Məhkəmə qərarları › İş №2-1(120)-420/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-420/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-420/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz hesablanmış vergi borcunun silinməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz hesablanmış vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda 6 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində xronometraj əsasında vergi borcu hesablanmışdır. Lakin həmin vergi borcu qanunsuz olaraq hesablanmışdır. Belə ki, pandemiya dövründə operativ qərargah tərəfindən iaşə obyektlərinin fəaliyyət göstərməsi qadağan olunmuş bu səbəbdən də sözügedən iaşə obyekti də pandemiya dövü olduğuna görə fəaliyyət göstərməmişdir. Buna baxmayaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən pandemiya dövrü olması nəzərə alınmayaraq xronometraj keçirildikdən sonra adıma külli miqdarda kameral qaydada vergi borcu hesablanmışdır. Xronometraj keçirildikdən sonra onun tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə xronometrajın yenidən keçirilməsi və hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı müraciətlər olunsa da belə bu prosses onlar tərəfindən həyata keçirilməmişdir. Nəticədə adına külli miqdarda vergi borcu yaranmışdır. Həmin vergi borcu qanunsuz və əsassızdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək xahiş etmişdir ki, vergi oqanı öz təşəbbüsü ilə həmin vergi borcunun azaldılmasını və ya tamamilə silinməsini təmin etsin. Lakin bu günə kimi ərizəsi ilə bağlı heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən da hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli, **********270100 nömrəli qərarının surətindən görünür ki, İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 4.962,57 manat hesablanmışdır. İş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli, **********276300 nömrəli qərarının surətindən görünür ki, İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 4.962,57 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatlarından görünür ki, xx.xx.2020-ci il tarixli, **********276300 nömrəli qərar xx.xx.2020-ci il tarixdə saat 17:53:45-də göndərilmiş, xx.xx.2021-ci il tarixdə saat 22:06:53-də, xx.xx.2020-ci il tarixli, **********270100 nömrəli qərar xx.xx.2020-ci il tarixdə saat 17:53:45-də göndərilmiş, xx.xx.2021-ci il tarixdə saat 22:07:04-də iddiaçı tərəfindən elektron üsulla oxunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü məddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının qeyd etməsə belə hüquqi marağı üzrə mübahisələndirdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********270100 nömrəli və xx.xx.2020-ci il tarixli, **********276300 nömrəli qərarlarından xx.xx.2021-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat vərəqəsinə əsasən qeyd edilən xx.xx.2020-ci il tarixli, **********276300 nömrəli və xx.xx.2020-ci il tarixli, **********270100 nömrəli qərarları xx.xx.2020-ci il tarixdə elektron üsulla İddiaçı elektron qutusuna göndərildiyi və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə oxunduğu müəyyən edilir. İddia ərizəsi isə xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuşdur. Eləcə də, hesablanmış vergi borclarının ödənilməsini təmin etmək məqsədilə İddiaçı məxsus əmlakın siyahıya alınması haqqında xx.xx.2020-ci il tarixli, **********0 saylı qərar qəbul edilmişdir ki, həmin qərar və digər sənədlərə baxış keçirilən zaman iddiaçı tərəfindən siyahıya alınma proseduru zamanı iştirak edildiyi, həmin əmlakların saxlanc üçün iddiaçıya təhvil verildiyi, sənədlərə tərəfindən imza edildiyi və xəbərdarlıq elan edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İddiaçının tələbi üzrə isə məhkəmə qeyd edir ki, tələbinin qeyri müəyyən olunduğu və hüquqi marağına uyğun dəqiqləşdirilməsi barədə iddiaçıya yardım məktubu ünvanlanmışdır. Belə ki, tələbi qanunsuz hesablanmış vergi borcunun silinməsi kmi qeyd edilsə də, vergi borcunun inzibati orqanın müvafiq qərarlarına əsasən hesablandığıç iddiaçının isə qeyd edilən qərarlardan məlumatlı olduğu yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarının uzadılması və ya irəlidə tələbinə müvafiq dəyişiklik edilməsi yekun akt üzrə dəyişiklik edilməyəcəyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir k, iddiaçı hüquqi marağı üzrə tələbi üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası yenə də mümkün sayılmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Şirvan İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(120)-1113/2024 nömrəli və 18 iyul 2024-cü il tarixli məktublarla İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnalərə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı yardım məktublarına münasibət bildirməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz hesablanmış vergi borcunun silinməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz hesablanmış vergi borcunun silinməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar