olunmuşdur. Malların satış qiymətləri barədə məlumat və təsdiqedici sənədlər təqdim olunmadığı üçün, həmçinin vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilmədiyi üçün həmin malların bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya ekspert dəvət edilməsi zərurəti yaranmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154116 nömrəli qərarı əsasında “Azərekspertiza” Birliyindən ekspert kimi X5 dəvət edilmişdir. “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli məktubu ilə ekspert rəyi təqdim olunmuşdur. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların və sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2022-ci il tarixli, **********153558 nəmrəli qərar əsasında yoxlamanın müddəti 30 (otuz) iş günü artırılmış, yoxlamaya ekspert dəvət edildiyi üçün yoxlama müvəqqəti təxirə salınmış, VM-nin 49.1.3-cü madəsinə əsasən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159418 nömrəli qərar əsasında əlavə vergi yoxlaması tədbirləri keçirilmiş və qeyd olunan qərarlar vergi ödəyicisinə təqdim edilmişdir. Yoxlamanin nəticəsi xx.xx.2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, yoxlama aktı vergi ödəyicisinin rəhbəri X4 tərəfindən imza edilməklə qəbul edilmişdir. Daha sonra VM-nin 49.1.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar çıxarılmışdır. Vergi yoxlaması nəticəsində vergilərin ümümilikdə 83970,62 manat azaldılması, 390,36 manat artıq hesablanması müəyyən edilmişdir, o cümlədən 16030,64 manat X7 azaldılması; 390,36 manat artıq hesablanması 67939,98 manat mənfəət vergisinin azaldılması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümümilikdə 42305,33 manat, o cümlədən ƏDVnin azaldılmasına görə 8015,34 manat, mənfəət vergisinin azaldılmasına görə 33969,99 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 320,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əlavə hesablanmış vəsaitin 70094,48 manatının aidiyyəti üzrə dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. MƏNFƏƏT VERGİSİ ÜZRƏ: - Vergi ödəyicisi tərəfindən malların satışı və satış qiymətləri barədə təsdiqedici sənədlərin olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı müəssisənin gəlirləri idxal olunan malların həcminə yoxlamaya cəlb edilmiş ekspert tərəfindən həmin mallar üçün müəyyənləşdirilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə müəyyənləşdirilmişdir. Aparılmış hesablamalarla mənfəət vergisinin 2018-ci ildə 24082,98 manat, 2019-cu ildə 1950,90 manat, 2020-ci ildə 41906,1 manat olmaqla, ümümilikdə mənfəət vergisinin 67939,98 manat azaldılması müəyən edilmişdir. ƏDV ÜZRƏ: - Yoxlama ilə vergi tutlan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri (vergi ödəyici tərəfindən təqdim olunan izahat və məlumatlar nəzərə alınmaqla) nəzərə alınmaqla müəyənləşdirilmişdir. Vergi ödəyicisi idxal olunan ərzaqlıq kartofun satışı üzrə ƏDV-yə cəlb edilən, idxal olunan toxumluq kartofun satışı üzrə ƏDV-dən azad edilən və təzə kartofun ixracı üzrə ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatlar aparmışdır. Qeyd olunan əməliyyatlar üzrə dövriyyələrin müəyyənləşdirilməsi zamanı yoxlamaya cəlb edilmiş ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri barədə məlumatlar nəzərə alınmışdır. Əvəzləşdirilən ƏDV Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV-dən azad olunan əməliyyatların həcminin 44218,8 manat, ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatların həcminin 15712,5 manat azaldılması, əvəzləşdirilən ƏDV məbləğinin 12812,1 manat artıq hesablanması nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 15640,3 manat azaldılması müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik: İddia ərizəsində qeyd olunmuşdur ki: 1) Nəzərinizə çatdırmaq istəyirik ki, rrıənim müvəkkilim toxumluq kartof idxal etmişdir. Həmin toxumluq kartof kənd əhalisi üçün nəzərdə tutulmuş, onların əkinlərinin daha yaxşı olması üçün gətirilmişdir. Həmin sözügedən yoxlamanın qanunsuz hesab edilməsinin hüquqi əsaları kimi aşağıdakıları qeyd etmək istəyirik. Bildirmək istəyirlər ki, qeyd etdikləri kimi səyyar vergi yoxlaması vergi orqanı tərəfındən 30 gün müddətinə keçirilə bilər. Yəni yoxlama müddəti xx.xx.2022-ci ildə bitməli olduğu halda, həmin müddətdən 12 gün keçdikdən sonra vergi orqanı tərəfındən yoxlamanın müvəqqəti dayandırlması barədə xx.xx.2022-ci il tarixində **********153558 saylı qərar qəbul edilmişdir. Lakin bildirmək istəyirlər ki, səyyar vergi yoxlaması bitdikdən sonra həmin qərarın qəbul edilməsi Azərbaycan Respublikası Vergi Məcələsinin aşağıda göstərilən müddəaları ilə ziddiyyət təşkil edir. Yəni vergi orqanı tərəfındən həmin dayandırma qərarı səyyar vergi yoxlaması bitməzdən öncə qəbul edilərək müəssisəyə təqdim edilməli idi. Bu isə vergi orqanı tərəfındən prosessual pozuntu edilməsinə dəlalət edir. Bununla əlaqədar olaraq bildirirlər ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi qanunvericiliyinin təhlili nəticəsində onlarda formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri tərəflərindən pozulmamışdır. Belə ki, Vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur. Hesab edirlər ki, iddiaçı Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə həmin məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış, qeyd olunan normaları düzgün təfsir etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 gün ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alsaq ki, vergi orqanı üçün beş günlik iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki, qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bu normanın təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması ancaq 30 gün ərzində davam etməlidir. İddaiçının gəldiyi qənaətlə məntiqi yola çıxsaq, o zaman sual olunur ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsi yoxlamanın qeyri-iş günlərində davam etməsini qadağan edirsə, hansı halda səyyar vergi yoxlaması 30 təqvim günü ərzində keçirilə bilər və ya davam edə bilər?! Yəni, iddiaçının gəldiyi məntiq və qənaətlə yola çıxdıqda səyyar vergi yoxlmasının 30 gün ərzində, zaman kəsiyində davam etməsi tam imkansız hala çevrilir. Heç bir halda səyyar vergi yoxlamsının 30 gün dövründə həyata keçirilməsi imkanı mövcud olmayacaqdır. Belə ki, bir daha qeyd etməyi zəruri hesab edirik ki, “Səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi”nə dair müddəa həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 və 90 günlük müddətlərin iş günü kimi başa düşməli olduğunu istisna etmir”. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki: Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin tələblərinə görə səyyar vergi yoxlaması təyin edilməsi qaydaları pozulmuşdur. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02 dekabr 2021-ci il tarixdə başlanmış və 29 iyun 2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq norması düzgün tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın xx.xx.2021-ci il tarixdə qəbul olunmasını və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin yoxlandığı dövrün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməsini nəzərə alsaq, vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətinin yoxlanılması və Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinin pozulmaması aydın görünməkdədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 21-ci madəsinə görə vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcələnin 44-cü maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir (maddə 44.1). Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir (maddə 44.3). Həmin Məcəllənin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İş materiallarından, o cümlədən işdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarından, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqında” **********844200 nömrəli bildirişdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211695403 nömrəli çıxarışdan, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********151609 nömrəli tələbnamədən, 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktından, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərardan və xx.xx.2022-ci il tarixli, **********492300 nömrəli tələbnamədən müəyyən olunur ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama 02 dekabr 2021-ci il tarixdə başlanmış və 29 iyun 2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 83970,62 manat azaldılması, 390,36 manat artıq hesablanması, o cümlədən mənfəət vergisinin 2018-ci ildə 24082,98 manat, 2019-cu ildə 1950,90 manat, 2020-ci ildə 41906,10 manat olmaqla, ümümilikdə 67939,98 manat azaldılması, X7 16030,64 manat azaldılması və 390,36 manat artıq hesablanması müəyyən olunmuş, vergi hesabatını vaxtında təqdim etmədiyinə görə tətbiq olunması təklif edilən 320 manat maliyyə sanksiyası ilə birlikdə vergi ödəyicisinə 42305,33 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, qeyd olunan məbləğlərə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli, **********492300 nömrəli tələbnamə ilə ödənilməsi tələb olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh orqan isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - müvafiq yoxlama dövrünə (xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu Mənfəət Vergisi və X9 məbləği nə qədərdir? - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 24 iyul 2023-cü il tarixli, 9/3297 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müəyyən edilmiş vergilərin düzgün hesablanmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarda dövriyyə müəyyənləşdirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - Müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu Mənfəət Vergisi və X9 məbləği nə qədərdir? - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 16 fevral 2024-cü il tarixli, 9/9862 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müəyyən edilmiş vergilərin düzgün hesablanmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarda dövriyyə müəyyənləşdirilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında – “Müvafiq yoxlama dövrü üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) İddiaçı ödəməli olduğu Mənfəət Vergisinin və X7 məbləği müəyyən edilsin” məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 23 sentyabr 2024-cü il tarixli, 9/4887 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müvafiq yoxlama dövrü üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) İddiaçı ödəməli olduğu Mənfəət Vergisi və X7 düzgün hesablanmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********159510 nömrəli qərarda dövriyyə müəyyənləşdirilməmişdir. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş hər üç ekspert rəyində, o cümlədən sonuncu 23 sentyabr 2024-cü il tarixli, 9/4887 nömrəli ekspert rəyində İddiaçı üzrə qəbul edilmiş və hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müvafiq yoxlama dövrü üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) İddiaçı ödəməli olduğu mənfəət vergisinin və X7 düzgün hesablanmadığı müəyyən olunmuşdur. Cavabdeh təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri ilə razılaşmamış, bu barədə etirazlarını və ekspertin məhkəmə iclasına dəvət edilməsi barədə vəsatətini məhkəməyə təqdim etmişdir. Məhkəmə etirazın və vəsatətin dəlillərini araşdıraraq hesab edir ki, etiraz və vəsatət əsassızdır və Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 9/4887 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun hazırlanmış və mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərarı əlverişsiz inzibati akt olmaqla qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.). Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (maddə 67.3). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 300 (üç yüz) manat (üç ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarı ləğv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar