Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-414/2022 11.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə NN mart 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı kimi pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanının ünvan 4sinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 3N.08.202N-ci il tarixli, 2-N(NN2)-932N/202N nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx N73-cü ildə Lənkəran rayonu, Daşdatük kəndində doğulmuşdur. N2-ci ildə hərbi xidmətə getmiş və N nömrəli hərbi hissə komandirinin 05.07.N2-ci il tarixli, N nömrəli əmrilə həmin hərbi hissənin şəxsi heyətinin sırasına daxil olmuşdur. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, N nömrəli əmrilə Qarabağ döyüş əməliyyatları bölgəsinə gedərək döyüş əməliyyatlarında iştirak etmişdir. N5 aprel N4-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyi zaman cəbhənin Füzuli bölgəsində Şişqaya uğrunda gedən döyüşlərdə yaralanmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, N06 nömrəli əmrilə hərbi xəstəxanaya göndərilmiş və 09 may N4-cü ilə qədər hospitalda müalicə almışdır. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrilə hərbi hospitalın qazan təminatından çıxarılmışdır. N iyul N4-cü ildə təkrar hərbi hospitala göndərilmişdir. Hospitaldan çıxandan sonra hərbi xidmət müddətini başa vurduğu üçün hərbi xidmətə qayıtmamışdır. Bu deyilənlərin hər biri Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 3N.03.202N-ci il tarixli, 9/2-2635 nömrəli Arxiv Arayışında öz təsdiqini tapmışdır. Bundan əlavə, N nömrəli hərbi hissə komandirinin 30.03.N8-ci il tarixli, 26N nömrəli arayışı ilə müharibədə iştirak etdiyi təsdiq olunmuşdur. Müharibədə yaralanmağı isə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli, 304 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Onu da qeyd edir ki, hərbi xidmətə qayıtmamağı ilə əlaqədar haqqında cinayət işinin başlanması Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli qərarının təsiri altına düşdüyü üçün Lənkəran qarnizonu hərbi prokurorunun 09 aprel N8-ci il tarixli qərarı ilə rədd edilmişdir. O, müharibə veteranı adı almaqdan ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, həmin komissiyanın 28 aprel 202N-ci il tarixli iclasında müraciətinə baxılmış və haqqında müsbət qərar qəbul edilməmişdir. O, rayonun ucqar kəndində doğulub normal təhsil ala bilməmiş, erkən yaşlarından əvvəl atasını, sonra isə anasını itirmişdir. Çox böyük əziyyət və zəhmətlə, məhrumiyyətlə böyümüş, N8 yaşında isə vətənin dar günündə silaha sarılıb canından artıq sevdiyi vətənin müdafiəsinə qalxıb, bu yolda öz sağlamlığını itirmişdir. Ailəlidir, dörd övlad sahibidir. İki oğlu var, biri hərbi xidmətini başa vurub, digəri isə hazırda Silahlı Qüvvələrdə xidmətini davam etdirir. Bütün bunlar onun və ailəsinin vətənə olan sevgisinin bariz nümunəsidir. İddiaçı göstərilənlərə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N88-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Əsasnamənin N-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası CPM-nin 39.N.N, 39.N.2 və 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Bununla da cinayət təqibinin xitam verilməsinin əsaslarından olan 39.N.N2-ci maddəsində nəzərdə tutulan amnistiya aktı cinayət təqibinə xitam verilməsinin bəraətverici əsası hesab edilmir. İş materiallarında olan Lənkəran qarnizonu hərbi prokurorunun 09 aprel N8-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli “Amnistiya haqqında” qərarına əsasən İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Digər tərəfdən iddiaçıya məxsus hərbi biletin 23-cü səhifəsində N7 oktyabr N7ci il tarixli “Amnistiya haqqında” qərara əsasən iddiçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət dövrünün nəzərə alınmamasına dair qeyd iddiaçıya «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsini istisna etmiş olur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin 3N.05.202N-ci il tarixli, N/B-N2543 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya daxil olmuş ərizəsinə baxılmış və 769 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 3N.03.202N-ci il tarixli, 9/2-2635 nömrəli və 2N.N0.202N-ci il tarixli, 4/2- N343 saylı Arxiv Arayışlarından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N8.06.N2-ci il tarixdə Lənkəran RHK-dan çağırılmış İddiaçı komandirin 05.07.N2-ci il tarixli, 82 №-li əmrilə (əsas: sıra-2, səh-6) şəxsi heyətin siyahısına salınması barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3cü il tarixli, 75 №-li əmrilə (əsas: §-4, sıra-N, əmrdə atasının adı Ağarədi yazılmışdır) sıravi İddiaçı Ağarədi oğlu məzuniyyətə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 77 №-li əmrilə (əsas: §-3, sıra-5) zenit divizion maşının komandiri sıravi İddiaçı məzuniyyətdən qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 87 №-li əmrilə (əsas: §-N, sıra-2) zenit divizionun sürücüsü sıravi Babayev X2 döyüş əməliyyatları bölgəsinə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N3-cü il tarixli, N25 №-li əmrində (əsas: §-9, sıra- 39, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Lerik rayonuna ezamiyyətə getməsi barədə məlumat vardır. Döyüş əməliyyatı zamanı yaralanmış sıravi İddiaçı Ağazəki oğlu N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, N06 №-li əmrilə (əsas: §-2, sıra- N2, əmrdə atasının adı Ağazəki yazılmışdır) hərbi xəstəxanaya göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 2N.04.N4-cü il tarixli, 75 №-li əmrində (əsas: §-2, sıra-N, əmrdə adı və atasının adı tam yazılmamışdır) N nömrəli hərbi hissənin sıravisi İddiaçı hospitalın qazan təminatına salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 09.05.N4-cü il tarixli, 87 №-li əmrində (əsas: §-3, sıra-6, səh-38, əmrdə adı və atasının adı yazılmamışdır) N nömrəli hərbi hissənin sıravisi İddiaçı hospitalın qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hospitala göndərildiyi üçün İddiaçı Ağarza oğlu N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, N34 №-li əmrilə (əsas: §-7, sıra-5, səh-9, əmrdə atasının adı Ağarza yazılmışdır) qazan təminatından çıxarılmışdır. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin 07.07.N4-3N.N2.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N () №-li hərbi hissənin 22.04.N2-ci ildən N.09.N2-ci ilədək, 05.N2.N3-cü ildən N0.05.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N7.0N.20N8-ci il tarixli, 304 nömrəli qərarından görünür ki, Lənkəran RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xdimət keçərkən 20.04.N4-cü ildə aldığı və 20.04.N4-cü ildən 09.05.N4cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz:- “Sağ topuğun arxa hissəsinin dəlib keçən qəlpı yarası” və şəhadətləndirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sağ ayağın dəlib keçən qəlpə yaralanmasının nəticələri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin 28.NN.20N7-ci il tarixli, N260 nömrəli göndərişi, 28.NN.20N7ci il tarixli 500 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 09.05.N4-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, 06.05.20N7-ci il tarixli, 3N nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan Lənkəran qarnizonu hərbi prokurorunun “Amnistiya akıtına əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə” 09 aprel N8-ci il tarixli qərarının surətindən görünür ki, “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N7-ci il tarixli qərarının N-ci bölməsinin, N-ci maddəsinin N.N və N.6-cı bəndlərinə əsasən N saylı hərbi hissənin sıravi əsgəri N73-cü il təvəllüdlü İddiaçı barəsində cinayət işi bağlanması rədd edilmişdir. Həmin qərardan aydın olur ki, sıravi əsgər İddiaçı N8.06.N2-ci il tarixdə Lənkəran rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən N5.04.N4-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissənin şəxsi heyəti tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N5.04.N4-cü il tarixdə qəlpə yarası alması ilə əlaqədar hospitala müalicəyə göndərilmiş, 06.07.N4-cü il tarixdə hospitaldan çıxdıqdan sonra bir daha xidmət yerinə qayıtmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin 03.NN.202N-ci il tarixli, N407 nömrəli arayışından görünür ki, xx.xx.N73-cü il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş, Lənkəran rayonu, Daşdatük kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı N8.06.N2-ci il tarixdə keçmiş Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə təhvil verilmişdir. N saylı hərbi hissənin şəxsi heyətinin tərkibində Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N5.04.N4-cü il tarixdə qəlpə yarası alması ilə əlaqədar qospitala müalicəyə göndərilmişdir. 06.07.N4-cü il tarixdə qospitaldan çıxdıqdan sonra bir daha xidmət yerinə qayıtmamışdır. İddiaçı barəsində 09.04.N8-ci il tarixdə Lənkəran hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N7-ci il tarixli Amnistiya qərarı tətbiq edilmiş və qeydiyyata durmaqdan ötrü Lənkəran hərbi komissarlığına göndərilmişdir. İddiaçı N4.04.N8-ci il tarixdən SHXÇDX-nin Lənkəran Rayon Şöbəsinin qeydiyyatındadır. İş materiallarında olan Lənkəran Şəhər, Rayon Polis Şöbəsinin 04.NN.202N-ci il tarixli, N54-3865N-N22N nömrəli məktubundan görünür ki, Lənkəran rayonu Daşdatük kəndində qeydiyyatda olan xx.xx.N73-cü il təvəllüdlü İddiaçı əvvəllər məhkum olunmamış, onun barəsində hal-hazırda Lənkəran Şəhər, Rayon Polis Şöbəsində heç bir təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N88-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25.04.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı N8.06.N2ci il tarixdə Lənkəran RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 05.07.N2-ci il tarixli, 82 №-li əmrilə şəxsi heyətin siyahısına salınmış, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 75 №-li əmrilə məzuniyyətə getmiş hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 77 №-li əmrilə məzuniyyətdən qayıtmış hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 87 №-li əmrilə Qarabağ döyüş əməliyyatları bölgəsinə getmiş, N5 aprel N4-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən Fizuli rayonu uğrunda gedən döyüşlərdə sağ topuğun arxa hissəsini dəlib keçən güllə yarası almış, N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, N06 №-li əmrilə hərbi xəstəxanaya göndərilmiş, 20.04.N4-cü ildən 09.05.N4-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuş, lakin müalicədən sonra hərbi hissəyə qayıtmamışdır. Lənkəran qarnizonu hərbi prokurorunun 09 aprel N8-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli “Amnistiya haqqında” qərarına əsasən İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, iddiaçıya məxsus hərbi biletin 23-cü səhifəsində N7 oktyabr N7-ci il tarixli “Amnistiya haqqında” qərara əsasən iddiçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət dövrünün nəzərə alınmamasına dair qeyd vardır. Göründüyü kimi, iddiaçı döyüşlərdə iştirak edərək yaralansa belə, müalicədən sonra hərbi xidmətə geri qayıtmamış və xidmət yerini özbaşına tərk etməklə ordudan qanuni əsalarla təxris edilməmişdir. O, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən o, müharibə veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-414/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-414/2022
11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver