Məhkəmə qərarları › İş №2-1(120)-419/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-419/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-419/2025 22.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********173665 nömrəli qərarının ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 2-1(120)-419/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh 8 saylı ərazi vergilər idarəsi **********156615 saylı, 05 may 2023-cii il tarixli akt tərtib edərək səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi olaraq iddiaçıya 107503,77 manat verginin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasını, 90972,36 manat vergi sanksiyasının tətbiq edilməsini təklif etmişdir. Aktın 3.4-cü maddəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə protokol tərtib olunmadığı, 3.5-ci maddəsinin "a" bəndində aktda qeyd olunan azaldılmış vergi məmbləği və tətbiq ediləcək maliyyə sanksiyasının büdcəyə ödənilməsi tələb edilmiş, 3.3-cü maddəsində isə mühasibat uçotunda lazımi dəyişikliklər edilərək yoxlama ilə aşkar edilmiş və ya yayındırılmış vergi məbləği və tətbiq edilmiş maliyyə sanksiyasının mühasibat uçotunda əks etdirilməsi nəzərdə tutulmuşdur. **********156615 saylı, 05 may 2023-cü il tarixli aktında nəzərdə tutulmuş tələblər barədə etiraz və qeydlərini cavabdehə göndərmişdir. Etirazını aşağıdakı qaydada əsaslandırmışdır: Rəhbərlik etdiyi idarənin rəhbərliyinin onların qanunsuz göstərişlərini icra etməyən sahibkarları cəzalandırmaq üçün müxtəlif qanunsuz yollara əl atdığını bildiyindən xx.xx.2021-ci il tarixdə məktubla müraciət edərək səyyar vergi yoxlaması keçirilməsini xahiş etmişdir. Müraciətinə daxil olduğu gündən 8 ay 12 gün sonra baxılmış, xx.xx.2022-ci il tarixdə "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" **********156549 saylı qərar qəbul edilmiş, qərarın icrası dəfələrlə dayandırılmış, bərpa edilmişdir. 8 saylı Beyləqan ərazi Vergilər idarəsinin sabiq rəisi Zaur Adilovun qanunsuz hərəkətləri nəticəsində 3 ildir ki, işləyə bilmir. Bu müddət ərzində məhkəmə ekspertizasının 4 rəyi alınmış, həmin rəylər və audit rəyi ilə vergi borcnun olmadığı təsdiqlənmişdir. 8 saylı ərazi vergilər idarəsi **********156615 saylı, 05 may 2023cü il tarixli akt tərtib edərək səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi olaraq ona 107503,77 manat verginin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasını, 90972,36 manat vergi sanksiyasının tətbiq edilməsini təklif etmişdir. Aktın 3.4-cii maddəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə protokol tərtib olunmadığı, 3.5-ci maddəsinin "a" bəndində aktda qeyd olunan azaldılmış vergi məbləği və tətbiq ediləcək maliyyə sanksiyasının büdcəyə ödənilməsi tələb edilmiş, 3.3-cü maddəsində isə mühasibat uçotunda lazımi dəyişikliklər edilərək yoxlama ilə aşkar edilmiş və ya yayındırılmış vergi məbləği və tətbiq edilmiş maliyyə sanksiyasının mühasibat uçotunda əks etdirilməsi nəzərdə tutulmuşdur. 14 aprel 2022-ci il tarixii, **********156549 saylı, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarın qanuniliyi və əsaslılığı məhkəmə qaydasında yoxlanmadığından, daha doğrusu bununla bağlı iddiası üzrə icraat başa çatmadığından cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin **********156615 saylı, 05 may 2023-cü il tarixli akt tərtib edərək səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi olaraq ona 107503,77 manat verginin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasını, 90972,36 manat vergi sanksiyasının tətbiq edilməsini təklif etməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********173665 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsinə dair iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: iddiaçı iddia ərizəsində “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın əsassız olaraq qəbul edildiyini bildirmişdir. Fiziki şəxsdə Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması aşağıdakı risklər əsasında açılmışdır:1.2021-ci il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsinin” 1200.1-ci (Malların təqdim edilməsindənə gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzind vergi pdəyicisi tərəfindən idxal edilmiş və e- qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 1136657.82 manat az əks etdirilmişdir. 2021-ci il təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsində əvvəlki il üzrə təqdim olunmuş “Gəlir vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannam si”nin 1 №-li əlavəsinin (Fiziki şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 442674.78 manat məbəğ + cari il üzrə təqdim edilmiş bəyannamənin 1 №-li dəvəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi il “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 442674.78 manat məbləğində fərq müəyyən edilmişdir. mVergi Məcəlləsinin 23-cü, 36-cı və 38-ci maddələrinə əsasən fərdi sahibkar İddiaçı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli Qərar qəbul olunmuşdur. Yoxlamaya xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır.Yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli, **********156615 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktı xx.xx.2023-cü il tarixli, **********722000 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Yoxlamanının nəticəsi üzrə ümumilikdə cəmiyyətə 107503,77 manat məbləğdə əlavə vergilər hesablanması və 90972,36 manat məbləğdə maliyyə sanksiyasının tətbiqi barədə xx.xx.2023-cü il tarixli **********173665 №-li “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Qərar xx.xx.2023-cü il tarixli, **********053900 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir.Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022 tarixli **********156619 nömrəli Tələbnamə verilməsinə baxmayaraq, sənədlər yoxlamaya təqdim edilməmişdir. Fiziki şəxs tərəfindən ƏDV-nin tədiyyəçisi olduğu dövrdə ƏDV bəyannaməsi vergi orqanına müvafiq qaydada aylar üzrə təqdim edilmişdir.Fiziki şəxs tərəfindən 2019-cu ilin mart-dekabr ayları üzrə təqdim olunmuş ƏDV bəyannamələrində vergi tutulan dövriyyə 2905093.68 manat, Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi ilə vergiyə cəlb edilərək 522919.86 manat ƏDV hesablandığı və həmin dövrdə alınmış mallar üzrə əvəzləşməyə əsas verən sənədlərdə olan 506454.65 manat ƏDV məbləği nəzərə alınmaqla büdcəyə ödənilməli 16462.21 manat ƏDV məbləğinin hesablandığı göstərilmişdir. Fiziki şəxs tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş ƏDV bəyannamələrində vergi tutulan dövriyyə 3435512.39 manat, Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi ilə vergiyə cəlb edilərək 618392.23 manat ƏDV hesablandığı və həmin dövrdə alınmış mallar üzrə əvəzləşməyə əses verən sənədlərdə olan 545138.48 manat ƏDV məbləği nəzərə alınmaqla büdcəyə ödənilməli 73253.75 manat ƏDV məbləğinin hesablandığı göstərilmişdir.Fiziki şəxs tərəfindən 2021-ci ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş ƏDV bəyannamələrində vergi tutulan dövriyyə 1120182.43 manat, Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi ilə vergiyə cəlb edilərək 201632.84 manat ƏDV hesablandığı və həmin dövrdə alınmış mallar üzrə əvəzləşməyə əsas verən sənədlərdə olan 199100.17 manat ƏDV məbləği nəzərə alınmaqla büdcəyə ödənilməli 2532.67 manat ƏDV məbləğinin hesablandığı göstərilmişdir. Fiziki şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə fəaliyyətini müvəqqəti olaraq dayandırılması üçün vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilmişdir. 2022-ci ilin yanvar-fevral ayları üzrə fiziki şəxsin fəaliyyəti müvəqqəti olaraq dayandırıldığı üçün ƏDV bəyannamələri təqdim edilməmişdir. Yoxlama ilə 622404.80 manat dəyərində malların (yanacaq məhsullarının) faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilərək Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə yəni 2022-ci ilin fevral ayının ƏDV bəyannaməsində aid edilmişdir. Beləliklə, 2022-ci ilin yanvar-fevral ayı üzrə ƏDV bəyannamələrində vergi tutulan dövriyyə 622404.80 manat, Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi ilə vergiyə cəlb edilərək 112032.86 manat ƏDV hesablandığı və həmin dövrdə alınmış mallar üzrə əvəzləşməyə əsas verən sənədlərdə olan 0.00 manat ƏDV məbləği nəzərə alınmaqla büdcəyə ödənilməli 112032.86 manat ƏDV məbləğinin hesablanıb göstərilməli olduğu müəyyən edildi.Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək fəaliyyət göstərmiş, xx.xx.2022-ci il tarixli **********972000 nömrəli ərizə ilə fəaliyyətini dayandırmış, xx.xx.2021-ci il tarixli **********972000 nömrəli ərizəsi ilə obyekti bağlamışdır. Yoxlama dövrünün sonunadək fəaliyyəti aktivləşdirilməmişdir və aktiv obyekt qeydiyyatı olmamışdır. X8 Xidmətinin baza məlumatlarından, vergi ödəyicisinin Vergi orqanına təqdim edilmiş vergi bəyannamələrindən və xx.xx.2022-ci il tarixli **********242000 nömrəli qarşılıqlı əlaqələr haqqında yazışmalarla "xxxx" QSC-dən alınmış məlumatlardan istifadə etməklə aparıldı. Belə ki, xx.xx.2022-ci il tarixli **********242000 nömrəli müraciətə əsasən "xxxx" QSC-dən tərəfindən alınmış qarşılıq əlaqəli məlumatlara əsasən 2020 və 2021-ci il üzrə təqdim olunmuş yanacaq məhsullarının əməliyyatlar üzrə sıxlığına uyğun litrləri bəyan etmişdir. 2019-cu il üzrə məlumat ilə isə Tarif Şurasının qərarına əsasən ümumi sıxlıq ilə götürülmüş və yekunda alınmış yanacaqların çeşidlər üzrə miqdarı müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi 2019-cu il Gəlir vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3 ehtiyyatlar sətrində 6833,7 min manat dəyərində dövrün əvvəlinə qalıq saxlamışdır. Vergi ödəyicisi tərəfindən Mallarının hərəkəti eləcədə qalıqlar barədə rəsmi məlumatlar yoxlamaya təqdim edilmədiyindən müvafiq Dövr üzrə alınmış malların xüsusi çəkisinə uyğun olaraq 6833,7 manat dəyərində mallar Benzin və yanacaq çeşidləri olaraq bölünmüşdür. Müvafiq Dövr üzrə 61.6 % Benzin 38.4 % Dizel məhsulu alındığından 4212.7 manat benzin 2621.1 manat Dizel yancağı olaraq qəbul etdilmişdir. Alınmış mallar Tarif Şurasının müəyyənləşdirdiyi topdan satış qiymətlərinə uyğun olaraq litrlə ifadə olunmuş və 2019-cu ilin əvvəlinə 6186.0 litr Benzin yanacağı, 6240.7 litr Dizel yanacağı Yoxlama ilə qəbul edilmişdir. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən alınan yanacaqlar üzrə satış həcmi dəyər ilə müəyyən edilmiş (dövrlər üzrə qiymət dəyişimi nəzərə alınmaq ilə) və təqdim olunan dövriyyə ilə arasında fərq tapılaraq qalıqda qalmalı olan yanacağın dəyəri müəyyənləşdirilmişdir. Keçirilmiş baxış zamanı vergi ödəyicisinin Aktiv obyektinin aşkar edilmədiyini nəzərə alaraq Vergi Məcəlləsinin 67.15-ci madddəsəinə əsasən SVY ilə əhatə edilən dövrün sonuncu ayında satışa verilmişdir. "xxxx" QSC-dən alınmış qarşılıqlı əlaqələr barədə məlumatlarda 2020- 2021-ci illər üzrə təqdim edilmiş yanacağın sıxlığı göstərilmiş, lakin 2019-cu il üzrə təqdim edilməməsi səbəbində Tarif Şurasının qərarına əsasən aparılmışdır. Yoxlama ilə 622404.80 manat dəyərində benzin və dizel yanacaqları üzrə əskik gəlmiş mal satışı müəyyən edilərək VM-nin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə yəni 2022-ci ilin fevral ayının vergi tutulan ƏDV bəyannaməsinə aid edilmişdir.Yoxlama ilə 2020-ci ilin yanvar-dekabr ayları üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən VM-nin 159.1., 166 və 175.1.3. maddələrinə əsasən aylar üzrə 64846.51 manat artıq hesablanması müəyyən edildi. Yoxlama ilə 2022-ci ilin yanvar-fevral ayları üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən VM-nin 67.15., 159.1., və 175.1.3. maddələrinə əsasən aylar üzrə 112032.86 manat azaldılması müəyyən edildi.Vergi yoxlaması ilə ümumilikdə yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin aylar üzrə hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci, 166cı və 175.1.3-cü maddələrinə əsasən 112032.86 manat azaldılması, 64846.51 manat artıq hesablanması, ümumilikdə 47186.36 manat azaldılma müəyyən olundu. Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2022-ci il üzrə 112032.86 manat azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 56016.43 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edildi. Vergi Məlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad olan gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotun aparmaq vergi ödəyicisinin borcudur. Fərdi sahibkar tərəfindən 2019-2021-ci illər üzrə üzrə gəlirlərinin və xərcinin uçotunu Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodundan istifadə etməklə gəlir vergisi bəyannaməsini verği orqanına təqdim etmişdir. Təqdim olunmuş bəyannamələr yoxlama ilə əhatə olundu və aşağıdakılar müəyyən olundu. Fərdi sahibkar tərəfindən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların (iş və xidmətlərin) təqdim edilməsi üzrə ümumi gəlirin 3302311.76 manat, ümumi xərcləri 3247447.31 manat (o cümlədən: əmək haqqı 8820.00 manat, sosial sığorta xərci 2623.50 manat, mal-materal xərci 3201850.31 manat, enerji xərci 3472.53 manat, yanacaq xərci 26500.20 manat, bank xidməti xərci 1722.77 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 880.00 manat, amortizasiya ayırmaları xərci 1578.00 manat) olmaqla, 54864.45 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcəsi ilə büdcəyə 10972.89 manat gəlir vergisi hesablanıldığı göstərilmişdir. Yoxlama ilə 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində malların (iş və xidmətlərin) təqdim edilməsi üzrə ümumi gəlirin 3306971.81 manat, ümumi xərcləri 2999841.78 manat (o cümlədən: əmək haqqı 8820.00 manat, sosial sığorta xərci 2214.88 manat, mal materal xərci 2983863.10 manat, enerji xərci 761.03 manat, yanacaq xərci 0.00 manat, bank xidməti xərci 1722.77 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 880.00 manat, amortizasiya ayırmaları xərci 1580.00 manat) olmaqla, 307130.03 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcəsi ilə büdcəyə 61426.01 manat gəlir vergisi hesablanıb göstərilməli olduğu müəyyən edildi. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə bəyan edilən satışın maya dəyəri Tarif Şurasının qərarına əsasən topdan satış qiymətləri əsasında müəyyənləşdirmişdir. 2019-cu ilin gəir vergisi bəyannaməsində Xərclər bölməsində 26500.20 manat yanacaqla bağlı xərclərin təsdiq edici sənədləri yoxlamaya təqdim edilmədiyi üçün 26500.20 manat yanacaq xərci çıxarılmıdır. Əlavə 1 bölməsində 1.1 sətrində 350000 manat dəyərində Əsas vəsaitlərin mədaxil olunması ilə bağlı xərc sənədləri yoxlamaya təqdim edilmədiyi üçün dövr ərzində daxil olmuşdur sütunundan çıxarılmıdır. Fərdi sahibkar tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların (iş və xidmətlərin) təqdim eclilməsi üzrə ümumi gəlirin 3407971.03 manat, ümumi xərcləri 3087298.10 manat (o cümlədən: əmək haqqı 16750.00 manat, sosial sığorta xərci 4246.75 manat, mal material xərci 3019741.78 manat, enerji xərci 708.63 manat, yanacaq xərci 23626.40 manat, bank xidməti xərci 1832.54 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 2530.00 manat, amortizasiya ayırmaları xərci 17682.00 manat, sığorta haqqı xərci 180.00 manat) olmaqla, 320672.93 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcəsi ilə büdcəyə 64134.59 manat gəlir vergisi hesablanıldığı göstərilmişdir.Yoxlama ilə 2020-ci il üzrə gəlir vergisi bəyannaməsində malların (iş və xidmətlərin) təqdim edilməsi üzrə ümumi gəlirin 3075254.00 manat, ümumi xərcləri 2802553.27 manat (o cümlədən: əmək haqqı 16750.00 manat, sosial sığorta xərci 4246.75 manat, mal material xərci 2774785.35 manat, enerji xərci 708.63 manat, yanacaq xərci 00.00 manat, bank xidməti xərci 1832.54 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 2530.00 manat, amortizasiya ayırmaları xərci 1520.00 manat, sığorta haqqı xərci 180.00 manat) olmaqla, 272700.73 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcəsi ilə büdcəyə 54540.15 manat gəlir vergisi hesablanıb göstərilməli olduğu müəyyən edildi. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə bəyan edilən satışın maya dəyəri Tarif Şurasının qərarına əsasən topdan satış qiymətləri əsasında müəyyənləşdirmişdir. 2020-ci ilin gəir vergisi bəyannaməsində Xərclər bölməsində 23626.40 manat yanacaqla bağlı xərclərin təsdiq edici sənədləri yoxlamaya təqdim edilmədiyi üçün 23626.40 manat yanacaq xərci çıxarılmış və əsas vəsaitlərin mədaxili olması ilə bağlı sənədlər təqdim edilmədiyi üçün amortizasiya ayırmaları 16162.00 manat dəyərində azaldılmışdır.Fərdi sahibkar tərəfindən 2021 -ci il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların (iş və xidmətlərin) təqdim edilməsi üzrə ümumi gəlirin 0.00 manat, ümumi xərcləri 0.00 manat olmaqla, 0.00 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcəsi ilə büdcəyə 0.00 manat gəlir vergisi hesablanıldığı göstərilmişdir.Yoxlama ilə 2021-ci il gəlir vergisi bəyannaməsində malların (iş və xidmətlərin) təqdim edilməsi üzrə ümumi gəlirin 1120182.40 manat, ümumi xərcləri 1024514.11 manat (o cümlədən: əmək haqqı 8000.00 manat, sosial sığorta xərci 2053.00 manat, mal material xərci 1010734.63 manat, enerji xərci 1025.48 manat, bank xidməti xərci 970.00 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 321.00 manat, amortizasiya ayırmaları xərci 1410.00 manat) olmaqla, 95668.29 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcəsi ilə büdcəyə 19133.66 gəlir vergisi hesablanıb göstərilməli olduğu müəyyən edildi. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə bəyan edilən satışın maya dəyəri Tarif Şurasının qərarına əsasən topdan satış qiymətləri əsasında müəyyənləşdirmişdir. Beləliklə, vergi yoxlaması ilə fərdi sahibkar tərəfindən gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən Vergi Məcəlləsinin 96-cı, 108-ci maddələrinə əsasən 2019-cu il üzrə 50453.12 manat azaldılması, 2020-ci il üzrə 9594.44 manat artıq hesablanması, 2021-ci il üzrə 19133.66 azaldılması, ümumilikdə gəlir vergisinin 59992.34 manat azaldılması müəyyən edildi. Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il üzrə 50453.12 manat azaldılmasına görə Azərbaycan RespubliKasının Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 25226.56 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir. Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2021-ci il üzrə 19133.66 manat azaldılmasına görə Azərbaycan RespubliKasının Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 9566.83 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir.Ümumilikdə yoxlanılan dövrdə Vergi Məcəlləsinin 96.1-ci maddəsinə istinad edilməklə 59992.34 manat gəlir vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 34793.39 manat maliyyə sanksiyasının tədbiq edilməsi təklif olunur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, xx.xx.2023-cü il tarixli, **********173665 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarın qanunsuz hesab edilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, **********156549 saylı Səyyar Vergi yoxlamasının keçirilmısi haqqında qərara əsasən, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: Mart 2019 - Fevral 2022. Yoxlamanın keçirilməsi 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X2 tapşırılmışdır. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********156619 saylı, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2. Forma 3. e-qaimə fakturalar, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlər, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istiladə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin bərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alnımış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin müvcüdluğu və hərəkəti barədə ( 2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların. 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və liziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərini. Sənədlər 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-çü maddəsində nəzərdə tutulan halda 10 iş giinü müddətində), yəni xx.xx.2022 tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının 8 saylı Ərazi Vergilər İdarəsi AZİ200.Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ünvanında təqdim olunmalıdır. - İşdə olan 05/253 saylı, xx.xx.2019-cu il tarixli, 05/090 saylı, xx.xx.2020-ci il tarixli, 05/227 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" QSC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış müqavilələrdən görünür ki, satıcı müavilələrə əlavə edilmiş “Təsnifat”da göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını “alıcı”ya satmağı, “alıcı” isə həmin neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq, “Təsnifat”da göstərilən miqdarda, qiymətə və müddətə qəbul edib, malın dəyəri (əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan KY221731312 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.2019-xx-xx.2022-ci il dövr üzrə növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Yoxlamanın dayandırılması. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (29 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda rıəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (29 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən, məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanlarının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi - xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (23 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək (21 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədəri və əşyaları vermədiyi halda nəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (10 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada x əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halaa nəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi tarixindən xx.xx.2023 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2023-cü ildən xx.xx.2023 tarixədək (23 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda nəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək (22 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2023-cü il tarixdən 17.03.23-cü ilədək (26 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək (26 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. İş materiallarında olan “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********156615 nömrəli aktdan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022 tarixli **********156549 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X6, 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X4 tərəfindən İddiaçı (VÖEN **********) üzrə yol vergisi (2019-cu il - 2021-ci il), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (1-ci Rüb 2020 - 4-cü Rüb 2021), məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), işsizlik sığortası üzrə rüblük hesabat (fiziki şəxslər) (1-ci Rüb 2019 - 4-cü Rüb 2019), ödəmə mənbəyində tutulan vergi (1 -ci Rüb 2019 - 4-cü Rüb 2021), əlavə dəyər vergisi (Mart 2019- Fevral 2022), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (2019-cu il), aksiz vergisi (Mart 2019 - Fevral 2022), MDSS - Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə 1-ci Rüb 2019 - 4-cü Rüb 2019 məşğul olan fiziki şəxslər- rayon mərkəzlərin (0703) sadələşdirilmiş vergi (1-ci Rüb 2019 - 4-cü Rüb 2021), gəlir vergisi (2019-cu il) tədiyyə və dövrlərdə vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparılmışdır. Yoxlama xx.xx.2022 tarixdə başlanıldı və xx.xx.2023 tarixdə başa çatdırıldı. Yoxlama **********1S7930 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********159397 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********160468 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********161564 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********162698 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********163379 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********164282 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********165001 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********165642 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********166246 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********166544 nömrəli, xx.xx.2022-ci il tarixli qərar; **********167171 nömrəli, xx.xx.2023-cü il tarixli qərar; **********167675 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən müvəqqəti dayandırılmış və **********168838 nömrəli, xx.xx.2023-cü il tarixli qərar; **********169688 nömrəli, xx.xx.2023-cü il tarixli qərar; **********170299 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarına əsasən, İddiaçı vergi qanunvericliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Vergi məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək aşağıdakı qaydadafevral 2022-ci il dövr üzrə əlavə dəyər vergisi bəyannamə növü üzrə 40 manat maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb edilmişdir. Digər qeydlər: Vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən aşağıdakı vergilərin azaldılması və artıq hesablanması müəyyən edilmişdir: Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 69586.78 manat azaldılması; o cümlədən: 2019-cu il üzrə 50453.12 manat 2021-ci il üzrə 19133.66 manat Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 9594.44 manat artıq hesablanması; Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 112032.94 manat azaldılması; o cümlədən: 2019-cu ilin mart-dekabr ayları üzrə 0.08 manat 2022-ci ilin yanvar-fevral ayları üzrə 112032.86 manat Əlavə dəyər vergisinin 2020-ci il üzrə hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 64846.51 manat artıq hesablanması; Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və tibbi sğorta haqqında bəyannamədə (hesabatda ) göstərilən məbləğnin 2020-ci il üzrə hesabatda göstərilməli olan məbləğinə nisbətən 325.00 manat azaldılması Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il üzrə 50453.12 manat azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 25226.56 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2021-ci il üzrə 19133.66 manat azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 9566.83 manat məbləğində maliyyə sanksiyası tədbiq edilsin; Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il mart-dekabr ayları üzrə 0.08 manat azaldılmasına görə Azərbaycan RespublİKasmın Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 0.04 manat məbləğində maliyyə sanksiyası tədbiq edilsin; Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2022-ci il üzrə 112032.86 manat azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 56016.43 manat məbləğində maliyyə sanksiyası tədbiq edilsin; Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və tibbi sğorta haqqında bəyannamədə (hesabatda) göstərilən məbləğnin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2020-ci ilin İ-İV rübləri üzrə 325.00 manat azaldılması görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 162.50 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə 107178.77 manat verginin və 325.00 məcburi dövlət sosial sığorta haqqının hesablanması və 90972.36 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********071900 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli **********173665 №-li “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qəbul edilməsinə əsas olan sənədlərin, həmçinin həmin qərarın İddiaçı verilmə qaydası (elektron, sadə poçtla, şəxsən təqdim etmə və s) ilə bağlı xx.xx.2023-cü il tarixli **********508800 nömrəli müraciətinə 8 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Fərdi sahibkar İddiaçı (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə keçirilmiş xx.xx.2022-ci il tarixli **********156549 nömrəli Səyyar vergi yoxlamasının nəticələrinə əsasən çıxarılmış xx.xx.2023-cü il tarixli **********156615 №-li Səyyar vergi yoxlaması aktını, xx.xx.2023-cü il tarixli **********173665 №-li “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və xx.xx.2023-cü il tarixli **********000300 №-li “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin bir nüsxəsi göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(106)- 94/2022 nömrəli qərarı ləğv edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-224/2023 nömrəli qərarı ilə, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-55/2021 nömrəli qərarı ləğv edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 1086/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1112/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4505/2024 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmışdır xx.xx.2024-cü il tarixli 9/4505 №-li ekspert rəyinin nəticə hissəsi aşağıda göstərilmişdir: Birinci,ikinci, üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına əsasən İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2022-ci il tarixdə başlanmış, xx.xx.2023-cü il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2023-cü il tarixli **********156615 nömrəli Akt üzrə Səyyar Yoxlaması düzgün aparılmamış, yoxlanılan dövrdə vergi qanunvericiliyinin tələbinin pozulması yəni, vergi azaldılması halları müəyyən olunmadı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********156615 nömrəli Akt üzrə Səyyar Yoxlaması düzgün tərtib edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı (VÖEN **********) barəsində qəbul edilmiş «Vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərara əsasən hesablanmış vergi məbləği Vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmamış, yəni hesablanmış vergi məbləği vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Mübahisələndirilən yoxlama dövrü ərzində 2020-ci ilin yanvar ayı üzrə daha əvvəl həmin ay üzrə kameral vergi yoxlaması ilə hesablanmış 65118.96 manat və ona uyğun hesablanmış gəlir vergisi yoxlama aktının nəticə hissəsində yekun məbləği daxil edilməmişdir. Belə ki, «Vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli **********173665 nömrəli qərardan da görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində yoxlama aktının ƏDV-nin hesablanması hissəsində 2020-ci ilin yanvar ayı üzrə kameral yoxlama ilə hesablanmış 65118,96 manat ƏDV-nin hesablanması hissəsində öz təsdiqini tapmamış, vergi ödəyicisinin 2020-ci il yanvar ayı üzrə xx.xx.2020-ci tarixdə təqdim etiyi ƏDV bəyannamə məlumatlarından istifadə edilməklə aparılmışdır. Bundan başqa, 8 saylı ƏVİ-nin 29 avqust 2023-cü il tarixli **********664500 saylı Şirvan İnzibati Məhkəməyə ünvanlanan məktubundan da görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində yoxlama aktının ƏDV-nin hesablanması hissəsində 2020-ci ilin yanvar ayı üzrə kameral yoxlama ilə hesablanmış 65118,96 manat ƏDV-nin hesablanması hissəsində öz təsdiqini tapmadığı üçün vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdə təqdim etdiyi bəyannamə nəzərə alınaraq 64846,51 manat ƏDV məbləği azaldılmışdır. Beşinci sual üzrə: Hazırki tədqiqatla mübahisləndirilən dövr üzrə mal qalığının olması yoxlama iş materialları ilə öz əksini tapmır. Eləcə də yoxlanılan dövrdə daşınma xərcləri nəzərə alınmalı olduğu halda həmin xərclər nəzərə alılnmamışdır. Belə ki, vergi ödəyicisinin neft məhsulları aldığı "xxxx" QSC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 05/225 saylı, xx.xx.2019-cu il tarixli 05/253 saylı, xx.xx.2020-ci il tarixli 05/227 saylı müqavilələrinin 3.1-ci bəndində də qeyd edilmişdir ki, neft məhsulları “Satıcının Azərbaycan Respublikası ərazisində yerləşən hər hansı bir neft Terminalından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması göstərilmiş və mərkəzdə tərəflərin iştirakı ilə müzakirə zamanı malların ödəyici tərəfindən daşınması müəyyən edilmişdir. Altıncı və yeddinci suallar üzrə: Yoxlama ilə 2019-2021-ci illər üzrə satışın formalaşmasında X3 istinad edilmədiyi müəyyən edilir. Belə ki, Benzin və dizel yanacaqlarının qiymətləri Tarif Şurası müvafiq Qərarlarına əsasən müəyyən edilməsinə baxmayaraq, vergi yoxlaması zamanı xüsusi çəkilər müəyyənləşdirmiş və əlavə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən analoji hallarda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti təyin edilməli və mal-material qalığı müəyyənləşdirilməli idi. Lakin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq mal-material qalığı müvafiq aktlarla yerində müəyyən edilməmiş və rəsmiləşdirilməmişdir. Vergi orqanının xx.xx.2023-cü il tarixli qərarında gəlir vergisinin hesabatda göstərilməli olan məbləğinin hesabatda göstərilməli olan məbləğə nisbətən 69586,78 manat (o cümlədən 2019-cu il üzrə 50453,12 manat, 2021-ci il üzrə 19133,66 manat gəlir vergisinin hesabatda göstərilən məbləğin göstərilməli olan məbləğinə nisbətən 9594,44 manat) artıq hesablanması göstərilmişdir. «Vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərar əsasında xx.xx.2023-cü il tarixli **********156615 nömrəli Akt üzrə Səyyar Yoxlaması zamanı İddiaçı (VÖEN **********) yoxlamanın əhatə etdiyi dövr üçün Gəlir vergisi və Əlavə dəyər vergisi düzgün hesablanmamışdır. Belə ki, yoxlama zamanı yoxlamanın əhatə etdiyi dövrdə fərdi sahibkarın gəlir və xərclərinin kassa metodu ilə aparıldığı nəzərə alınmamış, kassa ilə satış qəbul edilməmişdir. Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən gəlirin əldə edildiyi vaxt: Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncançısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacaq hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır; Vergi Məcəlləsinin 133.1 və 133.2-ci maddələrinə əsasən xərcin çəkildiyi vaxt; Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır; Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Səkkizinci sual üzrə: Cavabdeh tərəfindən 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində kameral vergi yoxlaması ilə hesablanmış ƏDV məbləğinin səyyar vergi yoxlaması ilə ləğv edilməsi əsaslı deyil. Belə ki, kameral yoxlama ilə ƏDV hesablanmasına dair **********560100 saylı qərar xx.xx.2020-ci il tarixdə, onun ləğv edilməsinə dair səyyar vergi yoxlaması isə 05 may 2023-cü il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Doqquzuncu sual üzrə: İş materiallarından göründüyü kimi, Yoxlama zamanı 2022-ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyə səyyar vergi yoxlaması aktının 2.1 bölməsində (vergilər üzrə yoxlama) Əlavə dəyər vergisinin yoxlanılması zamanı 2019-cu və 2021-ci illər üzrə kənarlaşmanın olmadığı müəyyən edildiyi, 2020-ci ilin yanvar ayı üzrə isə kameral vergi yoxlaması zamanı əlavə hesablanmış 64846.51 manat əlavə dəyər vergisinin düzgün hesablanmadığı qeyd edilmiş, lakin hesablanmanın səbəbi barədə aktda açıqlama, izahat verilməmişdir. Lakin yoxlama zamanı yoxlayıcılar tərəfindən müəssisənin satış dövriyyəsi artırılaraq 2020-ci ildə göstərilməyən dövriyyə üzrə kənarlaşma müəyyən edilərək, həmin dövriyyə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu hesabat dövrü üzrə, yəni 2022-ci ilin fevral ayının ƏDV bəyannaməsinə aid edilmişdir. Halbuki, müəssisənin vergi orqanında olan baza məlumatlarına əsasən alış və satış məlumatları kameral yoxlama zamanı nəzərə alınmış və 2020-ci ildə kameral qaydada müvafiq hesablama aparılmış və vergi ödəyicisi tərəfindən həmin hesablama qəbul edilmişdir. Onuncu sual üzrə: Tədqiqatla yoxlama zamanı vergi ödəyicisinin yoxlamanın əhatə etdiyi dövrdə gəlir və xərclərin kassa metodu ilə aparılması nəzərə alınmadığı müəyyən edilir Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 39.1 -ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1 -ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı fəaliyyətinə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, vergi yoxlaması vergi orqanının təşəbbüsü və müxtəlif məzmunlu qərarları ilə uzadılmış və xx.xx.2023-cü il tarixdə yekunlaşdırılmışdır. İddiaçı mart 2019-fevral 2022-ci illəri əhatə edən dövr üzrə fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı Qərarı qəbul edilmişdir ki, bu qərarla vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək aşağıdakı qaydada-fevral 2022-ci il dövr üzrə əlavə dəyər vergisi bəyannamə növü üzrə 40 manat maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb edilmişdir. Digər qeydlər: Vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən aşağıdakı vergilərin azaldılması və artıq hesablanması müəyyən edilmişdir: Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 69586.78 manat azaldılması; o cümlədən: 2019-cu il üzrə 50453.12 manat 2021-ci il üzrə 19133.66 manat Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 9594.44 manat artıq hesablanması; Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 112032.94 manat azaldılması; o cümlədən: 2019-cu ilin mart-dekabr ayları üzrə 0.08 manat 2022-ci ilin yanvar-fevral ayları üzrə 112032.86 manat Əlavə dəyər vergisinin 2020-ci il üzrə hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 64846.51 manat artıq hesablanması; Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və tibbi sğorta haqqında bəyannamədə (hesabatda ) göstərilən məbləğnin 2020-ci il üzrə hesabatda göstərilməli olan məbləğinə nisbətən 325.00 manat azaldılması Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il üzrə 50453.12 manat azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 25226.56 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2021-ci il üzrə 19133.66 manat azaldılmasına görə Azərbaycan RespublİKasmın Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 9566.83 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il mart-dekabr ayları üzrə 0.08 manat azaldılmasına görə Azərbaycan RespublİKasmın Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 0.04 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2022-ci il üzrə 112032.86 manat azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 56016.43 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və tibbi sğorta haqqında bəyannamədə (hesabatda) göstərilən məbləğnin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2020-ci ilin İ-İV rübləri üzrə 325.00 manat azaldılması görə Azərbaycan Respublikasının Vergi Məcəllsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 162.50 manat məbləğində maliyyə sanKsiyası tədbiq edilsin; Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə 107178.77 manat verginin və 325.00 məcburi dövlət sosial sığorta haqqının hesablanması və 90972.36 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticə olaraq vergi borcu və maliyyə sanksiyası hesablanmışdır ki, iddiaçı hazırda həmin borcu mübahisələndirir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1 -ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda - xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2)təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3)30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən, bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1 -ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1 -ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1 -ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın - «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarının qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Belə ki, səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, həm də səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, yoxlama xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (29 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi.xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda rıəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (29 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən, məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022ci il tarixdən xx.xx.2022 tarixədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanlarının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (23 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək (21 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədəri və əşyaları vermədiyi halda nəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (10 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada x əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halaa nəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi tarixindən xx.xx.2023 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2023cü il tarixdən xx.xx.2023 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2023-cü ildən xx.xx.2023-cü tarixədək (23 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda nəmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək (22 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2023-cü il tarixdən 17.03.23-cü ilədək (26 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək (26 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsinə əsasən, 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; [320] 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Məhkəmə tərəfindən ilk öncə müəyyən edilir ki, cavabdeh orqan 38.7-ci maddəsində qeyd edilmiş 9 aylıq müddəti ötürdükdən sonra mübahisələndirilən qərarı qəbul etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən keçirilən yoxlama xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (29 gün müddətinə) Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası ilə dayandırılmışdır. Lakin yoxlamanın dayandırılmasına səbəb olan “Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Yəni bu hallarda inzibati orqan vergi ödəyicisinin rəhbərdən (onu əvəz edən şəxsdən) təsdiqedici sənəd(arayış, xəstəlik vərəqəsi və s.) tələb etməli idi. Yəni, tək ərizənin təqdim olunması yoxlamanın dayandırılması üçün əsas deyil. İnzibati orqan tərəfindən bu formada yoxlamanı süni şəkildə uzadıla bilməz. Bundan sonra Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 1904/2022 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarına əsasən təyin edilmiş “Səyyar vergi yoxlaması”nın keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi vəzifəsi cavabdeh İddiaçı (VÖEN **********) üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, vergilərin hesablanması hallarında uyğunsuzluqlar müəyyən edilmişdir. Vergi orqanı tərəfindən əlavə vergi yoxlaması və vergi yoxlamasının dayandırılması barədə qərarlar verilsə də, inzibati orqan yoxlamanın dayandırılması, uzadılması və ya əlavə yoxlamanın keçirilməsi barədə qərarlarda, habelə hazırkı inzibati məhkəmə icraatında təqdim olunmuş iddiaya qarşı yazılı etirazın əsaslandıran hallara, yəni mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair və ya yoxlamanın dayandırılmasına, uzadılmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim etməmişdir; Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, keçirilmiş baxış zamanı vergi ödəyicisinin Aktiv obyektinin aşkar edilmədiyini nəzərə alaraq Vergi Məcəlləsinin 67.15-ci madddəsəinə əsasən SVY ilə əhatə edilən dövrün sonuncu ayında satışa verişmişdir. "xxxx" QSC-dən alınmış qarşılıqlı əlaqələr barədə məlumatlarda 2020- 2021-ci illər üzrə təqdim edilmiş yanacağın sıxlığı göstərilmiş, lakin 2019-cu il üzrə təqdim edilməməsi səbəbində Tarif Şurasının qərarına əsasən aparılmışdır. Yoxlama ilə 622404.80 manat dəyərində benzin və dizel yanacaqları üzrə əskik gəlmiş mal satışı müəyyən edilərək VM-nin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə yəni 2022-ci ilin fevral ayının vergi tutulan Ədv bəyannaməsinə aid edilmişdir.Yoxlama ilə 2020-ci ilin yanvar-dekabr ayları üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən VM-nin 159.1., 166 və 175.1.3. maddələrinə əsasən aylar üzrə 64846.51 manat artıq hesablanması müəyyən edildi. Yoxlama ilə 2022-ci ilin yanvar-fevral ayları üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən VM-nin 67.15., 159.1., və 175.1.3. maddələrinə əsasən aylar üzrə 112032.86 manat azaldılması müəyyən edildi. Cavabdeh orqan tərəfindən məhkəməyə "xxxx" QSC-dən alınmış qarşılıqlı əlaqələr barədə məlumatların konkret nədən ibarət olması və bu barədə ətraflı məlumat və sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizası nəticəsində yoxlama ilə 2019-2021-ci illər üzrə satışın formalaşmasında X3 istinad edilmədiyi müəyyən edildiyi, benzin və dizel yanacaqlarının qiymətlərinin Tarif Şurası müvafiq Qərarlarına əsasən müəyyən edilməsinə baxmayaraq, vergi yoxlaması zamanı xüsusi çəkilər müəyyənləşdirmiş və əlavə vergilər hesablandığı müəyyən edilmişdir. Məhkəmə nəzərə çatdırır ki, cavabdeh inzibati orqanın (vergi orqanının) «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarı- əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 58-ci maddəsinə və İPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına təqvim ili ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunvericiliyə əsasən konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (maddə 38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, vergi orqanı öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə vergi orqanı belə yoxlamanı keçirə bilər. Lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi orqanından diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət iddiaçıya münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Cavabdeh inzibati orqan ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh inzibati orqan tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh inzibati orqan tərəfindən dəqiq və aydın şəkildə "İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı "kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci və "İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü, 85.4-cü, 90.3-cü və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” xx.xx.2011 -ci il tarixli qərarı). Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümimiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 12 noyabr 2020-ci il tarixli **********141648 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Qeyd olunanlardan başqa məhkəmə ekspertiza rəyinə cavabdeh inzibati orqanın dair mülahizəsində göstərilənlərlə bağlı qeyd edir ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yoxlanılan dövr ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2022-ci il tarixdə başlanmış, xx.xx.2023-cü il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2023-cü il tarixli **********156615 nömrəli Akt üzrə Səyyar Yoxlaması düzgün aparılmamış, yoxlanılan dövrdə vergi qanunvericiliyinin tələbinin pozulması yəni, vergi azaldılması halları müəyyən olunmamış və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********156615 nömrəli Akt üzrə Səyyar Yoxlaması düzgün tərtib edilməmişdir. «Vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərara əsasən hesablanmış vergi məbləği Vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmamış, yəni hesablanmış vergi məbləği vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Mübahisələndirilən yoxlama dövrü ərzində 2020-ci ilin yanvar ayı üzrə daha əvvəl həmin ay üzrə kameral vergi yoxlaması ilə hesablanmış 65118.96 manat və ona uyğun hesablanmış gəlir vergisi yoxlama aktının nəticə hissəsində yekun məbləği daxil edilməmişdir. Belə ki, «Vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli **********173665 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində yoxlama aktının ƏDV-nin hesablanması hissəsində 2020-ci ilin yanvar ayı üzrə kameral yoxlama ilə hesablanmış 65118,96 manat ƏDV-nin hesablanması hissəsində öz təsdiqini tapmamış, vergi ödəyicisinin 2020-ci il yanvar ayı üzrə xx.xx.2020-ci tarixdə təqdim etiyi ƏDV bəyannamə məlumatlarından istifadə edilməklə aparılmışdır. 8 saylı ƏVİ-nin 29 avqust 2023-cü il tarixli **********664500 saylı Şirvan İnzibati Məhkəməyə ünvanlanan məktubundan da görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində yoxlama aktının ƏDV-nin hesablanması hissəsində 2020-ci ilin yanvar ayı üzrə kameral yoxlama ilə hesablanmış 65118,96 manat ƏDV-nin hesablanması hissəsində öz təsdiqini tapmadığı üçün vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdə təqdim etdiyi bəyannamə nəzərə alınaraq 64846,51 manat ƏDV məbləği azaldılmışdır. Hazırki tədqiqatla mübahisləndirilən dövr üzrə mal qalığının olması yoxlama iş materialları ilə öz əksini tapmır. Eləcə də yoxlanılan dövrdə daşınma xərcləri nəzərə alınmalı olduğu halda həmin xərclər nəzərə alılnmamışdır. Belə ki, vergi ödəyicisinin neft məhsulları aldığı "xxxx" QSC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 05/225 saylı, xx.xx.2019-cu il tarixli 05/253 saylı, xx.xx.2020-ci il tarixli 05/227 saylı müqavilələrinin 3.1-ci bəndində də qeyd edilmişdir ki, neft məhsulları “Satıcının Azərbaycan Respublikası ərazisində yerləşən hər hansı bir neft Terminalından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması göstərilmiş və mərkəzdə tərəflərin iştirakı ilə müzakirə zamanı malların ödəyici tərəfindən daşınması müəyyən edilmişdir. Altıncı və yeddinci suallar üzrə: Yoxlama ilə 2019-2021-ci illər üzrə satışın formalaşmasında X3 istinad edilmədiyi müəyyən edilir. Belə ki, Benzin və dizel yanacaqlarının qiymətləri Tarif Şurası müvafiq Qərarlarına əsasən müəyyən edilməsinə baxmayaraq, vergi yoxlaması zamanı xüsusi çəkilər müəyyənləşdirmiş və əlavə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən analoji hallarda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti təyin edilməli və mal-material qalığı müəyyənləşdirilməli idi. Lakin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq mal-material qalığı müvafiq aktlarla yerində müəyyən edilməmiş və rəsmiləşdirilməmişdir. Vergi orqanının xx.xx.2023-cü il tarixli qərarında gəlir vergisinin hesabatda göstərilməli olan məbləğinin hesabatda göstərilməli olan məbləğə nisbətən 69586,78 manat (o cümlədən 2019-cu il üzrə 50453,12 manat, 2021-ci il üzrə 19133,66 manat gəlir vergisinin hesabatda göstərilən məbləğin göstərilməli olan məbləğinə nisbətən 9594,44 manat) artıq hesablanması göstərilmişdir. «Vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərar əsasında xx.xx.2023-cü il tarixli **********156615 nömrəli Akt üzrə Səyyar Yoxlaması zamanı İddiaçı (VÖEN **********) yoxlamanın əhatə etdiyi dövr üçün Gəlir vergisi və Əlavə dəyər vergisi düzgün hesablanmamışdır. Belə ki, yoxlama zamanı yoxlamanın əhatə etdiyi dövrdə fərdi sahibkarın gəlir və xərclərinin kassa metodu ilə aparıldığı nəzərə alınmamış, kassa ilə satış qəbul edilməmişdir. Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən gəlirin əldə edildiyi vaxt: Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncançısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacaq hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır; Vergi Məcəlləsinin 133.1 və 133.2-ci maddələrinə əsasən xərcin çəkildiyi vaxt; Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır; Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Səkkizinci sual üzrə: Cavabdeh tərəfindən 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində kameral vergi yoxlaması ilə hesablanmış ƏDV məbləğinin səyyar vergi yoxlaması ilə ləğv edilməsi əsaslı deyil. Belə ki, kameral yoxlama ilə ƏDV hesablanmasına dair **********560100 saylı qərar xx.xx.2020-ci il tarixdə, onun ləğv edilməsinə dair səyyar vergi yoxlaması isə 05 may 2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, Yoxlama zamanı 2022-ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyə səyyar vergi yoxlaması aktının 2.1 bölməsində (vergilər üzrə yoxlama) Əlavə dəyər vergisinin yoxlanılması zamanı 2019-cu və 2021-ci illər üzrə kənarlaşmanın olmadığı müəyyən edildiyi, 2020-ci ilin yanvar ayı üzrə isə kameral vergi yoxlaması zamanı əlavə hesablanmış 64846.51 manat əlavə dəyər vergisinin düzgün hesablanmadığı qeyd edilmiş, lakin hesablanmanın səbəbi barədə aktda açıqlama, izahat verilməmişdir. Lakin yoxlama zamanı yoxlayıcılar tərəfindən müəssisənin satış dövriyyəsi artırılaraq 2020-ci ildə göstərilməyən dövriyyə üzrə kənarlaşma müəyyən edilərək, həmin dövriyyə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu hesabat dövrü üzrə, yəni 2022-ci ilin fevral ayının ƏDV bəyannaməsinə aid edilmişdir. Halbuki, müəssisənin vergi orqanında olan baza məlumatlarına əsasən alış və satış məlumatları kameral yoxlama zamanı nəzərə alınmış və 2020-ci ildə kameral qaydada müvafiq hesablama aparılmış və vergi ödəyicisi tərəfindən həmin hesablama qəbul edilmişdir. Onuncu sual üzrə: Tədqiqatla yoxlama zamanı vergi ödəyicisinin yoxlamanın əhatə etdiyi dövrdə gəlir və xərclərin kassa metodu ilə aparılması nəzərə alınmadığı müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına təqvim ili ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt («Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarı) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1 -ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərəəsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Beləliklə məhkəmənin nəticəyə gəldiyi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-775/2022 nömrəli qərarında gəldiyi mövqeyə uyğundur. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar