Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4179/2024 30.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə DSMF) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət zamanı xəsarət aldığı üçün ona sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildə doğulmuşdur. Hərbi xidmət zamanı xəsarət almışdır və bu səbəbdən ona 2-ci dərəcəli əlillik verilmişdir. Hazırda bununla əlaqədar olaraq ona sığorta ödənişi verilmişdir. O sığorta ödənişini almaq üçün DSMF-yə müraciət etmişdir. Ona sığorta ödənişinin aparılmasından imtina edilmişdir. Səbəb kimi əlilliyin müəyyən olunma dövrünün 3 ildən artıq müddəti əhatə etdiyi bildirilmişdir. Cavabdehin imtinası ilə razı deyil. İmtina qanunvericiliyə uyğun deyildir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-17-1/2-99453/2024 saylı, xx.xx.2024-cü il tarixli yazılı münasibətində ( etirazda) göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2024-cü il tarixli 3-25- 19/2-1857/2024 nömrəli arayışa əsasən ehtiyata buraxılmışdır və ona Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-cü il tarixdə ikinci dərəcə əlillik müəyyən edilmişdir.Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir.Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi müvafiq sığorta ödənişini ala bilmək üçün-sığortaolunanların əlilliyi 3 il müddətində müəyyən edilməlidir. Hazırki iş üzrə İddiaçı xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığına, xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlilliyi müəyyən edildiyinə görə ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.7-ci maddəsinə əsasən müraciət əsasında təyinat aparılması məqsədilə sığorta ödənişi almaq hüququ olan şəxs (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sığortaolunanları və onların vərəsələri istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsində və 4.2- 4.5-ci bəndlərində qeyd edilən məlumatları sığorta ödənişinin verilməsi üçün qeydiyyatda olduğu yer üzrə Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə şəxsən və ya nümayəndə vasitəsilə bu Qayda ilə müəyyən edilən sənədlərin əlavə olunduğu (bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla) ərizə ilə müraciət edir. Hadisə baş verdiyi anda və sığorta ödənişi almaq hüququ yarandıqdan sonra Azərbaycan Respublikasından kənarda fəaliyyətini davam etdirən sığortaolunanlar sığorta ödənişinin verilməsi üçün ərizəni və ona əlavə edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Bölməyə və ya Mərkəzə təqdim edirlər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal DTSERA-ya göndərilir.Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31,05.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir.Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021 -ci il tarixdən qüvvəyə minmişdir.Beləliklə, DTSERA tərəfindən əlillik müəyyən edildikdən sonra müvafiq ödəmələrin aparılması Fond tərəfindən həyata keçirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya xx.xx.2021- cü il tarixdə ikinci dərəcə əlillik müəyyən edilməsi və ehtiyata buraxılma tarixi (xx.xx.2004-cü il) nəzərə alındıqda əlilliyin müəyyən edilmə dövrü 3 ildən artıq müddəti əhatə etmiş olur. Göstərilənlərə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AR SHXÇDX-nin İmişli rayon İdarəsi tərəfindən verilmiş SX seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 869 №-li, xx.xx.2004-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, 1981-ci il təvəllüdlü X2 N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və yaralanmanın (travmaların, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarı: Hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində KB(-) mənfi.. Xəstəlik Hərbi Xidmət Dövründə Alınmışdır (12-ci bənd). HHK-nən hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s.yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin” 2 “b” maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnam”yə qoşma) əsasən; Dinc /Dövrdə Hərbi Xidmətə Yararsız, X6 Yararlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş 3-25-19/2-1857/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda (surətində) qeyd olunmuşdur ki, sığortalı İddiaçı Hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli təyin olunmuş əlilliyə əsasən sığorta məbləği 11 000 manat müəyyən olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-22643/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Dövlət tibb müəssisəsinin 0262003AAQQ7 nömrəli göndərişi və müraciətinə əsasən xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq təyin edilmiş diaqnozda qeyd olunan patofunksional dəyişikliklər öz təsdiqini tapdığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə 5 il müddətinə ilkin əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tiib müəssisəsinin C00092383ZJM nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində yenidən qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296- İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət ( toplanış) dövründə xəsarət ( yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2024-cü il tarixli 3-25-19/2-1857/2024 nömrəli arayışa əsasən xx.xx.2004-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Tətbiq edilən hüquq. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanuna əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanın: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iddiasında iddiaçı onun hərbi qulluqçu olaraq həyat və sağlamlığının sığortalandığını, xx.xx.2004-cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi almadığını əsas gətirərək ona aldığı xəsarətin dərəcəsinə uyğun olaraq sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini mübahisələndirir. İddiaçı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına əsasən, sığorta hadisəsini təsdiq edən sənədin xx.xx.2021ci ilə aid olduğundan ona ödənilməyən sığorta ödənişini Dövlət Sosial Müdafiə Fondundan tələb edir. Yuxarıda sadalanan normalardan görünür ki, 20 may 1997-ci il tarixdən hərbi qulluqçuların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyən normativ sənəd həmin tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunudur. Adıçəkilən Qanunun 5-ci maddəsi məhz 1997-ci ildən sonra sığorta hadisəsi nəticəsində həlak olmuş, əlilliyi müəyyən edilmiş, eləcə də xəsarətlər almış hərbi qulluqçulara sığorta ödənişləri verilməsini tənzimləyir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dən həyata keçirir. Belə ki, Fərmanın 2.8-ci bəndinə əsasən xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olub, sığorta ödənişi ilə təmin edilməyən hərbi qulluqçulara sığorta ödənişi 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə müyyən edilmşi xəstəliyə görə “Hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində KB(-) mənfi diaqnozu təyin edilsə də, iddiaçıya “Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin yuxarı ocaqlı vərəmi dağılması TÇ İİ dər qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” xx.xx.2021-ci ildə ikinci dərəcəli əllik təyin olunmuşdur. İddiaçının ehtiyata buraxılma tarixi nəzərə alındıqda əlilliyin müəyyən edilmə dövrü xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə nəzərdə tutulmuş 3 (üç) ildən artıq müddəti əhatə edir. Hazırkı işin halları qanuna uyğun olaraq qiymətləndirilkdikə müəyyən olunur ki, iddiaçının xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə nəzərdə tutulmuş sığorta ödənişini almaq hüququ yoxdur. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4179/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4179/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver