Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-420/2021 12.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 126, mənzil 191-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlil kimi görə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuş, Cəlilabad rayonu, Sabirabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı mərhum atasının 35 il sığorta stajını nəzərə almaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və yaranmış fərqin birdəfəyə ödənilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cəlilabad rayon filialına müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********2 nömrəli məktubla ona mərhum atasının 35 il sığorta stajını nəzərə almaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasının 35 il sığorta stajını nəzərə almaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlil kimi görə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı xx.xx.2021-ci tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. Hal-hazırda həmin ünvanda yaşayır. xx.xx.1994-cü il tarixdən 2-ci qrup uşaqlıqdan əlillik növü üzrə sosial müavinət alır. Onun atası X5 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Atasına pensiya təyin olunarkən 35 il sığorta stajı olmuşdur. Onun əmək kitabçası pensiya təyin edən təşkilatda saxlanılmışdır və əmək kitabçası qaytarılmamışdır. xx.xx.2014-cü il tarixdə 2-ci qrup ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsi üçün DSMF Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Onun mərhum atası 35 il sığorta stajını nəzərə almaqla xx.xx.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyası almaq üçün 2014-cü ilin yanvar ayına kimi dəfələrlə DSMF Cəlilabad rayon şöbəsinə müraciətlər etmişdir. Onun təqdim etdiyi sənədlərdə də bunu subut edir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsini göstərərək pensiyanın bir növüdən başqa növünə keçirilməsininnövbəti ayın birindən aparıldığını bildirmişlər. Ona görə də xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişlər. Lakin bütün bunlara baxmayaraq DSMF Cəlilabad rayon şöbəsi ona xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktub göndərmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı N.S.Abbasovun atası X5 xx.xx.2005-ci ildə vəfat etmiş, iddiaçının Cəlilabad rayon şöbəsinə xx.xx.2014-cü il tarixli müraciətinə əsasən ona xx.xx.2013-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilərkən atası X3 35 il ümumi iş stajı nəzərə alınmışdır. Vətəndaş xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 30.11,2013-cü il tarixədək yenidən hesablanması üçün 9 saylı regional ərazi filialına müraciət etmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra- sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan normaların təhlilindən görünür ki, vətəndaşa ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması müraciət etdiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ilin (xx.xx.2017-xx.xx.2020) ödənilməli olsa da. iddiaçı N.S.Abbasova xx.xx.2017xx.xx.2020 tarixlər üzrə ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyindən həmin dövrlər üzrə pensiyanın yenidən hesablanması mümkün deyildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı "mərhum atasının 35 il sığorta stajını nəzərə almaqla 01.01,2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi” tələbinə dair 2- 1(120)-420/2021 saylı iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 45.5.2-ci maddəsinə əsasən aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı mərhum atasının 35 illik sığorta stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlil kimi görə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Sabirabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 10 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2002-ci il tarixli, 537774 nömrəli müayinə aktından çıxarışının surətindən görünür ki, İddiaçı uşaqlıqdan ikinci dərəcəli əlildir. İşdə olan xx.xx.2005-ci il tarixli, AZ-İ 120225 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cəlilabad rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli imtina məktubundan görünür ki, iddiaçının mərhum atası X3 35 il iş stajı ilə xx.xx.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə ailə başçısını itirən kimi əmək pensiyası təyin edilib ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən pensiyanın bir növündən başqa bir növünə keçirilməsi növbəti ayın 1-dən aparılır. Pensiya düzgün hesablanmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cəlilabad rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən 2-ci qrup əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın pensiya işinin təsdiq edilmiş surətini məktuba əlavə edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının atası X5 xx.xx.2005-ci ildə vəfat etmiş, iddiaçının Cəlilabad rayon şöbəsinə xx.xx.2014-cü il tarixli müraciətinə əsasən ona xx.xx.2013-cü il tarixdən 2-ci qrup əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilərkən atası X3 35 il ümumi iş stajı nəzərə alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı mərhum atasının 35 illik sığorta stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ilin, yəni xx.xx.2017xx.xx.2020-ci il tarixləri üzrə ailə başçısını itirməyə görə əmək pensiyası ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mərhum atasının 35 illik sığorta stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi 2-ci qrup əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-420/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-420/2021
12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver