Məhkəmə qərarları › İş №2-1(120)-415/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-415/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-415/2020 16.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdehnə qarşı “X2, X3, X9 Beyləqan rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X3, X9 Beyləqan rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2-1(120)-415/2020 saylı qərardadı ilə X2, X3, X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin 17 fevral 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X5, X6, X10 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, cavabdeh nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X11, X12, X14 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Beyləqan rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(020)-1606/2019 nömrəli qətnaməsinin surətini, Seriya RX ******* nömrəli çıxarışın surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İşdə olan Beyləqan rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(020)- 1606/2019 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, məhkəmənin qətnaməsi ilə İddiaçı cavabdehlər X7, X8 və X13 qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,15 ha yaşayış sahəsi 87 km.m və 3 otaqdan ibarət Beyləqan rayonu şərq qəsəbəsində yerləşən fərdi yaşayış yerindən cavabdehlər X11, X12 və X9 istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan RX ******* nömrəli çıxarışdan və xx.xx.2012-ci il tarixli, AN-İ, ******* nömrəli alqı satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Rəsulov X4 rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evini alqı-satqı yolu ilə aldıqdan sonra RX ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 18/137-10321R-3219 nömrəli məktubunda, ərizədə qeyd edilən şəxsləri Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən fərdi yaşayış evinizdən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunması qeyd edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununaəsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2).Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Rəsulov X4 rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisidir Rəsulov X4 rayon Polis şöbəsinə müraciət edərək Beyləqan rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evində qeydiyyatda olan X2, X3, X9 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Müraciətə cavab olaraq X2, X3, X9 inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılmasının mümkün olmadığı və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, İddiaçı iddia ərizəsi ilə Beyləqan rayon Məhkəməsinə müraciət edərək cavabdeh X2, X3, X9 Beyləqan rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etmiş və məhkəmənin 16 oktyabr 2019cu il tarixli, 2(020)-1606/2019 nömrəli qətnaməsi ilə X2, X3, X9 Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İşdən görünür ki, üçüncü şəxslər X2, X3, X9 mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, üçüncü şəxslər X2, X3, X9 Beyləqan rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Üçüncü şəxslər X2, X3, X9 Beyləqan rayonu, Dünyamalılar kəndi, 0.15 ha torpaq sahəsində 87 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar