Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4180/2024 10.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə (bundan sonra mətndə SHXÇÜDX Beyləqan rayon şöbəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək oğlu X5 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh SHXÇÜDX Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə mərhum oğlu X5 şəhid statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli imtinası qanunsuz və əsassızdır. Belə ki, mərhum oğlu X1 Nazirliyinin N saylı hərbi hissəsinin Daşkəsən rayonu ərazisində yerləşən 3-cü taborun rabitə taqımının kabel-xətt manqasında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində döyüş mövqeyinin ərzaq anbarının yaxınlığında, həmin taqımın radio manqasının radiotelefonçusu kimi hərbi xidməti vəzifəsini yerinə yetirərkən atəş nəticəsində həlak olmuşdur. N saylı hərbi hissənin komandanlığı Gəncə Hərbi Prokurorluğuna verdiyi ilkin rəsmi məlumatda mərhum oğlu X3 düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması göstərilmişdir. Mərhum oğlu X3 Beyləqan rayon Aşıqalılar kəndində dəfni zamanı N saylı hərbi hissənin komandanlığı, əsgərlər, Beyləqan rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak etmiş və həmin şəxslər mərhum oğlu X3 hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olduğunu bildirmiş və şəhid atası kimi Azərbaycan bayrağı ona təqdim edilmişdir. Lakin SHXÇÜDX Beyləqan rayon şöbəsi əsassız bəhanələr gətirərək oğlu mərhum X5 şəhid statusu verməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh inzibati orqan SHXÇÜDX Beyləqan rayon şöbəsi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsinə dair elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1973-cü ildə Beyləqan rayonu, Aşqallar kəndində doğulmuş İddiaçı Beyləqan rayonu, Aşıqalılar Ərazi Dairəsi, Aşıqalılar kəndində qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Gəncə Hərbi Məhkəməsinin 210 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X9 barəsində olan 1-2(095)-15/2024 nömrəli cinayət işi üzrə 10 may 2024-cü il tarixli hökmündən təqsirləndirlən şəxs X13 tərəfindən apelyasiya şikayəti verilmiş və hazırda qeyd olunan cinayət işi Gəncə Apelyasiya Məhkəməsinin icraatındadır. Məktuba əlavə olunmuş Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən müəyyən olunur ki,İddiaçı zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda 1-1(095)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmün ikinci səhifəsinin birinci abzasında qeyd olunmuşdur ki, Adəm Nəsibov xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Daşkəsən rayonu ərazisində yerləşən 3-cü taborunun rabitə taqımının kabel-xətt manqasının xətt nəzarətçisi vəzifəsində, əsgər rütbəsində şərti olaraq “G-51” adlandırılan döyüş mövqeyində hərbi xidmətdə olarkən 10 mart 2023-cü il tarixdə, saat 09 radələrində döyüş mövqeyinin ərzaq anbarının yaxınlığında, döyüş növbətçiliyində olan həmin taqımın radio manqasının radiotelefonçusu, əsgər X10 ilə söhbət zamanı sonuncudan həmin manqanın radiotelefonçusu, əsgər X3 onun və sevdiyi qızın ünvanına nalayiq ifadələr işlətdiyini eşidib, əmin olmaq və səbəbini aydınlaşdırmaq üçün Elnur Məhərrəmovu yataqxanadan çölə çağırıb bu barədə onun özündən soruşmuş, Elnur Məhərrəmov onun və sevdiyi qızın ünvanına nalayiq ifadə işlətməsini təsdiq etdikdə hiddətlənərək qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün həmin vaxt yanlarında olan əsgər Ruhin Namazovun döyüş növbətçiliyinə daxil olarkən xidməti istifadə üçün götürdüyü və qəfil düşmən basqını olarsa çevik reaksiya verib dərhal atəş açmağa başlaya bilməsi üçün əvvəlcədən silahı doldurduğundan patron yuvasında 7,62 mm çaplı patron, qoruyucusu açıq olmaqla atəş açmağa hazır, silahı doldurduqdan sonra darağı ayırıb üzərindəki zirehli jiletin cibinə qoyduğundan daraqsız vəziyyətdə olan, kəmərindən boyun və çiyin nahiyəsindən lüləsi sağ ayağı boyunca aşağıya doğru istiqamətlənmiş şəkildə asdığı AKMS markalı, TE 5685 nömrəli, 7,62 mm çaplı avtomat silahı ondan almaq məqsədilə sol əli ilə silahın kəmərindən tutub yuxarıya doğru dartıb, sağ əli ilə də silahın gövdəsinin lüləsinə yaxın hissəsindən tutub yuxarı qaldırmış, Ruhin Namazov ona silahın içində döyüş patronu olduğunu və ehtiyyatlı olmasını ardıcıl olaraq iki dəfə deyib xəbərdar etdikdə silahın qoruyucusu açıq olmaqla artıq atəş açmaq üçün hazır olduğunu bilib silahı ondan almadan elə həmin vəziyyətdə atəş açıb Elnur Məhərrəmovu öldürmək məqsədi ilə üzü Ruhin Namazova tərəf olmaqla onun boynundan asılmış silahın lüləsini özünün sağ tərəfindən arxasında dayanmış Elnur Məhərrəmovun bədəninə istiqamətləndirib, Ruhin Namazov silahı onun əlindən almaq istədikdə mane olub həmin vəziyyətdə möhkəm tutub saxlayaraq, sol əlinin baş barmağı ilə tətiyi basıb lüləsi dirənmiş vəziyyətdə Elnur Məhərrəmovun qarın nahiyəsinə bir atəş açaraq ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən “giriş dəliyi qarının ön səthinin sol yarısında, çıxış dəliyi sağ sağrı nahiyəsinin yuxarı bayır kvadratında yerləşməklə, yara kanalı boyunca bağırsaq və müsaqirələrin, qarın aortasının zədələnmələri, kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan qarın və çanaq boşluğunun müştərək bir ədəd dəlib-keçən yarası” xəsarətini yetirmiş, Elnur Məhərrəmov hospitala təxliyyə edilərkən saat N:40-da aldığı xəsarət nəticəsində bağırsaq və müsariqələrin, qarın aortasının zədələnməsi hesabına orqanizmin kəskin daxili və xarici qanitirməsi səbəbindən yolda ölmüş, bununla da Adəm Nəsibov qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. SHXÇÜDX Beyləqan rayon şöbəsinin 3-43-11/2-1108/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 76 №-li əmrindən çıxarışada mərhum əsgər xx.xx.2003-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2023-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərəkən təhlükəsizlik qaydasının pozulması nəticəsində həlak olmuşdur. Gəncə Hərbi Məhkəməsinin İş № 1-1 (095)-15/2024 nömrəli xx.xx.2024cü il tarixli “Hökmü”nə əsasən hadisəni törətmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məktuba əlavə olunmuş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi hissəsi tərəfindən SHXÇDX-nin Beyləqan rayon şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 533 №-li bildirişdə Beyləqan rayonu Aşıqlar kəndində yaşayan İddiaçı oğlu 3-cü taborun taqımının radiotelefonçusu əsgər X8 xidməti döyüş tapşırığını yerinə yetirərkən odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdur. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı, 337345 №-li, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 03 ayının N günündə 290 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: odlu silahdan atəş açma yolu ilə qəsd etmə. Öldüyü yer- Daşkəsən. N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışda qeyd olunmuşdur ki, hərbi hissənin 3-cü taborunun rabitə taqımının radio manqasının radiotelefonçusu əsgər X8 xx.xx.2023-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən təhlükəsizlik qaydasının pozulması nəticəsində həlak olduğunu üçün şəxsi heyətin siyahısından çıxarılsın. Ölüm xidməti vəzifəsinin icrası ilə bağlı deyil. Doğulduğu tarix: xx.xx.2003, azərbaycanlı; Azərbaycan ordusunda xidməti xx.xx.2022-xx.xx.2023; Doğulduğu yer: Beyləqan rayonu xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Aşıqlar kənd qəbristanlığında dəfn olunub. Subaydır. Atası: İddiaçı; Anası: Məhərrəmov Günel;Bacısı; X6; Ailəsinin ünvanı: ünvan 3AN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ №-li 33745 nömrəli ölüm haqqında şəhadətnamə. İddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın 3-43-11/2-758/28 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 76 №-li əmrindən çıxarışa əsasən, mərhum xx.xx.2023-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2023-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən təhlükəsizlik pozulması nəticəsində həlak olmuşdur. Gəncə Hərbi Məhkəməsinin İş № 1-1(095)-15/2024 nömrəli xx.xx.2023-cü il tarixli “Hökmü”nə əsasən, hadisəni törətmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 ( on bir) il müddətinə azadlıqdan mərhum etmə cəzasəna məhkum edilmişdir. Mərhum müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 “Şəhid statusu”nun verilməsi SHXÇDX-nın Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricindədir. Tətbiq edilən hüquq. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı,suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndində şəhid anlayışı aşağıdakı kimi qeyd olunmuşdur: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki işdə iddiaçının tələbi məhrum oğlu E.Məhərrəmova şəhid statusu verilməsindən ibarətdir. Hesab edilir ki, iddiaçının oğlu düşmən tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Bu səbəbdən də iddiaçının oğluna şəhid statusu verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nda şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə,idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Bundan başqa, Qaydaların 1.1-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Yəni iddiaçının oğlunun şəhid hesab edilməsi üçün Qaydaların 1.1-ci bəndində olan halların hər hansı biri mövcud olmamışdır. Belə ki, iddiaçının mərhum olğu E.Məhərrəmov xx.xx.2022-cı ildə hərbi xidmətə çağırılaraq hərbi xidmətə başlamış, xx.xx.2023-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən təhlükəsizlik qaydasının pozulması nəticəsində həlak olmuşdur ( Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü). Göründüyü kimi, mərhum E.Məhərrəmova şəhid statusu və onun ailəsinə şəhid ailəsi satutusu verilməsini zəruri edən faktiki şərtlər mövcud deyil. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin olunmasından imtina olunması qanuni və əsaslıdır.Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4180/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4180/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver