Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4211/2023 19.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 оğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Sabirabad rayonunun Surra kəndində anadan olmuş və hal-hazırda həmin kənddə yaşayır. Onun pensiya yaşı tamam olduğu üçün tələb edilən bütün sənədləri toplayıb DSMF-nin Sabirabad rayon şöbəsinə müraciət etmişdir. Ona pənsiya təyinatından imtina gəlmiş və səbəb kimi Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyi tərəfindən onun xx.xx.1958-ci ildə vəfat etməsinə dair xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin tərtib olunması göstərilmişdir. O, Cavabdehnə müraciət edərək, Sabirabad RİHBnın Surra kənd İcra Nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Sabirabad rayon İcra Hakimiyyəti başçısının Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 238 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Sabirabad rayonunun Surra kəndində qeydiyyatdadır və yaşayır. - AZE 07463903 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, Sabirabad rayonu, Surra kəndində qeydiyyatdadır, həmin şəxsiyyət vəsiqəsi xx.xx.2010-cu il tarixdə Sabirabad RPŞ tərəfindən verilmişdir. - Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyinin xx.xx.1958-ci il tarixli, 63 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/6-1217-2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. - Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyinin xx.xx.1958-ci il tarixli, 9 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə ölmüşdür. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/4-1216-2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1958-ci ildə ölmüş və onun barəsində xx.xx.1958-ci il tarixli, 09 nömrəli akt qeydi tərtib olunmuşdur. - Nikahın bağlanması haqqında xx.xx.1980-ci il tarixli, 472991 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə X3 ilə nikaha daxil olmuşdur. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/1-1242-2023 nömrəli arayışından görünür ki, X7 xx.xx.1980-ci il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X1 adı qeyd edilmişdir. - xx.xx.1981-ci il tarixli, Vİİ-JQ 392709 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X1 adı qeyd edilmişdir. - xx.xx.1984-cü il tarixli, V-JQ 268854 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X1 adı qeyd edilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/4-1241-2023 nömrəli arayışından görünür ki, X5 xx.xx.1986-cı il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X1 adı qeyd edilmişdir. - xx.xx.1988-ci il tarixli, XİV-JQ 254222 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X1 adı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1958-ci il tarixdə Sabirabad rayonunun Surra kəndində anadan olmuş və hal-hazırda həmin kənddə yaşayır. Onun pensiya yaşı tamam olduğu üçün tələb edilən bütün sənədləri toplayıb DSMF-nin Sabirabad rayon şöbəsinə müraciət etmişdir. Ona pənsiya təyinatından imtina gəlmiş və səbəb kimi Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyi tərəfindən onun xx.xx.1958-ci ildə vəfat etməsinə dair xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin tərtib olunması göstərilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti başçısının Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 238 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Sabirabad rayonunun Surra kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İddiaçı Həşimov X2 RİHB-nın Surra kənd İcra Nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sabirabad RİHB-nın Surra kənd İcra Nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 09 saylı ölüm haqqında akt qeydi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-4211/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4211/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver