Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-42/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Üçüncü şəxs X13 nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Çıxarışın və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 02 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X13 adına verilmiş 13 noyabr 2013cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X13 adına verilmiş 13 noyabr 2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların qeydiyyatı haqqında Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X13 adına verilmiş 13 noyabr 2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Texniki pasportun ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Lerik rayonunun Hamarmeşə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evdən bir qədər aralıda, yəni Lənkəran-Lerik avtomobil yolundan təqribən 70-110 metr məsafədə ona aid olan həyatyanı torpaq sahəsi yerləşir. Qeyd olunan 0,05 ha torpaq sahəsi Lerik rayonunun Hamarmeşə bələdiyyəsi ilə aralarında bağlanmış 21 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında satılmışdır. Məlumat üçün bildirir ki, eyni tarixdə qardaşı X8 da ona satılan torpaq sahəsi ilə bitişik 0,05 ha torpaq sahəsi satılmışdır. Ona və qardaşı Ramilə satılmış torpaq sahələrinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Təxminən 24-25 ildir ki, Lerik rayon Hamarmeşə kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən, eyni zamanda Hamarmeşə kənd bələdiyyəsinin sədri işləmiş (hazırda arvadı X1) X14 mütəmadi və qanunsuz hərəkətlərinə atası X11 tərəfindən etirazlar edildiyindən tez-tez və süni sürətdə məhkəmə çəkişmələrinə məruz qalmışlar. Belə ki, Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli qərarı əsasında Hamarmeşə kənd sakini X16 Lənkəran-Lerik avtomobil yolundan 18-20 metr məsafədə 0,05 ha həyatyanı torpaq sahəsi verildiyi halda, həmin torpaq sahəsinin Lənkəran-Lerik avtomobil yolundan təqribən 100- 120 metr məsafədə yerləşməsi barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən faktiki və hüquqi əsası olmayan, son nəticədə isə saxta sənəd kimi qiymətləndirilməli olan çıxarış verilmişdir. Son illərdə çoxlu məhkəmə çəkişmələrinə məruz qalmaqları məhz onunla bağlıdır ki, X19 mülkiyyətində olan torpaq sahəsinin onun və qardaşının torpaq sahəsi ilə yanaşı və qonşuluğunda olduğunu iddia etməklə qəsdən maşın yollarını bağlayır, həmin yolun üstünə peyin tökür, çəpər etməklə hərəktlərini məhdudlaşdırır, bir sözlə suni şəkildə qarşıdurma yaratmaqla Fərman Haşımovun qanunsuz sifarişlərini icra edir. Məlumat üçün bildirir ki, qeyd olunan şəxslər qarşılarına qoyduqları həm cari, həm də prespektiv “planları” artıqlaması ilə həyata keçirmişlər. Bu sahədə onlar nəinki, qarşılarına qoyduqları məqsədə, hətta əlavə “öhdəliklərə” də nail olmuşlar. Belə ki, 15 may 2014-cü il tarixdə X4 surətdə və məqsədli şəkildə yaratdığı qarşıdurma və dalaşma 24 dekabr 2014- cü il tarixdə atası X5 qanunsuz olaraq məhkum edilməsi ilə nəticələnmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X16 verilmiş çıxarış qanunsuz və əsassız olsa da, ləğv edilmədiyindən aralarında olan məhkəmə çəkişmələri səngimir. Belə ki, X16 Azərbaycan Respublikası ƏMDK-nın DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən 13 noyabr 2013-cü ildə verilmiş RX seriyalı *** **** saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Həmin sənədlərin qanunsuz və əsassız olmasını aşağdakı faktlarla sübut edir. Belə ki, Azad Rzayev 2012-ci ilin 24 avqustunda ona qarşı iddia qaldıraraq çəpərin sökülməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi ilə torpağın üst qatının qrabildən təmizlənməsi tələbi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 24 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin olunsa da, həmin qətnamədən verdiyi apelyasiya şikayəti əsasında işə baxmış Şirvan Apelyasiya Məhkəməsi özünün 26 sentyabr 2013-cü il tarixli, 2(106)-431/2013 saylı qətnaməsi ilə Lerik Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və ona qarşı verilən iddia tələbi əsassız hesab edərək iddianı rədd etmişdir. Məlumat üçün bildirir ki, qeyd olunan mülki iş Şirvan Apelyasiya Məhkəməsinin icraatında olduğu dövrdə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və verilmiş ekspertiza rəyinə əsasən məlum olmuşdur ki, Azad Rzayevin torpaq sahəsi mübahisələndirilən ərazidə deyil, Lənkəran- Lerik magistral yolunun 18-20 metrliyində yerləşir. Yerquruluşu planına əsasən Lerik rayonunun Hamarmeşə kəndində onun mülkiyyətinə verilmiş torpaq sahəsi isə Lənkəran- Lerik magistral yolunun 70-110 metrliyində yerləşir. Yəni, məhkəmə tikinti-texniki ekspertizasının 12 avqust 2013-cü il tarixli rəyi və ona verilmiş torpaq sahəsinin Yerquruluşuna əsasən onun və Azad Rzayevin mülkiyyətində olan torpaq sahələrinin bitişik və ya həmsərhəd olmaları barədə söhbət gedə bilməz. Şirvan Apelyasiya Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli qətnaməsinin 5-ci səhifəsinin son abzası və 6cı səhifənin 1-ci və 2-ci abzaslarında göstərilir: iddiaçı X12 istifadəsinə verilmiş Lerik rayon Hamarmeşə kəndində olan torpaq sahəsinin ilkin torpaqayırma sənədinə əlavə edilmiş 1.10000 miqyasında olan yerquruluşu planına əsasən Lənkəran-Lerik magistral yolunun 18-20 metrliyində, Muradovun istifadəsinə verilmiş və Lerik rayonunun Hamarmeşə kəndində olan torpaq sahəsinin Lənkəran-Lerik magistral yoldan 70-110 metrlik məsafədə yerləşdiyi müəyyən olunur. Mütəxəssis rəyini nəzərə alaraq Azad Rzayevə satılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən ona satıldığı və İddiaçı istifadəsində olan torpaq sahəsi ilə həmsərhəd olmadığı müəyyən olunur. A.Rzayevin torpaq sahəsinə gedən əsas yolun koordinatlarını müəyyən etmək mümkün olmadığından A.Rzayevin torpaq sahəsinə gedən əsas yolun İddiaçı tərəfindən tutulmadığı müəyyən olunur. Bundan əlavə bildirir ki, qeyd olunan ərazidə ona, qardaşı Ramil Muradova və bir qədər aralıda X9 aid olan torpaq sahəsi yerləşir. X6 mülkiyyətində olan torpaq sahəsi ilə qardaşının mülkiyyətində olan torpaq sahəsi yaxınlığında təxminən 2 sot boş torpaq sahəsi mövcuddur. Azad Rzayev ona və qardaşı Ramil Muradova sataşmaq üçün onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin həmin ərazidə “yerləşdirmək” istəmişdir. X29 torpaq sahəsi 0,05 ha olduğundan həmin ərazidə olan təxminən 0,02 ha boş əraziyə “yerləşmədi” və yerləşdirmək də mümkün olmadı. Lerik Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Azad Rzayevin cavabdeh X10 qarşı “torpaq sahəsindən çıxarılma və ona məxsuz torpaq sahəsində tikintinin sökülməsi” tələbi əsassız olduğundan rədd edilmişdir. Lakin sonrakı dövrlərdə Azad Rzayev əməllərindən əl çəkməmiş, aralarında məhkəmə işi davam edə-edə Azərbaycan Respublikası ƏMDK-nın DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə müraciət edərək, 13 noyabr 2013-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almağa nail olmuşdur. Yuxarıda istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və ekspertiza rəylərindən görünür ki, X13 mülkiyyətinə verilmiş torpaq sahəsi Lənkəran-Lerik avtomobil yolunun 100-120 metrliyində deyil, 18-20 metrlyində yerləşir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğu halda Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13 noyabr 2013-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa qanuni yolla alınmış sənəd demək olmaz. Bu baxımdan X13 adına verilmiş həmin sənəd, yəni, Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13 noyabr 2013-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət reysterindən çıxarış və texniki pasport ləğv edilməlidir. Qeyd: ilk olaraq 2015-ci ildə onlar çıxarışın ləğvi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdilər və bir neçə məhkəmə baxışından sonra onlara bildirildi ki, onlar aidiyyət məsələsində səhv etmişlər. İşlərinə ümümi məhkəmə qaydasında baxılmalıdır. Onlar da 21 sentyabr və 30 oktyabr 2015-ci il tarixlərdə Lerik Rayon Məhkəməsinə müraciət etdilər. Məhkəmələr necə davam edib, bütün bunlar barədə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmə tərəfindən qəbul olunmuş qərarda ətraflı şərh olunub və bildirilib ki, o, ümumi məhkəməyə yox, inzibati məhkəməyə müraciət etməlidir. Odur ki, işə xitam verilmişdir. Odur ki, o, 6 il davam etmiş məhkəmə çəkişmələri ilə bağlı yenidən Şirvan İnzibati Məhkəməsinə üz tutmalı olur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, hazırki iş üzrə mübahisələndirilən Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən, 0.05 ha həyətyanı torpaq sahəsi Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21.xx.xx.2006-cı il tarixli, 23 saylı qərarı əsasında tərtib olunmuş ilkin hüquqmüəyyənedici sənədlərlə hazırki sərəncamda, habelə iddia ərizəsində barəsində qeyd olunan üçüncü şəxs X16 fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmışdır. Həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş ilkin bələdiyyə sənədləri, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli, A№ 467729 nömrəli torpağın mülkiyyətə verilməsinə dair plan və ölçü sənədi (kadastr planı) üzrə, habelə həmin dövrdə faktiki yerində aidiyyəti mütəxəssisləri tərəfindən keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun hazırki iddia ərizəsində barəsində qeyd olunan üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq olaraq 13 noyabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X11 və üçüncü şəxsin nümayəndəsi X25 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X25 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin faktiki koordinatları ilə Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin faktiki koordinatları üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinə dair plan və ölçünün koordinat göstəriciləri ilə, 0,05 ha pay torpaq sahəsinin yerləşmə vəziyyətinə görə, X13 adına olan xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2013-ci il tarixli, A № 467729 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,05 ha pay torpaq sahəsinin yerləşmə yeri ilə üst-üstə düşürmü? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 20 iyul 2023-cü il tarixli, 10/4371 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1709/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ərazisindən Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,05 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun yeri və koordinatları müəyyən edilmişdir. Lakin sözügedən torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi sxematik tərtib olunduğundan, yeni kompleks yerquruluşu layihəsi əsasında hazırlanmadığından və yaxud da torpaq sahəsinin ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. - Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1709/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ərazisindən Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,05 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun yeri və koordinatları müəyyən edilmişdir. Lakin sözügedən torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi sxematik tərtib olunduğundan, yeni kompleks yerquruluşu layihəsi əsasında hazırlanmadığından və yaxud da torpaq sahəsinin ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,05 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən konkret yerləşmə yerini məyyən etmək mümkün olmamışdır. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1709/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ərazisindən Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,05 ha torpaq sahəsinin faktiki koordinatları ilə Lerık rayonu Hamarmeşə bələdiyyəsinin ərazisindən Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,05 ha torpaq sahəsinin faktiki koordinatlarının üst-üstə düşməməsi, ayrı-ayrı torpaq sahələri olması müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1709/2023 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (Seriya RX, №0286453) X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1709/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ərazisindən Lerik rayonu Hamarmeşə bələdiyyəsini 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,05 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (Seriya RX, № 0286453) X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin koordinat göstərisilərinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. - Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1709/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ərazisindən Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,05 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, A №467729 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinat göstəriciləri ilə X13 adına xx.xx.2013-cü il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışa əlavə olunmuş **********64 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinat göstəricilərinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin faktiki koordinatları ilə Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin faktiki koordinatları üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Lerik rayon Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 ev tikmək məqsədi üçün Lerik rayon Hamarmeşə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən ayrılmış 0,05 ha torpaq sahəsinə dair plan və ölçünün koordinat göstəriciləri ilə, 0,05 ha pay torpaq sahəsinin yerləşmə vəziyyətinə görə, X13 adına olan xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2013-cü il tarixli A № 467729 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,05 ha pay torpaq sahəsinin yerləşmə yeri ilə üst-üstə düşürmü? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 15 dekabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 09 aprel 2024-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının, mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərildiyi, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsinin xx.xx.2024-cü il tarixə təyin edildiyi, lakin baxış təyin olunduğu tarixdən bu günə qədər əlavə sənədlər və müvafiq mütəxəssi rəyi Mərkəzə təqdim edilmədiyindən, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 24 fevral 2025-ci il tarixli, 10/9481 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-43/2-4/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun yerləşmə və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik (kompleks yerquruluşu layihəsi əsasında tərtib olunmaması tərtib olunması, xüsusilə də sxemdə torpaq sahəsinin yerinin şərti olaraq göstərilməsi və ayrıc aktının (qonşu torpaq sahələri əks olunan) mövcud olmaması səbəblərindən həmin 0.05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. - Qərardadın ikinci sualı üzrə: - mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun yerləşmə və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik (kompleks yerquruluşu layihəsi əsasında tərtib olunmaması tərtib olunması, xüsusilə də sxemdə torpaq sahəsinin yerinin şərti olaraq göstərilməsi və ayrıc aktının ( qonşu torpaq sahələri əks olunan) mövcud olmaması səbəblərindən həmin 0.05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. - Qərardadın üçüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, araşdırma zamanı Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki koordinatları ilə Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki koordinatlarının üst-üstə düşməməsi, ayrı-ayrı yerlərdə yerləşməsi müəyyən olunmuşdur. - Qərardadm dördüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013cü il tarixli,********** qeydiyyat nömrəli çıxarışa (Seriya RX N0 286453) və **********64 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki yerləşmə yeri ilə həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə yerləşmə yerinin üst-üstə düşməsi, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun (konfiqurasiya və sahə fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa (Seriya RX N0 286453) əsasən X13 mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsini də müəyyən etmək mümkün olmamışdır. - Qərardadın altıncı sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, araşdırma zamanı Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsınə dair ləğv edilmiş Dövlət Torpaq və Xştitəçəkmə komitəsi tərəfındən tərtıb olunmuş xx.xx.2013cü il tarixli **********0027 (ANO 467729) kadastr nömrəli ilə Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa (Seriya RX N0 286453) əsasən X13 mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli. **********64 reyestr nömrəli ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. - Qərardadm yeddinci sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin torpaqayırma sxemində giriş-çıxış yolunun öz əksini tapmaması səbəbindən həmin torpaq sahəsinə giriş-çıxış yolunun sənəd üzrə haradan nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə faktiki vəziyyətdə şərq sərhəddindən (X13 mülkiyyətində olan torpaq sahəsinin ərazi hüdudlarından kənarda gediş-gəliş yolunun mövcud olması müəyyən olmuşdur. Beləliklə, ekspert rəyləri ilə məlum olmuşdur ki, Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun yerləşmə və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, sözügedən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik (kompleks yerquruluşu layihəsi əsasında tərtib olunmaması, xüsusilə də sxemdə torpaq sahəsinin yerinin şərti olaraq göstərilməsi və ayrıc aktının (qonşu torpaq sahələri əks olunan) mövcud olmaması səbəblərindən həmin 0.05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki koordinatları ilə Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki koordinatlarının üst-üstə düşməməsi, ayrı-ayrı yerlərdə yerləşməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X13 adına verilmiş 13 noyabr 2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı və Texniki pasportu mübahisələndirərək ləğv edilməsini tələb etsə də, həmin hüquqmüəyyənedici sənədlərin onun hüquqlarını pozmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin koordinatlarını, eləcə də Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən ona ayrılmış həmin torpaq sahəsi ilə Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən üçüncü şəxs X16 fərdi yaşayış evinin tikintisi məqsədi üçün ayrılmış 0.05 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Həmçinin, yuxarıda qeyd olunan ekspert və mütəxəssis rəylərinə əsasən “araşdırma zamanı Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki koordinatları ilə Lerik rayonu Hamarmeşə bələdiyyəsinin 21 may 2006-cı il tarixli, 23 saylı qərarına əsasən X16 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lerik rayonu, Hamarmeşə bələdiyyəsinin ehtiyat fondu torpaqdan ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki koordinatlarının üst-üstə düşməməsi, ayrı-ayrı yerlərdə yerləşməsi” müəyyən olunmuşdur ki, bu da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X13 adına verilmiş 13 noyabr 2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı və Texniki pasportu mübahisələndirmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının nəticələrinə dair 150 manat məbləğində məhkəmə xərci mövcuddur ki, bu xərc iddianın araşdırılması nəticəsində yaranmışdır. İddia mümkün iddia olmadığından məhkəmə hesab edir ki, 150 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Çıxarışın və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X7, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-42/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-42/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver