Məhkəmə qərarları › İş №2-1(120)-42/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-42/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-42/2022 13.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Babaşzadə İlyaz Ələsgər oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin X5 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin X7na qarşı “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin İmişli rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya almaq hüququ verən yaş həddindən başlayaraq əmək pensiyası təyin olunması üçün İ.Qayıbov adına KTK-də çalışdığı 1990- 1999-cu illərin sığorta stajı kimi hesablanması və əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin İmişli rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 10 saylı Regional Ərazi Filialı ilə əvəz olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 10 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin X7 ilə əvəz olunmasını, həmçinin iddianın dəyişdirilərək “işlədiyi illərin nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 10 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin X7 ilə əvəz olunmuş, həmçinin iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İmişli rayonunun Qaravəlli kəndi ərazisində fəaliyyət göstərən “Komsomol” kolxozunda, sonra isə “İ.Qayıbov” adına kənd təsərrüfatı kooperativində əmək fəaliyyətində olmuşdur. O, pensiya almaq hüququ verən yaş həddinə çatmışdır. Sənədlərini hazırlayıb cavabdeh təşkilata vermiş, həmin orqan ona xx.xx.2020ci il tarixli məktubla cavab vermişdir. Verilmiş olan cavabda ona pensiya təyin olunmaqdan imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İmtina belə əsaslandırılmışdır ki, vətəndaşın əmək kitabçası yoxdur. İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışına əsasən 1974-1980-ci illərdə “Komsomol” kolxozunda, 1990-1999-cu illərdə “İ.Qayıbov” adına KTK-də işləməsi qeyd edilsə də 1990-1996-cı illərdə “İ.Qayıbov” adına KTK-də yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilməmişdir. 1974-1989-cu illərdə “Komsomol” kolxozunun son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmır. Bu səbəblərdən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci, 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Cavabdeh təşkilatın imtinası əsaslı deyil. Adam günü normalarının rəsmi sənədlərdə əksini tapmaması və ya sənədlərin arxivə təhvil verilməməsi vətəndaşın günahı deyi. Belə ki, onun adına tərtib olunmuş arxiv arayışında onun əmək fəaliyyətində olduğu dövr əksini tapır. Cavabdeh təşkilatın ona pensiya təyinatından imtina etməsi həmçinin qanunvericilik normalarına da ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin X5 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı 1990-1996-cı illərdə İmişli rayonunun sonradan adı dəyişdirilən “Qaravəlli”, 1997-1999-cu illərdə isə “İ.Qayıbov” adına kolxozlarda işlədiyini iddia edir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bildirirlər ki, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “SSRİ-də X3 haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “X3 haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-cı il tarixli, 23 saylı arayışına əsasən İddiaçı 1990-1996-cı illərdə “Qaravəlli” kolxozunda işləməsi qeyd olunsa da yerinə yetirilmiş adam günü normaları qeyd edilməmişdir. Belə olduğu təqdirdə İmişli rayonunun “Qaravəlli” adına kolxozun kolxozçularının son hesablaşma kitablarında digər kolxozçuların yerinə yetirilmiş adam günü normasının qeyd olunub-olunmamasını müəyyən etmək lazımdır. Əmək stajını təsdiqedici sənəd kimi əmək kitabçası ilə yanaşı arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları və digərləri nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəsissənin mövcudluğu ilə eyni zamanda şəxsin həmin müəsissədə işləyib-işləməməsi, əmək haqqı barədə sübutların toplanılması da araşdırılmalıdır. Belə ki, şəxsin işləməsi faktı müvafiq arxiv arayışları, yaxud da müəsissənin daxili əmr, əmək haqqı cədvəlləri və digər sənədlərlə müəyyən edilir. Normanın məzmunundan da göründüyü kimi, tam, hərtərəfli, obyektiv həqiqətin təmin edilməsi məqsədilə arxiv arayışından əlavə əmək haqqı cədvəlləri, əmrlərdən çıxarışlar təsdiqedici sənəd kimi çıxış edir. İddiaçı iddia ərizəsində bəzi sənədlərdə adının Arifə kimi yazıldığını və bunun kənd ərazi nümayəndəliyinin arayışı ilə kənd arasında Arifə kimi çağrıldığının təsdiq olunduğunu qeyd edir. Eyniliyin arayışla təsdiqlənməsi qanunauyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının Vİ bəndinə əsasən: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya sovadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəwənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya sovadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst- üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəvvənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Əlavə olaraq bildirirlər ki, iddiaçı S.X2 Məhkəməsinin Mülki Kollegisyasında hakim Tale Kərimovun icraatında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı mülki işi vardır. Mülki işin nəticəsi olaraq vətəndaş yenidən inzibati orqana müraciət edə bilər. Bu səbəbdən də mülki işin iddiaçının hazırki mübahisəsinə təsirini istisna edərək inzibati işin dayandırılmasını məqsədəuyğun hesab etmirlər. İnzibati iş üzrə məhkəmə icraatı iddiaçı tərəfindən inzibati orqanın ona təqdim edilmiş əsaslı imtinası əsasında başlanılmışdır. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Babaşzadə İlyaz Ələsgər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli arayışından görünür ki, İmişli rayonunun “Komsomol” və “Qaravəlli” adına kolxozların və “İ.Qayıbov” adına X1 (KTK) İmişli rayon Dövlət Arxivində saxlanılan və mühafizə olunan sənədləri həmin kolxozların və KTK-nın kolxozçularının yalnız son hesablaşma kitablarıdır. Bu kitablarda da kolxozçuların yerinə yetirilmiş adam günü normaları qismən kolxozçularda qeyd olunmamışdır. İmişli rayonu üzrə kolxozlarda minimum adam günü normaları qadınlar üçün 180 gün, kişilər üçün isə 260 gün müəyyən olunmuşdur. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, həqiqətən İmişli rayonu sabiq “Qaravəlli” adına kolxozun arxivdə saxlanılan və mühafizə olunan kolxozçuların son hesablaşma kitablarında əksər kolxozçuların yerinə yetirilmiş adam günləri 1990-1996-cı illərdə tam olaraq qeyd olunmamışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 2(036)- 1995/2020 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, ərizəçi İddiaçı 1974- 1989-cu illərdə İmişli rayonunun “Komsomol” kolxozunda işləməsi faktının müəyyən edilməsi və həmin illərin sosial sığorta stajına daxil edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasını 19 may 2021-ci il tarixli, 2(106)-527/2021 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin İmişli rayon Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 2(036)-1995/2020 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin İmişli rayon Filialının apelyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 2(036)-1995/2020 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin İmişli rayon Filialının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasını 22 noyabr 2021-ci il tarixli, 2(102)-5596/2021 saylı qərarının surətindən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin İmişli rayon Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasını 19 may 2021-ci il tarixli, 2(106)-527/2021 saylı qətnaməsi qismən, yəni ərizəçi İddiaçı 1974-1989-cu illərdə İmişli rayonunun Komsomol kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməsi və iş üzrə icraata həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasını 19 may 2021-ci il tarixli, 2(106)-527/2021 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə, yəni ərizəçi İddiaçı 1974-1989-cu illərdə İmişli rayonunun Komsomol kolxozunda işləməsi faktının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ƏƏSMN yanında DSMF İmişli rayon şöbəsi İmişli rayon Qaravəlli kəndində yaşayan İddiaçı “ASAN” Xidmət İmişli Regional Mərkəzindən daxil olmuş müraciəti ilə bağlı bildirir ki, vətəndaşın əmək kitabçası yoxdur, İmişli rayon Dövlət Arxivinin xx.xx.2020ci il tarixli, 23 saylı arayışına əsasən 1974-1989-cu illərdə “Komsomol” kolxozunda, 1990- 1999-cu illərdə “İ.Qayıbov” adına KTK kolxozunda işləməsi qeyd edilsədə 1990-1996-cı illərdə “İ.Qayıbov” adına KTK kolxozun yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilməmiş, 1974-1989-cu illərdə Komsomol kolxozun son hesblaşma kiabları İmişli rayon Dövlət arxivində saxlanılmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır. Bu səbəbdən İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1974-1989-cu illərdə İmişli rayonunun “Komsomol” kolxozunda kolxozçu işləmiş və onun kolxozda həmin illərdə işləməsi İmişli Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 2(036)-1995/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur. Bu səbəbədə məhkəmə hesab edir ki, iddiaçının 1974-1989-cu illərdə İmişli rayonunun “Komsomol” kolxozunda işlədiyi illər tam olaraq onun sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə eyni zamanda cavabdehin imtina dəlilinə, yəni iddiaçının üzürlü səbəb olmadan kolxozda işlədiyi müddətdə müəyyən edilmiş əmək günü normasını yerinə yetirmədiyi illərin sosial sığorta stajına daxil edilməməsinə dair imtina dəlilləri razılaşmayaraq qeyd edir ki, İmişli Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 2(036)- 1995/2020 nömrəli qətnaməsi ilə iddiaçının 1974-1989-cu illərdə İmişli rayonunun “Komsomol” kolxozunda işləməsi faktı müəyən olunmuşdur. Bu isə onun həmin kolxozda müəyyən olunmuş minimum əmək normasını yerinə yetiridiyini ehtiva edir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İmişli rayon sabiq “İ.Qayıbov” adına kolxozda 1997-ci ildə 194 adam günü; 1998-ci ildə 191 adam günü; 1999-cu ildə 189 adam günü işləmişdir. İmişli rayon sabiq sabiq “Qaravəlli” və “İ.Qayıbov” adına kolxozlarda qadınlar üçün 1990-1999-cu illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1997-1999-cu illərdə İmişli rayon sabiq “İ.Qayıbov” adına kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmişdir. Bundan başqa iddiaçı İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda işləməklə 1990cı ildə 903 manat, 1991-ci ildə 1229 manat, 1992-ci ildə 4800 manat, 1993-cü ildə 53870 manat, 1994-cü ildə 97645 manat, 1995-ci ildə 427250 manat, 1996-cı ildə 396125 manat əmək haqqı almışdır. İddiaçının İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda 1990-1996-cı illərdə işlədiyi dövrün iş stajına daxil edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı 1990-1996-cı illərdə kolxozda adam günü qazanmasa da, əmək haqqı almışdır. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İmişli rayon sabiq “Qaravəlli” adına kolxozun arxivdə saxlanılan və mühafizə olunan kolxozçuların son hesablaşma kitablarında əksər kolxozçuların yerinə yetirilmiş adam günləri 1990-1996-cı illərdə tam olaraq qeyd olunmamışdır. Lakin sabiq “Qaravəlli” adına kolxozun qonşu və digər kolxozlarla bərabər bir neçə kolxozun əmək haqqı arayışında qeyd edilmiş illik qazanc və yerinə yetirilmiş adam günü norması iddiaçının İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda 1990-1996-cı illərdə işləməklə aldığı illik qazancı əlaqəli şəkildə müqayisə edildikdə iddiaçının 1990-1996-cı illərdə İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməsi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 1990- 1996-cı illərdə İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda işləməklə əmək haqqı aldığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozlarda işlədiyi dövrlərin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1974-1989, 1990- 1999-cu illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə İmişli rayon sabiq “Komsomol”, “Qaravəlli” və “İ.Qayıbov” adına kolxozlarda işlədiyi İmişli Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 2(036)-1995/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə, eləcə də İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının İmişli rayon sabiq “Komsomol”, “Qaravəlli” və “İ.Qayıbov” adına kolxozlarda işlədiyi 1974-1989, 1990-1999-cu illər onun sosial sığorta stajına tam daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxx 1958-ci il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. İddiaçının 1974-1989, 1990-1999-cu illərdə İmişli rayon sabiq “Komsomol”, “Qaravəlli” və “İ.Qayıbov” adına kolxozlarda işlədiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar