Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-415/2023 16.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı11, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «Mülkiyyətlərinə verilmiş torpaq sahələrində müvafiq mərzçəkmə (naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi) işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələblərinə dair iddiaları üzrə inzibati işə 16 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı Qərarı əsasında JN-0249 (kod ********), JN-0278 (kod ********), JN-0276 (kod ********), JN-0244 (kod ********), JN- 0239 (kod ********), JN-0227 (kod ********), JN-0299 (kod ********), JN-0273 (kod ********), JN-0248 (kod ********), JN-0196 (kod ********), JN-0281 (kod ********), JN-0282 (kod ********), JN-0292 (kod ********), JN-0200 (kod ********), JN-0197 (kod ********), JN-0202 (kod ********), JN-0215 (kod ********), JN-0208 (kod ********), JN-0225 (kod ********) və JN- 0271 (kod ********) saylı dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrində müvafiq mərzçəkmə (naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi) işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı Qərarı ilə Saatlı rayonu Mollavaizli kəndi ərazisində yerləşən “Gənclik” təsərrüfatının üzvlərinə, yəni İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə JN-0249, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə JN-0278, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə JN-0276, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı4 və ailə üzvlərının mülkiyyətinə JN-0244, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı5 və ailə üzvlərinin mülkiyyətinə JN-0239, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı6 və ailə üzvlərinin mülkiyyətinə JN- 0227, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı17 və ailə üzvlərinin mülkiyyətinə JN-0299, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı7 və ailə üzvlərinin mülkiyyətinə JN-0273, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı18 və ailə üzvlərinin mülkiyyətinə JN-0248, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı8 və ailə üzvlərinin mülkiyyətinə JN-0196, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı12 və ailə üzvlərinin mülkiyyətinə JN-0281, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı13 və ailə üzvlərinin mülkiyyətinə JN-0282, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı14 və ailə üzvlərinin mülkiyyətinə JN-0292, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı15 və ailə üzvlərinin mülkiyyətinə JN-0200, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı16 və ailə üzvlərinin mülkiyyətinə JN-0197, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı11 və ailə üzvlərinin mülkiyyətinə jN-0202, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı19 və ailə üzvlərinin mülkiyyətinə JN- 0215, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı9 və ailə üzvlərinın mülkiyyətinə JN- 0208, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı20 və ailə üzvlərinin mülkiyyətinə JN-0225, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə və İddiaçı10 və ailə üzvlərinin mülkiyyətinə JN-0271, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı təyinatlı çöl pay torpaq sahələri verilmişdir. Sözügedən pay torpaq sahələrinə 24 iyun 2002-ci ildə dövlət aktları hazırlanmış və torpaq sahələrinin döngə, nöqtə və koordinatları təyin edilərək istifadələrinə verilmişdir. Sözügedən KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarının “ET” hissəsində olan torpaq sahələri Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşir. Sonradan məlum olmuşdur ki, KOD 90801018 saylı dövlət aktlarının “B” hissəsində olan və Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən təqribən 30 (otuz) hektar torpaq sahəsi həm də Saatlı şəhəri ərazisində yerləşən “M.B.Qasımov” adına təsərrüfatın üzvlərinin də mülkiyyətlərinə verilmişdir. Qeyd edilir ki, mübahisəli torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə, Saatlı şəhəri ərazisində yerləşən “M.B.Qasımov” adına təsərrüfatın üzvlərinə verilmişdir. Onların mülkiyyətlərinə verilmiş çöl pay torpaq sahələrinə 30 avqust 1999-cu ildə dövlət aktı hazırlanmış və paylanmışdır. Müvafiq dövlət orqanı tərəfindən torpaq sahələrinin sxemləri və bölgü layihələri hazırlanmışdır. Həmin lahiyələr yerində torpaq sahəsi üzərində tətbiq edilərkən məlum olmuşdur ki, təqribən 30 (otuz) hektar torpaq sahəsi həm Saatlı şəhər sakinlərinin, həm də Saatlı rayonu Mollavaizli kənd sakinlərinin mülkiyyətlərinə verilmişdir. Yəni mübahisəli 30 (otuz) hektar torpaq sahəsi hər iki təsərrüfatın bölgü layihəsinə daxil edilmişdir. Hal-hazırda iddiaçı torpaq mülkiyyətçiləri sözügedən torpaq sahələrindən istifadə edə bilmirlər. Saatlı şəhər sakinləri ilə aralarında mütəmadi mübahisələr yaranır. Dəfələrlə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin 13 saylı Şirvan Layihə Tədqiqat İdarəsinə şikayətlər yazmışlar və qəbullarda olmuşlar. Bu günə qədər şikayətləri müsbət həllini tapmamışdır. Bununla baglı son müraciətləri ilə bağlı onlara Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi 22.11,2021-ci il tarixli, **********74 nömrəli məktubla imtina edilmişdir. Daşınmaz Əmlak Dövlət Kadastrı və X8 Hüquqi şəxsinə qarşı ünvanladıqları məktublar cavabsız qalmışdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı Qərarı ilə, JN-0249 (KOD ********), JN-0278 (KOD ********), JN-0276 (KOD ********), JN- 0244 (KOD ********), JN-0239 (KOD ********), JN-0227 (KOD ********), JN-0299 (KOD ********), JN-0273 (KOD ********), JN-0248 (KOD ********), JN-0196 (KOD ********), JN- 0281 (KOD ********), JN-0282 (KOD ********), JN-0292 (KOD ********), JN-0200 (KOD ********), JN-0197 (KOD ********), JN-0202 (KOD ********), JN-0215 (KOD ********), JN- 0208 (KOD ********), JN-0225 (KOD ********) və JN-0271 (KOD ********) saylı dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələrində (dövlət aktlarının B hissəsində) müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddia qaldırmaq qərarına gəlmişlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Saatlı rayonu Mollavazlı kəndində 2000-ci ildə aqrar islahat aparılmış əraziyə dair tərtib edilmiş xəritə 13 saylı Şirvan Ərazi İdarəsinin arxivndə mövcud deyildir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın tabeliyində "xxxx" MMC-yə müraciət edilməsi tövsiyyə olunur. İddia tələbinə qarşı bildirirlər ki, tərəflərindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə indiki Saatlı şəhərinin, keçmiş “M.B.Qasımov” adına kolxozun ərazisində torpaq islahatı aparılmışdır. Torpaq islahatı zamanı pay alan subyektlərə iki hissədən ibarət olmaqla torpaq payı ölçülərək Dövlət Aktı verilmişdir. Saatlı rayon X4 02 oktyabr 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə indiki Mollavazlı kəndinin, keçmiş “Gənclik” kolxozunun ərazisində torpaq islahatı aparılmışdır. Torpaq islahatı zamanı pay alan subyektlərə iki hissədən ibarət olmaqla torpaq payı ölçülərək Dövlət Aktı verilmişdir. Lakin keçmiş “Gənclik” kolxozu indiki Mollavazlı kəndində mülkiyyətçilərə düşən pay torpaq sahəsinin ikinci hissəsinin 29,0 hektarı keçmiş “M.B.Qasımov” adına kolxozun indiki Saatlı şəhər sakinlərinə verilmiş pay torpaq sahəsinin ikinci hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin 29,0 hektar torpaq sahəsi indiki Mollavaizlı kəndinin, keçmiş “Gənclik” kolxozunun inzibati ərazi vahidliyinə daxil olmasına baxmayaraq, bu günə kimi indiki Saatlı şəhərinin, keçmiş “M.Qasımov” adına kolxozun sakinləri tərəfindən pay torpaqları kimi istifadə edilir. Buna görədə ərazidə mübahisə predmeti olduğundan və torpaq sahələrinin naturada tanıdılması mümkün olmadığından 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı tələb olunun iddianın əsassız hesab edilməsini xahiş edirlər. Qeyd olunan məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin Başçısı və digər aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmış və məsələnin həllinin tapılması üçün sözügedən 29.0 ha torpaq sahəsinə yaxın olan dövlət mülkiyyətinə aid X5 29.0 hektar torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Dövlət mülkiyyətinə aid X5 ayrılması nəzərdə tutulan 29.0 hektar torpaq sahəsinin əhalinin xüsusi mülkiyyətinə verilməsi üçün Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı11, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və cavabdehin nümayəndəsi X3 gəlmiş, digər iddiaçılar İddiaçı2, İddiaçı20, İddiaçı14, İddiaçı12, İddiaçı10, İddiaçı8 və İddiaçı3 məhkəməyə ünvanladıqları ərizələrində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə qeyd olunan iddiaçıların iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı11, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıları və cavabdehin nümayəndəsini dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 17 nömrəli iclas protokolundan çıxarışın və ona əlavə olunmuş siyahının təsdiq olunmuş surətlərindən görünür ki, sabiq “Gənclik” kolxozu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 01 nömrəli qərarı ilə torpaq islahatı nəticəsində torpaqdan pay almaq hüququ olan, hazırki iş üzrə iddiaçıların və onların ailə üzvlərinin də daxil olduğu 1538 nəfərin siyahısı təsdiq edilmişdir. İş materialarında olan Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 nömrəli iclas protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, sabiq “Gənclik” kolxozu yerli Aqrar İslahat Komissiyasının 19 fevral 2000-ci il tarixli, 07 nömrəli qərarı təsdiq edilmişdir. İş materialarında olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının surətlərindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 nömrəli qərarı əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 və onların ailə üzvlərinin mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınması JN-0249, KOD 90801018 saylı, JN-0278, KOD 90801018 saylı, JN- 0276, KOD 90801018 saylı, JN-0244, KOD 90801018 saylı, JN-0239, KOD 90801018 saylı, JN-0227, KOD 90801018 saylı, JN-0299, KOD 90801018 saylı, JN-0273, KOD 90801018 saylı, JN-0248, KOD 90801018 saylı, JN-0196, KOD 90801018 saylı, JN-0281, KOD 90801018 saylı, JN-0282, KOD 90801018 saylı, JN-0292, KOD 90801018 saylı, JN- 0200, KOD 90801018 saylı, JN-0197, KOD 90801018 saylı, JN-0202, KOD 90801018 saylı, JN- 0215, KOD 90801018 saylı, JN-0208, KOD 90801018 saylı, JN-0225, KOD 90801018 saylı və JN-0271, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə rəsmiləşdirilmişdir. İş materialarında olan Saatlı Rayon İcra Hakimiyyəti, Dövlət Yerquruluşu Layihə İnstitutu, Füzuli Rayonlararası Yerquruluşu İdarəsi, DTXK Saatlı rayon şöbəsi, Saatlı və Mollavaizli bələdiyyələrinin məsul şəxslərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2007-ci il tarixli Aktdan görünür ki, Saatlı və Mollavaizli bələdiyyələrinin xəritələrində yol verilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladıqları müraciətləri yerində araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarına əsasən “Gənclik” kolxozu (872 ha) M.B.Qasımov adına təsərrüfatdan ayrılmış, M.B.Qasımov və “Gənclik” təsərrüfatlarında torpaq islahatının aparılması ilə əlaqədar yerli və rayon X6 tərəfindən müvafiq olaraq xx.xx.1997-ci il tarixli 04№-li və xx.xx.1998-ci il tarixli 05 №-li, xx.xx.1997-ci il tarixli 01 №-li və xx.xx.1997-ci il tarixli 17 №-li qərarlar qəbul edilmiş, təsərrüfatların baş sxemlərinə əsasən hazırlanmış bölgü layihələri yerə keçirilərkən məlum olmuşdur ki, texniki səhv nəticəsində 30,0 hektar torpaq sahəsi hər iki təsərrüfatın bölgü layihələrinə işlənilmiş və hər iki təsərrüfatdan olan mülkiyyətçilərə mülkiyyət hüququna dair dövlət aktları hazırlanmışdır. M.B.Qasımov adına təsərrüfatın dövlət aktları xx.xx.1999-cu il tarixdə, “Gənclik” təsərrüfatının dövlət aktları isə xx.xx.2002ci il tarixdə hazırlanmışdır. Mübahisəli torpaq sahəsinin Mollavaizli bələdiyyəsinin ehtiyat torpaq fondu ilə həmsərhəd olduğu nəzərə alınaraq, hüquqi sənədlərdə yol verilmiş qüsurların aradan qaldırılması üçün həmin torpaq sahəsinin “M.B.Qasımov” adına təsərrüfatda saxlanılması və “Gənclik” təsərrüfatından həmin ərazidən torpaq payı almaq hüququ olan mülkiyyətçilərə isə Mollavaizli bələdiyyəsinin ehtiyat torpaq fonduna aid torpaq sahəsindən torpaq paylarının verilməsi məqsədəmüvafiq bilinmişdir. Məsələ həllini tapmadığı üçün Mollavaizli bələdiyyəsinin sədri xx.xx.2007-ci il tarixli Aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Saatlı Rayon İcra Hakimiyyətinə ünvanladığı 05 may 2021-ci il tarixli, **********49 nömrəli məktubunda qeyd edilir ki, Mollavaizli bələdiyyəsinin nümayəndəsinin xx.xx.2007-ci il tarixli Aktı imzalamaqdan imtina etməsi nəticəsində mübahisəli məsələ öz həllini tapmamışdır. İş materiallarında olan Saatlı rayonu X1 Rayon İcra Hakimiyyətinə ünvanladığı 18 aprel 2007-ci il tarixli, 40 nömrəli və 14 may 2008-ci il tarixli, 30 nömrəli, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı 16 may 2007-ci il tarixli, 51 nömrəli və 20 sentyabr 2007-ci il tarixli, 78 nömrəli, Dövlət Yerquruluşu Layihə İnstitutuna ünvanladığı 20 sentyabr 2007-ci il tarixli, 79 nömrəli məktublarının məzmunundan, habelə cavabdeh təşkilatın iddiaya qarşı 17 avqust 2022-ci il tarixli, **********67 nömrəli etiraz məktubundan müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” 17 yanvar 2000-ci il tarixli protokol və “Torpağa mülkiyyət hüququna dair” JN- 01-1 nömrəli Dövlət Aktına əsasən Mollavaizli Bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. İş materiallarında olan ünvan 4 ünvanladığı 24 may 2021-ci il tarixli, 03/1243 nömrəli məktubunda mübahisəli torpaq sahəsi ilə bağlı məhkəməyə şikayət etmək hüquqları bildirilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçılar və ailə üzvlərinin mülkiyyətinə ayrılması nəzərdə tutulmuş torpaq sahələri üzərində onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə rəsmiləşdirilmiş olsa da, həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edilməklə vətəndaşlara yerində tanıtdırılaraq təhvil verilməsi proseduru həyata keçirilməmiş, nəticədə həmin şəxslər qanuni əsaslarla mülkiyyət hüquqlarını əldə etdikləri torpaq sahələri üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından məhrum olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasэ Əmlak Məsələləri Dцvlət Komitəsinin yanэnda Daюэnmaz Əmlakэn Kadastrэ və Ьnvan Reyestri Xidməti haqqэnda Əsasnamənin 3.0.9cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (inidiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçılar mülkiyyətlərinə ayrılmış torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını və yerində tanıdılmasını tələb etməkdə haqlıdırlar. Odur ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 və onların ailə üzvlərinin mülkiyyətinə ayrılması nəzərdə tutulmuş və “Torpağa mülkiyyət hüququna dair” JN-0249, KOD 90801018 saylı, JN-0278, KOD 90801018 saylı, JN-0276, KOD 90801018 saylı, JN-0244, KOD 90801018 saylı, JN-0239, KOD 90801018 saylı, JN-0227, KOD 90801018 saylı, JN-0299, KOD 90801018 saylı, JN- 0273, KOD 90801018 saylı, JN-0248, KOD 90801018 saylı, JN-0196, KOD 90801018 saylı, JN-0281, KOD 90801018 saylı, JN-0282, KOD 90801018 saylı, JN-0292, KOD 90801018 saylı, JN-0200, KOD 90801018 saylı, JN-0197, KOD 90801018 saylı, JN-0202, KOD 90801018 saylı, JN- 0215, KOD 90801018 saylı, JN-0208, KOD 90801018 saylı, JN- 0225, KOD 90801018 saylı və JN-0271, KOD 90801018 saylı dövlət aktları ilə rəsmiləşdirilmiş torpaq sahələri üzərində mərzçəkmə (naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi) işlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 və onların ailə üzvlərinin mülkiyyətinə ayrılması nəzərdə tutulmuş və “Torpağa mülkiyyət hüququna dair” JN-0249, KOD 90801018 saylı, JN-0278, KOD 90801018 saylı, JN-0276, KOD 90801018 saylı, JN-0244, KOD 90801018 saylı, JN-0239, KOD 90801018 saylı, JN-0227, KOD 90801018 saylı, JN- 0299, KOD 90801018 saylı, JN-0273, KOD 90801018 saylı, JN-0248, KOD 90801018 saylı, JN-0196, KOD 90801018 saylı, JN-0281, KOD 90801018 saylı, JN-0282, KOD 90801018 saylı, JN-0292, KOD 90801018 saylı, JN-0200, KOD 90801018 saylı, JN-0197, KOD 90801018 saylı, JN-0202, KOD 90801018 saylı, JN- 0215, KOD 90801018 saylı, JN- 0208, KOD 90801018 saylı, JN-0225, KOD 90801018 saylı və JN-0271, KOD 90801018 saylı dövlət aktları ilə rəsmiləşdirilmiş torpaq sahələri üzərində mərzçəkmə (naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi) işlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-415/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-415/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver