Məhkəmə qərarları › İş №2-1(120)-419/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-419/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-419/2024 07.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi X7, Üçüncü şəxs X20 nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməmin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən “Elita” müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “JN-5603 KOD 80700001 nömrəli, “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”-nin ləğv edilməsi, icarəyə verilmiş 44.0 ha torpaq sahəsinə yerqurluşu plan ölçüsünün hazırlanması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X31 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iş üzrə iddia tələbinin dəqiqləşdirərək “JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməmin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita’ müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləgv edilməsi, Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə verilmiş həmən 44.0 ha torpaq sahəsinə yerqurluşu plan ölçüsünün hazırlanması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi, iş üzrə Neftçala rayon İcra Hakimiyyəti və “Elita” müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iş üzrə iddia tələbinin dəqiqləşdirərək “JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməmin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita’ müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi ilə “Elita” müəssisəsinin rəhbəri X36 oglu arasında bələdiyyənin xx.xx.2016-cı il tarixli, 03 saylı qərarı ilə Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsinə məxsus kənd təsərrüfatı məhsullarının istehsalı üçün 44.0 ha torpaq sahəsini 07 il müddətinə icarəyə verilməsi haqqında müqavilə baglanmışdır. Bundan əvvəl həmin torpaq sahəsi Neftçala rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 1999-cu il tarixli, 2067 nömrəli Sərəncamı ilə X26 “Elita” müəssisəsinin rəhbəri kimi 15 il müddətinə “Kür” kolxozunun bələdiyyə fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkinə az yararlı torpaq sahəsi müvəqqəti istifadəyə verilmişdir. Bu barədə xx.xx.1999-cu il tarixdə akt tərtib edilmiş, torpaq sahəsinin yerqurluşu planından çıxarış tərtib edilmiş və xx.xx.1999-cu il tarixli, 141 nömrəli torpaq sahəsinin müvəqqəti istifadəyə və icarəyə verilməsi barədə müqavilə baglanmışdır. Bundan sonra Neftçala rayon Yeniqışlaq bələdiyyəsi ilə xx.xx.2003-cü il tarixdə 10 müddətinə, xx.xx.2013-cü il tarixdə 02 il müddətinə və xx.xx.2016-cı il tarixdə 07 il müddətinə, torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin 44 ha icarəyə verilmiş torpaq sahəsinə 15 il müddətinə xx.xx.2006-cı il tarixdə DTXK-nin Neftçala rayon şöbəsi tərəfindən JN-8713, KOD 80700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin şəhadətnamə ləgv edilmişdir. Yeniqışlaq Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icarəyə verilmiş həmin 44.0 ha torpaq sahəsinə dair yerləşmə mövqeyinin təyin edilməsi və yerqurluşu planının hazırlanması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanmnda ƏMDX-ti DƏDKR publik hüququ şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmiş, lakin 13 saylı Şirvan Ərazi İdarəsi həmin ərazinin bir hissəsinin JN-5603, KOD 80700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən yerqurluşu planının hazırlanmasının mümkün olmadığı bildirilmişdir. Qonşuluqda yerləşən həmin torpaq sahəsi əvvəllər müvvəqqəti istifadə əsasında ləgv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-5603 nömrəli KOD 80700001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ilə X8 məxsus olmuş, bankdan kredit götürüb həmin torpaq sahəsini banka girov qoyduğu üçün və kredit borcu girov qoyulmuş əmlaka yönəldilərək hərrac vasitəsilə satılıb Azərbaycan Respublikası Mərkəzi Bankının mülkiyyətinə keçmiş və həmin torpaq sahəsinə JN-5603 nömrəli şəhadətnamənin koordinatları əsasında deyil, yeni plan-ölçü əsasında çıxarış verilmişdir. Həmin çıxarış plan ölçü əsasında verildiyindən torpaq sahələrində üst-üstə düşmə yoxdur. Lakin, heç bir hüquqi əhəmiyyəti olmayan əvvəllər səhv koordinatlarla verilmiş JN-5603 saylı şəhadətnamə mövcud olduğundan torpaq sahələrində üst-üstə düşmə yaranır və bu səbəbdən icarəyə götürülmüş torpaq sahəsinə yeni çıxarış almaq mümkün olmur. Bu barədə həm vətəndaşa, həm də banka heç bir əhəmiyyət kəsb etməyən JN-5603 saylı şəhadətnamənin ərizə verilərək ləgv edilməsini xahiş etsək də, 13 saylı Şirvan Ərazi İdarəsi bundan imtina etmişdir. Həmin imtinanı qanunsuz və əsassız hesab edirlər. Cavabdehin imtinası əsassız hesab edilməli və onun üzərinə heç bir hüquqi nəticəsi, əhəmiyyəti olmayan JN-5603 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin ləgv edilməsi, icarəyə verilmiş 44.0 ha torpaq sahəsinə yerqurluşu plan ölçüsünün hazırlanması və çıxarış verilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və X14 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs,onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddiaçı Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ləğv edilməsi, icarəyə verilmiş 44.0 ha torpaq sahəsinə yerquruluşu plan və ölçüsünün hazırlanması və çıxarışın verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı bildiririk ki, X2 icarəsinə verilmiş torpaq sahəsinə dair JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" sənədinə aid məlumatların elektron bazadan silinməsi və icarə hüquqlarının ləğv edilməsi üçün iddiaçı tərəfindən müraciət məktubuna əlavə olaraq, “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin əsli, icarə müqaviləsinə xitam verilməsi haqqında bələdiyyənin iclas protokolundan çıxarışı, vətəndaşın notarial qaydada təsdiq olunmuş icarə hüquqlarına xitam verilməsinə və şəhadətnamənin ləğv edilməsinə dair razılıq ərizəsi və çarənin ləğvi ilə bağlı ödəniş qəbzləri təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən qeyd edilən sənədlər təqdim edilmədiyindən JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinə aid məlumatların elektron bazadan silinməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edirik ki, yuxarıda qeyd edilən sənədlər və ya məlumatların elektron bazadan silinməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı iddiaçıya bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X12 və “Elita” müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs X3 və “Elita” müəssisəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi X17 qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X20 nümayəndəsi X21 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Neftçala rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı “JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməmin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən "Elita’ müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-8713 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Neftçala rayonunda yerləşən “Elita” müəsissəsinə Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli, 141 saylı torpaq icarə müqaviləsi ilə Neftçala rayon keçmiş “Kür” kolxozunun bələdiyyə fondundan kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 15 il müddətinə 44.00 hektar torpaq sahəsi müvəqqəti “Elita” müəsissəsinə verilmişdir. İş materiallarında olan Neftçala rayon Torpaq şöbəsinin müdiri S.S.Bədəlovun, torpaq şöbəsinin baş mütəxəssisi Ə.F.İmanovun, “Elita” müəsissəsinin direktoru X20 iştirakları ilə tərtib etdikləri “Kür” təsərrüfatının ərazisində xx.xx.1999-cu il tarixli aktdan görünür ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamına əsasən “Elita” müəsissəsinə “Kür” kolxozunun bələdiyyə fondundan 15 il müddətinə 44 (qırx dörd) hektar əkinə az yararlı torpaq sahəsinin müvəqqəti istifadəyə ayrılması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan bələdiyyə torpaq sahəsinin müvəqqəti istifadəyə və ya icarəyə verilməsi barədə xx.xx.1999-cu il tarixli, 141 nömrəli müqavilənin surətindən görünür ki, Neftçala rayon İcra Hakimiyyəti ilə “Elita” müəsissəsi arasında 15 il müddətinə 44 (qırx dörd) hektar torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan JN-5603 KOD 80707028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Bakı şəhər sakini X9 Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı icarə müqaviləsi ilə Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin ərazi torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 il müddətinə 100.00 hektar torpaq sahəsi müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli, 03 nömrəli müqavilənin surətindən görünür ki, Yeniqışlaq bələdiyyəsinin sədri Orxan Babayev ilə “Elita” müəsissəsinin rəhbəri X31 arasında 7 il müddətinə 44 (qırx dörd) hektar torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Neftçala rayon Yeniqışlaq bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Yeniqışlaq bələdiyyəsinin sədri X4 xx.xx.2021ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar sədrlikdən çıxması barədə ərizəsi nəzərə alınsın. Yeniqışlaq bələdiyyəsinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq bələdiyyə üzvü X10 həvalə edilsin. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin müvafiq qərarı ilə X2 icarələrinə verilmiş torpaq sahəsinə dair JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin ləğv edilməsi və 44.0 ha hissəsinə yerquruluşu planının hazırlanması ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, X2 icarələrinə verilmiş torpaq sahəsinə dair JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinə aid məlumatların elektron bazadan silinməsi və icarə hüquqlarının ləğv edilməsi üçün tərəfinizdən müraciət məktubuna əlavə olaraq, “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin əsli, icarə müqaviləsinə xitam verilməsi haqqında bələdiyyənin icias protokolundan çıxarışı, vətəndaşın notarial qaydada təsdiq olunmuş icarə hüquqlarına xitam verilməsinə və şəhadətnamənin ləğv edilməsinə dair razılıq ərizəsi və icarənin ləğvi ilə bağlı ödəniş qəbzləri təqdim edilməmişdir. Belə ki, tərəfinizdən qeyd edilən sənədlər təqdim edilmədiyindən JN-5603 nömrəli 'Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə sənədinə aid məlumatların elektron bazadan silinməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edirik ki, yuxarıda qeyd edilən sənədlər və ya məlumatların elektron bazadan silinməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə müraciətinizin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7436 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında (JN-8713 saylı “Şəhadətnamə”) “Elita” müəssisəsinə ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 44,0 ha (faktiki olaraq 40.41 ha) torpaq sahəsi Yeniqışlaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir, torpaq sahəsinin faktiki (natura) konfiqurasiya parametrləri və cəhətlərə uyğun yerləşmə mövqeyi ilə sənəd əsasən yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüş, “Elita” müəssisəsinin istifadəsindədir və təyinatı üzrə istifadə olunur (sxem tərtib edilib). Qərardadın ikinci sualı üzrə: Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (JN-5603 saylı “Şəhadətnamə”) X9 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi Yeniqışlaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir, torpaq sahəsinin faktiki (natura) konfiqurasiya parametrləri və cəhətlərə uyğun yerləşmə mövqeyi ilə sənəd əsasən yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, 89.11 ha hissəsi əkin, 10.89 ha hissəsi yararsız torpaq sahəsidir və sənədə əsasən X3 istifadəsindədir (sxem tərtib edilib). Qərardadın üçüncü və dördüncü sualları üzrə: Bu sualların cavabı birinci və ikinci suallarda öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında“Elita” müəssisəsinin faktiki istifadəsində olan 40.41 ha (sənəd üzrə 44.0 ha) torpaq sahəsinin 16.54 ha hissəsi sənədə əsasən Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (İN- 5603) X9 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi ilə üst-üstə düşür (sxem tərtib edilib). Ekspert rəyinə həmçinin qeyd hissə əlavə edilmişdir: Haqverdilər kəmdi ərazisində “Kür” təsərrüfatının Kompleks Yerquruluşu Layihəsində mövcud olan Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında X9 ayrılan 100,0 ha torpaq sahəsinə verilmiş torpaqlardan müvəqqəti istifadə hüququna dair JN-5603 saylı “Şəhadətnamə”-nin heç bir hüquqi statusu yoxdur və elektron kadastr bazasından silinməlidir. Beləki, "Şəhadətnamə" nömrəsi JN 5603 olan torpaq sahəsinə xx.xx.2008-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən X5 adına sahəsi 12.40ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********95), sahəsi 62.60 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92), X18 adına sahəsi 50.0 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92)" olan Çıxarış"-la xüsusi mülkiyyətə verilmişdir (adları qeyd olunan vətəndaşlar eyni ailəyə mənsubdur). Bu "Çıxarış"-larla verilən torpaq sahələrinin sənəd üzrə və faktiki (naturada) sərhədləri Neftçala rayonu Yeniqışlaq bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə veriləcək 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşmür (sxem tərtib edilib). Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X14 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X14 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X29rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X32rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 6. İcarəyə verilən bələdiyyə torpaqları Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası üçün aşağıdakı dəlili gətirmişdir: X2 icarələrinə verilmiş torpaq sahəsinə dair JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinə aid məlumatların elektron bazadan silinməsi və icarə hüquqlarının ləğv edilməsi üçün tərəfinizdən müraciət məktubuna əlavə olaraq, “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin əsli, icarə müqaviləsinə xitam verilməsi haqqında bələdiyyənin icias protokolundan çıxarışı, vətəndaşın notarial qaydada təsdiq olunmuş icarə hüquqlarına xitam verilməsinə və şəhadətnamənin ləğv edilməsinə dair razılıq ərizəsi və icarənin ləğvi ilə bağlı ödəniş qəbzləri təqdim edilməmişdir. Qeyd edilən sənədlər təqdim edilmədiyindən JN-5603 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə sənədinə aid məlumatların elektron bazadan silinməsi mümkün olmamışdır. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. Göründüyü kimi, Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi ilə “Elita” müəssisəsinin rəhbəri X36 oglu arasında bələdiyyənin xx.xx.2016-cı il tarixli, 03 saylı qərarı ilə Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsinə məxsus kənd təsərrüfatı məhsullarının istehsalı üçün 44.0 ha torpaq sahəsini 07 il müddətinə icarəyə verilməsi haqqında müqavilə baglanmışdır. Bundan əvvəl həmin torpaq sahəsi Neftçala rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 1999-cu il tarixli, 2067 nömrəli Sərəncamı ilə X26 “Elita” müəssisəsinin rəhbəri kimi 15 il müddətinə “Kür” kolxozunun bələdiyyə fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkinə az yararlı torpaq sahəsi müvəqqəti istifadəyə verilmişdir. Bu barədə xx.xx.1999-cu il tarixdə akt tərtib edilmiş, torpaq sahəsinin yerqurluşu planından çıxarış tərtib edilmiş və xx.xx.1999-cu il tarixli, 141 nömrəli torpaq sahəsinin müvəqqəti istifadəyə və icarəyə verilməsi barədə müqavilə baglanmışdır. Bundan sonra Neftçala rayon Yeniqışlaq bələdiyyəsi ilə xx.xx.2003-cü il tarixdə 10 müddətinə, xx.xx.2013-cü il tarixdə 02 il müddətinə və xx.xx.2016-cı il tarixdə 07 il müddətinə, torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin 44 ha icarəyə verilmiş torpaq sahəsinə 15 il müddətinə xx.xx.2006-cı il tarixdə DTXK-nin Neftçala rayon şöbəsi tərəfindən JN-8713, KOD 80700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Bələdiyyə qərarlarına, tərəflər arasında bağlanmış icarə müqavilələrinə və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçının etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərarlar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7436 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında (JN-8713 saylı “Şəhadətnamə”) “Elita” müəssisəsinə ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 44,0 ha (faktiki olaraq 40.41 ha) torpaq sahəsi Yeniqışlaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir, torpaq sahəsinin faktiki (natura) konfiqurasiya parametrləri və cəhətlərə uyğun yerləşmə mövqeyi ilə sənəd əsasən yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüş, “Elita” müəssisəsinin istifadəsindədir və təyinatı üzrə istifadə olunur (sxem tərtib edilib). Qərardadın ikinci sualı üzrə: Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (JN-5603 saylı “Şəhadətnamə”) X9 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi Yeniqışlaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir, torpaq sahəsinin faktiki (natura) konfiqurasiya parametrləri və cəhətlərə uyğun yerləşmə mövqeyi ilə sənəd əsasən yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, 89.11 ha hissəsi əkin, 10.89 ha hissəsi yararsız torpaq sahəsidir və sənədə əsasən X3 istifadəsindədir (sxem tərtib edilib). Qərardadın üçüncü və dördüncü sualları üzrə: Bu sualların cavabı birinci və ikinci suallarda öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında“Elita” müəssisəsinin faktiki istifadəsində olan 40.41 ha (sənəd üzrə 44.0 ha) torpaq sahəsinin 16.54 ha hissəsi sənədə əsasən Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (İN- 5603) X9 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi ilə üst-üstə düşür (sxem tərtib edilib). Qeyd: Haqverdilər kəmdi ərazisində “Kür” təsərrüfatının Kompleks Yerquruluşu Layihəsində mövcud olan Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında X9 ayrılan 100,0 ha torpaq sahəsinə verilmiş torpaqlardan müvəqqəti istifadə hüququna dair JN-5603 saylı “Şəhadətnamə”-nin heç bir hüquqi statusu yoxdur və elektron kadastr bazasından silinməlidir. Beləki, "Şəhadətnamə" nömrəsi JN 5603 olan torpaq sahəsinə xx.xx.2008-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən X5 adına sahəsi 12.40ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********95), sahəsi 62.60 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92), X18 adına sahəsi 50.0 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92)" olan Çıxarış"-la xüsusi mülkiyyətə verilmişdir (adları qeyd olunan vətəndaşlar eyni ailəyə mənsubdur). Bu "Çıxarış"-larla verilən torpaq sahələrinin sənəd üzrə və faktiki (naturada) sərhədləri Neftçala rayonu Yeniqışlaq bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə veriləcək 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşmür (sxem tərtib edilib). İş materiallarına, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7436 nömrəli ekspert rəyinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7436 nömrəli ekspert rəyinin beşinci sualından görünür ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2067 nömrəli sərəncamı, xx.xx.1999-cu il tarixli, 141 saylı icarə müqaviləsinə və Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 saylı torpaq icarə müqaviləsi əsasında “Elita” müəssisəsinin faktiki istifadəsində olan 40.41 ha (sənəd üzrə 44.0 ha) torpaq sahəsinin 16.54 ha hissəsi sənədə əsasən Neftçala rayonu Yeniqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli, 49 saylı torpaq icarə müqaviləsi əsasında (İN-5603) X9 ayrılmış Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən 100,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iş materiallarına və eləcə də, ekspert rəyinə nəzəry etirilən zaman müəyyən edilir ki, torpaqlardan müvəqqəti istifadə hüququna dair JN-5603 saylı “Şəhadətnamə”-si formal xarakter daşıyır, yəni hüquqi statusu yoxdur. Belə ki, , "Şəhadətnamə" nömrəsi JN 5603 olan torpaq sahəsinə xx.xx.2008-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən X5 adına sahəsi 12.40ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********95), sahəsi 62.60 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92), X18 adına sahəsi 50.0 ha, qeydiyyat nömrəsi ********* (reyestr No **********92)" olan Çıxarış"-la xüsusi mülkiyyətə verilmişdir (adları qeyd olunan vətəndaşlar eyni ailəyə mənsubdur). Bu "Çıxarış"-larla verilən torpaq sahələrinin sənəd üzrə və faktiki (naturada) sərhədləri Neftçala rayonu Yeniqışlaq bələdiyyəsi tərəfindən "Elita” müəssisəsinə icarəyə veriləcək 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşmür (sxem tərtib edilib). Müəyyən olunur ki, vaxtilə X9 ayrılmış şəhadətnamədə göstərilən topaq sahəsinə müxtəlif dövrlərdə çıxarışlar verilmişdir ki, həmin çıxarışlarım hal-hazırki iddia tələbində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşmüdiyi müəyyən edilir. Həmin şəhadətnamənin formal əsaslarla baza məlumatlarında qalması isə iddiaçı tərəfin hüquqlarının pozulması ilə nətiələnmişdir. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş .11.2023-cü il tarixli, 3-16-16/2-10/7436 nömrəli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə “JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməmin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən “Elita” müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə “JN-5603 KOD 80700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməmin Neftçala rayonu Yeniqışlaq Bələdiyyəsi tərəfindən “Elita” müəssisəsinə icarəyə verilmiş 44.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 16.54 ha hissəsində ləğv edilməsi, Neftçala rayonu Haqverdilər kəndi ərazisində yerləşən “Elita” müəssisəsinə ayrılmış 40,41 ha torpaq sahəsinə bələdiyyənin xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri xidmətində qeydə alınaraq bu barədə çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X11, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar