Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4144/2024 05.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Salyan Regional Təhsil İdarəsinə qarşı “sorğuya cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Salyan Regional Təhsil İdarəsinə ( bundan sonra mətndə Şirvan-Salyan Regional Təhsil İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək redaksiyaları tərəfindən, Şirvan- Salyan Regional Təhsil İdarəsinə göndərilmiş 16 fevral 2024-cü il tarixli 257 nömrəli informasiya sorğularının tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması barədə öhdəliyin cavabdehə həvalə olunması bardə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş; Məhkəmənin müvafiq sorğusuna Şirvan-Salyan Regional Təhsil İdarəsinin 3-29- 34/2-1967/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Cəlilabad rayonu, Gülməmmədli kənd sakini İddiaçı tərəfindən ünvanlanmış informasiya sorğusu tərəflərindən aidiyyəti üzrə cavablandırılmışdır. Məktuba əlavə olunmuş: Şirvan-Salyan RegionalTəhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-29-34/2- 1916/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğusunda bildirmiş olduğu informasiya sorğuları ünvanlanmış olduğu ümumi təhil müəssisələri tərəfindən aidiyyəti üzrə cavablandırılmışdır. Sorğu ünvanlanmış ümumi təhsil müəssisəsi rəhbərləri barədə sorğunu qanunvericilikdə müəyyən olunmuş müddətdən gec cavablandırdıqları üçün aidiyyəti üzrə tədbirlər görüləcəkdir. Biləsuvar rayon Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəb tərəfindən İddiaçı ünvanlanmış “İnformasiya sorğusuna cavab verilməsi barədə” cavab məktubda qeyd olunmuşdur ki, Biləsuvar rayon Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üzrə 22 sinif komplekti vardır. Məktəbdə ümumi şagirdlərin sayı 544 nəfərdir. Bunlardan 31 nəfəri məktəbəhazırlıq qrupu, 192 nəfəri ibtidai sinif, 321 nəfəri isə V-Xİ sinif şagirdləridir. 2023-2024-cü tədris ilində məktəbin birici sinifinə 42 şagird qəbul edilmişdir. 2023-2024-cü tədris ilində məktəbin şagirdi Respublika Fənn Olimpiadasında Tarix fənni üzrə 3-cü yer tutmuşdur. Məktəb üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakultətiv kursların) təşkili qaydas”ı-na əsasən dərsdənkənar məşğələlər keçirilməkdədir. Məktəbdə əlilliyi olan şagird yoxdur. Məktəbdə 60 nəfər işçi mövcuddur, bunlardan 38 nəfəri pedoqoji işçidir. 2023-2024-cü tədris ilində məktəbdə təmir-tikinti işləri aparılmamışdır. Hal-hazırda məktəbin heç bir avadanlığa ehtiyacı yoxdur. Məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmuşdur. Sərf olunan yanacağın ödənişi dövlət vəsaiti hesabına həyata keçirilir. Məktəbdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Biləsuvar rayon Təyyar Əliyev adına Yuxarı Cürəli kənd tam orta məktəb tərəfindən İddiaçı ünvanlanmış “İnformasiya sorğusuna cavab verilməsi barədə” cavab məktubunda qeyd olunmuşdur ki, Biləsuvar rayon Təyyar Əliyev adına Yuxarı Cürəli kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün 12 sinif komplekti mövcud olmuşdur. Məktəbdə ümumi şagirdlərin sayı 309 nəfər olub. Bunlardan 20 nəfəri məktəbə hazırlıq qrupu, 122 nəfəri ibtidai sinif, 167 nəfəri isə 5-11-ci sinif şagirdləri olublar. 1 şagird isə fiziki imkanları məhdud olduğundan evdə təhsil proqramına cəlb edilir. Məktəbin şagirdləri həm İX, həmdə Xİ siniflər üzrə buraxılmış imtahanlarında yüksək nəticə göstərmişdirlər. Məktəb üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakultətiv kursların) təşkili qaydası”na əsasən dərsdənkənar məşğələlər keçirilməkdədir. Məktəbdə 40 nəfər işçi mövcuddur, bunlardan 23 nəfəri pedaqoji işçidir. 2023-2024-cü tədris ilində məktəbdə təmir-tikinti işləri aparılmamışdır. Məktəb istilik sistemi ilə təchiz olunmuşdur. Sərf olunan yanacağın ödənişi dövlət vəsaiti hesabına həyata keçirilir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Salyan Regional Təhsil İdarəsinə qarşı “sorğuya cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4144/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4144/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver