Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-42/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Tapdıq oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “koordinatların yerinə uyğunlaşdırılması və üçüncü şəxs X5 məxsus plan ölçünün ləğv edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Tapdıq oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin kordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin kordinatlarına uyğun torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1101/2021 nömrəli qərardadı ilə iddia tələbinə “İmişli rayon X17 Reyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərar əsasında iddiaçıya ayrılmış 0.05 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(120)-42/2024 nömrəli qərardadı ilə İddiaçı Tapdıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “İmişli rayon X17 Reyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında iddiaçıya ayrılmış 0.05 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddiaçı və cavabdeh olduğu kimi saxlanılsın, iddia tələbinə “koordinatların yerinə uyğunlaşdırılması və üçüncü şəxs X5 məxsus plan ölçünün ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona İmişli rayon X17 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında ayrılmış həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə müraciətindən imtina olunmuşdur. Digər halda üçüncü şəxs X9 həyətyani torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin kodları İmişli rayon X17 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli 278 saylı qərarı əsasında ona verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşür. Halbuki üçüncü şəxs X9 məxsus olan həyətyani torpaq sahəsi İmişli rayon X17 Rəyasət Heyyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında ona verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsindən kənar məsafədə tamamilə ayrı yerdə yerləşir. Ona görə də həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə ala bilmir. Yəni onun 0.05 hektar torpaq sahəsinin koordinatlarını axtaranda üçüncü şəxs X9 həyətyani torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin kodları çıxır. Göstərilənləri nəzərə alaraq, ona məxsus olan İmişli şəhəri, Dədə Qorqud küçəsi ilə Qaradonlu küçələrinin arasında yerləşən həyətyanı torpaq sahəsinin istinad döngə nöqtələrinin və koordinatlarının naturada müəyyən edilməsi, torpaq sahəsinin döngə nöqtələrinin və koordinatlarının naturadakı mövcud vəziyyətinə uyğunlaşdırılınası və torpağın mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə bir vəzifə kimi qoyulması, həmçinin üçüncü şəxsə məxsus olan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X15 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Tapdıq oğluna və üçüncü şəxs X9 şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı Tapdıq oğlu məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı Tapdıq oğlunun və üçüncü şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarından və ona əlavə olunmuş plan-çizgidən görünür ki, Rayon Soveti Torpaq Komissiyasının xx.xx.1994-cü il tarixli, 20 saylı iclasının tövsiyyəsi nəzərə alınmış, İmişli şəhər sakini İddiaçı Tapdıq oğluna ev tikmək üçün və həyətyanı təsərrüfat üçün İmişli şəhəri, Şərq küçəsi, 21 nömrəli evdə yaşayan qohumu X1 həyətyanı təsərrüfatından 0,05 hektar torpaq sahəsi kəsilib verilmiş, həmçinin ona ayrılmış torpaq sahəsinin plan çizgisi tərtib edilmişdir. İşdə olan İmişli şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X9, X3 və onun ailə üzvləri X12, X10 ayrılmış 0.07 ha torpaq sahəsi xəritədə 112 nömrə ilə qeyd edilmişdir. Üçüncü şəxs X16 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, iş üzrə iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə daxil olmuş 30 mart 2021ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələyə baxılması üçün torpaq sahəsinə dair tərtib olunmuş sənədlərin əsli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmişdirsə tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Xidmətin 6 saylı Beyləqan Ərazi idarəsinə və ya idarənin İmişli rayon şöbəsinə müraciət edəcəyiniz təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması,, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlaka dair nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlər “Dövlət rüsumu haqqında” Azərbaycan .Respublikasının Qanunları, Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 2 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada tənzimlənir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında, yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********63 nömrəli məktubunda qeyd edilmişdir ki, iddia ərizəsinə və sərəncama cavab olaraq bildiririk ki,iddiaçı Şirinov X18 rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-çü il tarixli 278 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 30 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq ərizəçiyə bildirilmişdir ki, müraciətində qeyd olunan məsələyə baxılması üçün torpaq sahəsinə dair tərtib olunmuş sənədlərin əslini və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra tikili inşa edilmişdirsə tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Xidmətin 6 saylı Beyləqan Ərazi idarəsinə və ya idarənin İmişli rayon şöbəsinə müraciət edəcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqağı bildirilmişdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir ki, ərizəçi bunun üçündə daşınmaz əmlakını təqdim etməmişdir. Daşınmaz əmlaka dair nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunları, Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada tənzimlənir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, daşınmaz əmlakın ünvanında idarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı), bələdiyyə və məhkəmə tərəfindən baxılır. Belə ki, iddia ərizəsindəndə görsənir ki, sözü gedən torpaq sahəsi başqa mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsinin kordinatlarında yerləşir. Bu kimi detalların aydınlaşdırılması üçün tərəfimizdən əmlakın müayinə aktı tərtib olunmalı idi ki, ərizəçi əmlakı təqdim etmədi. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı tərəfimizdən aparılır. Bu və digər qeyd olunan səbəblərdəndə “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında vətəndaş müraciətinə imtina olunması haqqında bildiriş göndərilmişdir. Beləliklədə iddianın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə aid hissəsinə etiraz edərək iddianın mümkünsüzlüyünə dair qərardad qəbul etməyinizi xahiş edirik. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2- 123/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticəsi hissəsində qeyd edilmişdir:
1. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0.05 hektar həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.
2. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasənda İddiaçı Tapdıq oğluna ayrılmış 0.05 ha həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994~cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna 0.05 hektar həyətyanı torpaq sahəsi ayrılan zamanı torpaqların mülkiyyət növü müəyyən edilmədiyinə görə həmin həyətyanı torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını təyin etmək mümkün olmadı. Mövcud baza məlumatlarına əsasən,qeyd olunan həyətyanı sahə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir.
3. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0.05 ha həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı Tapdıq oğlunun istifədəsindədir.
4. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0.05 ha həyətyanı torpaq sahəsinin koordinatları elektron məlumat bazasına görə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN:112 A) X7 xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.
5. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0.05 ha həyətyanı torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6658 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Qərardadın birinci sualı üzrə İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi ayrılan zamanı torpaqların mülkiyyət növü müəyyən edilmədiyinə görə həmin həyətyanı torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını təyin etmək mümkün olmadı. Mövcud baza məlumatlarına əsasən, qeyd olunan həyətyanı sahə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı Tapdıq oğlunun istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin koordinatları elektron məlumat bazasına görə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN: 112 A) X7 xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 10/6658 nömrəli ekspert rəyinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-45/2-123/2024 saylı mütəxəssis rəyinə əsasən, İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin koordinatları elektron məlumat bazasına görə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN: 112 A) X7 xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Həm mütəxəssis və ekspert rəylərindən, həm də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-123/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş “mübahisəli torpaq sahəsinin yerquruluşu planı”ndan görünür ki, məhz X7 və onun ailə üzvləri X2 X11, X8 ümumi birgə mülkiyyətində olan ayrılmış 0.07 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İmişli rayon X17 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 278 saylı qərarı ilə ayrılmış 0,05 hektar torpaq sahəsi üzərində İddiaçı Tapdıq oğlunun sahiblik, istifadə və sərəncam vermək hüquqları həm cavabdeh inzibati orqan, həm də üçüncü şəxs tərəfindən pozulmuşdur. Həmçinin üçüncü şəxs X16 29.11.223-cü il tarixdə məhkəməyə teleqram göndərərək, iş üzrə iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Tapdıq oğlu koordinatların yerinə uyğunlaşdırılmasını və üçüncü şəxs X5 məxsus plan ölçü ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının lıüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə. habelə şikayət instansiyasının miivafıq qərarınm) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsiredən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetiıilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fıziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutıılmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.. Azərbaycan Respublikasınm Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvcriciliyə uyğun gəlməyən, flziki və ya hüqııqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfındən etibarsız sayıla bilər. Azərbaycan Respublikasımn Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyiııdən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdallə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfındən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazda torpaq sahəsinin koordinat göstəricilərinin ləğv edilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyəti xaricində olması bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlilini və etirazda qeyd olunan digər halları (hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır) əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (inidiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Etirazda qeyd olunan digər əsaslar-hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmaması isə məhz cavabdeh inzibati orqanın əməkdaşlarının təqsirindən baş vermişdir. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi də zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Tapdıq oğluna məxsus koordinatlar yerinə uyğunlaşdırılmalı və üçüncü şəxs X5 məxsus plan ölçü ləğv edilməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti cavabdehə aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Tapdıq oğlunun iddia tələbi təmin edilsin. İddiaçı Tapdıq oğluna məxsus koordinatlar yerinə uyğunlaşdırılsın və üçüncü şəxs X5 məxsus plan ölçü ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev