Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-418/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 оğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirаkları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin X14 Filialına qarşı “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1963-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tаriхli, 2-1(120)-1356/2023 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialının cavabdeh sırasından çıxarılması, Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin X14 Filialının cavabdeh qismində tanınması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əlil övladına qulluq etdiyi illərin nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. İddiaçı əlil uşağa qulluq edən ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. 15 may 2020-ci il tarixdən onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan rayonunda anadan olmuş, ailəli, Sabirabad rayonu, Osmanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 110398 nömrəli vəsiqədən görünür ki, Cəfərzadə Aytac Fərasət qızı uşaqlıqdan 1-ci qrup əlildir. İş materiallarında olan X10 Filialının xx.xx.2020-ci il tarixli, 320 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1982-ci il tarixlərdə Salyan rayon Qaraçala 1 nömrəli Pambıqçılıq sovxozunda işləmişdir. İş materiallarında olan X7 Filialının xx.xx.2020-ci il tarixli, 71 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986, 1987, 1988, 1996, 1997-ci illərdə Sabirabad rayon “Bakı” kolxozunda işləmişdir. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)- 1877/2021 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1963-cü il tarixdə verilmiş A3562548 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X2” adlı şəxsin, X10 Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 320 saylı arxiv çıxarışında göstərilmiş “X1” adlı şəxsin və Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 71 nömrəli arxiv arayışının “Qeyd” sütununda göstərilmiş “Sadıyeva” və “Cəfərova” soyadlı şəxslərin xx.xx.1963-cü il tarixdə anadan olmuş İddiaçı ilə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)1877/2021 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1877/2021 nömrəli qətnamədən şikayət verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X15in məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 18-1-70/2-1187/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon Osmanlı kənd sakini xx.xx.1994-ci il təvəllüdlü Cəfərzadə X5 rayon Mərkəzi Xəstəxanasında xx.xx.2010-cı il tarixdən “Hər iki gözdə anadgəlmə korluq” diaqnozu ilə dispanser qeydiyyatdadır. A.Cəfərovanın adına tərtib ediimiş forma 88 TSEK-ə göndərilmiş və xx.xx.2012-ci il tarixdə TSEK tərəfindən qiymətləndirildikdən sonra, əlillik və ya sağlamlıq imkanlarinin məhdudluğu müəyyən edilərək ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-26102/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon sakini Cəfərzadə Aytac Fərasət qızının əlillik vəziyyəti barədə İddiaçı iddiası əsasındakı xx.xx.2023-cü il tarixli 2-1(120)- 1356/2023 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə olunan məlumatlara əsasən vətəndaşın əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Cəfərzadə Aytac Fərasət qızına dair tibbi-sosial ekspertiza sənədlərinin surəti sizə göndərilir. İş materiallarında olan Sabirabad RİHB-nın Şıxsalahlı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, ƏƏSMN tabeliyində DSMF PHŞ Mil-Muğan regional filialının baş mütəxəssisinin və qonşuların iştirakı ilə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuş və həmin akt ilə İddiaçı İ dərəcə əlil övladı Cəfərzadə Aytac Fərasət qızına xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qulluq etməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-180844/2023 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı "yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X14 filialına müraciət edərək, 18 yaşına çatmamış İ dərəcə əlil övladına qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızının ilkin əlilliyi 18 yaşından sonra müəyyən edildiyi üçün İddiaçı əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması, ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş 6 ay müəyyən edilib. Həmçinin, əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası; 3.2.2 əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yağınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6 sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sıqortaolunamn sığorta stajına səhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara yaşa görə pensiya təyin edilməsi üçün: 1) ana qanunla tələb olunan yaş həddinə çatmalı; 2) ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya 25 il sığorta stajına malik olmalı; 3) ana həmin uşağı 8 yaşına qədər tərbiyə etməli; 4) həmin uşağın sağlamlıq imkanlarının məhdudluğu məhz 8 yaşına qədər yaranmalıdır. Əgər uşağa qulluq etdiyini iddia etdiyi dövrlərdən başqa sığorta stajı olmadıqda, yəni qanunla tələb olunan 25 il staj tələbini təsdiq edən sənəd mövcud olmadıqda həmin xidmətin (qulluq müddətinin) həyata keçirilməsi ilə bağlı qulluq aktı təqdim edilməlidir. Həmin qulluq aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 saylı qərarına əsasən isə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı müəyyən edilir: 1 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: 2 -qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3 -“Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS- in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 4 -qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: -qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən; -“Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0 Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə- əsasən Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosialməişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi İddiaçı əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək müəyyən edilməli idi. İş materiallarında olan sənədlər əsasında iddiaçının övladının birinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçının övladma ilkin olaraq 16 aprel 2012-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının övladı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilməz. Şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə", yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda, belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Onuda qeyd etmək zəruridir ki, iddiaçı tərəfindən təqdim edilən X16 İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 0570-34/2-174/2023 nömrəli arayış qanunla nəzərdə tutulmuş qaydada tərib edilməmişdir. Belə ki, həmin arayış şahid ifadələrinə yaxud qonşu ifadələrinə əsaslanmamışdır. Beləliklə, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara ve təqdim edilən tibbi-sosial ekspert komissiyasının SER TSE -02 No 207770 saylı müayinə aktından çıxarışın surətinə əsasən Cəfərzadə Aytac Fərasət qızının ilkin əlilliyi xx.xx.2012-ci il tarixdə (18 yaşından sonra) müəyyən edildiyi üçün İddiaçı əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda sadalananları nəzərə alaraq, Sizdən icraatınızda olan 2-1(120)-1356/2023 nömrəli inzibati iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X14 filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 4 saylı Regional ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlər araşdırılarkən Sizin 25 il 4 ay 18 gün sığorta stajınız müəyyən olunmuşdur. Lakin, 1978-1982-ci illər əmək fəaliyyətiniz X10 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 320 saylı arayışla və 1986-1997-ci illər Sabirabad rayonu “Bakı” kolxozunda işləməyiniz X7 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 71 saylı arayışda qeyd olunmuşdur. Həmçinin 1997-ci ildə “Bakı” adına kolxozlar məcburi dövlət sosial sığorta haqqı köçürmədiyindən həmin həmin ilə aid iş stajının nəzərə alınması mümkünsüzdür. Həmin illər nəzərə alınmadıqda sizin 21 il 3 ay 18 gün sığorta stajınız müəyyən olunur. Ona görə də, xx.xx.2006-cı ildən sonra fərdi hesabınızda vəsaitin olmaması və tələb olunan sığorta stajınızın çatmaması səbəbindən pensiya təyin edən komissiya sizə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının himayəsində olan Cəfərzadə Aytac Fərasət qızı xx.xx.1994-cü il tarixdə anadan olmuş, onun 18 yaşı tamam olduqdan 26 (iyirmi altı) gün sonra əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdehin imtinasının əsasını təşkil edən iddiaçının himayəsində olan şəxsin 18 yaşı tamam olduqdan sonra əlil olmasına münasibətdə məhkəmə qeyd edir ki, Cəfərzadə Aytac Fərasət qızının 26 (iyirmi altı) gün ərzində xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində İ dərəcəli əlil olması ağılabatan deyildir. İddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək əmələ gəlməsi, tibbi sənədlərlə , həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 aprel 2012-ci il tarixli qərarının əlilliyin səbəbini göstərən hissədə uşaqlıqdan yazıldığı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Belə olan halda Cəfərzadə Aytac Fərasət qızının 18 yaşı tamam olduqdan 26 (iyirmi altı) gün sonra onun barəsində əlilliklə bağlı təyinat aparılması ona əsa veriri ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyası Aytac Cəfərovanın fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirdikdən sonra sağlamlıq imkanlarını qiymətləndirmiş, bundan sonra onun adına tərtib ediimiş forma 88 TSEK-ə göndərilmiş, onun həyat fəaliyyətinin məhdudlaşması halının yaranıbyaranmadığını, klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən xx.xx.2012-ci il tarixində əlilliklə bağlı qərar qəbul edilmişdir. Bundan başqa Sabirabad rayon Mərkəzi Xəstəxanasının məhkəməyə ünvanladığı məlumatda Sabirabad rayon Osmanlı kənd sakini xx.xx.1994-ci il təvəllüdlü Cəfərzadə X5 rayon Mərkəzi Xəstəxanasında xx.xx.2010-cı il tarixdən “Hər iki gözdə anadgəlmə korluq” diaqnozu ilə dispanser qeydiyyatda olduğu müəyyən olunmuşdur. Bundan başqa Aytac Cəfrovanın barəsində tərtib olunmuş tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi, tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə", “uşaqlıq əlili” sözləri ilə ifadə olunması müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının himayəsində olan Cəfərzadə Aytac Fərasət qızının xx.xx.2012-ci il tarixdən xx.xx.2012ci tarixdək olan müddət ərzidə İ dərəcə əlil olmasına əsas olmuş xəstəliyə düçar olmasını sübut edə bilməmiş, ƏƏSMN tabeliyində DSMF PHŞ Mil-Muğan regional filialının baş mütəxəssisinin və qonşuların iştirakı ilə xx.xx.2024-cü il tarixdə AKT tərtib olunmuş və həmin akt ilə İddiaçı İ dərəcə əlil övladı Cəfərzadə Aytac Fərasət qızına xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qulluq etməsi öz təsdiqini tapmış, həmin AKT-ı cavabdeh inzibati orqanın nümayəndəsi öz imzası ilə təsdiq etmişdir. İddiaçının sağlamlıq imkanları məhdud uşağının olması və həmin uşağın birinci dərəcəli müddətsiz əlil olması və həmin uşağı 8 yaşına kimi təbiyə etməsi (himayəsində olması) iş materiallarında olan Sabirabad RİHB-nın Şıxsalahlı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, ƏƏSMN tabeliyində DSMF PHŞ Mil-Muğan regional filialının baş mütəxəssisinin və qonşuların iştirakı ilə xx.xx.2024-cü il tarixdə akt, xx.xx.2016-cı il tarixli, 110398 nömrəli vəsiqədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2- 26102/2023 nömrəli məktubu və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X15in məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1-70/2-1187/2023 nömrəli məktubu ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən və 25 ildən artıq sığorta stajına (21 ildən çox sağlamlıq imkanları məhdud uşağına və 1-ci qrup əlil övladına qulluq dövrü və cavabdeh tərəfindən qəbul edilən (21 il 3 ay 18 gün) işləyib əmək haqqı aldığı dövrü) malik olduğundan, onun pensiya yaşı (61 yaş yarımı) 5 il azaldılmaqla 56 yaş yarıma çatdığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.2.4-cü maddələrinə görə siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfə ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X14 Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfə ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X14 Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-418/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-418/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver