Məhkəmə qərarları › İş №2-1(120)-419/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-419/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-419/2023 10.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ali təhsilli gənc kadrdır. Dövlət qulluğuna dair imtahanları müvəffəqiyyətlə verib 22 noyabr 2013-cü il tarixdə Rayon Statistika İdarəsi rəhbərinin 27/k nömrəli əmri ilə Rayon Statistika İdarəsində böyük mütəxəssis statistik vəzifəsinə təyin edilmiş və ona kiçik referent ixtisas dərəcəsi verilmişdir. 30 dekabr 2014cü ildə 21/k nömrəli əmrlə ona 3-cü dərəcəli referent dərəcəsi verilmişdir. 26 avqust 2015ci il tarixli 19/k nömrəli əmrlə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 30 noyabr 2020-ci il tarixli, 30/k nömrəli əmrlə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi işə qəbul olunduğu tarixdən 2022-ci il tarixə kimi hər il, 2 ildən bir irəli çəkilmiş, heç bir intizam, inzibati, cinayət cəzası almamışdır. 2022-ci ilin mart ayında ən ağır intizam cəzasına məruz qalmış, 05 mart 2022-ci il tarixli 03/k nömrəli əmrlə işinə xitam verilmiş, birdən-birə ən ağır intizam cəzası alaraq işdən azad edilmişdir. İşə qəbul olunandan bir müddət sonra Statistika İdarəsinin rəhbəri Mənsimov Kazım tərəfindən bir sıra qanunsuz göstərişlərə öz etirazını bildirmişdir. Belə ki, hər ay ona əmək haqqından 100 (bir yüz) manat pul verməli idi. Səbəbini isə özünün dediyini olduğu kimi yazır: “Sən işinlə bağlı evlərə çox gedirsən, ailələrlə iş aparırsan, iş vaxtın tez qurtarır, mən isə boş vaxtlarını sənə bağışlayıram ki, idarədə oturmayasan”. Halbuki onun əsas işi hər gün 4-5, bəzən isə daha çox ailələrdə olmaq sonra da vaxtı olanda idarəyə gəlib yazı işlərini aparmaqdır. Ancaq rəhbərliyi bu maraqlandırmır, deyirdi ki, onun əsas iş vaxtı qurtarsa da onu idarədən evə tez buraxır, bunun müqabilində hər ay ona 100 manat verməlidir. İddiaçı da razılaşmamışdır. Başqa təzyiqlərlə (məsələn: Səni elə pis adla işdən qovaram heç bir idarə səni işə götürməz, səni ləkələyərəm ki, idarənin inventarlarından mənimsəyirsən, saxta işlə məşğulsan və s.) ondan pulu ala bilmişdir. Halbuki, Dövlət Statistika Komitəsinin rəsmi göstəriş qrafikinə əsasən həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09:00-dan 11:00-a dək, çərşənbə axşamı və cümə axşamı isə 09:00-dan 10:00-a dək və 16:00-dan 18:00-a dək idarədə olmalı, sonra təhkim olduqları evlərə gedib ailələrin gəlir və xərclərinin müayinəsini aparmalıdırlar. Rəhbər ona deyirmiş ki, bütün günü idarədə olmalıdır. DSK-nin göndərdiyi iş qrafiki onun üçün maraqlı deyil, 1 saata ailələri gəzib işi qurtara bilərsən. Ancaq ona 44 ailə təhkim edilmişdi. Bir gündə 44 ailədə ən azı yarım saat söhbət etsə, 44 ailəyə 22 saat vaxt sərf etmiş olmalıdır. Bu ümumiyyətlə mümkün olan hal deyildir. Rəhbərliyi isə bu maraqlandırmırdı, onun məqsədi necə olursa olsun 100 manatını almaq idi. Bütün mübahisələrin əsas səbəbi məhz bu idi. Ona pandemiya və ondan sonrakı dövrlərdə pul verməyi tamamilə dayandırmış, bundan sonra ona işçi kimi yox düşmən kimi baxmışdır. Digər mübahisə isə onunla bağlı olmuşdur ki, idarə üçün inventar, rəhbərliyin xidməti maşını üçün ehtiyat hissələri və sair alınırdı. Bu inventarlar yaradılmış komissiya vasitəsi ilə alınmışdır və o həmin komissiyanın üzvü idi. O, normadan artıq alınmış inventarlara, maşın ehtiyat hissələrinə dair sənədlərə imza atmırdı, çünki burada xeyli miqdarda mənimsəmələr olurdu. Ona görə rəhbər onu komissiya üzvlüyündən azad etmişdir. Hətta ziddiyyətlər o həddə çatmışdı ki, idarənin rəhbəri onu tez-tez otağına çağırır qəsdən təhqiramiz ifadələr işlədir, geyiminə, paltarına istehza ilə yanaşır, kişinin qalstuku olar və sair sözlər ilə onu ələ salır ki, iddiaçı ona layiq cavab versin və barəsində Akt tərtib etsin. Onun tərəfindən rəhbərə bir cavab verirdi: "Kişinin vicdanı olar, kişi idarənin əmlakını mənimsəməz, özgə pulu ilə uşağını saxlamaz, dövlətə də kişi kimi qulluq edər". Bundan başqa rəhbər ona dəfələrlə bildirmişdir ki, onunla işləmək istəmir, idarənin sirlərini danışır, o ərizə verib işdən çıxsın. Əks təqdirdə onu elə bir əsasla işdən çıxaracaq ki, bir daha heç bir idarə onu işə götürə bilməz, lakin o ərizə verməmişdir. Nəhayət sonuncu dəfə onu otağına çağırmış, onunla əsəbi danışmış, mübahisə olmuş, onun nöqsanlarını bir-bir üzünə deyilmişdir. Yüksək inzibati orqanlara məlumat verəcəyini bildirəndə yerindən durub yaxasından tutaraq onu öldürəcəyi, həyatının sonu olacağı ilə hədələmiş, onun əlindən buraxılıb koridora çıxmış və dalınca hücum edib koridorda onu arxadan tutub divara vurmağa başlamış, boğazından sıxaraq nəfəs yolunu kəsmək istəmişdir. Rəhbər bədəncə iri gövdəli olduğundan onun qollarından çıxa bilməmiş, çarəsizlikdən çığırmış, səs-küyə bütün işçilər gəlmiş, məcbur olub onu buraxmışdır. Onun işinə xitam verilməsi barədə əmrdə "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" AR Qanunlarına istinad edilib, AR Əmək Məcəlləsinin müvafiq maddələri, bəndləri göstərilməyib, əmrin tərtibatı belə düz deyildir. Güya o, etik davranış qaydalarını pozmuş. İşə qəbul olandan sonra demək olar ki, hər il dərəcə alan bir gənc kadra birdən-birə ən ağır cəza vermək gənc kadrın vəziyyətini pisləşdirmək birbaşa qərəzçilik deməkdir. Əmr tamamilə qanunsuzdur. Onun barəsində verilən intizam cəzası AR Əmək Məcəlləsininn 10-cu fəsilində göstərilən və Əmək Məcəlləsinin 68, 70, 71 və 72ci maddələrində sadalanan pozuntuların heç birinə uyğun gəlmir. Onu yalnız güya etik davranış qaydalarını pozduğuna görə işdən azad etmişdir. Bu da tamamilə düzgün deyil. Əmr AR Əmək Mcəlləsinə istinad edilməyən bir inzibati Aktdır. Göstərilənləri nəzərə alıb, Dövlət Statistika Komitəsi Cavabdeh barəsində olan dövlət qulluğuna xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli 03/k nömrəli əmrinin qanunsuz olduğundan ləğv edilməsi, əvvəlki işinə qaytarılmaqla bütün boşdayanma günlərin əmək haqqının idarə rəhbərliyindən alınıb ona verilməsi barədə cavabdehin üzərinə müvafiq öhdəliklərinin qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh başçısının 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan şə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.2-ci, 9-cu və 10.1-ci maddələrinin tələblərini pozduğuna görə Cavabdeh məsləhətçisi İddiaçı Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə əsasən 05 mart 2022-ci il tarixdən vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 935 nömrəli arayışından görünür ki, Mirzəyev X5 şəhəri, Ə.Vahid küçəsi ünvanında yaşayır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdehndə əmək fəaliyyətinə başlamış, xx.xx.2022-ci il tarixdə vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli, 139-2872-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh məsləhətçisi İddiaçı Səlahəddin oğlunun barəsində daxil olmuş müraciət əsasında Şöbənin Təhqiqat bölməsində araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə qərar qəbul edilmişdir. Lakin İddiaçı əməlində inzibati xətanın tərkib əlamətlərinin olması nəzərə alınmaqla, qərar inzibati araşdırma aparılmasıdan ötrü İctimai təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Aparılmış inzibati araşdırma nəticəsində İddiaçı Səlahəddin oğlunun barəsində, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə əsasən 05 mart 2022-ci il tarixdən vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ilk həmkarlar təşkilaıtnın ümumi iclasının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki, ümumi iclas təklif və çıxışları müzakirə edərək aşağıda qeyd olunanlar qərara almışdır: Cavabdeh məsləhətçisi İddiaçı Səlahəddin oğlunun ayrı-ayrı vaxtlarda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin tələblərini, "Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası qanununun 8, 23.1, 23.3.1 maddələrinin tələblərini pozması, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol tərtib olunmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi nəzərə alınmaqla idarənin məsləhətçisi İddiaçı Səlahəddin oğlunun vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilsin və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilsin. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30-18:00 radələrində Cavabdehndə İdarənin məsləhətçisi İddiaçı subordinasiya qaydalarını pozaraq idarənin rəisi X6 qarşı aşağılayıcı söyüş və təhdidedici ifadələr işlətməklə onu təhqir etmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 02 yanvar 2022-ci il tarixli qərarının qərara alınmış hissəsində qeyd edilmişdir; Cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilsin. ünvan 1ndə yaşayan, 20.04,1991 -ci il təvəllüdlü İddiaçı Səlahəddin oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində inzibati icraat açılması məsələsinə baxılmasından ötrü toplanmış material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nə göndərilsin. Qərarın surəti məlumat üçün ərizəçi İddiaçı Səlahəddin oğluna və X6 göndərilsin. İddiaçı Səlahəddin oğlunun izahatında göstərdiyi korrupsiya faktları ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırmanın aparılması nəzərə alınsın. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilsin.Toplanmış material Biləsuvar RPŞ-nin dəftərxanasında saxlanılsın. İş materiallarında olan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, aparılmış inzibati xəta üzrə araşdırma nəticəsində İddiaçı Səlahəddin oğlunun barəsində, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan MN ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qeydiyyat haqqında arayışından görünür ki, ********* nömrəli mədaxil qəbzi ilə İddiaçı Səlahəddin oğlu 100 (yüz) manat məbləğində inzibati cərimə üçün ödəniş etmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(106)-1890/2022 nömrəli məktubunda qeyd edilmişdir: Şirvan Apellyasiya Məhkəməsi 2- 1(120)-1377/2022 saylı 06 oktyabr 2022-ci il tarixli sorğunuza cavab olaraq bildirir ki, iddiaçı X3 cavabdehlər İddiaçı Səlahəddin oğlu və X4 qarşı “barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yetirilmiş mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair mülki ış üzrə Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(022)-535/2022 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1890/2022, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2022ci il tarixli 2(022)-535/2022 saylı qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş və cavabdehlər İddiaçı Səlahəddin oğlu və X2 üzərinə iddiaçı barəsində Biləsuvar rayon Prokurorluğuna, Biləsuvar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə yazdıqları müraciətlərdə verilən məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması kimi təkzib edilməsi öhdəliyi qoyulması, iddiaçı X6 yetirilmiş mənəvi zərərin əvəzi kimi cavabdhelər İddiaçı Səlahəddin oğlu və X2 hər birindən ayrıayrılıqda 500 manat olmaqla, ümumilikdə 1000 (bır min) manat məbləğində pulun tutularaq iddiaçı X6 ödənilməsi və iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu cavabdhelər İddiaçı Səlahəddin oğlu və X1 birgə qaydada tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Nəzərinizə çatdırırıq ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1890/2022, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən hal-hazıradək kassasiya şikayəti verilməmişdir. Sözügedən qətnamənin surəti 07 oktyabr 2022-ci il tarixdə tərəflərə göndərilmiş və iş materiallarında olan "xxxx" MMC-nin rəsmi internet portalından əldə edilmiş çıxarışa əsasən qətnamə tərəflərə 19 oktyabr 2022-ci il tarixdə təqdim edildiyindən qətnamədən kassasiya şikayəti verilməsi müddəti xx.xx.2022-ci il tarixdə başa çatır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(106)-1890/2022 nömrəli məktubunda qeyd edilmişdir: Şirvan Apellyasiya Məhkəməsi 2- 1 (120)-1377/2022 saylı 01 dekabr 2022-ci il tarixli sorğuya cavab olaraq bildirir ki, iddiaçı X3 cavabdehlər İddiaçı Səlahəddin oğlu və X4 qarşı “barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yetirilmiş mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(022)-535/2022 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1890/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(022)-535/2022 saylı qətnaməsi ləğv olunaraq iddia qismən təmin edilmişdir. Nəzərinizə çatdırırıq ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1890/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı Səlahəddin oğlu və onun vəkili X8 tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəsini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.2-ci maddəsinə əsasən İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 18.0.12-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10-ci maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə müəyyən etdi ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.2-ci, 9-cu və 10.1-ci maddələrinin tələblərini pozduğuna görə Cavabdeh məsləhətçisi İddiaçı Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə əsasən 05 mart 2022-ci il tarixdən vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə dövlət qulluqçuları üçün müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu qanunun tələblərini kobud qaydada pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər. İş materiallarında olan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, aparılmış inzibati xəta üzrə araşdırma nəticəsində İddiaçı Səlahəddin oğlunun barəsində, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. ********* nömrəli mədaxil qəbzi ilə İddiaçı Səlahəddin oğlu 100 (yüz) manat məbləğində inzibati cəriməyə etiraz etməyərək həmin cərimə üçün ödəniş etmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol vermş və bunun nəticəsi olaraq cavabdeh inzibati orqan tərəfindən onun tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati İcraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh başçısının 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh başçısının 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar