Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4140/2025 19.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23ə qarşı “Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “26 dekabr 1998-ci il tarixli, JN-343, kod 91001004 nömrəli torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən, Sünbül X8 daimi istifadəsində olan 45 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmrinə əsasən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini və iddianın dəyişdirilərək “Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddia tələbi isə dəyişdirilərək “Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X8 1995-ci ildə yaradılmış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı olmuşdur. Hacıqabul Rayon İcra Hakimiyyətinin 23 dekabr 1996-cı il tarixli, 189 saylı sərəncamına əsasən, təsərrüfatının daimi istifadəsinə 45 hektar torpaq sahəsi ayrılmış, həmin sahənin sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş və 26 dekabr 1998-ci il tarixdə JN- 343, KOD 91001004 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı verilmişdir. İddiaçı X5raq onlara ayrılmış torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə etmişdirlər. Bu illər ərzində torpaq sahəsində kənd təsərrüfatı məhsullarının becərilməsi təmin edilmiş, fəaliyyəti rayonun sosialiqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və aqrar sektorun inkişafına mühüm töhfə vermişdir. 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 strukturuna daxil olan "xxxx" MMC tərəfindən təsərrüfatının daimi istifadəsində olan 45 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyətinə dair torpaq örtüyü haqqında hesabat tərtib edilmişdir. Eyni zamanda, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına dəstək məqsədilə təsərrüfata subsidiyalar ayrılmışdır. Həmin subsidiyalar 26 dekabr 1998-ci il tarixli JN-343, KOD 91001004 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı əsasında verilmişdir. Lakin qanunvericilikdə edilən dəyişikliklərə əsasən, bundan sonra subsidiyaların ayrılması yalnız torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra mümkündür. Bu məqsədlə, 45 hektar torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi üçün 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmişdir. Təəssüf ki, həmin idarə tərəfindən verilmiş 02 may 2025ci il tarixli, 3-21-3-38/2- 1207/2025 saylı məktubla bildirilmişdir ki, torpaq sahəsinin bir hissəsi hərbi hissənin aeroportunun ərazisi ilə üst-üstə düşdüyündən, digər hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqları kateqoriyasına aid edildiyindən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qeydiyyatdan imtina olunmuşdur. Mövcud vəziyyət təsərrüfatının subsidiyalardan məhrum qalmasına səbəb olmaqla yanaşı, kənd təsərrüfatının davamlı inkişafına da mənfi təsir göstərir. Məsələ ilə bağlı məhəkəmə tərəfindən dəstək göstəriləcək və yaranmış hüquqi-texniki maneələrin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir. Qeyd edilənləri nəzərə alaraq Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Hacıqabul rayonu ərazisində yerləşdiyindən və Hacıqabul rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə Hafiz İbrahimovun başçılığı ilə yaradılmış İddiaçı X13na ehtiyat torpaq fondundan əlavə olaraq 45 (qırx beş) hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-343, KOD 91001004 nömrəli dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X13na Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 45.00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Hacıqabul X24 Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3-24/2-1/2024 nömrəli məktubundan görünür ki, Dövlət Ehtiyat fondu torpaqlarının Hacıqabul rayonu ərazisində yerləşən İddiaçı X13na ayrılmış torpaqdan daimi istifadə nuququna dair JN-343 kod-91001004 dövlət aktına əsasən Hacıqabul rayon icra Hakimiyyəti oaşçısının 23 dekabr 1996-cı il tarixli 189 saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının stehsalı üçün ayrılmış 45 ha torpaq sahəsinə əsasən X15 İnformasiya Sistemində 2019-2020-ci ildə 45 ha buğda bəyanı, 2020-2021-ci ildə 4 ha arpa, 40 ha buğda bəyanı, 2021-2022ci ildə 45 ha arpa, 44.5 ha sorqo bəyanı (təkrar əkin), 2022-2023-cü ildə isə 45 ha buğda bəyanı vermişdir. İşdə olan Hacıqabul Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi X3, Hacıqabul bələdiyyəsinin sədri X10, 13 saylı Şirvan ərazi idarəsinin mühəndisi X6 və İddiaçı X8 nümayəndəsi X7 tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1996-cı il 189 saylı sərəncamı ilə Hacıqabul şəhərinin hüdudları daxilində İddiaçı X13na kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə məşğul olmaq üçün 26 dekabr 1998-ci il tarixli JN-343 (kod ********) “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə verilmiş 45.0 ha torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Torpaq sahəsi elektron uçot məlumatalarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi göstərilmişdir. Lakin, torpaq sahəsi örüş kimi istifadə olunmamış, uzun illər kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə əkin sahəsi kimi və faktiki olaraqda əkin altındadır. Həmçinin İddiaçı X13na ləğv edilmiş DT və XK tərəfindən verilmiş “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” baza məlumatlarında mövcuddur və torpaq sahəsinin qaimə sertifikat hissəsində də torpaq sahəsi əkin sahəsi kimi qeyd olunmuşdur. Torpaq sahəsinin döngə nöqtələrində mərz nişanları basdırılmışdır. Odur ki, torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilir. İşdə olan Hacıqabul Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi X3, N saylı hərbi hissənin nümayəndəsi X11, 13 saylı Şirvan ərazi idarəsinin mühəndisi X6 və İddiaçı X8 nümayəndəsi X7 tərtib etdikləri xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1996-cı il 189 saylı sərəncamı ilə Hacıqabul şəhərinin hüdudları daxilində İddiaçı X13na kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə məşğul olmaq üçün 26 dekabr 1998-ci il tarixli JN-343 (kod ********) ‘Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə verilmiş 45.0 ha torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək mərz nişanları basdırılmışdır. Torpaq sahəsi baza məlumatlarında N saylı hərbi hissə ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladı xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-1207/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ərazidə yerləşən 45.0 ha torpaq sahəsinin bir hissəsi hərbi hissənin aeroport ərazisi ilə üst-üstə düşür və‘eləcə də digər hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-1.-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə uyğun olaraq qısamüddətli müvəqqəti istifadə on beş ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün uzunmüddətli müvəqqəti istifadə isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirirk ki, təqdim edilmiş sənədlərin əsli deyil, surəti təqdim olunmuşdur. Eyni zamanda, “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu 23 aprel 2002ci il tarixli 311-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edildiydən İddiaçı X13 öz təşkilati-hüquqi formasını göstərən adın əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalı və hüquqi şəxsin tam adı, ünvanı, təsisçisi və qanuni təmsilçisi barədə məlumatları özündə əks etditən hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə və hüquqi şəxsin nizamnaməsi tərtib olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sizin müraciətinin icrasından imtina edilir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-4176/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:
1. Hacıqabul rayon icra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur.
2. Hacıqabul rayon icra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair" JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin ayrılarkən hansı baza məlumatlarına istinad oluması tərəfimizdən araşdırılması mümkün deyil. Hal-hazırda isə Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Hacıqabul rayonunun xəritəsində dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin altında olan torpaq sahəsi kimi göstərilmişdir.
3. Hacıqabul rayon İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylısərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı "Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir.
4. Hacıqabul rayon İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin faktiki koordinatları ilə baza məlumatlarında N saylı hərbi hissənin sənədlərində olan koordinatlar üst-üstə düşməsinə baxmayaraq faktiki olaraq naturada heç bir üst-üstə düşmə halı yoxdur. Üst-üstə düşən hissələr rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur.(ştrixlənmiş sahələr) İddiaçının və N saylı hərbi hissənin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında olan texniki səhv faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsindəki torpaq sahələri ilə bağlı mülkiyyət hüquqları pozulmayacağ.
5. Qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir.
6. Hacıqabul rayon icra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin üzərində tikili mövcud deyil.
7. Hacıqabul rayon icra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair" JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv varsa, həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacağ. İş materiallarında olan Hacıqabul rayon İcra hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 693 nömrəli arayışından görünür ki, həqiqətən Hacıqabul rayon icra 23 dekabr 1996-cı il tarixli 189 saylı sərəncamı ilə 45 (qırx beş) hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün verilən torpaq sahəsi İddiaçı kəndli (fermer) təsəttüfatınin istifadəsindədir. Qeyd olunan torpaq sahəsi verildiyi tarixdən təyinatına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və İddiaçı kəndli (fermer) təsərrüfatına qanunamüvafıq qaydada kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabina subsidiyalar verilmişdir.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X16rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair imtinada olan əsasların olmadığı müəyyən edilmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 23 dekabr 1996-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı əsasında İddiaçı X13na daimi istifadə üçün 45 hektar torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır, eyni zamanda həmin sərəncama dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda torpağın ayrılmasına dair Sərəncam ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Həmçinin iş materiallarına daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarıda əlavə edilmişdir ki, qeyd edilən aktlara əsasən torpaqla bağlı ilkin inventarlaşdırma işlərinin aparıldığı, torpaqdan təyinatı üzrə istifadə olunduğu və müvafiq xüsusi bilik tələb edən ekspertizanın keçirilməsi üçün zəruri olan əsasların olmadığı müəyyən edilmişdir. Eyni zamanda torpaq sahəsinin daimi istifadə hüququna dair JN-381, KOD 90806005 nömrəli dövlət aktı və yerquruluşu planı təsdiq edilmişdir ki, qeyd edilən cizgilərlə bağlı mübahisənin olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-4176/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən Hacıqabul rayon icra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-343, KOD 91001004 nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X8 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuş, Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Hacıqabul rayonunun xəritəsində dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin altında olan torpaq sahəsi kimi göstərildiyi, torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edildiyi, faktiki olaraq naturada heç bir üst-üstə düşmə halının olmadığı, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)- 263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 189 saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23in üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov