Məhkəmə qərarları › İş №2-1(120)-412/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-412/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-412/2020 13.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X3rşı «xx.xx.2017-ci tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının ləğv edilməsi» barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X3rşı “xx.xx.2017-ci tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-412/2020 saylı qərardadı ilə X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-412/2020 saylı qərardadı ilə iddia tələbinə “xx.xx.2017-ci tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respubilkası Dövlət Əmlak Komitəsi Azərbaycan Respubilkası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsi haqqında” xx xxxx 1997-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə özünün xx xxxx 1997ci il tarixli 505 saylı sərəncamı ilə Biləsuvar pambıqtəmizləmə zavodunun balansında olan sosial obyektlər, o cümlədən “Qonaq evi” (Biləsuvar şəhəri, Sahil küçəsi, 2 nömrəli ünvanda yerləşən) İddiaçı sərəncamına verilmişdir. İddiaçı başçısının xx xxxxxx 1999-cu il tarixli 1549 saylı sərəncamı ilə Biləsuvar şəhəri, Sahil küçəsi, 2 nömrəli ünvanda yerləşən Qonaq evi Mənzil Təsərrüfatı Təmir X1 balansına verilmişdir. xx xxxxxx 1999-cu il tarixli təhvil-təslim aktına əsasən qonaq evi pambıqtəmizləmə zavodu tərəfindən Mənzil Təsərrüfatı Təmir X9nə təhvil verilmişdir. Bundan sonra İddiaçı başçısının xx xxxx 1999-cu il tarixli 1716 saylı Sərəncamı ilə ünvan 1 nömrəli ünvanda olan birmərtəbəli 5 otaqlı, ümumi sahəsi 250.7 kvm və yaşayış sahəsi isə 108.7 kv.m olan qonaq evi Biləsuvar şəhər sakini Babayev Rafiq Bədir oğluna order əsasında komunal mənzil kimi verilmişdir. Babayev Rafiq Bədir oğlu isə qonaq evinə köçüb yaşamamış və həmin evdən əvvəllər olduğu kimi Mərkəzi İcra Hakimiyyəti orqanlarından xidməti işi ilə bağlı rayona işləməyə və ezamiyyətə göndərilmiş şəxslər tərəfindən istifadə edilmişdir və hal-hazırda da İddiaçı başçısı tərəfindən xidməti evi kimi istifadə edilir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx xxxx 1997-ci il tarixli 505 saylı sərəncamına əsasən İddiaçı sərəncamına verilmiş (əvvəllər rayon Pambıqtəmizləmə zavodunun balansında olmuş) sosial obyekt olan qonaq evi məlum sərəncamın ikinci bəndinə əsasən İddiaçı qonaq evini təyinatı üzrə sərəncamında və balansında saxlamalı olduğu halda saxlamamış və qanunsuz olaraq İddiaçı başçısının xx xxxxxx 1999-cu il tarixli 1549 saylı Sərəncamı ilə qonaq evinin mənzil fonduna keçirilməklə MTTİİS-nin balansına verilməsi barədə qanunsuz olaraq qərar qəbul etmişdir. İddiaçı başçısı bu qərarı ilə ünvan 1 nömrəli ünvanda olan bir mərtəbəli 5 otaqlı, ümumi sahəsi 250.7 kv.m və yaşayış sahəsi isə 108.7 kv.m olan qonaq evinə Biləsuvar şəhər sakini, ailə üzvü tək özündən ibarət olan Babayev Rafiq Bədir oğlunun adına 5 otaqdan ibarət 68 kv.m mənzil sahəsi tutmağa ixtiyarı olması barədə 151 nömrəli order verməklə qanunsuz olaraq özəlləşdirilməsinə şərait yaratmışdır. Halbuki, Biləsuvar şəhər sakini X6 mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ünvan 1-də yerləşən qonaq evi kommunal mənzil kimi onun adına rəsmiləşdirilərək order verilərkən, həmin vaxt Biləsuvar şəhəri S.Vurğun küçəsi 103 saylı evdə qeydiyyatda olub və yaşayan Rafiq Babayevin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olması faktı araşdırılmamış və bununla da həmin dövürdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinin 1-ci bəndinin və 40-cı maddəsinin birinci abzasının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Rafiq Babayevin yaşadığı və qeydiyyatda olduğu Biləsuvar şəhəri S.Vurğun küçəsi 103 saylı ev 8 otaqdan və 192 kv.m yaşayış sahəsindən ibarət olduğundan və evdə yaşayan 11 nəfərdən ibarət ailənin hər bir üzvünə Mənzil Məcəlləsinə əsasən müəyyən olunmuş normadan (10-12 kv.m) artıq yaşayış sahəsi düşdüyündən R.Babayev mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı qeydiyyata alınmasının özüdə məqsədli və qanunsuz olmuşdur. Ötən müddət ərzində R.Babayev yaşamaq üçün qonaq evinə köçməyə belə cəhd göstərməmiş bu məsələ R.Babayev tərəfindən gizli saxlanılmışdır. Həmin ev qonaq evi kimi İddiaçı başçıları tərəfindən xidməti ev kimi istifadə olunmuşdur və hal-hazırda da istifadə olunur. Bu hal özü bir daha onu təsdiqləyir ki, R.Babayevin mənzil şəraitinin yaxşılaşdırılmasına heç bir ehtiyac olmamışdır. Bundan əlavə orderdə Babayev Rafiq Bədir oğluna 68 kv.m mənzil sahəsi tutmağa ixtiyarı verilsə də, Biləsuvar rayon DTİ və MHQ idarəsi xx xxxxxxxx 1999-cu il tarixli 09 nömrəli iclas qərarı ilə 68 kv.m mənzil sahəsi əvəzinə 108.7 kv.m mənzil sahəsini R.B.Babayevin adına əsassız olaraq özəlləşdirilməklə qanunsuz olaraq onun şəxsi mülkiyyətinə keçirilmişdir. İddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli 100 saylı “Özəlləşdirilən Dövlət Müəsissələrinin Birliklərinin və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında” Sərəncamının, habelə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı”nın 2.3.23-cü bəndinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, məlum Fərman və Sərəncama əsasən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər təyinatı üzrə balansda və sərəncamda saxlanılması rayon İcra Hakimiyyətlərinə və özəlləşdirilməsi isə İqtisadi İnkişaf Nazirliyinə həvalə edilmişdir. Araşdırma zamanı ünvan 1-də yerləşən qonaq evinin İddiaçı başçısı tərəfindən mənzil fonduna keçirilməsində, həmin evin kommunal mənzil kimi verilməsində və özəlləşdirilməsində yol verilmiş qanun pozuntuları barədə Rafik Babayevlə 2002-ci ilin avqust ayında söhbət edilmiş və bu söhbətləri səmimi qəbul edərək nəticə çıxaran R.Babayev, şəhərin Sahil küçəsi 2-də yerləşən qonaq evinin İddiaçı balansına qaytarılması barədə xx xxxxxx 2002-ci il tarixli razılıq ərizəsini vermişdir. Araşdırmanın nəticələri və Rafiq Babayevin razılıq ərizəsi İddiaçı yanında mənzil komissiyasının xx xxxxxxxx 2002-ci il tarixli və İddiaçı başçısı yanında şuranın xx xxxxxxxx 2002-ci il tarixli iclaslarında müzakirə edilmiş, yol verilmiş qanun pozuntuları qeyd edilməklə müvafiq təklif və tövsiyələr verilmişdir. İddiaçı başçısının qonaq evinin təyinatının dəyişdirilərək mənzil fonduna keçirilməsi və Babayev Rafiq Bədir oğluna kommunal mənzil kimi verilməsi ilə bağlı verilmiş sərəncamların ləğv olunmasının zəruriliyini və Rafiq Babayevin ona kommunal mənzil kimi verilmiş qonaq evindən imtina etməsi barədəki xx xxxxxx 2002-ci il tarixli razılıq ərizəsini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 204-cü maddəsinin 204.1-ci bəndinə istinad edərək İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamı ilə İddiaçı başçısının Qonaq evinin mənzil fondu kimi rayon MTTİİS-nin balansına verilməsi barədə xx xxxxxx 1999-cu il tarixli 1549 №-li və Rafiq Bədir oğlu Babayevə kommunal mənzil verilməsi barədə xx xxxx 1999-cu il tarixli 1716 №-li sərəncamları ləğv olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxx 1997-ci il tarixli 505 saylı sərəncamına əsasən İddiaçı sərəncamına verilmiş ünvan 1 №-li ünvanda yerləşən balans dəyəri 159500 min manat olan 1 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 108.7 kv.m olan qonaq evi İddiaçı balansına və sərəncamına qaytarılmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı sərəncamın və Babayev Rafiq Bədir oğlunun xx xxxxxx 2002-ci il tarixli razılıq ərizəsinin surətləri Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat idarəsinə və maraqlı tərəf Babayev Rafiq Bədir oğluna xx xxxxxxxx 2002-ci il tarixdə qəbul olunması barədə İddiaçı başçısının sərəncamlarının qeydiyyat kitabında imza etdirilərək verilmişdir. Biləsuvar rayon DTİ və MHQ idarəsinin xx xxxxxxxx 2003-cü il tarixli 12 saylı iclas qərarı ilə özəlləşdirmə sənədlərini ləğv etmişdir. İddia ərizəsində qeyd olunur ki, 2002-ci ilin sentyabr ayından 2008-ci ilin 28 mart tarixinə kimi (vəfat etdiyi gün) Babayev Rafiq Bədir oğlu tərəfindən və onun ölümündən sonra isə ailə üzvləri tərəfindən ünvan 1 nömrəli evlə bağlı Mərkəzi və Yerli İcra hakimiyyəti və hüquq mühafizə orqanlarına heç bir müraciətləri də olmamışdır. Lakin 2017-ci ilin aprel ayında mərhumun vətəndaş nikahından olan həyat yoldaşı Eyvazova Aynurə Böyükağa qızı, Rafiq adlı uşağının atasının mərhum Babayev Rafiq Qədir oğlu olması faktının təsdiq olunması ilə bağlı Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. Biləsuvar rayon məhkəməsi atalıq faktını müəyyən edərkən ciddi qanun pozuntularına yol verməklə xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Bundan sonra onlar tərəfindən rayon məhkəməsinə məlum qətnamənin surətinin verilməsi ilə bağlı müraciət olunmuş və məlum qətnamədə rayon İcra Hakimiyyətinin hüqüqlarına toxunulduğundan qətnamənin surəti rayon İcra Hakimiyyətinə xx xxxx 2018-ci il tarixdə verilmişdir. Biləsuvar rayon məhkəməsinin 2(022)-1076/17 nömrəli xx xxx 2017-ci iltarixli qətnaməsindən tərəflərindən apelyasiya şikayəti verilmiş və Biləsuvar rayon məhkəməsinin 2(022)-1076/17 nömrəli xx xxx 2017-ci iltarixli qətnaməsi Şirvan Apelyasiya məhkəməsinin xx xxxxxxxx 2018-ci iltarixli 2(106)-2675/2018 saylı qərardadı ilə ləğv edilmişdir. Bununla yanaşı, xx xxxxxxxx 2008-ci ildə doğulmş X13 adlı uşağın atasının Babayev Rafiq Bədir oğlu olması faktını müəyyən edən Biləsuvar rayon məhkəməsinin 2(022)-1076/17 nömrəli xx xxx 2017-ci il tarixli qətnaməsinin çıxarılmasından bir gün və qanuni qüvvəyə minməsindən 31 gün əvvəl xx xxx 2017-ci il tarixdə Bləsuvar rayon Notatiat kontorunun xüsusi Notariusu tərəfindən X5 qanun üzrə vərəsəsi olması haqqında qanunsuz olaraq şəhadətnamə yazılmışdır. Bütün bunlardan sonra Eyvazova Aynurə Böyükağa qızı, X5 Babayev Rafiq Bədir oğlunun qanun üzrə vərəsəsi olması haqqında şəhadətnaməni və vaxtilə ünvan 1 №-li ünvandakı evə R.Babayevin adına olan və evində saxlanılan özəlləşdirmə sənədlərini çıxarış almaq üçün ( halbuki Biləsuvar rayon DTİ və MHQ idarəsinin xx xxxxxxxx 2003-cü il tarixli 12 saylı iclas qərarı ilə özəlləşdirmə sənədlərini ləğv edilmişdir) Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı X12 təqdim etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestrinin 8 saylı X7 isə arxiv sənədlərinə baxılmadan Babayev Rafiq Bədir oğlunun qanunsuz müəyyən olunmuş vərəsəsi X5 adına ünvan 1 ünvandakı binaya 8 saylı X14 tərəfindən X5 adına xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyat aparılmaqla, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin seriya RX ******* nömrəli çıxarış yazılaraq verilmişdir. Halbuki həmin sənədlər İddiaçı başçısının xx xxxxxxxx 2002- ci il tarixli 643 saylı Sərəncamı ilə ləğv olunmuşdur və bu barədə də Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsinin rəsmi məlumat verilmişdir. Biləsuvar rayon DTİ və MHQ idarəsinin xx xxxxxxxx 2003-cü il tarixli 12 saylı iclas qərarı ilə özəlləşdirmə sənədlərini ləğv etmişdir. Bundan əlavə 8 saylı ərazi idarəsi çıxarış verərkən yerində əraziyə baxış keçirməli olduğu hallda baxış keçirməmiş və müayinə aktı tərtib etməmişdir. ünvan 1 nömrəli ünvanda olan bir mərtəbəli 5 otaqlı, ümumi sahəsi 250.7 kvm olan xx.xx.2017-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə X5 adına hüquqi qeydiyyata alınmış yaşayış mənzilinə verilmiş Seriya ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında və Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış və Çıxarışın verilməsinə səbəb olan müvafiq sənədlərin verilməsi ilə bağlı ƏMDK-nin yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə xx.xx.2017-ci il tarixli 2/278 saylı məktubla tərəfimizdən sorğu göndərilmişdir. ƏMDK-nin yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli '"********** saylı cavab məktubuna əlavə olunmuş sənədlərə baxış keçirərkən bir daha məlum olmuşdur ki, X5 adma ********** nömrə ilə hüquqi qeydiyyata alınmış və yaşayış mənzilinə Seriya ******* nömrəli Hüquqların Dövlət qeydiyatı haqqında və Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilərkən 8 saylı Ərazi İdarəsininin arxivində saxlanılan arxiv sənədlərinə baxılmamışdır. Belə ki, baxılsaydı, Biləsuvar rayon DTİ və MHQ idarəsinin xx xxxxxxxx 2003-cü il tarixli 12 saylı iclas qərarı ilə Biləsuvar şəhəri, S ahil küçəsi 2 saylı 1 mərtəbəli bina X6 mülkiyyətindən çıxarılmış və özəlləşdirilməsi ləğv edildiyini görərdilər. Yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 1 ünvandakı binaya Hüquqların Dövlət qeydiyyatı haqqında və Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı X14 tərəfindən X5 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli çıxarışın etibarsız ləğv edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə DƏDRX 8 saylı X4 müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı X14, X5 adına aparılmış xx.xx.2017ci il tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasəniddia ərizəsinin təmin olunması barədə müvafiq qərar qəbul edilməsi məhəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 nümayəndəsi və üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 nümayəndəsinin və üçüncü şəxs X5 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8-ci maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 xx xxxxxx 2019-cu il tarixli, **********11 saylı məktubunda qeyd edilmişdir: “İddiaçı xx xxxxxx 2019-cu il tarixli, 1/580 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X14 təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri əsasında daşınmaz əmlakın dövlət qeydiyyatını aparır. Daşınmaz əmlaka (mənzilə) verilmiş çıxarışın ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 səlahiyyəti xaricindədir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X14 daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunan qanunvericiliyə əsasən Xidmətin 8 saylı X14 tərəfindən X5 adına mənzilə verilmişxx xxxx 2017-ci il tarixli, **********28-05101- 093001 reyestr nömrəli çıxarışın ləğvi ilə əlaqədar aidiyyatı üzrə Məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxx 1997-ci il tarixli, 505 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsi haqqında” x xxxx 1997-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Biləsuvar pambıqtəmizləmə zavoduna məxsus əmlakın dəqiqləşdirilməsi ilə bağlı onun bazasında yaradılmış “Biləsuvar-Pambıq” Səhmdar Cəmiyyətinin nizamnamə kapitalında dəyişiklik olduğunu nəzərə alaraq qərara alıram: ... “Bu sərəncama 1 saylı əlavədə göstərilən və qalıq dəyəri ******* manat olan sosial obyektlər İddiaçı sərəncamına verilsin və Səhmdar Cəmiyyətin nizamnamə kapitalına daxil edilməsin”. İş materiallarında olan İddiaçı başçısının xx xxxxxx 1999-cu il tarixli, 1549 nömrəli sərəncamından görünür ki, əvvəllər rayon Pambıqtəmizləmə zavodunun balansında olmuş qonaq evi mənzil fondu kimi rayon Mənzil Təsərrüfatı Təmir X1 balansına verilmişdir. İş materiallarında olan xx xxxxxx 1999-cu il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxx 1997-ci il tarixli 505 saylı və İddiaçı başçısının xx xxxxxx 1999-cu il tarixli, 1549 saylı sərəncamlarına əsasən əvvəllər Biləsuvar Pambıqtəmizləmə zavodunun balansında olmuş, bir mənzilli balans dəyəri 12800000 manat olan birmərtəbəli yaşayış evi (qonaq evi) rayon Mənzil Təsərrüfatı Təmir X9nə xx xxxxxx 1999-cu il tarixdə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı başçısının xx xxxx 1999-cu il tarixli, 1716 nömrəli sərəncamından görünür ki, Biləsuvar şəhəri, Sahil küçəsi, 2 nömrəli birmərtəbəli, 5 otaqlı mənzil Biləsuvar şəhər sakini Babayev Rafiq Bədir oğluna verilmişdir. İş materiallarında olan xx xxxx 1999-cu il tarixli, 151 nömrəli orderdən görünür ki, Sahil küçəsində 2 nömrəli evdə, 1-ci mərtəbədə yerləşən 5 otaqdan ibarət 68 kv.m mənzil sahəsi Babayev Rafiq Bədir oğluna verilmişdir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Biləsuvar şəhəri, Sahil küçəsində yerləşən birmərtəbəli, 5 otaqlı, 2 nömrəli mənzil şəxsi mülkiyyət hüququ əsasında M.İ.S-in xx.xx.1999-cu il tarixli, 2 nömrəli forma və İHB-nın 151 saylı orderi əsasında Babayev Rafiq Bədir oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, MİS-in xx.xx.1999-cu il tarixli, 11 saylı 2 nömrəli forma arayışı və 151 saylı order əsasında Babayev Rafiq Bədir oğlunun adına texniki pasport verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 1999-cu il tarixli, 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 108.7 kv.m olan 5 otaqlı mənzil Babayev Rafiq Bədir oğlunun adına əvəzsiz olaraq özəlləşdirilmiş və onun şəxsi mülkiyyətinə keçirilmişdir. İş materiallarında olan Babayev Rafiq Bədir oğlunun İddiaçı başçısına ünvanladığı xx.xx.2002-ci il tarixli ərizədə qeyd olunmuşdur: “mən mənzil problemi ilə bağlı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişəm. Müharibə veteranı olduğum nəzərə alınaraq dövlət tərəfindən mənə rayon Mənzil Təmir X1 balansında olan mənzil verilmiş və qanunamüvafiq qaydada tərəfimdən özəlləşdirilmişdir. Əgər indi Rayon İcra Hakimiyyətinin həmin mənzilə zəruri ehtiyacı varsa mən həmin mənzilin İddiaçı balansına verilməsinə etiraz etmirəm”. İş materiallarında olan İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamından görünür ki, İddiaçı başçısının Qonaq evinin mənzil fondu kimi rayon MTTİİS-nin balansına verilməsi barədə xx xxxxxx 1999-cu il tarixli 1549 №-li və Rafiq Bədir oğlu Babayevə kommunal mənzil verilməsi barədə xx xxxx 1999-cu il tarixli 1716 №li sərəncamları ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı başçısının “sərəncamlarının qeydiyyat kitabı”ndan çıxarışdan görünür ki, İddiaçı başçısının Qonaq evinin mənzil fondu kimi rayon MTTİİS-nin balansına verilməsi barədə xx xxxxxx 1999-cu il tarixli 1549 №-li və Rafiq Bədir oğlu Babayevə kommunal mənzil verilməsi barədə xx xxxx 1999-cu il tarixli 1716 №-li sərəncamlarının ləğv edilməsinə dair İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamı imza etdirilərək Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat idarəsinə və maraqlı tərəf Babayev Rafiq Bədir oğluna təqdim edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsinin xx xxxxxxxx 2002-ci il tarixli 2 saylı protokolundan (qərarından) çıxarışdan görünür ki, Biləsuvar şəhəri, Sahil küçəsi, 2 saylı, 1 mərtəbəli bina (mübahisəli əmlak) “Qonaq evi” kimi İddiaçı balansına keçirildiyi üçün vətəndaş R.Babayevin şəxsi mülkiyyətindən çıxarılması və özəlləşməsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş Babayev Rafiq Bədir oğlunun vərəsəsi X11r, 1/1 pay almalıdır. Həmçinin Babayev Rafiq Bədir oğlunun miras əmlakı ünvan 3 ünvanında yerləşən 250.7 kv.m, ümumi 142 kv.m, yardımçı 108.7 kv.m 5 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan seriya RX, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Babayev Rafiq Bədir oğlunun adına rəsmi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı başçısının xx xxxxxx 2016-cı il tarixli 204 saylı sərəncamından görünür ki, qonaq evi kimi 1985-ci ildə tikilərək istismara verilən, ilkin dəyəri 31900,0 (otuz bir min doqquz yüz) manat ümumi torpaq sahəsi 4192,6 m2 olan qonaq evinin saxlanılması xərclərinin ödənilməsi və yaşıllıqlara xidmət göstərilməsi məqsədilə xx xxxxxx 2016-ci il tarixdən İddiaçı balansından çıxarılaraq Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli aktdan görünür ki, İddiaçı Başçısının xx xxxxxx 2016-cı il tarixli 204 saylı sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən İddiaçı balansında olan 1985-ci ildə tikilərək istismara verilən ilkin dəyəri 31900 (otıız bir min doqquz yüz ) manat ümumi torpaq sahəsi 4192,6 kv.m olan Qonaq evi binası (tikintialtı sahə 546,6 kv.m) Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının məhkəməyə göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli, 33 nömrəli məktubunda qeyd olunmuşdur ki, Biləsuvar şəhəri, Sahil küçəsi, 2 ünvanında yerləşən, ilkin balans dəyəri 31900 manat olan Qonaq evinin saxlanılması xərclərinin ödənilməsi və yaşıllıqlara xidmət göstərilməsi məqsədi ilə Biləsuvar RİH Başçısının xx xxxxxx 2016-cı il tarixli 204 saylı sərəncama əsasən Biləsuvar şəhər Kommunal Müəssisələrinin balansına verilmişdir. Həmin dövrdən Qonaq evində İddiaçı Başçıları yaşamışdır. Qonaq evində ötən dövr ərzində Babayev Rafiq Bədir oğlu, Eyvazova Aynurə Böyükağa qızı və oğlu Babayev Rafiq Rafiq oğlu yaşamamışdır. İş materiallarında olan Mənzil Təsərrüfatı Təmir X1 məhkəməyə göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli, 15 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanındakı qonaq evi 2000-ci il tarixdən 2016-cı il tarixə kimi İddiaçı balansında olmuş və Mənzil Təsərrüfatı Təmir X9 tərəfindən xidmət göstərilmişdir. Həmin dövr ərzində qonaq evində rayon İcra Hakimiyyəti başçıları yaşamışdır. Qonaq evində ötən dövr ərzində Babayev Rafiq Bədir oğlu, Eyvazova Aynurə Böyükağa qızı və oğulları Babayev Rafiq Rafiq oğlu yaşamamışlar. Məhkəmə araşdrıması zamanı müəyyən edildi ki, İddiaçı başçısının xx xxxx 1999cu il tarixli 1716 saylı Sərəncamı ilə ünvan 1 nömrəli ünvanda olan birmərtəbəli, 5 otaqlı, 68 kvm yaşayış sahəsi (qonaq evi) Biləsuvar şəhər sakini Babayev Rafiq Bədir oğluna order əsasında komunal mənzil kimi verilmişdir. Sonradan İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamı ilə Babayev Rafiq Bədir oğluna kommunal mənzil (qonaq evinin) verilməsi barədə xx xxxx 1999-cu il tarixli 1716 №-li sərəncamı ləğv olunmuşdur. Həmin sərəncamdan sonra ünvan 1 №-li ünvanda yerləşən balans dəyəri 159500 min manat olan 1 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 108.7 kv.m olan qonaq evi İddiaçı balansına və sərəncamına qaytarılmışdır. İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamı və mənzildən (qonaq evindən) imtina etməsi ilə bağlı Babayev Rafiq Bədir oğlunun xx xxxxxx 2002-ci il tarixli razılıq ərizəsinin surətləri Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat idarəsinə və maraqlı tərəf Babayev Rafiq Bədir oğluna İddiaçı başçısının sərəncamlarının qeydiyyat kitabında imza etdirilərək təqdim edilmişdir. Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsinin xx xxxxxxxx 2002-ci il tarixli 2 saylı qərarı ilə Biləsuvar şəhəri, Sahil küçəsi, 2 saylı, 1 mərtəbəli bina (mübahisəli əmlak) vətəndaş R.Babayevin şəxsi mülkiyyətindən çıxarılmış və onun adına aparılmış özəlləşmə (qeydiyyat) ləğv edilmişdir. Lakin, ilkin hüquqmüəyyənedici sənəd hesab olunan İddiaçı başçısının xx xxxx 1999-cu il tarixli 1716 saylı Sərəncamı və həmin sərəncam əsasında R.Babayevin adına aparılmış özəlləşmə (qeydiyyat) ləğv olunmasına baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestrinin 8 saylı X14 həmin sənədlərə əhəmiyyət vermədən Babayev Rafiq Bədir oğlunun müəyyən olunmuş vərəsəsi X5 (iş üzrə üçüncü şəxsin) adına ünvan 10 ünvandakı mənzilə (qonaq evinə) dair xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyat aparılmaqla, xx.xx.2017-ci il tarixli, seriya RX ******* nömrəli çıxarış vermişdir. İddiaçı, X5 adına aparılmış xx.xx.2017-ci tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə139-1.1.4). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər (maddə149.2). Həmin Məcəlləni 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.4). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən daşınmaz əmlak (qonaq evi) üzərində üçüncü şəxsin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına səbəb İddiaçı Başçısının xx xxxx 1999-cu il tarixli 1716 saylı Sərəncamı və həmin sərəncam əsasında R.Babayevin (üçüncü şəxsin atasının) adına aparılmış qeydiyyat olmuşdur. Lakin həmin sərəncam İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamı ilə, R.Babayevin (üçüncü şəxsin atasının) adına aparılmış qeydiyyat isə Biləsuvar rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsinin xx xxxxxxxx 2002-ci il tarixli 2 saylı qərarı ilə ləğv edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı başçısının xx xxxxxxxx 2002-ci il tarixli 643 saylı sərəncamı nə üçüncü şəxs nə də ki, onun atası (R.Babayev) tərəfindən mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasına səbəb olan ilkin hüquqmüəyyənedici sənədlər - sərəncam və R.Babayevin adına olan qeydiyyat ləğv edildiyindən, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış mülkiyyət hüququnun qeydiyyatının və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının (İddiaçı) mülkiyyətində (balansında) olan daşınmaz əmlaka (qonaq evinə) 3-cü şəxsin dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X3rşı «xx.xx.2017-ci tarixli ********** nömrəli qeydiyyatın və xx.xx.2017-ci il tarixli seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi» barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. AzərbaycanRespublikasının İnzibatiProsessualMəcəlləsinin108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş üzrə məhkəmə xərcləri yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X5 adına aparılmış xx.xx.2017-ci tarixli ********** nömrəli qeydiyyat və xx.xx.2017-ci il tarixli seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar