Məhkəmə qərarları › İş №2-1(120)-421/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-421/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-421/2023 02.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 02 fevral 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1983 və 1985-ci illərdə Salyan rayonu Yenikənd kəndində yerləşən “Bəşirabad” kolxozunda, 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi illərin iş stajı kimi qəbul edilməsi və ona hüququnun yarandığı 02 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuş, 1983-cü ildən Salyan rayonu Yenikənd kəndində yerləşən “Bəşirabad” adına kolxozda əmək fəaliyyətinə başlamış və 1983 və 1985-ci illərdə həmin kolxozda işləmişdir. xx.xx.1986-xx.xx.1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. xx.xx.1990-cı ildən “N.Nərimanov” adına NQÇİ-də əmək fəaliyyətinə neft və qaz hasilatı üzrə operator vəzifəsində başlamış və bu günə qədər həmin vəzifədə işləyir. İşlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısında (kod 1100000a-15824) öz əksini tapmışdır. “X1” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Onun 52 yaşdan güzəştli şəıtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 17 mart 2020-ci il tarixli məktubda məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X1” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsirıdə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017- ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İnzibati orqan tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd etdiyi ümumi iş stajı xx.xx.2006-cı ilədək 20 ildən az olmaqla, cəmi 18 il 18 gün təşkil edir (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990xx.xx.2005-ci il tarixləri arasındakı dövr). Məhz bu səbəbdən iddiaçının güzəştli pensiya hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Salyan RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli seriya AZE 17859225 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1968-cı ildə Salyan rayonunun Yenikənd kəndində doğulmuş və Salyan rayonunun Yenikənd kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arayışından görünür ki, İddiaçı 1983-cü və 1985-ci illərdə Salyan rayonunun Yenikənd kəndində Bəşirabad kolxozunda işləmiş və həmin kolxozda topladığı iş stajı 1 il 1 ay 7 gün təşkil etmişdir. İşdə olan 23 may 1988-ci il tarixli NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən tərxis olunduğu xx.xx.1988-ci il tarixədək 2 il 21 gün sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29- 24 nömrəli arayışına əsasən İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir.. İşdə olan xx.xx.1990-cı il tarixli, B 496801 nömrəli diplomun surətinə əsasən İddiaçı 02 yanvar 1990-cı il tarixdən 28 iyun 1990-cı il tarixədək 5 ay 26 gün Salyan 76№-li texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan iddiaçının adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasına əsasən 10.04.90-cı ildən hazırki vaxtadək N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işlədiyi operator vəzifələri üzrə İddiaçı xx.xx.2006-cı il tarixə sığorta stajı 15 il 8 ay 21 gün müəyyən olunur. Beləliklə, təqdim etdiyi əmək kitabçasına, diplomun, hərbi biletin surətlərinə, arxiv arayışına və Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il 11 ay 15 gün sığorta stajına malik olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 17 mart 2022-ci il tarixli, **********2 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh “X1” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə istinad edərək iddiaşının xx.xx.2006-cı il tarixə tələb olunan 20 il ümumi iş stajına malik olmadığını, həmin tarixədək onun ümumi iş stajının 18 il 18 gün təşkil etdiyini bildirərək güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh təşkilat İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsinin yeganə səbəbi kimi onun qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixə tələb olunan 20 il ümumi iş stajına malik olmadığını qeyd etmişdir. İş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışında İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək, yəni 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi qeyd olunsa da, bu məlumat, nə iddiaçının əmək kitabçası, nə X2 filialının arayışı, nə də digər mötəbər sənəd və sübutlarla təsdiq olunmur. Məhkəmə iclasında iddiaçıya “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi dövrdə onunla birlikdə işləmiş şəxslərin müvafiq sübutlarla (əmək kitabçası və s) məhkəməyə dəvət olunması təklif edilsə də, o, həmin şəxslərin “Qırx-Çıraq” arxeoloji qazıntısında işləmələrini təsdiq edən nəinki əmək kitabçasına, heç arayışa belə malik olmadıqlarını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək, yəni 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləməsi barədə Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli 5-29-24 nömrəli arayışının bu faktı təsdiq edən mötəbər sübut kimi qəbul olunmasını mümkün hesab etmir. Digər tərəfdən, iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, B 496801 nömrəli diplomun surətinə əsasən İddiaçı 02 yanvar 1990-cı il tarixdən 28 iyun 1990-cı il tarixədək, yəni 5 ay 26 gün Salyan 76 №-li texniki peşə məktəbində təhsil aldığı qeyd edilsə də, onun adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1990-cı il tarixdən, yəni təhsilinin başa çatmasına 2 ay 18 gün qalmış N.Nərimanov adına NQÇİ-də operatotr vəzifəsinə işə qəbul olunmuşdur. Məhkəmə təhsil müddətinin 2 ay 18 gününün əmək fəaliyyəti dövrü ilə üst-üstə düşməsini nəzərə alaraq həmin müddətin iddiaçının ümumi iş stajından çıxılmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iclasında təqdim etdiyi əmək kitabçasına, diplomun, hərbi biletin surətlərinə, arxiv arayışına və Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışına əsasən xx.xx.2006-cı il tarixədək müəyyən olunan 20 il 11 ay 15 gün sığorta stajından “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi iddia edilən 1 il 7 ay, habelə təhsil illərinin əmək fəaliyyəti dövrü ilə üst-üstə düşən 2 ay 18 gün müddətləri nəzərə alınmadan iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 19 il 1 ay 27 gün təşkil etdiyi təsdiq olunur. “X1” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X1” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "a" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər İddiaçı xx.xx.2006-cı il tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 20 il ümumi iş stajına malik olduğunu bildirmişdir. Lakin qeyd olunduğu kimi, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 19 il 1 ay 27 gün təşkil etdiyi müəyyən olunmuş və beləliklə yuxarıda istinad etdiyi qanunvericilik aktlarının tələbləri iddiaçıya münasibətdə ödənilməmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşından güzəştli şərtlərlə pensiya təyinatından imtina edilərkən cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar