Məhkəmə qərarları › İş №2-1(120)-413/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-413/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-413/2025 24.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı vəkili X4, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya orqanizmin funksiyalarının pozulması N1-60 % olmaqla əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.202N-cü il tarixli, 2-1(112)-8725/202N nömrəli qərardadı ilə iddia tələbi üzrə iş, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırki iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-N685/202N saylı, xx.xx.202N-cü il tarixli qərardadı ilə iş üzrə Lənkəran şəhər Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1102/2024 nömrəli qərardadı ilə iş üzrə İddiaçı (şəxsiyyət vəsiqəsi-AA*******) əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, N-17-4/2-7184/2024 saylı məktubuna əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının R00057272AER nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” X18 T60/25 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, Z.B.Əsədovun iş materiallarında olan tibbi sənədlərinə əsasən adına Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəıfmdən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R00057272AER saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi, davranış və yaddaşın enməsi ilə. Ağırlaşmalar: F06.N-Əhvalm üzvi mənşəli (affektiv) pozuntusu. Qapalı kəlləbeyin travması nəticəsində baş beyin silkələnməsi, davranış və yaddaşın enməsi ilə. affektiv pozuntuintihar cəhdləri; F4N.1- Posttravmatik stress pozuntusu; S06.O-Baş beyin silkələnməsi” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, psixi status, diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK- in ekspertləri tərəfindən 0%-qeyd edilmiş və şəxsin DTSERA-da müayinələri zamanı əlillik təyinatına əsas verə biləcək yaddaş, qavrama pozuntusu, psixo-produktiv psixosimptomatika, şəxsiyyət dəyişikliyi əlamətləri izlənməmiş, əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. İş materiallarında olan tibb müəssisəsinin verdiyi Forma 88 göndərişlərinin tam doldurulması müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və və iddiaçıya orqanizmin funksiyalarının pozulması N1-60 % olmaqla əlilliyin müəyyən edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı birinci Qarabağ döyüşlərinin qazisi 4 yanvar 1994-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin əmrinə əsasən ordu sıralarına həqiqi hərbi xidmətə yollanmışdır.Həmin vaxtdan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 877-saylı hərbi hissəsində birinci Qarabağ müharibəsində ağır döyüşlərə qoşulmuşdur.1994-cü il aprel ayından Ağdam şəhəri Güllücə kəndində gedən ağır döyüşlərdə "Kəllə Beyin travması","Şəxsiyyət pozuntusu"və "Epelepsiya"kimi xəsarətlər almışdır. Mingəçevir şəhərində yerləşən mülki xəstəxanada stasionar müalicə və müayinələrə cəlb olunmuşdur. Müalicədən sonra yenidən Qarabağın müdafiəsi uğrunda döyüşlərə qayıtmışdır.Azərbaycan Respublikası Müdafiə Nazirliyi 888,190,701-saylı hərbi hissələrdə ağır döyüş yolları keçmişdir. xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin əmrinə əsasənTərtər rayonu,Qafan kəndində yerləşən 701saylı hərbi hissədən tərxis olunmuşdur. N il döyüş yolları keçmişdir. Ağır döyüşlərdə aldığı xəsarətlər nəticəsində sağlamlığında baş verən ağırlaşmalar nəticəsində əmək qabiliyyətinin 80%,100%-ə qədərini itirdiyinə görə xəstəxanaların müalicə və müayinə haqqında verdikləri çıxarışlarına əsasən ərazi üzrə Lerik rayonu poliklinikası "Kəllə Beyin travması","Şəxsiyyət pozuntusu"və "Epelepsiya" diaqnozu ilə 2008-ci il tarixdə TSEK-ə göndəriş vermişdir. Azərbaycan Respublikası Lənkəran rayon regional TSEK-2008-ci il tarixdən,4 avqust 2021-ci il tarixədək ona (ikinci qrup) əlilliyin təyin olunması barədə qərar qəbul olunmuşdur.Təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar o, yenidən ilk dəfə 2021-ci il avqust ayında xəstəxanalarda müayinə və müalicələr haqqında çıxarışları poliklinikaya təqdim etdi və poliklinika Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi -Sosial Ekspert Komisiyasına 2-ci qrup əlilliyin verilməsi barədə müraciət etmiş, sonuncu "diaqnoz əlillik əlaməti təyin etmir" barədə əlilliyin verilməsi əsassız və qanunsuz imtina qərar qəbul etmişdir. O, yenidən xəstəliyiylə əlaqədar müayinə və müalicələr üçün xəstəxanalara müraciət etdi. Müayinə və müalicələr barəsində çıxarışları TSEK-ə müraciət olunması üçün Lerik rayon Mərkəzi xəstəxanasına təqdim etdi. Lerik rayon Mərkəzi Xəstəxana 20 fevral 202N-cü il tarixdə əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə elektron müraciət etdi sonuncu "diaqnoz əlillik əlaməti təyin etmir" barədə əlilliyin verilməsi əsassız və qanunsuz imtina qərar qəbul etmişdir. Bu barədə rəsmi bildiriş,1N mart 202N-cü il tarixdə elektron qaydada mənim mobil telefonuma göndərilmiş,imtina qərarını rəsmi olaraq portaldan xx.xx.202N-cü il tarixdə əldə etmişdir. O, 1994-cü il aprel ayından birinci Qarabağ döyüşlərində iştirakı zamanı aldığı xəsarətlər nəticəsində bu günə qədər əlildir. Əmək qabiliyyətini 80,100%-ə qədər itirmişdir. Heç bir yerdə işləyə bilmir. Azərbaycan Respublikasının Lerik rayon hərbi komissarlığının xx.xx.2005-ci il tarixli 579-saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının qornizon hərbi həkim tərəfindən verilmiş şəhadətnamədən, Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli TQS №088-saylı göndərişindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,"Psixi Sağlamlıq Mərkəzi"-nin verdiyi səhhətindəki xəstəliklər nəticəsində olan ağırlaşmalar və diaqnozlar barəsində 01 avqust 2022-ci il tarixli,№27NN4 saylı arayışından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Psixiatriya Xəstəxananın səhhətindəki xəstəliklərin nəticəsində ağırlaşmalar və diaqnoz barəsində xx.xx.2022-ci il tarixli arayışda,2 saylı X6 xx.xx.2022-ci il tarixdən,xx.xx.2022-ci il tarixədək müayinə və müalicələr haqqında verdiyi 62N9/22-saylı ,xx.xx.2022-ci il tarixli çıxarışında, Azərbaycan Respublikası Lerik rayon Mərkəzi Xəstəxanasının müayinələr və müalicələr haqqında verdiyi xx.xx.2022-ci il tarixli,0N8NN69-saylı X15 çıxarışda,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 1N1 saylı,xx.xx.2022-ci il tarixli stosionar müalicə və müayinələr haqqında çıxarışında,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixdən,xx.xx.2021-ci il tarixədək stosionar müayinə və müalicələr, xəstəliklə bağlı diaqnoz naqqında verdiyi 0711N6 saylı,xx.xx.2021-tarixli çıxarışında, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,2 saylı Psixiatriya Xəstəxanasının müalicə və müayinələr,diaqnoz barəsində verdiyi NN27 saylı,xx.xx.2022-ci il tarixli çıxarışlarında görünür ki, döyüşlər zamanı aldığı xəsarətlər nəticəsində onun əmək qabiliyyətinin 80-100% itirilmişdir və xəstəlikdən irəli gələn fəsadlar nəticəsində dahada ağırlaşmalar baş verir ki, buda on 2-ci qrup əlillik təyin edilməsi üçün əsas verir. Bütün bunlara baxmayaraq, cavabdeh qanunsuz olaraq 2-ci qrup əlillik verilməsi barədə rəy verməkdən imtina edilmişdir. Ona görə iddia ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 -Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə - beyin travmasından sonrakı astenik vəziyyət .Postravmatik serebral araxnoidit , hipertenzion sindromla , tez -tez baş verən epileptik tutmalarla Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik Xəstəliklərin Beynəlxalq Təsnifatı: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə - beyin travmasından sonrakı astenik vəziyyət,Postravmatik serebral araxnoidit, hipertenzion sindromla , tez -tez baş verən epileptik tutmalarla Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik Xəstəliklərin Beynəlxalq Təsnifatı: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasında sonrakı ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif(travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli),kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin va xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri.Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın ... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması nəticəsindəyaranmış davamlı qalıq əlamətləri. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: 1995-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri,instrumental müayinələr ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın ... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travması nəticəsində yaranmış davamlı qalıq əlamətləri. Mərkəzi göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edildi” səbəbi ilə imtina verilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində baş beynin silkələnməsi, davranış və yaddaşın enməsi ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlamət təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və 09 mart 202N-cü il tarixli qərarla barəsində Diaqnoz əlillik əlamət təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili X9 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.N-cü maddəsinə əsasən məhkəmə N-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.N-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, N.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə heaab edir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin N8-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -İşdə olan “Məhkəmə-Tbbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2024cü il tarixli, 5078 saylı məktubuna əsasən, vətəndaş İddiaçı iddiası ilə bağlı təyin etdiyi məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: 2.2 -beyin travmasından sonrakı astenik vəziyyət. Postravmatik serebral araxnoidit, hipertenzion sindromla, tez-tez baş verən epileptik tutmalarla) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: 2.2) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: 2.2) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: 2.2) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. -İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixində Lerik rayonu Birkandul kəndində anadan olmuş, Lerik rayonu yaşayış yeri üzrə qeydiyyatdadır. -İşdə olan 01N646 nömrəli veteranlıq vəsiqəsinin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, və xx.xx.1994-cü ildə hərbi hissəyə göndərilmişdir. -İşdə olan 1787N5 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Əsədov X11 müharibəsində iştirak etmiş və İİ qrup əlildir. -İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı XN xx.xx.2022 saylı elektroensefaloqrafiyasına əsasən, İddiaçı yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur. -İşdə olan 22 noyabr 2005-ci il tarixli, 1509 nömrəli X7 əsasən, keçirilmiş qapalı kəllə-beyin travmasının (xx.xx.1994)mikroocaqlı üzvi nevroloji nişanələr, asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı:”Xəstəliklər cədvəlinin” 2NC maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma)əsasən Dinc dövrdə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlıdır. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2024-cü il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.N. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; N. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; N. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.N. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; N. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; N. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; N. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; N. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; N. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. N.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: N.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; N.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; N.1.N. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – N1-60 faiz. N.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.N. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.N. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin N (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X5 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. N.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. N.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın N.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. N.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, N.2-ci və N.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın N.8-ci bəndinə uyğun olaraq baxılır. N.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. N.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.N. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.9. Orqanizmin funksiyalarının N0 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, N0 faizdən artıq pozulması hallarında isə N1-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.1N. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi N0 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş X00207N92ECC saylı, xx.xx.2024-cü il tarixli göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstənin ümumi vəziyyəti orta ağırlıqdadır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-41N/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmənin bu qənaəti məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 məhkəməyə ünvanladığı xx.xx.2025-ci tarixli 264N saylı rəyi ilə də təsdiq edilir. Ekspert rəyində göstərilmişdir ki, İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ VƏ KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi, dekompensasiya dövri F07.0” diaqnozunun təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval- ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ.Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual:xx.xx.1975-ci ildə Lerik rayonu, Birkandul kəndində anadan olmuş və Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan İddiaçı (AA*******) oğlunun əyani müayinə zamanı müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları müəyyən edilsin (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməklə). Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ VƏ KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ” (F07.0) aşkar edilir. 2-ci sual: Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırımı?Cavab: Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.N-cü sual: Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasə əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı?Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi?Cavab: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur və aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir.5-ci sual: xx.xx.1975-ci ildə Lerik rayonu, Birkandul kəndində anadan olmuş və Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan İddiaçı (AA*******) oğlc barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu?Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.6-cı sual: İddiaçı əyani müayinə zamanı forma 88 arayışında qeyd edilən müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu üzrə ağırlaşmalar mövcuddurmu? Diaqnozun “X1”nın hansı xəstəliyin koduna aid olması və bu xəstəliyinin ağırlaşmaları barədə məlumat və məlumatı təsdiqləyən sənədlər. Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ VƏ KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ” (F07.0) aşkar edilir. 7-ci sual: xx.xx.1975-ci ildə Lerik rayonu, Birkandul kəndində anadan olmuş və Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan İddiaçı (AA*******) oğlu üzərində aparılan canlı müayinələrin nəticələri əsasında (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər nəzərə alınmaqla) təyin olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd olunan diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü? Mümkündürsə, həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il N0 dekabr tarixli 41N nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin hansı bəndinə uyğundur və Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə hansı xəstəlikdir? "Əlilliyin müəyyən olunması meyarları"nın hansı bəndinə uyğundur? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 8-ci sual: Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş X00207N92ECC saylı, xx.xx.2024-cü il tarixli göndəriş əsasında İddiaçı əlil təyin olunmasından “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı müəyyən olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları” bölməsi aşağıdakılar üzrə göstərilmişdir:

7. 6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F 07.0 postensefalit sindromu F 07.1 postkontuzion sindrom F 07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F üzvi mənşəli şəxsiyyət və davranış 07.8 pozuntuları Qiymətləndirmə

7. əmək qabiliyyətinin N5 2 il 6.2.1. nəzərəçarpacaq dərəcədə azalmasına, -60 ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

Məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları” bölməsi, Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0”- 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi tətbiq edilməlidir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz X00207N92ECC saylı, xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0”- 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 7N.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının X00207N92ECC saylı, xx.xx.2024-cü il tarixli göndərişə əsasən qəbul edilmiş xx.xx.2024cü il tarixli qərarı ləğv edilsin və həmin vaxtdan İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının N1-60 % dərəcəsi ilə əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyi (orqanizmin funksiyalarının N5-60 % itirilməsi- 2 il müddətinə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən N0 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, N) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar